Məhkəmə qərarları › İş №2-2(103)-303/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-303/2020

31.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-303/2020 31.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı “İddiaçı» ASC-nin (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) cavabdehlər X4 və «xxxx» MMC-yə qarşı «borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-800/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh S.Nəcəfovun Bakı Kommersiya Məhkəməsinə apellyasiya şikayəti daxil olması ilə əlaqədar həmin məhkəmənin mülki işin geri qaytarlması barədə müraciətinə (xx xxx 2020 tarixli məktubuna)Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-800/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının həmin şikayəti üzrə apellyasiya mümkün hesab edilmiş və işə baxılması xx xxxx 2020-ci il tarixə saat 11:00-yə təyin edilmişdir. Daha sonra, Bakı Kommersiya Məhkəməsi xx xxx 2020 tarixli məktub (ərizə) ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək cavabdeh S.N.Nəcəfov tərəfindən də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi ilə əlaqədar mülki işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası müraciəti və iş materiallarını araşdırıb belə hesab edir ki, iş baxışdan çıxarılmalı və cavabdeh S.N.Nəcəfovun Bakı Kommersiya Məhkəməsinə apellyasiya şikayətinin daxil olması ilə əlaqədar həmin məhkəməyə göndərilməlidir. Belə ki, MPM-in 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göstərilənlərə əsasən və İPM-nin 364-365, 395.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İş baxışdan çıxarılsın. İş üzrə cavabdeh X5 tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(81)-800/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Bakı Kommersiya Məhkəməsinə apelyasiya şikayəti veilməsi ilə əlaqədar iş həmin məhkəməyə göndərilsin . Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar