Məhkəmə qərarları › İş №2-2(103)-303/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-303/2021

18.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-303/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2035/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11.11.2020-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdeh Abadlaşdırma və X2 Departamentinin X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən su təchizatı xidmətlərinə görə Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi üzrə ******* manat (bir milyon yüz doxsan üç min iki yüz otuz səkkiz manat), Sabunçu rayonu üzrə 174443,40 manat (yüz yetmiş dörd min dörd yüz qırx üç manat qırx qəpik), Suraxanı rayonu üzrə 434290,79 manat (dörd yüz otuz dörd min iki yüz doxsan manat yetmiş doqquz qəpik), Nizami rayonu üzrə 1196965,68 manat (bir milyon yüz doxsan altı min doqquz yüz altmış beş manat altmış səkkiz qəpik), Nəsimi rayonu üzrə 1866820,80 manat (bir milyon səkkiz yüz altmış altı min səkkiz yüz iyirmi manat səksən qəpik), Səbail rayonu üzrə 2650344,73 manat (iki milyon altı yüz əlli min üç yüz qırx dörd manat yetmiş üç qəpik), Yasamal rayonu üzrə 1804248,25 manat (bir milyon səkkiz yüz dörd min iki yüz qırx səkkiz manat iyirmi beş qəpik), Xətai rayonu üzrə 5293 manat (beş min iki yüz doxsan üç), Nərimanov rayonu üzrə 2277279,84 manat (iki milyon iki yüz yetmiş yeddi min iki yüz yetmiş doqquz manat səksən dörd qəpik), Qaradağ rayonu üzrə 182105,47 manat (yüz səksən iki min yüz beş manat qırx yeddi qəpik), ümumilikdə 11785029,96 manat (on bir milyon yeddi yüz səksən beş min iyirmi doqquz manat doxsan altı qəpik) məbləğində borcların və 30 manat dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11.11.2020-ci il tarixli e-2-2(113)-2035/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi X8 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi arasında “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqavilələr bağlanmışdır. İddiaçı bildirir ki, onun tərəfindən cavabdeh Birliyin ayrı-ayrı rayon idarələrinə göstərilmiş su təchizatı xidmətlərinin dəyərini vaxtı-vaxtında ödənilməmiş və iddia tələbində göstərilən məbləğlərdə borc yaranmışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçının təqdim etdiyi elektron qaimələr üzrə bütün ödənişlər aparılmışdır. Tələb olunan əlavə borcların hansı qaydada hesablanması isə qeyri-müəyyəndir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinin tələblərinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1.3-cü bəndində də təsbit olunmuşdur ki, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifələrinə daxildir. Lakin hazırki işdə cavabdehdən borcun tutulması üçün əsaslar mövcud deyildir. Belə ki, iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçının tutulmasını tələb etdiyi borc məbləği sayğac quraşdırılmamışdan əvvəlki dövrlərə aiddir. Sayğac quraşdırıldıqdan sonrakı dövr üçün əmələ gəlmiş borclar isə elektron qaimələrə əsasən cavabdeh tərəfindən ödənilmişdir. Eyni zamanda sayğac quraşdırılmamışdan əvvəlki dövr üçün borcun hansı qaydada hesablanması sualına cavab olaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında bildirdi ki, onlar quraşdırılan su borularının ölçüləri və müvafiq saat hesabı əsasında hesablama aparmaqla borcu müəyyən etmişlər. Göründüyü kimi hazırda tutulması tələb olunan və sayğac quraşdırılmamışdan əvvəlki dövrü əhatə edən borcun hansı qaydada hesablanması qeyri-müəyyəndir və iddiaçı bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddia təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2035/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar