Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-304/2020 21.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Nağıyeva Elmira Eyvaz qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı “İddiaçı» ASC-nin (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) cavabdeh X1 qarşı «borcun tutulması tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-386/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Ə.Fəttahov tərəfindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinin işin ona göndərilməsi barədə müraciətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-386/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxx 2020-ci il tarixli qərardadı ilə işə baxılması xx xxxx 2020-ci il tarixə saat 11:15-ə təyin edilmişdir. Bakı Kommersiya Məhkəməsi xx xxxx 2020 tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək cavabdeh tərəindən apelyasiya şikayəti verilməsi ilə əlaqədar işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası müraciəti və iş materiallarını araşdırıb belə hesab edir ki, iş baxışdan çıxarılmalı və iş Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göstərilənlərə əsasən və MPM-nin 363-364, 395-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İş baxışdan çıxarılsın. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-386/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Ə.Fəttahov tərəfindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar iş materialları həmin məhkəməyə göndərilsin . Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Elmira Nağıyeva Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-304/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-304/2020
21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver