Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-304/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh6 qarşı subsidiar məsuliyyətin cavabdehlərin üzərinə qoyulması tələbinə dair (Açar sözlər: iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina) X1 (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh6 qarşı subsidiar məsuliyyətin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, e-2-2(113)-9179/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı
1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 17 dekabr 2013-cü il tarixli 2-1(103)-523/2013 saylı və Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli 2-2(103)-543/2017 saylı icra sənədlərinə əsasən yaranmış öhdəliklərə görə subsidiar məsuliyyətin "xxxx" MTK-nın nizamnamə kapitalında mayalarının miqdarına müvafiq olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh3 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, e-2-2(113)- 9179/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh6 qarşı subsidiar məsuliyyətin cavabdehlərin üzərinə qoyulması tələbinə dair ərizənin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilmişdir.
3. Qeyd edilən qərardaddan iddiaçı tərəfindən şikayət verilmişdir.
4. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)- 9179/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının əsasları ilə razı deyillər və belə hesab edilir ki, həmin qərardad əsassızdır. Göründüyü kimi, məhkəmənin əsasına görə hazırkı iddia Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-523/2013 saylı və Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-543/2017 saylı mülki işlər üzrə eyni tərəflər arasında, eyni əsaslarla olan iddia tələbidir. İlk əvvəl bildirilir ki, hazırkı iddia tələbinin əsası Bakı Apellyasiya Məhkəməsinin 17 dekabr 2013-cü il tarixli 2-1(103)-523/2013 saylı və Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli 2-2(103)-543/2017 saylı qətnamələri (bundan sonra məlum qətnamələr) üzrə yaranmış öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində yaranmış əsasdır. Bu əsas isə Mülki Məcəllənin 110-3.3-110-3.4cü maddələrinin tələblərindən doğmuş, qanuni əsasdır. Yəni Qanunvericiliyin tələbinə əsasən kooperativin üzvləri kooperativin öhdəliklərinə görə o zaman subsidiar məsuliyyət daşıyırlar ki, kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmasın. İşin halından da görünür ki, borclu "xxxx" MTK-nın Bakı Apellyasiya Məhkəməsinin 17 dekabr 2013-cü il tarixli 2-1(103)-523/2013 saylı və Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli 2-2(103)-543/2017 saylı qətnamələri üzrə yaranmış öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitlərinin olmaması artıq onun öhdəlikləri üçün kooperativin üzvlərinin subsidiar məsuliyyəti yaranır və iddiaçı da tələbkar olaraq həmin məsuliyyətin yaranması halına əsaslanaraq, Mülki Məcəllənin 110-3.3-110-3.4-cü maddələrinin tələblərinə əsasən yaranmış məsuliyyətin kooperativin üzvlərinin üzərinə qoyulması barədə iddia ilə məhkəməyə müraciət etmişlər. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-523/2013 saylı və Bakı Apellyasiya Məhkəməsinin 2- 2(103)-543/2017 saylı mülki işlər üzrə iddianın əsasları iddiaçı "xxxx" MMC ilə cavabdeh "xxxx" MTK arasında bağlanmış müqavilələrdən yaranmış öhdəliklərin yerinə yetirilməməsindən irəli gəlirsə, hazırkı iddia tələbi həmin mülki işlər üzrə qəbul edilmiş qətnamələr üzrə yaranmış öhdəliklərin silinməsi üçün borclunun kifayət qədər vəsaitlərinin olmaması əsasından irəli gəlir. Belə ki, qanunvericiliyin tələbindən də görünür ki, əgər borclu "xxxx" MTK-nın məlum qətnamələrə əsasən yaranmış öhdəliklərini ödəmək üçün kifayət qədər vəsaiti olsaydı, bu zaman iddiaçının hazırkı iddianı qaldırmağı üçün əsas yaranmazdı. Bu baxımdan belə hesab edilir ki, "xxxx" MMC-nin hazırkı iddia tələbi, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-523/2013 saylı və Bakı Apellyasiya Məhkəməsinin 2- 2(103)-543/2017 saylı mülki işlər üzrə iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MTK-ya qarşı olan iddia tələbinin əsasları ilə eyni deyil, həmin iddia tələbi üzrə əsaslar və cavabdehlər ayrı-ayrı olduğuna görə məhkəmə hazırkı iddianı yolverilməzliyinə görə qəbul etməkdən imtina edə bilməzdi. Bundan əlavə məhkəmənin “həmin icra sənədi üzrə mübahisəli məsələlər icra icraatı qaydasında həll oluna bilər” barədə izahına münasibətdə bildirilir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl ərizə ilə məhkəməyə müraciət edərək, məlum qətnamələrə əsasən verilmiş icra sənədi üzrə icra üsulunun dəyişdirilməsini – borcun "xxxx" MTK-nın üzvlərindən tutulması barədə qərardad qəbul edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-62/2024 saylı, xx.xx.2024-cü il tarixli və 8-2(113)-63/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadları ilə ərizələr təmin edilməmiş, əsas kimi isə Maraqlı şəxs MTK-nın öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaiti olmadıqda tələbkar ayrıca iddia icraatında borclu Maraqlı şəxs MTK-nın ləğv edilməsi və borcun, əlavə haqqın verilməmiş hissəsi həddində üzvlərdən tutulması ilə məkhəməyə müraciət etməli və tələbi təmin olunduğu halda veriləcək icra sənədi üzrə borcluların əmlakına tələbin yönəldilməsi ilə bağlı məhkəməyə müraciət etməli” olmasını göstərmişdir. Bu baxımdan belə hesab edilir ki, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-9179/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsi icraata qəbul edilməlidir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 9179/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər; 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Apellyasiya baxışının həddi
7. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
8. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
9. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC-nin cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi və maddi zərərin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış 25 iyul 2005-ci il tarixli podrat müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yem Günəşli qəsəbəsi “V” yaşayış sahəsinin şərq hissəsində yerləşən 1,68 ha ərazinin 0,4 ha hissəsində inşa edilmiş 4 bloklu, 16 mərtəbəli yaşayış binasındakı 180 kv.metr qeyri-yaşayış sahəsinin əvəzi olaraq 63392 manat və 860090 manat pul məbləğinin cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. 07 mart 2018-ci il tarixdə qətnamə qanuni qüvvəyə minmiş və xx.xx.2018-ci il tarixdə icra vərəqəsi verilmişdir. Eyni zamanda İddiaçı MMC-nin cavabdeh Maraqlı şəxs MTK-ya qarşı müqavilə ilə müəyyən edilmiş əmlakın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə ilkin iddiasına, habelə Maraqlı şəxs MTK-nın İddiaçı MMC-yə qarşı 25 iyul 2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasına dair iddiasına dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin ilk iddiası təmin olunmuş, İddiaçı MMC ilə Maraqlı şəxs MTK arasında bağlanmış 25 iyul 2005-ci il tarixli podrat müqaviləsi ilə Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində yerləşən 1,68 ha ərazinin 0,4 ha sahəsində inşa edilmiş 4 bloklu, 16 mərtəbəli. yaşayış binasından təhvil verilməli olan 8000 kv.m sahənin təhvil verilməmiş 5000 kv.m sahəsinin İddiaçı MMC-yə naturada təhvil verilməsi vəzifəsi Maraqlı şəxs MTK-ya həvalə olunmuşdur. Qətnamə əsasında icra vərəqəsi xx.xx.2014-cü il tarixdə verilmişdir.
10. Hazırda iddiaçı yeni, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 17 dekabr 2013-cü il tarixli 2-1(103)-523/2013 saylı və Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli 2-2(103)-543/2017 saylı icra sənədlərinə əsasən yaranmış öhdəliklərə görə subsidiar məsuliyyətin "xxxx" MTK-nın nizamnamə kapitalında mayalarının miqdarına müvafiq olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh3 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir.
11. Göründüyü kimi, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İcra sənədində borclu qismində "xxxx" MTK müəyyən edilmişdir. Hazırda iddiaçının (icra sənədi üzrə tələbkar) icra sənədi üzrə öhdəliklərin borclu qismində digər şəxslərə yönədilməsi tələbinə münasibətdə belə nəticəyə gəlinir ki, hazırkı iddia tələbinin yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Eyni zamanda izah olunur ki, həmin icra sənədi üzrə mübahisəli məsələlər icra icraatı qaydasında həll oluna bilər.
12. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.
13. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
14. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, e-2-2(113)-9179/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.