Məhkəmə qərarları › İş №2-2(103)-306/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-306/2025

18.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-306/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi Açar söz: borcun silinməsi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6143/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2024- cü il tarixli, AMX-4494/21 nömrəli qazın alğı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən istehlakçının qaz qurğuları müəyyən olunmuş dövlət standartlarının tələblərinə cavab verməlidir. Həmin müqavilənin 4.3-cü maddəsinə əsasən istehlakçının istifadəsində 1 ədəd su qızdırıcı qazan vardır. Qaz sayğacının nömrəsi 75118449, quraşdırılma tarixi xx.xx.2016-cı il, üzərindəki plombların nömrəsi isə 03017866-dır.

2. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2021-ci ilin dekabr ayı üzrə 588,5 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.

3. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2022-ci ilin iyun ayı üzrə 122,32 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.

4. xx.xx.2024-cü il tarixli, xx-xx/2024 nömrəli aktda qeyd olunmuşdur ki, ünvan 1ində F/Ş İddiaçı məxsus qeyri-yaşayış sahəsinin qaz xətti üzərində quraşdırılmış G-25 75118449 markalı qaz sayğacının elektron hissəsini oxumaq mümkün olmur. Hesabat 64649-57289=7360, 7360x1,315=9678, 9678- 7360=2318 kimi aparılmışdır.

5. xx.xx.2024-cü il tarixli, xx-xx/2024 nömrəli aktda qeyd olunmuşdur ki, ünvan 1ində F/Ş İddiaçı məxsus qeyri-yaşayış sahəsinin qaz xətti üzərində quraşdırılmış G-25 75118449 markalı qaz sayğacının elektron hissəsini oxumaq mümkün olmur. Hesabat 57289-40547=16742, 16742x1,315=22016, 22016-16742=5274 kimi aparılmışdır.

6. xx.xx.2024-cü il tarixli, xx-xx/2024 nömrəli aktda qeyd olunmuşdur ki, ünvan 1ində F/Ş İddiaçı məxsus qeyri-yaşayış sahəsinin qaz xətti üzərində quraşdırılmış G-25 75118449 markalı qaz sayğacının elektron hissəsini oxumaq mümkün olmur. Hesabat 20433-12395=8038, 8038x1,315=10622, 10622-8038=2544 kimi aparılmışdır.

7. xx.xx.2024-cü il tarixli, xx-xx/2024 nömrəli aktda qeyd olunmuşdur ki, ünvan 1ində F/Ş İddiaçı məxsus qeyri-yaşayış sahəsinin qaz xətti üzərində quraşdırılmış G-25 75118449 markalı qaz sayğacının elektron hissəsini oxumaq mümkün olmur. Hesabat 29657-20473=9184, 9184x1,315=12076, 12076-9184=2892 kimi aparılmışdır.

8. xx.xx.2024-cü il tarixli, xx-xx/2024 nömrəli aktda qeyd olunmuşdur ki, ünvan 1ində F/Ş İddiaçı məxsus qeyri-yaşayış sahəsinin qaz xətti üzərində quraşdırılmış G-25 75118449 markalı qaz sayğacının elektron hissəsini oxumaq mümkün olmur. Hesabat 40543-29653=10890, 10890x1,315=14320, 14320-10890=3430 kimi aparılmışdır.

9. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2022-ci ilin dekabr ayı üzrə 142,12 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.

10. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2023-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2023-cü ilin yanvar ayı üzrə 173,8 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.

11. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2023-ci ilin fevral ayı üzrə 97,46 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.

12. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2022-ci ilin fevral ayı üzrə 367,4 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.

13. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2021-ci ilin dekabr ayı üzrə 309,1 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.

14. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2022-ci ilin yanvar ayı üzrə 525,14 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.

15. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2023-cü ilin mart ayı üzrə 190,3 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.

16. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2022-ci ilin mart ayı üzrə 707,3 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.

17. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2023-cü ilin aprel ayı üzrə 191,18 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.

18. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2022-ci ilin aprel ayı üzrə 462 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.

19. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2022-ci ilin avqust ayı üzrə 311,52 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.

20. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2022-ci ilin may ayı üzrə 461,78 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır. 21 Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2022-ci ilin iyul ayı üzrə 86,25 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.

22. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2022-ci ilin sentyabr ayı üzrə 367,4 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.

23. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2022-ci ilin iyul ayı üzrə 642,25 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.

24. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2022-ci ilin oktyabr ayı üzrə 641,08 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.

25. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2023-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2023-cü ilin iyun-iyul ayları üzrə 512,16 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.

26. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2023-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2023-cü ilin avqust ayı üzrə 221,98 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.

27. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2022-ci ilin noyabr ayı üzrə 844,58 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.

28. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2023-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2023-cü ilin sentyabr ayı üzrə 282,92 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.

29. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2023-ci il tarixli, ******* nömrəli akt əsasında iddiaçıya 2023-cü ilin oktyabr ayı üzrə 199,76 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.

30. xx.xx.2024-cü il tarixli, xx-xx/2024 nömrəli aktda qeyd olunmuşdur ki, Abşeron rayonu Novxanı kəndində F/Ş İddiaçı məxsus qeyri-yaşayış sahəsinin qaz xətti üzərində quraşdırılmış G-25 75118449 markalı qaz sayğacının elektron hissəsini oxumaq mümkün olmur. Hesabat 12395-2771=9624, 9624x1,315=12655, 12655- 9624=3031 kimi aparılmışdır.

31. "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, **********31422 nömrəli ödəniş arayışından görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 5000 manat ödənilmişdir.

32. "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, **********62000 nömrəli ödəniş arayışından görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 1500 manat ödənilmişdir.

33. "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, **********75250 nömrəli ödəniş arayışından görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 1970 manat ödənilmişdir.

34. "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, **********23864 nömrəli ödəniş arayışından görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 3000 manat ödənilmişdir.

35. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 7 nömrəli hesab-fakturadan görünür ki, qazdan istifadəyə görə İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə yazılmış fakturaların cəmi üzrə əsas borcu 2359,41, ƏDV borcu 424,69 olmaqla, ümumilikdə 2784,1 manat təşkil edir.

36. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 635 nömrəli hesab-fakturadan görünür ki, qazdan istifadəyə görə İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə yazılmış fakturaların cəmi üzrə əsas borcu 1980,37, ƏDV borcu 356,47 olmaqla, ümumilikdə 2336,84 manat təşkil edir.

37. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 627 nömrəli hesab-fakturadan görünür ki, qazdan istifadəyə görə İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə yazılmış fakturaların cəmi üzrə əsas borcu 2251,46, ƏDV borcu 405,26 olmaqla, ümumilikdə 2656,72 manat təşkil edir.

38. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 156 nömrəli hesab-fakturadan görünür ki, qazdan istifadəyə görə İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə yazılmış fakturaların cəmi üzrə əsas borcu 2669,83, ƏDV borcu 480,57 olmaqla, ümumilikdə 3150,4 manat təşkil edir.

39. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 77 nömrəli hesab-fakturadan görünür ki, qazdan istifadəyə görə İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə yazılmış fakturaların cəmi üzrə əsas borcu 4104,68, ƏDV borcu 738,84 olmaqla, ümumilikdə 4843 manat təşkil edir.

40. **********00000 saylı abonentin saldosundan müəyyən olunur ki, həmin abonent kodu üzrə 2021-ci ilin dekabr-2024-cü ilin iyul aylarında aktlar üzrə iddiaçıya ümumilikdə 13.94,84 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır.

41. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək cavabdeh orqan tərəfindən əsassız hesablanmış 13094,84 manat borcun 3 gün müddətində **********00000 saylı abonent hesabından silinməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunması ilə bağlı xəbərdarlıq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

42. İddiaçı Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB tərəfindən İddiaçı aktlar əsasında hesablanmış 13094,84 manat məbləğində borcun iddiaçının **********00000 nömrəli abonent hesabından silinməsi və dövlət rüsumuna görə ödənilmiş 129,28 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

43. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1i ünvanında yerləşən, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixli, AMX4494/21 saylı müqavilə əsasında **********00000 saylı abonent hesabı verilərək təbii qazla təchiz edilir. 2024-cü ilin iyul ayına qədər tərəflər arasında hər hansı mübahisə olmamışdır. İstifadə edilmiş qazın dəyəri daim İddiaçı tərəfindən vaxtlıvaxtında ödənilmişdir. 2024-cü ildə isə İddiaçı ilə Cavabdeh İS arasında mübahisə yaranmışdır. Belə ki, iddiaçıya sonradan məlum olmuşdur ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 30 akt əsasında, ümumilikdə 13094,84 manat əsassız borc hesablanmışdır. Sözügedən aktlarla bağlı iddiaçı tərəfindən cavabdeh təşkilata müraciət edilmiş və cavabdeh tərəfindən cavab verilərək bildirilmişdir ki, aktlar tərtib edilən aylarda istifadədə olan qaz sayğacının elektron hissəsi işləmədiyi üçün cavabdeh təşkilat tərəfindən sayğac göstəricisindən əlavə hesabat aparılmış və əlavə borc müəyyən edilərək iddiaçının qaz hesabına işlənmişdir. Bundan başqa aktlar əsasında hesablanmış borcun iddiaçı tərəfindən ödənilməsi tələb edilirdi. Cavabdeh təşkilatın əməkdaşları məsələ ilə bağlı araşdırma aparacaqlarını və araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyini bildirmiş, lakin hesablanmış borcun ödənilməməsi halında qazın verilməsinin dayandırılacağı bildirilmişdir. Qeyd edilmişdir ki, cavabdeh təşkilat öz inhisarçı mövqeyindən sui istifadə edərək borcu iddiaçıya ödətdirməyə çalışır. Xeyli müddət keçməsinə baxmayaraq cavabdeh təşkilat tərəfindən hər hansı araşdırma aparılmamışdır. İddiaçı cavabdeh tərəfindən saxta aktların tərtib olunduğunu iddia edərək, iddiasını bununla əsaslandırmışdır ki, abonent saldosuna baxdıqda görmək olur ki, qaz sayğacının göstəriciləri hər ay dəyişir. Qaz sayğacı işləməsəydi təbii ki bu göstəricilər dəyişməz qalardı. Digər tərəfdən 2021-ci ilin dekabr ayından 2024-cü ilin iyul ayınadək tərtib edilmiş aktlarda cavabdeh tərəfindən “əmsal” müəyyən edilərək sayğac göstəricisindən əlavə borclar hesablanmışdır. Cavabdeh təşkilatın “Əmsal” dediyi rəqəmin və ümumiyyətlə bu cür hesabat növünün hansı normaya və qanuna əsasən tədbiq etdiyi müəyyən deyil. Cavabdeh tərəfindən tərtib edilmiş saxta aktların bəzilərində “İstehlakçının nümayəndəsi” bölümündə iddiaçının adı və soyadı yazılaraq imzalanmışdır. Lakin iddiaçının şəxsiyyət vəsiqəsində və ya tərəfindən verilmiş etibarnamədə özünün imzasına baxdıqda çox rahatlıqla görmək olar ki, həmin imzalar iddiaçıya məxsus deyil. Bütün bunlardan göründüyü kimi cavabdeh təşkilatın əməkdaşları öz qanunsuz və əsassız hərəkətləri nəticəsində istehlakçıya əlavə borc hesablamışdır. Tərtib edilmiş saxta aktlardan göründüyü kimi cavabdeh təşkilat özlərinin müəyyən etdiyi, lakin tam qanunsuz tərzdə ümumilikdə 13094,84 manat məbləğində əlavə borc hesablamışlar. Belə bir hesablama düsturu və hüququ hansı qanunla müəyyən olunduğu məlum deyil. Cavabdeh təşkilat özü bildiyi kimi qanunlara riayət etmədən hərəkət edir, külli miqdarda əsassız borclar hesablayır və öz inhisarçı mövqeyindən sui istifadə edərək həmin borcları ödətdirmək istəyir. Belə tendensiya isə kiçik sahibkarların müflisləşməsinə səbəb olur. Qeyd edilmişdir ki, iddiaçı tərəfindən cavabdeh təşkilata pretenziya qaydasında müraciət olunmuş və əsassız hesablanmış borcun silinməsi tələb edilmişdir, lakin müsbət nəticə əldə edilməmişdir. Cavabdeh İB tərəfindən tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan isə görünür ki, Cavabdeh İB yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlamaların vahid məlumat reyestrindən qeydə alınmamışdır. Halbuki, yuxarıda sadalanan normalara əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz.

44. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6143/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən aktlar əsasında hesablanmış 13094,84 manat (on üç min doxsan dörd manat səksən dörd qəpik) məbləğində borcun İddiaçı **********00000 saylı abonent hesabından silinməsi, Cavabdehndən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 129,28 manat (yüz iyirmi doqquz manat iyirmi səkkiz qəpik) məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir.

45. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddia tələbi Cavabdeh tərəfindən tərtib edilmiş aktlar əsasında hesablanmış 13094,84 manat məbləğində borcun iddiaçının **********00000 nömrəli abonent hesabından silinməsindən ibarətdir. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçıya məxsus obyekt cavabdeh tərəfindən təbii qazla təchiz edilmiş, iddiaçı təbii qazdan istifadə etmiş, sərfiyyata uyğun məbləğlər hesablanmış və iddiaçı tərəfindən müvafiq ödənişlər həyata keçirilmişdir. Qaz sayğacı abonentə məxsus obyektdə xx.xx.2016-cı il tarixdə quraşdırılmış və həmin vaxta abonentin qazdan istifadəyə görə borcu olmamışdır. Cavabdeh İB tərəfindən tərtib edilmiş aktlardan və abonent saldosundan müəyyən olunur ki, iddiaçıya qazdan istifadəyə görə 13094,84 manat borc hesablanmışdır. Məhkəmə hesab etmişdir ki, həmin borc iddiaçıya əsassız olaraq hesablanmışdır. Belə ki, əvvəla, cavabdeh tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir və həmin məbləğ iddiaçıdan tutula bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh İB tərəfindən tərtib edilən akt və onun hüquqi nəticələri qanunsuz olunduğundan, Cavabdeh tərəfindən aktlar əsasında hesablanmış 13094,84 manat (on üç min doxsan dörd manat səksən dörd qəpik) məbləğində borc İddiaçı **********00000 saylı abonent hesabından silinməlidir.

46. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının 2.10, 2.11-1-ci bəndlərini, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1, 2.3, 3.2-ci bəndini, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5-ci bəndlərini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

47. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6143/2024 nömrəli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

48. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi iddiaçıya hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının qaz hesabına işlənmişdir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi qaz sayğacına görə məsuliyyət bütövlükdə sənaye qaz qurğusundan istifadə edən istehlakçının üzərinə qoyulmuşdur. Lakin birinci instansiya məhkəməsi normanı düzgün tədbiq etməmişdir. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Normanın tələbindən də göründüyü kimi yalnız sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdildikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla qaz paylayıcısı yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Hazırki işin hallarından isə göründüyü kimi Cavabdeh İB nə sayğaca müdaxilə nədə ki qanunsuz istifadə halı ilə bağlı akt tərtib etməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, birinci instansiya məhkəməsi İddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından da göründüyü kimi cavabdeh tərəf iddia tələbinə dair etirazı ilə bağlı kifayət qədər sübutlar təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi iddiaçının istifadəsində olan qaz sayğacı sərf edilən qaz həcmini tam qeyd etmədiyinə görə cavabdeh tərəfindən qaz sayğacının mexaniki göstəricilərinə əsasən təbii qazdan istifadəyə görə qazın faktiki dəyəri hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.11-2 bəndlərinin tələblərinə ziddir. Belə ki tərəfimizdən tərtib edilmiş aktlar nə sayğaca müdaxilə nədə ki qanunsuz istifadə halı ilə bağlı deyildir. İddiaçının istifadəsində olan qaz sayğacının elektron korrektoru işləmədiyinə görə sərf edilən qazın həcmi sayğacın mexaniki göstəricilərinə əsasən müəyyən olunaraq iddiaçının qaz hesabına işlənmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

49. İddiaçıya və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin işirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

50. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

51. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

52. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının:

2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. 2.11-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

53. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:

2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

54. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:

1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

56. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə Cavabdeh tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.

56. Hazırki işdə iddiaçıya təbii qaza görə borcun düzgün hesablanmaması və onun tərəfindən artıq məbləğdə ödənişlərin edildiyi müəyyən edilir.

57. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır.

58. Məhkəmə kollegiyası tərəfindən xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Sumqayıt Filialı tərəfindən xx.xx.2025-ci il tarixdə 3-15-2-3/2-263/2025 nömrəli rəy verilmişdir.

59. Həmin rəyə əsasən **********00000 nömrəsi ilə qeydiyyata alınmış abonent İddiaçı istifadəsində olan qaz sayğacı xx.xx.2016-cı ildə quraşdırılmış, istismar müddəti 3 il müəyyən edilmiş və qaz sayğacı quraşdırıldığı gündən bu günədək dövlət yoxlamasından keçməmişdir.

60. Həmçinin rəydə qaz sayğacının elektron hesablama hissəsinin işləmədiyi, nasazlığın səbəbinin yalnız dövlət yoxlamasından keçirildikdə məlum ola biləcəyi qeyd edilmişdir.

61. Məhkəmə kollegiyası qeyd edir ki, “Qazdan istifadə qaydaları” haqqında Azərbaycan Respublikasının Qanunun 3.1.10-cu maddəsinə əsasən qazpaylayıcısı bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir.

62. Həmçinin tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AMX-4494/21 nömrəli qazın alğı-satqısı müqaviləsinin 2.1.11-ci bəndində istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə növbəti dövlət yoxlanılmasından keçirməsi, 2.1.12-ci bəndində Qaydaların 4.9-cu bəndinə uyğun olaraq istehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq, habelə dövlət yoxlamasından keçirmək vəzifələri nəzərdə tutulmuşdur.

63. Məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş aktlara və ekspert rəyinə əsasən cavabdeh tərəfindən qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün hər hansı bir tədbir görülmədiyini müəyyən etmişdir.

64. Məhkəmə kollegiyası qeyd edir ki, qaz sayğacında nasazlığın 2021-ci ilin dekabr ayında baş verməsinin işin mübahisəsiz halı olduğundan 2021-ci ilin noyabr ayının orta gündəlik sərfi əsas götürülməlidir. Noyabr ayının orta gündəlik qaz sərfi 956.9 m.kubdur. Bu səbəbdən 2021-ci ilin dekabr ayı üçün 29663.9 m.kub qaz sərfi hesablanmalı idi. Belə olan halda iddiaçı 2021-ci ilin dekabr ayı üzrə cavabdehə 5498,66 manat borc hesablaya bilərdi.

65. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdehin əməkdaşları 2021-ci ilin dekabr ayında qaz sayğacının elektron hissəsində nasazlığı aşkar etdikdən sonra “Qazdan istifadə qaydaları” haqqında Azərbaycan Respublikasının Qanunun 3.1.10cu maddəsində nəzərdə tutulmuş vəzifələrinə əsasən mövcud qaz sayğacı çıxarılmalı və dövlət yoxlamasına verilməli, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.

66. Lakin cavabdeh qanunvericilikdə və müqavilədə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh İB-nin iddiaçıya hesabladığı 7596,18 manat borc qanunsuz və əsassızdır.

67. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçıya hesablanmış 7596,18 manat məbləğində borc İddiaçı **********00000 saylı abonent hesabından silinməlidir.

68. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

69. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6143/2024 nömrəli qətnaməsi Cavabdeh tərəfindən aktlar əsasında hesablanmış 13094,84 manat (on üç min doxsan dörd manat səksən dörd qəpik) məbləğində borc İddiaçı **********00000 saylı abonent hesabından silinsin” hissəsində dəyişdirilsin. Cavabdeh tərəfindən aktlar əsasında hesablanmış 7.596,18 manat (yeddi min beş yüz doxsan altı manat on səkkiz qəpik) məbləğində borc İddiaçı **********00000 saylı abonent hesabından silinsin. Apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun 36 (otuz altı) manatı İddiaçı Cavabdeh xeyrinə tutulsun, dövlət rüsümünün qalan hissəsi isə apellyatorun özünə aid edilsin. Qətnamə dərhal qanuni qüvvəyə minir, kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar