Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-307/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh6, Cavabdeh8, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh7 və Cavabdeh5 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-132/2023 nömrəli qərardadından Cavabdeh8 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, e-2-2(113)-132/2023 saylı qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh6 və Cavabdeh8 müştərək qaydada İddiaçıASC-nin xeyrinə 09 iyul 2018-ci il tarixli, 6-BİZ-3-0-105-18 saylı baş kredit müqaviləsinə əsasən bağlanmış 09 iyul 2018-ci il tarixli, 6-BİZ-3-0-105-18/1 saylı kredit verilməsinə dair razılaşma üzrə 412034 (dörd yüz on iki min otuz dörd) manat əsas borc, 64890,98 manat (altmış dörd min səkkiz yüz doxsan manat doxsan səkkiz qəpik) faiz, 869,50 manat (səkkiz yüz altmış doqquz manat əlli qəpik) cərimə borcu olmaqla, cəmi 477794,48 manat (dörd yüz yetmiş yeddi min yeddi yüz doxsan dörd manat qırx səkkiz qəpik) kredit borcu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 (altmış) manat dövlət rüsumu və 120 (yüz iyirmi) manat xidmət haqqı, 07 avqust 2018-ci il tarixli, 6-BİZ-4-0-123-18 saylı baş kredit müqaviləsinə bağlanmış 09 avqust 2018-ci il tarixli, 6-BİZ-4-0-123-18/1 saylı kredit verilməsinə dair razılaşma üzrə 258153 (iki yüz əlli səkkiz min yüz əlli üç) manat əsas borc, 41151,55 manat (qırx bir min yüz əlli bir manat əlli beş qəpik) faiz, 543,34 manat (beş yüz qırx üç manat otuz dörd qəpik) cərimə borcu olmaqla, cəmi 299847,89 manat (iki yüz doxsan doqquz min səkkiz yüz qırx yeddi manat səksən doqquz qəpik) kredit borcu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 (altmış) manat dövlət rüsumu və 120 (yüz iyirmi) manat xidmət haqqı, 22 oktyabr 2018-ci il tarixli, 6-BİZ-5-0-182-18 saylı baş kredit müqaviləsinə bağlanmış 22 oktyabr 2018-ci il tarixli, 6-BİZ-5-0-182-18/1 saylı kredit verilməsinə dair razılaşma üzrə 212174 (iki yüz on iki min yüz yetmiş dörd) manat əsas borc, 32759,70 manat (otuz iki min yeddi yüz əlli doqquz manat yetmiş qəpik) faiz, 742,63 manat (yeddi yüz qırx iki manat altmış üç qəpik) cərimə borcu olmaqla, cəmi 245676,33 manat (iki yüz qırx beş min altı yüz yetmiş altı manat otuz üç qəpik) kredit borcu, 400 (dörd yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 857 manat (səkkiz yüz əlli yeddi manat) və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu və 90 (doxsan) manat xidmət haqqının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın 09 iyul 2018-ci il tarixli, 6-BİZ-3-0-105-18 saylı baş kredit müqaviləsinə bağlanmış 9 iyul 2018-ci il tarixli, 6- BİZ-3-0-105-18/1 saylı kredit verilməsinə dair razılaşma üzrə Cavabdeh8 məxsus, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində yerləşən 4 otaqlı, 261.37 kv.m ümumi, 66.2 kv.m yaşayış, 195.17 kv.m yardımçı sahədən ibarət 15K nömrəli fərdi yaşayış evinə, Cavabdeh8 məxsus, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0.11668 ha sahədən ibarət torpaq sahəsinə, Cavabdeh8 məxsus, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinə və Cavabdeh8 məxsus, ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən 0.12 ha sahədən ibarət torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin Cavabdeh8 qaytarılması, tutmanın 07 avqust 2018-ci il tarixli, 6-BİZ-4-0-123-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 09 avqust 2018-ci il tarixli, 6-BİZ-4-0-123-18/1 saylı kredit verilməsinə dair razılaşma üzrə Cavabdeh8 məxsus, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsində yerləşən 2 otaqlı, 55.5 kv.m ümumi, 36.8 kv.m yaşayış sahədən ibarət 40 nömrəli evin 2 nömrəli mənzilinə, Cavabdeh8 məxsus, ipoteka predmeti olan Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 4-cü küçə, 12 nömrəli həyətyanı sahə ünvanında yerləşən 0.06 ha sahədən ibarət torpaq sahəsinə, Cavabdeh2 məxsus, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən 2 otaqlı, 47.7 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 3 nömrəli mənzilinə və Cavabdeh3 məxsus, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən 3 otaqlı, 118.9 kv.m ümumi, 61.4 kv.m yaşayış və 57.5 kv.m yardımçı sahədən ibarət 115 nömrəli evin 87 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin müvafiq olaraq Cavabdeh8, Cavabdeh2 və Cavabdeh3 qaytarılması, tutmanın 22 oktyabr 2018-ci il tarixli, 6-BİZ-5- 0-182-18 saylı baş kredit müqaviləsinə bağlanmış 22 oktyabr 2018-ci il tarixli, 6-BİZ-5-0- 182-18/1 saylı kredit verilməsinə dair razılaşma üzrə Cavabdeh8 məxsus, ipoteka predmeti olan ünvan 5 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinə, Cavabdeh8 məxsus, ipoteka predmeti olan ünvan 6 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinə və Cavabdeh7 məxsus, ipoteka predmeti olan ünvan 7 ünvanında yerləşən 85.7 kv.m ümumi sahədən ibarət 135 nömrəli mənzilinə yönəldilsin, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin müvafiq olaraq Cavabdeh8 və Cavabdeh7 qaytarılması, ipoteka predmeti olan, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində yerləşən 4 otaqlı, 261.37 kv.m ümumi, 66.2 kv.m yaşayış, 195.17 kv.m yardımçı sahədən ibarət 15K nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 360000 (üç yüz altmış min) manat, ünvan 1 ünvanında yerləşən 0.11668 ha sahədən ibarət torpaq sahəsinin ilkin satış qiymətinin 96000 (doxsan altı min) manat, ünvan 2 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinin ilkin satış qiymətinin 66000 (altmış altı min) manat, ünvan 3 ünvanında yerləşən 0.12 ha sahədən ibarət torpaq sahəsinin ilkin satış qiymətinin 99000 (doxsan doqquz min) manat, Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsində yerləşən 2 otaqlı, 55.5 kv.m ümumi, 36.8 kv.m yaşayış sahədən ibarət 40 nömrəli evin 2 nömrəli mənzilin ilkin satış qiymətinin 122000 (yüz iyirmi iki min) manat, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 4- cü küçə, 12 nömrəli həyətyanı sahə ünvanında yerləşən 0.06 ha sahədən ibarət torpaq sahəsinin ilkin satış qiymətinin 34000 (otuz dörd min) manat, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən 2 otaqlı, 47.7 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 3 nömrəli mənzilin ilkin satış qiymətinin 64000 (altmış dörd min) manat, Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən 3 otaqlı, 118.9 kv.m ümumi, 61.4 kv.m yaşayış və 57.5 kv.m yardımçı sahədən ibarət 115 nömrəli evin 87 nömrəli mənzilin ilkin satış qiymətinin 261000 (iki yüz altmış bir min) manat, ünvan 5 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinin ilkin satış qiymətinin 95000 (doxsan beş min) manat, ünvan 6 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinin ilkin satış qiymətinin 95000 (doxsan beş min) manat və ünvan 7 ünvanında yerləşən 85.7 kv.m ümumi sahədən ibarət 135 nömrəli mənzilin ilkin satış qiymətinin 118000 (yüz on səkkiz min) manat müəyyən edilməsi, ipoteka predmetləri olan, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində yerləşən 4 otaqlı, 261.37 kv.m ümumi, 66.2 kv.m yaşayış, 195.17 kv.m yardımçı sahədən ibarət 15K nömrəli fərdi yaşayış evinə, ünvan 1 ünvanında yerləşən 0.11668 ha sahədən ibarət torpaq sahəsinə, ünvan 2 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinə, ünvan 3 ünvanında yerləşən 0.12 ha sahədən ibarət torpaq sahəsinə, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 4-cü küçə, 12 nömrəli həyətyanı sahə ünvanında yerləşən 0.06 ha sahədən ibarət torpaq sahəsinə, ünvan 5 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinə, ünvan 6 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh8 həmin əmlaklardan çıxarılması və əmlakların boşaldılaraq təhvil verilməsi, ipoteka predmeti olan, Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsində yerləşən 2 otaqlı, 55.5 kv.m ümumi, 36.8 kv.m yaşayış sahədən ibarət 40 nömrəli evin 2 nömrəli mənzilinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh8, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılaraq təhvil verilməsi, ipoteka predmeti olan, ünvan 7 ünvanında yerləşən 85.7 kv.m ümumi sahədən ibarət 135 nömrəli mənzilinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh7 və Cavabdeh5 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılaraq təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pulun cavabdehlər Cavabdeh6ndən və Cavabdeh8 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 1100 (min yüz) manat pulun cavabdehlər Cavabdeh6ndən və Cavabdeh8 müştərək qaydada tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ25NABZ********************, kod: 505594, SWİFT: GUNAAZ22) köçürülməsi qət edilmişdir. Qeyd edilən qətnamədən Cavabdeh8 tərəfindən “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 14 noyabr 2023-cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Bakı Kommersiya Məhkəməsinin (hakim Zeynəb Axundova) xx.xx.2023-cü il tarixli e- 2-2(113)-132/2023 saylı qərardadı ilə Cavabdeh8 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 132/2023 saylı qərardadından Cavabdeh8 tərəfindən şikayət verərək qərardadın ləğv edilməsini, apellyasiya şikayətinin mümkün hesab olunaraq apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh qətnamə ilə Elektron Məhkəmə Sistemində xx.xx.2023-cü il tarixdə tanış olmuşdur (ona rəsmi təqdim edilmişdir), elə həmin gün də apelyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-132/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-132/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “Elektron məhkəmə” informasiya sistemində e-2-2(113)-132/2023 saylı işdən görünür ki, Cavabdeh8 xx.xx.2022-ci ildən elektron kabineti vardır və “proses iştirakçısı – cavabdeh” qismində işə əlavə edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 132/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə daxil edilmiş, eyni zamanda həmin qətnamə xx.xx.2023-cü il tarixdə Cavabdeh8 “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə uyğun olaraq apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, Cavabdeh8 elektron kabinetinə qətnamə yerləşdirilsə də, cavabdeh həmin qətnaməni vaxtında oxumadığı üçün şikayətin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddət ötürüldüyündən apellyasiya şikayətinin məhkəmə tərəfindən geri qaytarılması qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-132/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh8 şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-132/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-307/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-307/2024
06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver