Məhkəmə qərarları › İş №2-2(103)-309/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-309/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-309/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, X4 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdeh1 nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-37/2022 nömrəli iş üzrə 09 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 MMC və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 254.155,07 ABŞ dolları əsas borc, 26.235,72 ABŞ dolları faiz, illik 5 faizlə hesabalnmış 6.071,48 ABŞ dolları, cəmi 286.462,27 ABŞ dolları məbləğdə pulun iddiaçının xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh3 MMC-yə məxsus 0.05733 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 669,3 kv.m. olan ünvan 1 ünvanda yerləşən qeyriyaşayış binasına (Nübar kafesi) yönəldilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən 253.443,66 ABŞ dolları əsas borc, 14.777,43 ABŞ dolları faiz borcu, illik 5%-lə hesablanmış 5.948,89 ABŞ dolları faiz borcu, cəmi 274.169,98 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla tutularaq iddiaçıya ödənilməsi, tutmanın ilkin satış qiyməti 1.170.000 manat olan Cavabdeh3 MMCyə məxsus ümumi sahəsi 669,3 kv.m. olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasına (Nübar kafesi) yönəldilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılması, məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 150 manat məbləğdə xərcin 6,45 manatının iddiaçıdan, 143,55 manatının isə cavabdehlərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan Cavabdeh3 MMC ondan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 iyun tarixli, 2- 2(103)-676/2022 saylı qərardadı ilə cavabdeh MMC tərəfindən qətnamədən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Cavabdeh həmin qərardaddan 2022-ci il 4 iyul tarixdə kassasiya şikayəti verərək onun ləğv, qətnamədən verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün iş materiallarının apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022ci il tarixli, 2-2(102)-556/2022 saylı qərarı ilə cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 iyun tarixli, 2-2(103)-676/2022 saylı qərardadı ləğv olunmuş, iş qətnamədən verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bundan sonra Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyev xx.xx.2022-ci il tarixli məktubla müraciət edib, Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verildiyini nəzərə alaraq, şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(103)-866/2022 saylı qərardadı ilə iş apellyasiya baxışından çıxarılmaqla Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-37/2022 saylı, xx.xx.2022-ci il tarxili qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Təkrar apelyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən Bakı Kommersiya Məhkəməsinə məhkəmənin 2-2(113)-37/2022 nömrəli iş üzrə 09 fevral 2022ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərini nəzərə alaraq, hesab edir ki, iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İş apellyasiya baxışından çıxarılmaqla Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar