Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-31/2024 15.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqavilələri üzrə pulun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli e-2-2(113)-86/2023 saylı qətnaməsindən İddiaçı ASC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 110085-1-31884 saylı, kommersiya krediti müqaviləsi və xx.xx.2019-cu il tarixli 110085-1-31884 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı xx.xx.2020-ci il tarixli razılaşmasına əsasən xx.xx.2022-ci il tarixinə banka borclu olduğu 50.652,18 manat məbləğində əsas borc, 15.080,07 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə isə 65.732,25 manat məbləğində pulun, həmçinin İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019cu il tarixli 271874-1-35031 saylı kommersiya krediti müqaviləsi və xx.xx.2019-cu il tarixli 271874-1-35031 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı xx.xx.2020-ci il tarixli razılaşmasına əsasən xx.xx.2022-ci il tarixinə banka borclu olduğu 6324,03 manat məbləğində əsas borc, 1914,70 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 8238,73 manat məbləğində pulun, habelə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 271874-1-36162 saylı, kommersiya krediti müqaviləsi və xx.xx.2019-cu il tarixli 271874-1-36162 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı xx.xx.2020-ci il tarixli razılaşmasına əsasən xx.xx.2022-ci il tarixinə Banka borclu olduğu 5475,12 manat məbləğində əsas borc, 1673,62 manat məbləğində faiz üzrə borcu olmaqla, ümumilikdə 7148,74 manat məbləğində pul vəsaitinin və ipotekanın qeydə alınması üçün ödənilmiş 270 manat məbləğində dövlət rüsumunun və 400 manat məbləğində mediasiya xərcinin Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətini 110.000 manat məbləğində müəyyən edilməklə Cavabdeh1 tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,0908 ha torpaq sahəsində yerləşən 32a nömrəli, 10 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən 58,03 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 62 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvü (qeydiyyatda olan Cavabdeh2) yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 110085-1-31884 saylı, kommersiya krediti müqaviləsinə əsasən Cavabdeh1 investisiya məqsədilə illik 18 faiz hesablanması şərti ilə 36 ay müddətinə 75.000 manat məbləğində kredit verilmişdir. Həmçinin Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 271874-1-35031 saylı, kommersiya krediti müqaviləsinə əsasən Cavabdeh1 investisiya məqsədilə illik 18 faiz hesablanması şərti ilə 36 ay müddətinə 7.500 manat məbləğində kredit verilmişdir. Eyni zamanda Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 271874-1-36162 saylı, kommersiya krediti müqaviləsinə əsasən Cavabdeh1 investisiya məqsədilə illik 18 faiz hesablanması şərti ilə 36 ay müddətinə 6.000 manat məbləğində kredit verilmişdir. Bu arada Bank ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 110085-1-31884 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı xx.xx.2020-ci il tarixli və xx.xx.2019-cu il tarixli 271874-1-35031 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı xx.xx.2020-ci il tarixli, eləcə də xx.xx.2019-cu il tarixli 271874-1- 36162 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı xx.xx.2020ci il tarixli razılaşmalara əsasən kreditin müddəti 39 ay müəyyən edilmişdir. Həmçinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,0908 ha torpaq sahəsində yerləşən 32a nömrəli, 10 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən 58,03 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 62 nömrəli mənzilə dair xx.xx.2019-cu il tarixli 110085-NEDVİJ-4603 saylı, xx.xx.2019-cu il tarixli 110085-NEDVİJ- 4603/2saylı, xx.xx.2019-cu il tarixli 110085-NEDVİJ-4603/3saylı, “Daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi” bağlanılmaqla həmin əmlak bank qarşısında ipoteka ilə yüklü edilmişdir. O cümlədən, kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında xx.xx.2019-cu il tarixli 110085-NEDVİJ-4603 saylı, xx.xx.2019-cu il tarixli 110085- NEDVİJ-4603/2 saylı, və xx.xx.2019-cu il tarixli 110085-NEDVİJ-4603/3 saylı, daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi”nə dəyişiklik edilməsi barədə 01 saylı xx.xx.2020-ci il tarixli razılaşmalar bağlanmışdır. Lakin borclu şəxs Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin Banka xx.xx.2019-cu il tarixli 110085-1-31884 saylı kommersiya krediti müqaviləsi üzrə ümumilikdə 65.732,25 manat məbləğində borcu, eləcə də xx.xx.2019-cu il tarixli 271874-1-35031 saylı kommersiya krediti müqaviləsi üzrə ümumilikdə 8.238,73 manat məbləğində borcu habelə xx.xx.2019- cu il tarixli 271874-1-36162 saylı kommersiya krediti müqaviləsi üzrə ümumilikdə 7.148,74 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cavabdeh1 xəbərdarlıq edilmiş, lakin bundan sonra da kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bundan başqa, bank ilə Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır.
3. Bakı Kommersiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli e-2-2(113)-86/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 xx.xx.2019-cu il tarixli 110085- 1-31884 saylı, kommersiya krediti müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə olan 50.652,18 manat əsas borc, 14.808,44 manat faiz borcu, cəmi 65.460,62 manat məbləğində pul vəsaiti, xx.xx.2019-cu il tarixli 271874-1-35031 saylı kommersiya krediti müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə olan 6324,03 manat əsas borc, 1879,71 manat faiz borcu, cəmi 8203,74 manat məbləğində pul vəsaiti, xx.xx.2019-cu il tarixli 271874-1-36162 saylı kommersiya krediti müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə olan 5475,12 manat əsas borc, 1645,95 manat faiz borcu, cəmi 7121,07 manat məbləğində pul vəsaiti, ümumilikdə 80.785,43 manat məbləğində pul vəsaiti, işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 270 manat məbləğində və mediasiya xərclərinin əvəzi olaraq 400 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,0908 ha torpaq sahəsində yerləşən 32 A nömrəli, 10 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən 58,03 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 62 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 173.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh1 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ Cavabdeh1 ümumi qaydada tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin Cavabdeh1 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
4. Həmin qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-86/2023 saylı qətnaməsinin ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,0908 ha torpaq sahəsində yerləşən 32 A nömrəli, 10 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən 58,03 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 62 nömrəli mənzilin ilkin satış qiymətinin 173.000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilməsini, həmin daşınmaz əmlak yenidən qiymətləndirilməsini və yeni müstəqil qiymətləndiricinin rəyi əsasında ilkin satış qiymətinin (likvid dəyəri) çıxarışa əsasən müəyyən edilməsini xahiş etmişdir.
5. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-86/2023 nömrəli qətnaməsini tam ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mülkiyyət hüququnu təsdiq edən sənəd daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hesab olunur və həm cavabdehin, həm də hazırki kommersiya mübahisəsinə dair iş üzrə iş materiallarına əlavə edilmiş çıxarışdan göründüyü kimi həmin çıxarışda əks olunan sahə ipoteka ilə yüklü edilmişdir. Hazırda isə cavabdeh ona məxsus olmayan “ünvan 1 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsinin müəyyən edilməsini” tələb etmək üçün subyektiv hüquqa malik deyil. Yuxarıda qeyd edildiyi kimi cavabdehin mübahisəli mənzilin faktiki sahəsinin müəyyən edilməsinin tələb edilməsi hüququ ona görə istisna edilir ki, həmin sahə dövlət qeydiyyatına alınmayıb və ipoteka qoyanın həmin sahəyə qarşı subyektiv hüququ yaranmayıb. Tərəflər arasında bağlanılmış ipoteka müqavilələrinin 2.1-ci bəndində ipoteka predmeti Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,0908 ha torpaq sahəsində yerləşən 32a nömrəli, 10 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən 5 otaqlı 62 nömrəli mənzilin yaşayış sahəsinin ölçüsü 58,03 kv.m sahədən ibarətdir. Həmçinin "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli LP-119/2022 saylı mütəxəssis rəyi verilmiş və rəydə çıxarışa əsasən 58,03kv.m olan mənzilin likvid qiyməti 140000 manat (real bazar qiyməti 148000 manat) məbləğində müəyyən edilmişdir. Lakin 110085-NEDVİJ-4603/2 saylı, xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsinə görəipoteka predmeti 110.000 manat dəyərində qiymətləndirilmişdir. İpoteka qoyan və ipoteka saxlayan ipoteka predmetinin 110.000 manat dəyərində olan qiymətinin ipoteka predmetinin ilkin satış qiyməti olduğunu qəbul etmişlər. Həmin qiymət sözügedən daşınmaz əmlakın dəyərinin həqiqi dəyərindən qat-qat yuxarı şişirdilmiş qiymətdir, həqiqəti əks etdirmir.
7. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi "xxxx" MMC-nin 05 sentyabr 2022-ci il tarixli, LP-119/2022 saylı qiymətləndirmə (mütəxəssis) rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 32a nömrəli evin 62 nömrəli mənzilin çıxarışa əsasən (58,03 kv.m. yaşayış sahəsi nəzərə alınaraq) real bazar qiyməti 148.000 manat, likvid qiyməti 140.000 manat, mənzilin faktiki ölçüsü nəzərə alınaraq (ümumi sahəsi 132 kv.m) real bazar qiyməti 187.000 manat, likvid qiyməti 173.000 manat təşkil edir. Həmçinin iş materiallarında olan "xxxx" MMC-nin 07 oktyabr 2022-ci il tarixli, 02-134/22 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 32a nömrəli evin 62 nömrəli mənzili 10 mərtəbəli, leninqrad layihəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir, yaxşı təmirlidir, çıxarışa əsasən 5 otaqlıdır, faktiki 2 otaq birləşdirilərək 4 otağa düzəlib və mənzilin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla, mənzilin xx.xx.2022-ci il tarixə hazırki bazar dəyəri 231.000 manat, likvid dəyəri 220.000 manat təşkil edir. Göründüyü kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 32a nömrəli evin 62 nömrəli mənzilin bazar və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı verilmiş mütəxəssis rəyləri arasında əsaslı və kəskin fərq olmasına, həmçinin tərəfimizdən qeyd edilən mənzilin bazar və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı vəsatət verilərək ekspert rəyinin alınması üçün məhkəmə əmtəəşunaslıq ekspertizasının təyin edilməsini, ekspertizanın aparılaraq müvafiq ekspert rəyinin verilməsini Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsi xahiş olunsa da hakim tərəfindən vəsatətimiz əsasız olaraq təmin edilməmişdir. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanının ümumi 58,03 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı olması göstərilmişdir. Lakin "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, LP-119/2022 nömrəli mütəxəssis rəyinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanının faktiki ölçülərinin ümumi sahəsinin 132 kv.m olması göstərilmişdir. Göründüyü kimi qeyd edilən çıxarışda Cavabdeh1 mülkiyyətində olan mənzilin ancaq yaşayış sahəsi göstərilmişdir. Buna görə də mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb etdiyindən işin tam, hər tərəfli araşdırılaraq ədalətli və qanuni qərar qəbul edilməsi üçün sözügedən mübahisəli mənzilin real bazar və likvid dəyərinin müəyyən edilməsi üçün mənzilin ümumi sahəsinin müəyyən edilməsi əhəmiyyət kəsb etdiyindən tərəfimizdən Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mübahisəli mənzilin ümumi sahəsinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası keçirilməsi barədə vəsatət verilməsinə baxmayaraq hakim tərəfindən vəsatətimiz əsasız olaraq təmin edilməmişdir. Lakin daha sonra hakim öz təşəbbüsü ilə məhkəmə-tikinti-texniki ekspertizası keçirilməsi barədə qərardad qəbul etməsinə baxmayaraq sözügedən mənzilin sahəsinin müəyyən edilməsi barədə müvafiq rəy alınmadan əsassız qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən hesab edirik ki, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb etdiyindən apellyasiya məhkəməsi tərəfindən işin tam, hər tərəfli araşdırılaraq ədalətli və qanuni qərar qəbul edilməsi üçün sözügedən mübahisəli mənzilin real bazar və likvid dəyərinin müəyyən edilməsi məqsədilə mənzilin ümumi sahəsinin müəyyən edilməsi əhəmiyyət kəsb etdiyindən Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mübahisəli mənzilin ümumi sahəsinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-tikintitexniki ekspertizası keçirilməli, həmçinin mübahisəli mənzilin bazar və likvid dəyərinin müəyyən edilməsi üçün iş üzrə təkrar məhkəmə əmtəəşunaslıq ekspertizası təyin edilərək, ekspertizanın aparılıb müvafiq ekspert rəyinin verilməsini Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməli, rəy alındıqdan sonra ədalətli qərar qəbul edilməlidir. Bundan başqa məhkəmə qətnaməsində “Cavabdeh1 xx.xx.2019-xx.xx.2022-ci il dövrləri əhatə edən xx.xx.2022-ci il tarixli bank hesabı çıxarışından görünür ki, xx.xx.2019-cu il tarixli 110085-1-31884 saylı kredit müqaviləsinə əsasən həmin hesaba xx.xx.2019-cu il tarixdə 75.000 manat məbləğində pul vəsaiti daxil olmuş, sonuncu ödəniş tarixi xx.xx.2021-ci il olmaqla müxtəlif vaxtlarda ödənişlər edilmişdir.”; həmçinin “Cavabdeh1 xx.xx.2019-xx.xx.2022-ci il dövrləri əhatə edən xx.xx.2022-ci il tarixli bank hesabı çıxarışından görünür ki, xx.xx.2019-cu il tarixli 271874-1-35031 saylı və xx.xx.2019-cu il tarixli 271874-1-36162 saylı kredit müqavilələrinə əsasən həmin hesaba müvafiq olaraq xx.xx.2019-cu il tarixdə 7.500 manat və xx.xx.2019-cu il tarixdə 6.000 manat məbləğində pul vəsaiti daxil olmuş, sonuncu ödəniş tarixi xx.xx.2020-ci il olmaqla müxtəlif vaxtlarda ödənişlər edilmişdir.” göstərilmişdir. Göründüyü kimi Cavabdeh1 tərəfindən qeyd edilən müqavilələr üzrə xx.xx.2020 və xx.xx.2021-ci il tarixləri olmasına baxmayaraq İddiaçı ASC tərəfindən iddia tələbi ilə məhkəməyə bilərəkdən gec müraciət etməklə yaranmış kredit borcunun və faizlərinin süni şəkildə şişirdilməsinə rəvac vermişdir. İş üzrə alınmış ekspert rəyində isə göründüyü kimi xx.xx.2022-ci il tarixə (maliyyə arayışının verildiyi tarixə) kredit borcu üzrə hesablama aparılmışdır ki, bu isə nəticədə ekspert tərəfindən iddiaçının iddia qaldıran zaman göstərdiyi borc üzrə qalıq demək olar ki tam olaraq təsdiq edilmişdir. Bundan başqa qeyd edilməlidir ki, məlum olduğu kimi, koronavirus infeksiyasının (COVİD 19) bütün dünyada sürətlə yayılması ilə əlaqədar olaraq dövlətlərin əksəriyyəti ciddi tədbirlər görmüş, dövlətlər arasında hava və quru sərhədləri bağlanmış və ticarət əlaqələri məhdudlaşdırılmışdır. Azərbaycanda da xüsusi karantin rejimi tətbiq edilmiş, insanların hərəkəti məhdudlaşdırılmış və əksər müəssisələrin fəaliyyəti müvəqqəti dayandırılmışdır. Xüsusi karantin rejimi çərçivəsində görülən tədbirlər nəticəsində yaranmış ümumi vəziyyətlə bağlı olaraq cavabdehlər tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini icra etməsi ilə bağlı müəyyən çətinliklər yaranmışdır. Bu halın baş verəcəyini isə cavabdehlər ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni ümumiyyətlə bağlamazdılar. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edildiyi kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 32a nömrəli evin 62 nömrəli mənzilin bazar və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı verilmiş mütəxəssis rəyləri arasında əsaslı və kəskin fərq olmasına, həmçinin tərəfimizdən qeyd edilən mənzilin bazar və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı vəsatət verilərək ekspert rəyinin alınması üçün məhkəmə əmtəəşunaslıq ekspertizasının təyin edilməsini, ekspertizanın aparılaraq müvafiq ekspert rəyinin verilməsini Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsi xahiş olunsada hakim tərəfindən vəsatətimiz əsasız olaraq təmin edilməmişdir. Nəticədə isə iş üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq mənzilin dəyəri barədə müvafiq ekspert rəyi alınmamışdır. Bu isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadığını, cavabdehlərin əsassız olaraq maddi məhrumiyyətlərə məruz qaldığı və hüquqlarının pozulduğu qətnamə qəbul edildiyini sübut edir. Bundan başqa iş mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb etdiyindən sözügedən mübahisəli mənzilin real bazar və likvid dəyərinin müəyyən edilməsi üçün mənzilin faktiki ümumi sahəsinin müəyyən edilməsi əhəmiyyət kəsb etməsinə baxmayaraq mənzilin sahəsinin müəyyən edilməsi barədə müvafiq rəy alınmadan əsassız qərar qəbul etmişdir. Bu isə bir daha məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadığını, cavabdehlərin əsassız olaraq maddi məhrumiyyətlərə məruz qaldığı və hüquqlarının pozulduğu qətnamə qəbul edildiyini sübut edir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin qət etdim hissəsində göstərilmiş əmlakın ilkin satış qiyməti 173.000 manat məbləğində müəyyən edilsin göstəriməsi yuxarıda qeyd edildiyi kimi mütəxəssis rəyləri arasında ziddiyyət olduğundan, həmçinin iş üzrə müvafiq ekspert rəyi alınmadığından iş üçün əhəmiyyəti olmasına baxmayaraq sübut edilməmişdir. Birinci instansiya məhkəməsinin tərəflər əmlakın ilkin satış qiymətinin 173.000 manat məbləğində müəyyən edilsin göstəriməsi yuxarıda qeyd edildiyi kimi mütəxəssis rəyləri arasında ziddiyyət olduğundan, həmçinin iş üzrə müvafiq ekspert rəyi alınmadığından iş üçün əhəmiyyəti olmasına baxmayaraq sübut edilməmiş və bu isə məhkəmə qətnaməsində göstərilmiş işin hallarına uyğun deyildir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
10. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
11. Digər Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
16. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 280-ci maddəsinə əsasən girov müqaviləsi yazılı formada bağlanmalıdır. Girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Girov predmetinin təsvirində girov qoyanın bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər. Bu Məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır. Bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır.
18. Həmin Məcəllənin 293.2-ci maddəsinə əsasən aşağıdakı hallarda girov saxlayan girovla təmin edilmiş öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələbi yerinə yetirilmədikdə isə tutmanı girov predmetinə yönəldə bilər: 293.2.1. girov qoyan sonrakı girov qaydasını pozduqda; 293.2.2. girov qoyan bu Məcəllənin 283.1 və 283.2-ci maddələrində nəzərdə tutulan vəzifələri yerinə yetirmədikdə; 293.2.3. girov qoyan girov qoyulmuş əşyadan istifadə və ona dair sərəncam verilməsi qaydalarını pozduqda.
19. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
20. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - ipoteka predmetinin satış (likvid) qiymətidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının “xx.xx.2019-cu il tarixli 110085-1-31884 saylı, xx.xx.2019-cu il tarixli 271874- 1-35031 saylı, xx.xx.2019-cu il tarixli 271874-1-36162 saylı kommersiya krediti müqavilələri üzrə kredit borcunun məbləğinin, habelə tutma yönəldilmiş ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,0908 ha torpaq sahəsində yerləşən 32 A nömrəli, 10 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən 58,03 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 62 nömrəli mənzilin likvid dəyərinin müəyyən edilməsi” hissələrində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı həddində iddia qismən əsaslıdır.
23. Hazırkı işin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli 110085-1-31884 saylı; xx.xx.2019-cu il tarixli 271874-1-35031 saylı və xx.xx.2019- cu il tarixli 271874-1-36162 saylı kommersiya kredit müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh1 müqavilələrdə və razılaşmalarda müəyyən edilmiş şərtlərlə cəmi 85.000 manat (xx.xx.2019-cu il tarixli 110085-1-31884 saylı kommersiya kredit müqaviləsi üzrə 75.000 manat, xx.xx.2019-cu il tarixli 271874-1-35031 saylı kommersiya kredit müqaviləsi üzrə 7.500 manat və xx.xx.2019-cu il tarixli 271874-1-36162 saylı kommersiya kredit müqaviləsi üzrə 6.000 manat) məbləğində kredit verməklə, göstərilən müqavilə və razılaşmalar ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.
24. Cavabdeh1 xx.xx.2019-xx.xx.2022-ci il dövrləri əhatə edən xx.xx.2022-ci il tarixli bank hesabı çıxarışından görünür ki, xx.xx.2019-cu il tarixli 110085-1-31884 saylı kredit müqaviləsinə əsasən həmin hesaba xx.xx.2019-cu il tarixdə 75.000 manat məbləğində pul vəsaiti daxil olmuş, sonuncu ödəniş tarixi xx.xx.2021-ci il olmaqla müxtəlif vaxtlarda ödənişlər edilmişdir.
25. Cavabdeh1 xx.xx.2019-xx.xx.2022-ci il dövrləri əhatə edən xx.xx.2022-ci il tarixli bank hesabı çıxarışından görünür ki, xx.xx.2019-cu il tarixli 271874-1-35031 saylı və xx.xx.2019-cu il tarixli 271874-1-36162 saylı kredit müqavilələrinə əsasən həmin hesaba müvafiq olaraq xx.xx.2019-cu il tarixdə 7.500 manat və xx.xx.2019-cu il tarixdə 6.000 manat məbləğində pul vəsaiti daxil olmuş, sonuncu ödəniş tarixi xx.xx.2020-ci il olmaqla müxtəlif vaxtlarda ödənişlər edilmişdir.
26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2022-ci il tarixli, 9/5449 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə (maliyyə arayışının verildiyi tarixə) xx.xx.2019-cu il tarixli 110085-1-31884 saylı kommersiya kredit müqaviləsi və xx.xx.2019-cu il tarixli 110085-1-31884 saylı kommersiya kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2020-ci il tarixli 01 saylı Əlavə Razılaşma üzrə əsas kredit borcu 50.652,18 manat, faiz borcu 14.808,44 manat, xx.xx.2019-cu il tarixli 271874-1-35031 saylı kommersiya kredit müqaviləsi və xx.xx.2019cu il tarixli 271874-1-35031 saylı kommersiya kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2020-ci il tarixli 01 saylı Əlavə Razılaşma üzrə əsas kredit borcu 6.324,03 manat, faiz borcu 1.879,81 manat və xx.xx.2019-cu il tarixli 271874-1-36162 saylı kommersiya kredit müqaviləsi və xx.xx.2019-cu il tarixli 271874-1-36162 saylı kommersiya kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2020-ci il tarixli 01 saylı Əlavə Razılaşma üzrə əsas kredit borcu 5.475,12 manat, faiz borcu 1.645,95 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatlarının dəyəri 50 manat təşkil edir.
27. Birinci instansiya məhkəməsi həmin ekspert rəyinə uyğun olaraq xx.xx.2019-cu il tarixli 110085-1-31884 saylı, kommersiya krediti müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə olan 50.652,18 manat əsas borc, 14.808,44 manat faiz borcu, cəmi 65.460,62 manat məbləğində, xx.xx.2019-cu il tarixli 271874-1-35031 saylı, kommersiya krediti müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə olan 6324,03 manat əsas borc, 1879,71 manat faiz borcu, cəmi 8203,74 manat məbləğində, xx.xx.2019-cu il tarixli 271874-1-36162 saylı kommersiya krediti müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə olan 5475,12 manat əsas borc, 1645,95 manat faiz borcu, cəmi 7121,07 manat məbləğində, ümumilikdə 80.785,43 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi nəticəsinə gəlmişdir.
28. Apellyasiya baxışı zamanı 27 iyul 2023-cü il tarixli qərardadla iş üzrə məhkəməmühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 18 oktyabr tarixli 9/7312 saylı ekspert rəyində göstərilmişdir ki, xx.xx.2019-cu il tarixli 110085-1-31884 saylı kommersiya kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair cari hesabdan çıxarış məlumatları, 31 yanvar 2019cu il tarixli, 110085-1-31884 kommersiya kredit müqaviləsi və xx.xx.2019-cu il tarixli 1170085-1-31884 saylı kommersiya kredit müqaviləsinə dəyişiklik və əlavələrin edilməsi barədə 24 aprel 2020-ci il tarixli, 01 saylı “Əlavə Razılaşma”nın şərtlərinə müvafiq olaraq Cavabdeh1 İddiaçı ASC-nə olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2021-ci il tarixə (sualda qeyd edilən tarixə): əsas borc üzrə 50.652,18 AZN, faiz borcu üzrə 9.034,09 АZN. xx.xx.2022-ci il tarixə (maliyyə arayışı tarixinə): əsas borc üzrə 50.652,18 AZN, faiz borcu üzrə 14.808,44 AZN, xx.xx.2022-ci il tarixə (sualda qeyd edilən tarixə): əsas borc üzrə 50.652,18 AZN, faiz borcu üzrə 15.745,50 AZN. xx.xx.2019-cu il tarixli 271874- 1-35031 saylı kommersiya kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair cari hesabdan çıxarış məlumatları, 10 sentyabr 2019-cu il tarixli 271874-1-35031 kommersiya kredit müqaviləsi və xx.xx.2019-cu il tarixli 271874-1-35031 saylı kommersiya kredit müqaviləsinə dəyişiklik və əlavələrin edilməsi barədə 24 aprel 2020-ci il tarixli, 01 saylı “Əlavə Razılaşma”nın şərtlərinə müvafiq olaraq Cavabdeh1 İddiaçı ASC-nə olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2021-ci il tarixə (sualda qeyd edilən tarixə): əsas borc üzrə 6.324.03 AZN, faiz borcu üzrə 1.158.87 AZN. xx.xx.2022-ci il tarixə (maliyyə arayışı tarixinə): əsas borc üzrə 6.324,03 AZN, faiz borcu üzrə 1.879,81 AZN. xx.xx.2022-ci il tarixə (sualda qeyd edilən tarixə): əsas borc üzrə 6.324,03 AZN, faiz borcu üzrə 1.996,80 AZN. xx.xx.2019-cu il tarixli 271874-1-36162 saylı kommersiya kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair cari hesabdan çıxarış məlumatları, 29 noyabr 2019-cu il tarixli 271874-1-36162 kommersiya kredit müqaviləsi və xx.xx.2019-cu il tarixli 271874-1-36162 saylı kommersiya kredit müqaviləsinə dəyişiklik və əlavələrin edilməsi barədə 24 aprel 2020-ci il tarixli, 01 saylı “Əlavə Razılaşma”nın şərtlərinə müvafiq olaraq Cavabdeh1 İddiaçı ASC-nə olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2021-ci il tarixə (sualda qeyd edilən tarixə): əsas borc üzrə faiz borcu üzrə 5.475,12 AZN, 1.021,79 AZN. xx.xx.2022-ci il tarixə (maliyyə arayışı tarixinə): əsas borc üzrə 5.475,12 AZN, faiz borcu üzrə 1.645,95 AZN. xx.xx.2022-ci il tarixə (sualda qeyd edilən tarixə): əsas borc üzrə 5.475,12 AZN, faiz borcu üzrə 1.747,24 AZN.
29. İş materiallarında olan iddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış 26 may 2021ci il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2021-ci il tarixə 110085-1-31884 saylı müqavilə üzrə Banka 50652.18 manat məbləğində əsas borc, 10040.18 manat məbləğində faiz borcu, 0 manat məbləğində cərimə borcu, ümumilikdə isə 60692.36 manat məbləğində, xx.xx.2021-ci il tarixə 271874-1-35031 saylı müqavilə üzrə Banka 6324.03 manat məbləğində əsas borc, 1285.46 manat məbləğində faiz borcu, 0 manat məbləğində cərimə borcu, ümumilikdə isə 7609.49 manat məbləğində, xx.xx.2021-ci il tarixə 271874-1-36162 saylı müqavilə üzrə Banka 5475.12 manat məbləğində əsas borc, 1128.85 manat məbləğində faiz borcu, 0 manat məbləğində cərimə borcu, ümumilikdə isə 6603.97 manat məbləğində borcun yarandığını bildirilmişdir.
30. Göründüyü kimi İddiaçı ASC əsas borcu tam tələb etmişdir.
31. 01 iyun 2021-ci il tarixdə pretenziya məktubu Cavabdeh1 çatdırılmışdır.
32. Birinci instansiya məhkəməsi əsas borcun tutulması hissəsində iddianı tam təmin etməklə - xx.xx.2019-cu il tarixli 110085-1-31884 saylı kommersiya krediti müqaviləsi üzrə 50652,18 manat, xx.xx.2019-cu il tarixli 271874-1-35031 saylı kommersiya krediti müqaviləsi üzrə 6324,03 manat, xx.xx.2019-cu il tarixli 271874-1-36162 saylı kommersiya krediti müqaviləsi üzrə 5475,12 manat əsas borcun Cavabdeh1 iddiaçının xeyrinə tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023 tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
34. Həmin Qərarda həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
35. Faiz borcu məbləğinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehə 26 may 2021-ci il tarixli pretenziya məktubu göndərməklə kredit müqavilələri üzrə öhdəliklərin vaxtından əvvəl icra edilməsinə və belə olan halda mübahisəli kredit müqavilələrinin ləğv edilməsinə dair iradəsini qarşı tərəfə bildirmiş, bununla da mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir.
36. Odur ki, iddiaçı yalnız müqaviləyə xitam verildiyi tarixədək olan müqavilə üzrə faizlərin ödənilməsini tələb etmək hüququna malik olduğundan mübahisəli kredit müqavilələri üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcu 18 oktyabr 2023-cü il tarixli ekspert rəyində müəyyən edilmiş 01 iyun 2021-ci il tarixə olan faiz borcu əsas götürülməklə xx.xx.2019-cu il tarixli 110085-1-31884 saylı kommersiya krediti müqaviləsi üzrə 9.034,09 manat, xx.xx.2019-cu il tarixli 271874-1-35031 saylı kommersiya krediti müqaviləsi üzrə 1.158,87 manat, xx.xx.2019-cu il tarixli 271874-1-36162 saylı kommersiya krediti müqaviləsi üzrə 1.021,79 manat müəyyən edilməlidir.
37. Bundan başqa, birinci instansiya məhkəməsi "xxxx" MMC-nin Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,0908 ha torpaq sahəsində yerləşən 32 A nömrəli, 10 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən 58,03 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 62 nömrəli mənzilinin faktiki sahəsini nəzərə almaqla (ümumi sahəsi 132 kv.m) müəyyən etdiyi likvid dəyərinin ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədəmüvafiq hesab etmiş və Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 32a nömrəli evin 62 nömrəli mənzilin ilkin satış qiymətini 173.000 manat məbləğində müəyyən etmişdir.
38. Apellyasiya baxışı zamanı verilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 2024-cü il 5 fevral tarixli, 3-16-16/2-10/7189-9/7274 nömrəli ekspert rəyindən görünür ki, rəyin təhqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,0908 ha torpaq sahəsində yerləşən 32 A nömrəli, 10 mərtəbəli binanın 4cü girişində, 1-ci mərtəbəsində yerləşən 5 otaqlı 62 nömrəli mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 292000 manat, 10 % azalmaq əmsalı tətbiq etməklə həmin mənzilin likvid dəyəri təqribən 262000 manat müəyyən edilir.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
40. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
41. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
42. Hazırkı məhkəmə araşdırması zamanı 2024-cü il 5 fevral tarixli, 3-16-16/2- 10/7189-9/7274 nömrəli ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir.
43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinə dair hissədə dəyişdirilməli, ekspert rəyinə əsasən tutma yönəldilmiş ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,0908 ha torpaq sahəsində yerləşən 32 A nömrəli, 10 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən 5 otaqlı 62 nömrəli mənzilin ilkin satış qiyməti 262000 manat müəyyən edilməlidir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən Məhkəmə kollegiyası hesab edir ki, 250 manat ekspertiza xərci cavabdehdən Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır.
45. Kollegiya həmçinin qeyd edir ki, apellyatorlar tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özlərinə aid edilməlidir.
46. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 19 aprel 2023cü il tarixli e-2-2(113)-86/2023 saylı qətnaməsi “faiz, cəmi, ümumilikdə borcun tutulması və əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi” hissələrində dəyişdirilməli, İddiaçı ASCnin xeyrinə tutulmalı faiz borcu xx.xx.2019-cu il tarixli 110085-1-31884 saylı kommersiya krediti müqaviləsi üzrə 9.034,09 manat, cəmi borc 59.686,27 manat, xx.xx.2019-cu il tarixli 271874-1-35031 saylı kommersiya krediti müqaviləsi üzrə 1.158,87 manat, cəmi borc 7482,9 manat, xx.xx.2019-cu il tarixli 271874-1-36162 saylı kommersiya krediti müqaviləsi üzrə 1.021,79 manat, cəmi borc 6496,91 manat, ümumilikdə 73.666,08 manat müəyyən edilməli, tutma yönəldilmiş ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,0908 ha torpaq sahəsində yerləşən 32 A nömrəli, 10 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən 58,03 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 62 nömrəli mənzilin ilkin satış qiyməti 262.000 manat müəyyən edilməlidir.
47. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin, İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli e-2-2(113)-86/2023 saylı qətnaməsi “faiz, cəmi, ümumilikdə borcun tutulması və əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi” hissələrində dəyişdirilsin. İddiaçı ASC-nin xeyrinə tutulmalı faiz borcu xx.xx.2019-cu il tarixli 110085-1-31884 saylı kommersiya krediti müqaviləsi üzrə 9.034,09 manat, cəmi borc 59.686,27 manat, xx.xx.2019-cu il tarixli 271874-1-35031 saylı kommersiya krediti müqaviləsi üzrə 1.158,87 manat, cəmi borc 7482,9 manat, xx.xx.2019-cu il tarixli 271874-1-36162 saylı kommersiya krediti müqaviləsi üzrə 1.021,79 manat, cəmi borc 6496,91 manat, ümumilikdə 73.666,08 manat müəyyən edilsin. Tutma yönəldilmiş ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində istifadədə olan 0,0908 ha torpaq sahəsində yerləşən 32 A nömrəli, 10 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən 58,03 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 62 nömrəli mənzilin ilkin satış qiyməti 262.000 manat müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. 250 manat ekspertiza xərci Cavabdeh1 Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aida Hüseyn Hakimlər Raqib Qurbanov Vüsalə Baxışova