Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-314/2021 15.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Nümayəndə1 MMC-nin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X3 Dövlət Xidməti) tender prosedurunun və nəticələrinin ləğv edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1609/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı "Nümayəndə1" MMC cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “Bankın yeni inzibati binasının detallı layihələndirmə işləri (o cümlədən, tikinti icazəsinin planlaşdırılması) və tikintisi üzrə cavabdeh tərəfindən xx xxxxxx 2020-ci il tarixdə elan olunmuş tender (təkliflər sorğusu) prosedurunun və nəticələrinin qanunsuz hesab edilərək ləğv olunması və həmin tenderin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun yenidən təşkil edilməklə, iddiaçının qeyd olunan satınalmada hüquqi şəxslər birliyi (konsorsium) və ya birgə müəssisə formasında iştirakına şərait yaradılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi aşağıdakılarla əsaslandırılmışdır:
1. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə rəsmi saytında “Bakı şəhəri, Heydər Əliyev prospekti, 109 ünvanında, Azərbaycan Respublikası Mərkəzi Bankının yeni inzibati binasının detallı layihələndirmə işləri (o cümlədən, tikinti icazəsinin planlaşdırılması) və tikintisi” üzrə tender elanı yerləşdirmiş və bununla bağlı müvafq təkliflərin verilməsi üçün potensial şirkətləri dəvət etdiyini bildirmişdir. Tender elanına görə tikinti işlərinin 33.200 kv.m. ərazidə həyata keçirilməsi və inşa ediləcək binanın ümumi mərtəbə sahəsinin 67.926 kv.m., hündürlüyünün isə təqribən 160 metr təşkil edəcəyi qeyd olunmuşdur.Bundan başqa tender elanında aşağıdakı tələblər irəli sürülmüşdür: - “Təkliflər Sorğusu prosedurunda iştirak etmək istəyən ərizəçilər müsabiqəyə buraxılış uyğunluğunu nümayiş etdirən aşağıdakı sənədləri xx xxxx 2020-ci il, saat 17:00dək elektron poçt vasitəsilə təqdim etməldirlər”; - “Təkliflər Sorğusu sənədlərinin potensial iddiaçılara göndərilməsindən sonra onlardan xahiş ediləcəkdir ki, xx xxxxx 2020-ci il, saat 12:00- dan gec olmayaraq, ixtisas tələbləri üzrə sənədləri bağlı zərfdə olmaqla 1 çap variantında və 1 elektron variantda Mərkəzi Banka təqdim etsinlər”; - Konsorsium və ya birgə müəssisənin bu Təkliflər Sorğusunda iştirakına yol verilmir” .
2. İddiaçı ilk əvvəl xx xxxx 2020-ci il tarixində cavabdehə müraciət edərək “Azərbaycan Respublikası Mərkəzi Bankının yeni inzibati binası”nın tikintisi üzrə keçiriləcək tenderdə qanunvericiliyin tələblərinin nəzərə alınmasını,qanun pozuntularının aradan qaldırılmasını və tenderdə iddiaçının hüquqi şəxslərin birliyi (konsorsium) və ya birgə müəssisə formasında iştirakına imkan yaradılmasını xahiş etmişdir. Eyni zamanda, həmin tarixdə üçüncü şəxs Antiinhisar və X3 Dövlət Xidmətinə müraciət edərək cavabdeh tərəfindən yol verilən pozuntuların aradan qaldırılmasında köməklik göstərilməsini xahiş etmiş və sonuncu ona ünvanladığı müraciətində göstərilən halları nəzərə almış və telefonoqramla (ASİMDX-15/01- 7/119S saylı xx xxxx 2020-ci il tarixli) satınalma prosedurunun şərtlərinin qanunvericilik tələblərinə uyğunlaşdırılması, iştrakla bağlı sənəd qəbulu müddətinin uzadılması, dövlət vəsaitlərinin qənaətlə xərclənməsi, səmərəli rəqabətin təmin olunması, bütün iddiaçılara eyni cür ədalətli münasibətin göstərilməsi və ayrı-seçkiliyə yol verilməməsi məqsədilə hüquqi şəxslər birliyi (konsorsium) formasında satınalmada iştirak etmək niyyətində olan podratçıların sözügedən satınalmada iştirakına şərait yaradılmasını tövsiyə etmişdir. Həmçinin, Xidmət tərəfindən cavabdehə digər (ASİMDX-15/017/167S saylı xx xxx 2020-ci il tarixli) telefonoqram ünvanlanaraq bir daha tenderin qanunvericiliyin tələblərinə uyğun yenidən təşkil edilməsini xahiş etmiş, cavabdeh isə ən son 09-00276-2020 saylı xx xxx 2020-ci il tarixli məktubunda dolayı şəkildə bildirmişdir ki, guya iddiaçının xüsusi təhlükəsizlik və spesifik tikinti tələblərinə cavab verən yüksək səviyyədə sınanmış tikinti təcrübəsi” yoxdur. “Onun konsorsium ilə bağlı iddiasına gəldikdə isə nə “Dövlət satınalmaları haqqında” Qanunda, nə də hər hansı digər qanunvericilik aktında “hüquqi şəxslər birliyi”nin və ya “konsorsium”un anlayışı verilməmişdir.”
3. Aşağıdakı səbəblərə görə tender (Təkliflər sorğusu) proseduru və nəticələri qanunsuz hesab edilərək ləğv olunmalıdır: Tender elanı cavabdehin rəsmi internet saytında xx xxxxxx 2020-ci il tarixdə (həftənin cümə axşamı günü) yerləşdirilmiş və maraqlı ərizəçilərdən öz sənədlərini xx xxxx 2020-ci il, saat 17:00-dək təqdim etməsi tələb olunmuşdur. xx xxxxxx 2020 və xx xxxx 2020-ci il tarixləri həftənin qeyri-iş günləri sayılan şənbə və bazar günləri olduğundan, potensial maraqlı ərizəçilərə, o cümlədən İddiaçıya bu elandan xəbər tutub, tələb olunan sənədləri təqdim etməsinə cəmi 6 gün vaxt ayrılmışdır ki, bu da olduqca məhdudlaşdırıcı şərtdir və qabaqcıl beynəlxalq təcrübəyə uyğun deyildir; Potensial iddiaçılardan ixtisas tələbləri üzrə sənədlərinin xx xxxxx 2020-ci il, saat 12:00dan gec olmayaraq təqdim etməsi tələbi də məhdudlaşdırmışdır. Belə ki, Novruz bayramı ilə əlaqədar 20-xx xxxx 2020-ci il tarixləri Azərbaycanda qeyri-iş günləri olduğuna görə, bu müddət yerli iddiaçıları əlverişsiz şəraitdə qoymuşdur. xx xxxxxx 2020-ci il tarixli elanın dövlət satınalmalarının vahid internet portalı olan saytında yerləşdirilməməsi də əlavə məhdudlaşdırma» halıdır. Tender barəsində dövlətin mərkəzləşdirilmiş məlumat resursu (mənbəyi) üzərindən xəbər tutmaq üçün müvafiq şərait təmin olunmamışdır. “Dövlət satınalmaları haqqında” Qanunun 4.1.1-4.1.2-ci maddələrinə görə, sıtınalan təşkilat cari ilin oktyabr ayının 15-dən gec olmayaraq növbəti il üçün ilkin satınalma planını hazırlayaraq təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir. İlkin satınalma plam növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edilənədək qüvvədə qalır. Növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edildikdən və büdcə göstəricilərini aldıqdan sonrakı 10 bank günü ərzində satınalan təşkilat ilkin satınalma planında dəqiqləşdirmə apararaq, həmin planı təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir.
4. Tender elanının digər şərtlərinə görə, “Konsorsium və ya birgə müəssisənin bu Təkliflər Sorğusunda iştirakına yol verilmir”. Cavabdehin bu tələbi qanunsuz olmaqla yanaşı, iddiaçını, habelə digər potensial ərizəçiləri tenderdə iştirakdan demək olar ki, məhrum etmişdir. Halbuki, “Dövlət satınalmaları haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyrirezident hüquqi və ya fiziki şəxslər yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər. Beləliklə, qanunvericilikdən məlum olur ki, “hüquqi şəxslər birliyi”nin və ya “konsorsium”un anlayışının verilib-verilməməsi iddiaçını hüquqi şəxslər birliyi və ya konsorsium formasında tenderdə iştirakdan məhrum edə bilməz.
5. Bundan başqa, cavabdeh iddiaçıya ünvanladığı xx xxx 2020-ci il tarixli məktubunda qeyd etmişdir ki, guya iddiaçı tender üzrə layihənin icrasında müvafiq təcrübəyə malik deyildir. Cavabdehin bu mövqeyi də qanunsuz və əsassızdır, çünki ixtisas uyğunluğu veb sayt üzərindən deyil, müvafiq sənədlər əsasında qiymətləndirilə bilər. “Dövlət satınalmaları haqqında” Qanunun 6.5-ci maddəsinə görə satınalan təşkilat mal göndərənlərin (podratçıların) ixtisas göstəricilərini ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədlərində və tenderin əsas şərtlər toplusunda yaxud təkliflərin, ofertaların və ya kotirovkaların cəlb edilməsinə dair digər sənədlərdə şərh edilmiş ixtisas meyarlarına və prosedurlarına əsasən qiymətləndirir. Göründüyü kimi, cavabdeh iddiaçını faktiki olaraq özünün elan etdiyi tenderdə iştirakdan məhrum etmiş, iddiaçının sonradan ona ünvanladığı müraciətləri isə əsassız olaraq təmin etməmişdir.
6. Bundan başqa cavabdeh satınalmanı təkliflər sorğusu metodu ilə deyil, məhz açıq tender üsulu ilə təşkil etməli idi. Lakin cavabdeh nədənsə, bundan yayınmışdır. “Dövlət satınalmaları haqqında” Qanunun 17.1-ci maddəsinə görə, malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi minimum məbləğdən yuxarı olduqda onların satın alınması açıq tender üsulu ilə aparılır. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci hissəsində isə qeyd olunur ki, Qanunun 17.1-ci, 20.1-ci və 41.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir. Maliyyə Nazirliyinin Kollegiyasının “Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının açıq tender və kotirovkalar sorğusu üsulları ilə aparılması üçün minimum məbləğlərin və satınalınan xidmətlər barədə bildirişin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi üçün məbləğin müəyyən edilməsi barədə” Q-12 nömrəli, xx xxx 2013-cü il tarixli Qərarının 1-ci bəndinə görə, dövlət satınalmalarının açıq tender üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləği əlli min manat müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh qanunvericiliyin tələblərini bir daha pozmaqla, tenderi öz mülahizəsinə görə təşkil etmişdir.” Cavabdeh tərəfi iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını xahiş etmiş və bunu aşağıdakılarla əsaslandırmışdır.
1. İddiaçı məhkəməni yanıltmaq məqsədi güdür. Belə ki, iddiaçı hansı sənədlərin xx.xx.2020 tarixinədək təqdim edilməsinin tələb edildiyi barədə məlumat verməyərək, ümumən sənədlərdən danışır Halbuki, sənəd qəbulunun xx.xx.2020-ci il tarixdə bitməsi nəzərdə tutulmayıb. 2 Elanda iddiaçılar tərəfindən sənədlərin mərhələlərlə təqdim edilməsi nəzərə tutulmuşdur. Bu hal iddiaçının özü tərəfindən də sonrakı abzaslarda etiraf edilir, belə ki, iddiaçı iddia ərizəsinin əsaslandırıcı hissəsinin ikinci bəndində bildirir ki, ixtisas uyğunluğu sənədlərinin təqdim edilməsi üçün son tarix elanda xx.xx.2020 saat 12:00 olaraq nəzərdə tutulmuşdur.
3. xx.xx.2020 tarixinə qədər isə müsabiqədə iştirak etmək istəyən şəxslər tərəfindən yalnızca onların müsabiqəyə buraxılış uyğunluğunu nümayiş etdirən sənədlərin təqdim edilməsi nəzərdə tutulmuşdur ki, bu sənədlər isə "Təkliflər Sorğusunda iştirak ərizəsi (ərizə forması Tender Elanına 1 saylı Əlavə şəklində qoşulmuşdur), məxfilik öhdəliyi və iştirak haqqında ərizəni imzalayan şəxsin səlahiyyətini təsdiq edən etibarnamə; iddiaçının son il ərzində maliyyə vəziyyətini təsdiqləyən bank arayışı (Bank arayışının alınması da yarım iş günü ərzində həyata keçirilə bilən bir iş olaraq görünür. İddiaçılardan bəziləri hətta 3 bankdan arayış təqdim etmişlər).
4. Müsabiqədə iştiraka ilkin olaraq ayrılmış vaxt ərzində göstərilən qaydalara riayət edilməsi ilə əksəriyyətinin xarici iddaçıların təşkil etdiyi 11 (on bir) müraciət daxil olmuşdur. Xarici iddiaçılar üçün göstərilən müddətin yetərli olması, notarial təsdiq və leqallaşdırma tələblərinə əməl edilməsi də daxil olmaqla, təsbit edir ki, iştirak (ixtisas yox) uyğunluğu sənədlərinin təqdim edilməsi üçün müəyyən edilmiş müddət adekvat və kafi olmuşdur. Belə ki, yerli şirlətlər üçün, həmin sənədlərin hazırlanmasına 2 (iki) gün də yetərli sayıla bilər. Əgər iddiaçı həmin müddət ərzində bu sənədləri hazırlayıb təqdim edə bilməmişdirsə, bu fakt özü onun təşkilatçılıq səviyyəsinin göstəricisi olaraq qiymətləndirilməlidir. östərilən müddət səriştəli və təcrübəli iddiaçılar üçün heç bir lüzumsuz çətinlik törətməmişdir. Səriştəsiz və təcrübəsiz iddiaçıların isə müsabiqədə iştirakı arzu edilən olmamışdır.
5. Əslində, iddiaçı tərəfindən masabiqəyə buraxılma sənədlərinin təqdim edilməməsinin başlıca səbəbi onun baş podratçı kimi “açar təslimi" əsasında hündürlüyü 150 metrdən az olmayan qüllənin tikintisi təcrübəsinin olmamasından ibarət olmuşdur. Müsabiqədə iştirak üçün müddətin yetəriz olması iddiası isə həmin tələbi ödəmiş 11 şirkətin müraciət etməsi faktı ilə təkzib olunur. Qanunvericilikdə hansı və nə kimi müddətlərin müəyyən edilməsi barədə heç bir tələb müəyyən edilmir. Odur ki, burada hər hansı bir qanun pozuntusu olduğunun iddia edilməsi tam əsassızdır və iddiaçı bu iddiasını qanuna hər hansı bir istinadla əsaslandıra bilməmişdir.
6. İddiaçı ixtisas uyğunluğu sənədlərinin təqdim edilməsi üçün ayrılmış müddətin də yetərsiz olduğunu iddia edir. İxtisas uyğunluğunun müəyyənləşdirilməsi üçün lazım olan sənədlərin təqdim edilməsi üçün son tarix xx xxxxx 2020-ci il olaraq müəyyənləşdirilmişdir. Elanın xx xxxxxx 2020-ci il tarixdə verildiyini nəzərə alsaq, ixrisas uyğunluğu sənədlərinin hazırlanması və təqdim edilməsi üçün potensial iddiaçılara 1 (bir) təqvim ayından çox vaxt, daha dəqiq desək, 5 həftədən çox vaxt ayrılmışdır. Novruz bayramlarının 1 həftə çəkdiyini göz önündə tutaraq, tam yəqinliklə demək olar ki, ixtisas sənədlərinin hazırlanması və təqdim edilməsi üçün 4 həftədən çox vaxt ayrılmışdır ki, bu da 1 (bir) təqvim ayına bərabər olan bir müddət anlamına gəlir. Bu bir aylıq müddət ixtisas uyğunluğu sənədlərinin hazırlanması və təqdim edilməsi üçün kifayət qədər yetərli bir müddətdir və iddiaçı müddətin yetərsizliyini iddia edərkən, məsələyə qərəzli münasibət nümayiş etdirir və məhkəməni yanlış istiqamətə yönəldir. 11 (on bir) müraciət daxil olmuşdur. Xarici iddiaçılar üçün göstərilən müddətin yetərli olması, notarial təsdiq və leqallaşdırma tələblərinə əməl edilməsi də daxil olmaqla, təsbit edir ki, iştirak (ixtisas yox) uyğunluğu sənədlərinin təqdim edilməsi üçün müəyyən edilmiş müddət adekvat və kafi olmuşdur, belə ki, yerli şirlətlər üçün, həmin sənədlərin hazırlanmasına 2 (iki) gün də yetərli sayıla bilər. Əgər iddiaçı həmin müddət ərzində bu sənədləri hazırlayıb təqdim edə bilməmişdirsə, bu fakt özü onun təşkilatçılıq səviyyəsinin göstəricisi olaraq qiymətləndirilməlidir. Göstərilən müddət səriştəli və təcrübəli iddiaçılar üçün heç bir lüzumsuz çətinlik törətməmişdir. Səriştəsiz və təcrübəsiz iddiaçıların isə müsabiqədə iştirakı arzu edilən olmamışdır.
7. İddiaçının elanın dövlat satınalmalarının vahid internet portalında yerləşdirilməməsidir. Bu iddia tam əsassız, haqsız və yanlış bir iddiadır . Belə ki, iddiaçıya dəfərlərlə izah edilmişdir ki, “təkliflər sorğusu" formasında keçirilən satınalma müsabiqəsi barədə elan yox, bildiriş verilir (“Dövlət satınalmaları haqqında” Qanunu, m.48.2). Əlavə olaraq, satınalma müsabiqəsi barədə məlumat eyni vaxtda “Azərbaycan" qəzetində və www.globaltender.com saytında yerləşdirilmişdir ki, bu da Dövlət satınalmaları haqqında qanunun 48.2-ci maddəsinə tam uyğun olmuşdur. İddiaçı tərəfindən cavabdehin qanunauyğun hərəkətlərinin “məhdudlaşdırıcı hal" olaraq dəyərləndirilməsinin hüquqi əhəmiyyəti anlaşılmır. Yuxarıdakılar göstərir ki, dövlətin mərkəzləşdirilmiş məlumat resursu üzərindən xəbər tutmaq üçün şərait yaradılmaması haqqında iddiası tam əsassızdır. İddiaçı iddianın əsaslandırıcı hissəsinin beşinci bəndində yenə də əsassız və səbatsız iddia irəli sürür. Bu iddianın məzmun və mahiyyət etibarilə əsassızdır. Çünki, cavabdeh iddiaçı ilə əlaqədar heç bir ixtisas uyğunluğu dəyərləndirməsi aparmamışdır, belə ki ixtisas uyğunluğu dəyərləndirməsi “Dövlət satınalmaları haqqında" Qanuna görə müsabiqə iştirakçıları ilə əlaqədar həyata keçirilən bir prosedurdur. İddiaçı müsabiqə iştirakçısı olmayıbsa, cavabdeh tərəfindən onun ixtisas uyğunluğunun dəyərləndirilməsi ümumiyyətlə lazım gəlməmişdir və belə bir prosedur həyata keçirilməmişdir, buna görə də burada hər hansı bir qanun pozuntusu və ya qanunsuzluq olmamışdır. İddiaçı barəsində cavabdeh tərəfindən məlumat əldə edilməsi və iddiaçı ilə təmas zamanı bu məlumatın bildirilməsi, bu, satınalma prosesindən kənar bir şəkildə baş veridiyi üçün, “Dövlət satınalmaları haqqında" qanunun müddəalarının bu hala tətbiq edilməsi mümkün deyil və iddiaçı tərəfindən cavabdehin bu hərəkətində qanun pozuntusunun müəyyənləşdirilməsi yenə də iddiaçının mütəxəssislərinin hazırlıq səviyyəsinin göstəricisi kimi qiymətləndirilməlidir.
8. İddiaçının son arqumenti ondan ibarətdir ki, “Dövlət satınlamaları haqqında" Qanununun 8.1-ci maddəsi ilə hüquqi şəxslər birliyinin satınalma müsabiqəsində iştirakı imkanı nəzərdə tutulduğu bir halda cavabdeh tərəfindən bu istisna edilmişdir. Həmin Qanunun 8.1-ci maddəsi isə nəzərdə tutur ki, dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər". Maddənin mətnindən göründüyü kimi, dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallarda iştirak istisna edilə, yəni satınalma müsabiqəsinə buraxılmaya bilərlər. İstisnalara yol verilməsi o deməkdir ki, maddə imperativ xarakter daşımır. Çünki Azərbaycan Respublikasının qanunvericiliyinə görə və Beynəlxalq hüquqda qəbul edilmiş ümumi qaydaya əsasən (bu qayda “Beynəlxalq müqavilələr hüququ haqqında 1969-ci il Vyana konvensiyası"nda ifadə edilmişdir), imperativ maddə elə maddədir ki, ondan hər hansı bir kənarlaşmaya yol verilmir. Bakı Kommersiya Məhkəməsinin 1609/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Nümayəndə1 MMC-nin iddia tələbi rədd olunmuşdur. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv ejdilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslanırılmış, eyni zamanda, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 217, 218.3, 385.1, 386 və 387.1-ci maddələrinə istinadən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə qətnamə qəbul edərkən, işin faktiki hallarına uyğun tətbiq etməli olduğu maddi hüquq normalarını (yuxarıda təfərrüatı ilə sadalanıb) tətbiq etməmiş, beləliklə maddi, o cümlədən, prosessual hüquq normalarının (MPM-in 14.2, 77.1, 88, 217 və s.) kobud pozuntusuna yol vermişdir ki, nəticədə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edil məsi üçün prosessual əsaslar yaranmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi S.Qasımov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, cavabdehin nümayəndəsi X.Yusifli onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının iddia ərizəsində və apellyasiya şikayətində şərh edilən dəlillərindən göründüyü kimi, o, xx.xx.2020-ci il tarixində cavabdehin saytında yerləşdirilən “Bakı şəhəri, Heydər Əliyev prospekti, 109 ünvanında, Azərbaycan Respublikası Mərkəzi Bankının yeni inzibati binasının detallı layihələndirmə işləri (o cümlədən, tikinti icazəsinin planlaşdırılması) və tikintisi” ilə əlaqədar yerləşdirmiş tender elanının Təkliflər Sorğusunda təsbit olunan şərtlərin, o cümlədən, tender elanı üzrə müsabiqədə iştirak edə biləcək şəxsələrə olan tələblərin, ixtisas sənədlərinin topanıb banka təqdim edilməsi üçün müəyyən edilən vaxt çərçivəsinin və s. “Dövlət satınlamaları haqqında" Qanunun tələblərinə uyğun olmadığını mübahisələndirərək, tender prosedurunun və onun nəticələrintin ləğv edilməsini və onun satınalmada hüquqi şəxslər birliyi (konsorsium) və ya birgə müəssisə formasında iştirakına şərait yaradılmasını tələb etmişdir. İddiaçının qeyd olunan dəlilləri ilə əlaqədar iş materialları üzrə aparılmış araşdırma ilə müəyyən olunur ki, birincisi, mübahisələndirilən tender elanı təkcə Mərkəzi Bankın “www.globaltender.com” saytında deyil, eyni vaxtda “Azərbaycan" qəzetində də yerləşdirilmişdir. “Dövlət satınalmaları haqında” Qanunun 48.2-ci maddəsində də məhz təsbit olunur ki, satınalan təşkilat təkliflərin verilməsinə maraq oyatmaq məqsədi ilə yerli və beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında bildiriş dərc etdirir. Digər tərəfdən, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı ümumiyyətlə, tender müsabiqəsində iştirak etməmiş, tender iştirakçısı olmamışdır. İddiaçının iddia ərizəsində və şikayətində mübahisələndirdiyi əsas məsələlərdən biri və ilk öncəsi cavabdehin tender elanı üzrə “Təkliflər sorğusu”nda - “konsorsium və ya birgə müəsisəsinin müsabiqədə iştirakına yolverilməzliyi barədə olan 4-cü bəndi təşkil edir. “Dövlət satınalmaları haqqında “ Qanunun 8.1-ci maddəsinə əsasən dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər” Birincisi, Qanunun qeyd olunan normasının mənasından göründüyü kimi, dövlət satınalma prosedurları üzrə iştirakçılıqda istisnalara yol verilir. İkincisi, iddiaçının hüquqi-təşkilat forması öz nizamnaməsi əsasında fəaliyyət göstərən məhdud məsuliyyətli cəmiyyətidir və tender müsabiqəsində məhdud məsuliyyətli cəmiyyətin iştirakına məhdudiyyət qoyulduğu müəyyən edilmir. Üçüncü bir tərəfdən, hər bir halda, iş materiallarına əsasən iddiaçının cavabdehə ünvanlanmış olan tendər elanı üzrə müsabiqədə iştirak etmək niyyətini ifadə edən rəsmi müraciətinin (ərizəsinin) mövcudluğu müəyyən olunmur. Onun iddia ərizəsində istinad etdiyi cavabdehə və üçüncü şəxsə ünvanlanmış məktublarına gəldikdə isə, həmin məktublar özündə tender elanı şərtlərindən narazılığını ifadə edən şikayət xarakterli və sorğu mənasını ehtiva edən müraciətləri əks etdirir. İddia ərizəsinin məzmununa və apellyasiya şikayətinin dəlillərinə, cavabdehə və üçüncü şəxsə ünvanlanmış tender elanında təsbit olunan şərtlərin qanunvericiliyə uyğun olmadığını ifadə edən həmin müraciətlərinə və nümayəndəsinin məhkəməyə verdiyi izahatına əsasən belə anlaşılır ki, iddiaçı, tender elanında təsbit olunan şərtlər daxilində əvvəlcədən müsabiqəyə buraxılmaq üçün zəruri olan bütün sənədləri toplayıb tender komissiyasına təqdim edilməsinin mümkünsüzlüyünü görmüş, bütün bunlar isə onda müsabiqədə iştirak etmək imkanı olmadığı ehtimalını yaratmış, bunun nəticəsi olaraq da Təkliflər sorğusunda nəzərdə tutulan ixtisas sənədlərinə malik olmadığı halda, müsabiqədə iştirak etmək niyyətini ifadə edən konkret ərizə və ilə cavabdehə müraciət etməmişdir. Ümumiyyətlə, iddiaçı xx.xx.2020-ci il tarixli Tender elanı üzrə onu qane etməyən cəhətləri və şərtlərini, həmin elanı üzrə dörd aydan da çox davam edən və xx.xx.2020-ci il tarixdə başa çatan sənədlərin mərəhələlərlə qəbulu çərçivəsində, məhkəmə qaydasında mübahisələndirilməmiş və cavabdehə qarşı onun müsabiqəyə buraxılması tələbini irəli sürməmiş, 2 ay keçdikdən sonra yalnız, birbaşa, hazırkı tender prosedurunun və onun nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ən azından onu demək kifayətdir ki, bankın tikiləcək inzibati binası (qülləsi) 160 metr hündürlüyünə malik olacağı nəzərə alınmaqla, Tender elanında təkliflər sorğusunın 4-cü bəndində təsbit olunan əsas və ən başlıca şərt ondan ibarətdir ki, “podratçı kimi müsabiqədə “açar təslimi” əsasında hündürlüyü 150 metrdən az olmayan qüllənin tikintisini tamamlamış ərizəçilər iddiaçı qismində iştirakına yol verildyi” nəzərdə tutulmuşdur. İş materiallarına əsasən isə müəyyən olunur ki, iddiaçının belə bir tikinti təcrübəsinə malik olmasına dair sənəd-sübut məhkəməyə təqdim olunmamışdır. Hazırkı məhkəmə iclasında iştirak edə ümayəndəsi isə məhkəmənin müvafiq sualını cavablandırarkən, bu vaxtacan cəmiyyətin hündurluyü 150 metrdən az olmayan bina tikintisini həyata keçirmədiyini bildirmiş, eyni zamanda, əsaslandırıcı sübuta istinad etmədən qeyd etmişdir ki, tərəflərindən hazırda belə bir bina (qüllə) tikilməkdədir. Göründüyü kimi, iddiaçı tərəfindən bir dəfə də olsun belə, hündurluyü 150 metrdən az olmayan binanın (qüllənin) tikintisi tamamlamamışdır. Ən azından bu faktor onun tərəfindən tender müsabiqəsinə 150 metrdən az olmayan qüllə tikintisi təcrübəsinə malik olmasını təsdiq edən ixtisas sənədi təqdim edilməsinin tamamlə mümkünsüz olduğunu deməyə əsas verir. Göründüyü kimi, iddiaçının tender elanı üzrə “Təkliflər sorğusu”na uyğun olan peşə təcrübəsini göstərən ixtisas sənədlərinə malik olmadığı halda, onun tender müsabiqəsində iştirakının cavabdeh tərəfindən məhdudlaşdırldığını mübahisələndirən dəlilləri əsassızdır. “Dövlət satınalmaları haqqında” Qanunun 54.2-ci maddəsi isə nəzərədə tutur ki, satınalmanın sənədlər toplusu satınalmanın keçirilməsi haqqında qərarın qəbul edildiyi gündən yığılmağa başlanır və satınalma müqaviləsi tam yerinə yetirildikdən sonrakı 20 bank günü ərzində bitirilir. Beləliklə də, qeyd olunanlar kifayət qədər iddiaçının hazırkı iddia tələbində haqlı olmadığını sübuta yetirir. Ona görə də məhkəmə kollegiyası, prosessual qənaət prinsipi baxımından, iddiaçının digər dəlillərinin araşdırılmasını zəruri hesab etmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın rədd olunmasını faktlar-nöqteyi nəzərindən mahiyyəti üzrə düzgün olan nəticə kimi qiymətləndirir. MPM-in 385.2-ci maddəsi isə nəzərdə tutur ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin qətnamədə göstərilmiş nəticənin işin faktiki hallarına, maddi və prosesual hüquq normalarını uyğun olmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin 1609/2020 saylı xx.xx.2020-ci il tarixli həmin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 217, 220, 382, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət e t d i:
İddiaçı Nümayəndə1 MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 1609/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflərə təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov
Hakimlər: Raqib Qurbanov
Vüsalə Baxışova