Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-314/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1766/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 21 yanvar 2022-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, e-2-2(113)-1766/2021 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı borcun qaytarılması tələbinə dair iddia qismən təmin edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Kommersiya Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, e-2-2(113)-1766/2021 saylı qərardadı ilə apellyasiya şikayəti Mülki Prosessual Məcəlləsinin 10-1.3-ci maddəsinin tələbinə əsasən geri qaytarılmışdır. Daha sonra Cavabdeh MMC həmin qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermiş və Bakı Kommersiya Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, e-2-2(113)-1766/2021 saylı qərardadı ilə apellyasiya şikayəti prosessual müddət ötürüldüyünə və apelyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığına görə geri qaytarılmışdır. Cavabdeh MMC həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, e-2- 2(113)-1766/2021 saylı qərardadı ilə şikayətin qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli e-2-2(113)-1766/2021 saylı qərardadının ləğv edilməsi və Cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli e-2-2(113)-1766/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh MMC həmin qərardaddan da şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli e-2-2(113)-1766/2021 saylı qətnaməsi Mülki Prosessual Məcəllənin 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq 27.09.2021-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili X2 məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir. Lakin cavabdeh tərəfindən verilmiş və həmin nümayəndə tərəfindən imzalanmış apellyasiya şikayəti 08 yanvar 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Halbuki Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti 28 oktyabr 2021-ci il tarixdə bitdiyi halda, cavabdehin apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, 08 yanvar 2022-ci il tarixdə verilmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1766/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 21 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-314/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-314/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver