Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-314/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya işi Açar söz: alqı-satqı müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4394/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz hallarından görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC arasında 09 fevral 2022-ci il tarixli 60/2022 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. - Həmin müqavilənin 3.2-ci bəndinə əsasən “alıcı” bu müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə gecikdirdiyi hər bir gün üçün ödənilməyən məbləğin 0,1%-i həcmində cərimə ödəyəcəkdir. - Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş malın miqdarı, çeşidi, qiyməti və təhvil verilməsi tarixi bu müqavilənin ayrılmaz hissəsi sayılan qiymətdə razılaşma protokoluna əsasən müəyyən edilir.
2. 09 fevral 2022-ci il tarixli 60/2022 nömrəli alqı-satqı müqaviləsinə əlavə olan 04 saylı qiymət razılaşdırma protokoluna əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların növü, ölçüsü, miqdarı və qiyməti ümumilikdə (3.604,39 manat ƏDV daxil) 23.628,79 manat olması barədə razılaşmışlar.
3. 09 fevral 2022-ci il tarixli 60/2022 nömrəli alqı-satqı müqaviləsinə əlavə olan 05 saylı qiymət razılaşdırma protokoluna əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların növü, ölçüsü, miqdarı və qiyməti ümumilikdə (3.637,44 manat ƏDV daxil) 23.845,44 manat olması barədə razılaşmışlar.
4. 09 fevral 2022-ci il tarixli 60/2022 nömrəli alqı-satqı müqaviləsinə əlavə olan 06 saylı qiymət razılaşdırma protokoluna əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların növü, ölçüsü, miqdarı və qiyməti ümumilikdə (4.218,48 manat ƏDV daxil) 27.654,48 manat olması barədə razılaşmışlar.
5. 09 fevral 2022-ci il tarixli 60/2022 nömrəli alqı-satqı müqaviləsinə əlavə olan 07 saylı qiymət razılaşdırma protokoluna əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların növü, ölçüsü, miqdarı və qiyməti ümumilikdə (1.819,39 manat ƏDV daxil) 11.927,11 manat olması barədə razılaşmışlar.
6. 20 fevral 2023-cü il tarixli 78/2023 nömrəli müqaviləsinə əlavə olan 02 saylı qiymət razılaşdırma protokoluna əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların növü, ölçüsü, miqdarı və qiyməti ümumilikdə (1.858,21 manat ƏDV daxil) 12.181,63 manat olması barədə razılaşmışlar.
7. İddiaçı MMC tərəfindən 09 fevral 2022-ci il tarixli, 60/2022 nömrəli müqaviləyə əsasən ümumilikdə 87.055,82 manat dəyərində malların verilməsinə görə, o cümlədən 23.628,79 manat dəyərində EBBW seriyalı, 747724 nömrəli, xx.xx.2022-ci il tarixli, 23.845,44 manat dəyərində EBBX seriyalı, 895126 nömrəli, xx.xx.2022-ci il tarixli, 27.654,48 manat dəyərində EBBX seriyalı, 944257 nömrəli, xx.xx.2022-ci il tarixli, 11.927,11 manat dəyərində EBBY seriyalı, 316207 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimələr tərtib edilərək Cavabdeh MMC-yə elektron sistem vasitəsi ilə göndərilmişdir.
8. xx.xx.2023-cü il tarixli 78/2023 saylı müqaviləyə 2 saylı Qiymətlərin razılaşma protokoluna əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 12.181,63 manat dəyərində paslanmaz, alüminium və galvaniz sac təqdim edilməsi razılaşdırılmışdır.
9. xx.xx.2023-cü il tarixli 20230270 nömrəli hesab-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş malın (paslanmaz, alüminium və galvaniz sac) ümumi dəyəri (1.858,21 manat ƏDV daxil) 12.181,63 manat təşkil edir (yükalan - Cavabdehdir).
10. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 370418-1063 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, (09 fevral 2022-ci il tarixli, 60/2022 nömrəli müqaviləyə və 20230270 nömrəli hesab-fakturaya əsasən avans ödənişi üzrə) 6000 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına ödənilmişdir.
11. xx.xx.2023-cü il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından İddiaçı MMC-yə (09 fevral 2022- ci il tarixli, 60/2022 nömrəli müqaviləyə və 20230270 nömrəli hesab-fakturaya əsasən avans ödənişi üzrə) 1080 manat məbləğində (ƏDV) pul vəsaiti köçürülmüşdür.
12. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş sənədi (tapşırığı) ilə təsdiq edilir ki, (09 fevral 2022-ci il tarixli, 60/2022 nömrəli müqaviləyə və 20220552 nömrəli hesabfakturaya əsasən avans ödənişi üzrə) 10000 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına ödənilmişdir.
13. xx.xx.2022-ci il tarixli 20220552 nömrəli hesab-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş malın (paslanmaz sac) ümumi dəyəri (3.604,39 manat ƏDV daxil) 23.628,79 manat təşkil edir (yükalan - Cavabdehdir).
14. xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından İddiaçı MMC-yə (09 fevral 2022-ci il tarixli, 60/2022 nömrəli müqaviləyə və 20220552 nömrəli hesab-fakturaya əsasən avans ödənişi üzrə) 3.604,39 manat məbləğində (ƏDV) pul vəsaiti köçürülmüşdür.
15. xx.xx.2022-ci il tarixli 20220608 nömrəli hesab-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş malın (alüminium sac) ümumi dəyəri (3.637,44 manat ƏDV daxil) 23.845,44 manat təşkil edir (yükalan - Cavabdehdir).
16. xx.xx.2022-ci il tarixli 20220624 nömrəli hesab-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş malın (paslanmaz sac) ümumi dəyəri (4.218,48 manat ƏDV daxil) 27.654,48 manat təşkil edir (yükalan - Cavabdehdir).
17. xx.xx.2022-ci il tarixli 20220645 nömrəli hesab-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş malın (paslanmaz sac) ümumi dəyəri (1.819,39 manat ƏDV daxil) 11.927,11 manat təşkil edir (yükalan - Cavabdehdir).
18. e-qaimələr haqqında məlumatlardan görünür ki, EBBW seriyalı, 747724 nömrəli, xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 895126 nömrəli, xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 944257 nömrəli, xx.xx.2022-ci il tarixli və EBBY seriyalı, 316207 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə “sistem tərəfindən təsdiqlənmiş” vəziyyətdədir.
19. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən göstəriləcək hüquqi yardıma görə 2000 manat məbləğində pul vəsaiti “Güvən” Vəkil Bürosunun bank hesabına köçürülmüşdür.
20. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlayaraq borcun 5 iş günü ərzində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
Birinci instansiya məhkəməsində icraat
21. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçı xeyrinə 63.776,12 manat məbləğində əsas məbləğ və 9.675,31 manat ƏDV borcunun, 3.672,51 manat əldən çıxmış faydanın, vəkilə ödənilmiş 2000 manat məbləğində vəsait olmaqla, ümumilikdə 79.123,94 manat məbləğdə vəsaitin və 405 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı direktoru Yücel Ortuğ və Cavabdeh MMC-nin direktoru Nümayəndə arasında 09 fevral 2022-ci il tarixli, 60/2022 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, İddiaçı MMC bu müqavilədə müəyyən olunmuş şərtlərlə malları Cavabdeh MMC-yə satmağı, Cavabdeh MMC isə həmin şərtlər daxilində malın dəyərini hesab faktura təqdim edildikdən sonra ödəməyi öz öhdəsinə götürmüşdür. Mövcud müqaviləyə müvafiq olaraq Cavabdeh MMCnin EBBW seriyalı, 747724 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 20.024,40 manat əsas borc, 3.604,39 manat ƏDV borcu; EBBX seriyalı, 895126 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 20.208 manat əsas borc, 3.637,44 manat ƏDV borcu; EBBX seriyalı, 944257 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 23.436 manat əsas borc, 4.218,48 manat ƏDV borcu; EBBY seriyalı, 316207 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 10.107,72 manat əsas borc, 1.819,39 manat ƏDV borcu mövcuddur. Cavabdeh xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən sadəcə 10000 manat məbləğində əsas borc üzrə, 3.604,39 manat məbləğində isə ƏDV üzrə ödəniş etmişdir. Hal-hazırki tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 63.776,12 manat əsas məbləğ və 9.675,31 manat məbləğində ƏDV borcu olmaqla ümumilikdə 73.451,43 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Beləliklə, xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 23.628,79 manat məbləğ üzrə 584,76 manat (23.628,79-10000- 3.604,39=10.024,4/12x14x5%=584,76); xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 23.845,44 manat məbləğ üzrə 1.291,63 manat (23.845,44/12x13x5%=1.291,63); xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 27.654,48 manat məbləğ üzrə 1.497,95 manat (27.654,48/12x13x5%=1.497,95); xx.xx.2023-cü il tarixli qaiməyə əsasən 11.927,11 manat məbləğ üzrə 298,17 manat (11.927,11/12x6x5%=298,17) məbləğdə, ümumilikdə isə 3.672,51 manat məbləğində əldən çıxmış fayda mövcuddur. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 25 iyun 2023cü il tarixində rəsmi qaydada müvafiq borcun 5 iş günü ərzində ödənilməsi üçün pretenziya məktubu ünvanlanmışdır. Tərəflərindən həmçinin mediasiyaya müraciət olunmuş, lakin tərəf iştirak etmədiyi üçün hər hansı nəticə əldə olunmamışdır. Onu da qeyd edirlər ki, Cavabdeh MMC bu günədək tam ödənişi təmin etməmişdir. Cavabdeh ödəməli olduğu 63.776,12 manat əsas məbləğ və 9.675,31 manat ƏDV ödənişi dəyərində məbləği zamanında ödəmədiyi üçün İddiaçı MMC-yə maddi cəhətdən böyük zərər dəymiş və həmin məbləğ ilə əldə edə biləcəyi gəlir və faydadan məhrum olmuşdur.
23. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4394/2023 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia təmin edilmişdir.
24. Məhkəmə qeyd etmişdir ki, cavabdeh mübahisəli elektron qaimələri möhür vurmaqla imzalaması və qaimələrlə bağlı iddiaçıya və vergi orqanına hər hansı bir formada etiraz ünvanlamaması, eləcə də EBBW seriyalı, 747724 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə avans və ƏDV ödənişini etməsi həmin qaimələrdə qeyd edilmiş malların cavabdehə təqdim edilməsini sübuta yetirir.
25. Məhkəmə iddianın faiz borcu hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tələb etdiyi məbləği “əldən çıxmış fayda” adlandırsa da, tələbinin əsası kimi 445.7-ci maddəsinə istinad etmişdir. Odur ki, məhkəmə sözügedən tələbə pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 % olmaqla faiz tələbi kimi qiymətləndirmişdir.
26. Məhkəmə Cavabdeh MMC-nin alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərinin ödənilməsini müxtəlif tarixlərdə göndərilmiş elektron qaimələr üzrə təxminən 1 ildən artıq müddətə gecikdirdiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı Cavabdeh MMC Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə 3.672,51 (73.451,43x5%) manat məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
27. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4394/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh arasında bağlanmış 09 fevral 2022-ci il tarixli, 60/2022 saylı alqı-satqı müqaviləsinin şərtlərinə tam əməl etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində EBBW seriyalı, 747724 nömrəli, xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 895126 nömrəli,xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 944257 nömrəli, xx.xx.2022-ci il tarixli və EBBY seriyalı, 316207 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimələr üzrə bütün malları bizə təhvil verdiyini iddia etsə də, bir sıra mallar cavabdehə təhvil verilməmişdir. Yəni iddiaçı müqavilə üzrə öhdəliyini icra etməmiş, vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməmiş, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməmiş, müqavilənin məqsədinə çatmağa maneçilik törədən hərəkətlərə yol vermiş və nəticədə mülki qanunvericiliyin tələblərini pozmuşdur. İddiaçı MMC arasında bağlanmış 09 fevral 2022-ci il tarixli, 60/2022 saylı alqı-satqı müqaviləsinin 3.1-ci bəndinə əsasən “alıcı” bu müqavilənin 2.1-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun olaraq, malın dəyərini tam ödədikdən sonra mal “alıcı”ya təhvil verilir. Təhvil verilən malların isə dəyərinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsinə baxmayaraq, iddiaçı iddia ərizəsində yalnızca 23.628,79 manat dəyərində olan EBBW seriyalı, 747724 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə avans olaraq 10.000 manat və 23.628,79 manat dəyərində olan malın 3.604,39 manat məbləğindəki ƏDV-sini onlara ödənildiyini qeyd etmişdir. Lakin iddiaçının göstərdiyi bu hal tam olaraq əsassızdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 09 fevral 2022-ci il tarixli, 60/2022 saylı alqı-satqı müqaviləsinin 3.1-ci bəndinə nəzər yetirdikdə məlum olur ki, sözügedən müqavilə qarşılıqlı icra nəzərdə tutur. Yəni iddiaçı tərəfindən Cavabdeh MMCyə təhvil verilmiş malların dəyəri ödənilmiş, təhvil verilməyən malların dəyərinin ödənilməsindən imtina edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, e-2-2(113)-4394/2023 saylı qətnaməsində Mülki Məcəllənin 445.5-ci, 445.8-ci və 448.2-ci maddələrinin tələbləri pozulmuş, 445.7-ci maddə isə düzgün tətbiq olunmamışdır. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi elektron qaimələr üzrə bütün mallar təhvil verilmədiyi halda, o əsassız olaraq bütün malların təhvil verildiyini qeyd etmiş və beləliklə də təhvil verilməmiş malların dəyərinin tərəfimizdən ödənilməsini tələb etmişdir. Üstəlik, iddiaçı təhvil verilməmiş malların dəyərinin ödənilməsinin cavabdeh tərəfindən gecikdirildiyini iddia edərək buna görə 3.672,51 manat məbləğində faizin də ona verilməsini tələb etmişdir. Belə olan halda iddiaçının bu əsassız tələbini təmin etmiş məhkəmə Mülki Məcəllənin 445.5-ci, 445.8-ci və 448.2-ci maddələrinin tələblərini pozmuşdur. İddiaçının iddia ərizəsində göstərdiyi elektron qaimələr üzrə bır sıra mallar cavabdehə təhvil verilmədiyi üçün cavabdeh öhdəliyin icrasını gecikdirmiş hesab oluna bilməz. Buna görə də, Mülki Məcəllənin 445.7-ci maddəsini tətbiq edərək iddiaçının sözügedən tələbini təmin etmiş məhkəmə qətnaməsi faizlərə dair hissədə də qanunsuz və əsassızdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
30. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
31. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddə- alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.1-ci maddə-alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddə- (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
32. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
33. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4394/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında 09 fevral 2022-ci il tarixli 60/2022 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında cavabdehə mallar təhvil verilmiş, malların təqdim edilməsi alıcıya həm kağız daşıyıcıda, həm də sistem vasitəsi ilə elektron qaimələrin göndərilməsi ilə rəsmiləşdirilmiş, alıcı kağız daşıyıcıda təqdim edilmiş elektron qaimələri möhür və imza ilə, o cümlədən elektron formada təsdiq etməklə malların ona təqdim edildiyini təsdiq etmişdir.
35. İddiaçı tərəfindən cavabdehdən tələb edilən məbləğ həmin qaimələr əsasında yaranmış borc məbləğidir.
36. Müqavilənin 3.1-ci bəndində satılan malın dəyərinin əvvəlcədən ödənilməsi nəzərdə tutulsa da, müəəyyən olunur ki, iddiaçı cavabdehə ödəniş edilmədiyi halda mal təqdim etmişdir.
37. Cavabdeh tərəfin iddiaya etirazı və apellyasiya şikayəti məhkəmə tərəfindən əsassız hesab edilir. Belə ki, cavabdeh malların təqdim edilməsi barədə elektron qaimələri təsdiq etdiyi halda bir sıra malların təqdim edilmədiyini qeyd etsə də, konkret olaraq hansı elektron qaimə üzrə hansı məbləğdə malın təqdim edilmədiyini göstərməmiş, mal təqdim edilmədiyi halda hansı səbəbdən elektron qaimələrin ləğv edilməsi üçün qarşı tərəfə müraciət edilməməsinin məntiqli səbəbini izah edə bilməmişdir.
38. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mal təqdim edilmədiyi halda onun həmin malla bağlı göndərilmiş elektron qaimənin həm kağız daşıyıcıda, həm elektron şəkildə təsdiq edilməsi alıcının risk dairəsinə aid məsələ olduğundan birinci instansiya məhkəməsinin iddianın təmin edilməli olduğuna dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilir.
39. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 4394/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4394/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.