Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-318/2021 08.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 qızının iştirakı ilə İddiaçı Firmasının cavabdeh “xxxx” ASC-yə qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-39/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı «xxxx» Firması cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məxsus Sabunçu rayon ünvan 1 ünvanında yerləşən, avto servisə yanğın nəticəsində dəymiş zərərin əvəzi kimi sığortalanmış 144.446,00 manat məbləğdən azadolma 100 manat çıxılmaqla, 144.346,00 manat məbləğində nəğd pul, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində nəğd pul, və həmin məbləğin bugünədək ödənilmədiyini nəzərə alaraq Azərbaycan Respublikası Mərkəzi Bankının illik faiz dərəcəsi 5% olmaqla 7.218,00 manat, ümumilikdə, 151.624 manat barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə xx xxxx 2017-ci il tarixdə iddiaçıya məxsus Sabunçu rayon ünvan 1 ünvanında yerləşən, Avtomobil təmiri sexində baş vermiş yanğınla əlaqdar firmaya maddi ziyan dəymişdir. Tərəflər arasındakı xx.xx.2017-ci il tarixli BA seriyalı 659927 saylı daşınmaz əmlakın siğorta Şəhadətnaməsinə əsasən firmaya məxsus Sabunçu rayon ünvan 1 ünvanında yerləşən avtoservis 100 manat azadolma razılaşqdırılmaqla 144.446,00 manat məbləğində sığortalanmışdır.Yanğın nəticəsində iddiaçıya dəyən zərər cavabdeh zərər iddiaçının çoxsaylı müraciətlər edilməsinə baxmayaraq sığorta şirkəti tərəfinən ödənilməmiş, azadolma məbləği çıxıldıqdan sonra 5.087,00 manat məbləğ ödəyə biləcəyini bildirmişdir. Halbuki sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarının hesablanması məqsədi ilə “xxxx” şirkətindən mütəxəsis dəvət edilmiş və dəymiş zərərin məbləği 293.258,00 manat dəyərində müəyyən edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxx” ASC-dən əsas borc 123.358,00 manat və 30 manat məbləğində pul vəsaitinin tutularaq «xxxx» Firması-nin hesabına ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. xx.xx.2017-ci il tarixində “Daşınmaz əmlakın İcbari sığortası” müqaviləsinə əsasən iddiaçıya məxsus avtoservisə sığorta təminatı verilmişdir. xx xxxx 2017-ci tarixindən yanğın hadisəsi baş verməsi nəticəsində qeyd edilən əmlaka dəymiş ziyan Sığortaçı tərəfindən qiymətləndirilmiş və 5087 manat məbləğində ödənilə biləcəyi bildirilmişdir. Lakın “xxxx” firması qeyd edilən məbləğ ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 17058 saylı xx xxxxxx 2019-cu il tarixli rəyə əsasən daşınmaz əmlaka 123358 manat məbləğində ziyan dəymişdir. Ekspert tərəfindən qiymətləndirmə aparılan zaman daşınar əmlaka da dəyən ziyan nəzərə alınmışdır. Belə ki, smetaya su vurma sistemi 4 000 AZN, Havalandırma sistemi 31 500 manat, yanğın şitləri 1350 manat wi-fi avadanlığı və digər daşınar əmlak nəzərə alınmışdır. Həmçinin qeyd edilən smetaya nəzər salanda məlum olur ki, ekspert ümumiyyətlə araşdırma aparmamış və İddiaçının təqdim etdiyi smetanı əlavə etmişdir. Ekspert ümumiyyətlə araşdırma aparmamış və İddiaçının təqdim etdiyi smetanı əlavə etmişdir. Azərbaycan Respublikası “İcbari sığorta haqqında “qanunun 35.1-ci maddəsinə əsasən Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin qanunun 35.4-cü maddəsinə əsasən yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. Beləliklə qanunvericiliyin tələblərinə əsasən Daşınmaz əmlakın icbari sığortası müqaviləsinə əsasən sığorta təminatı yalnız daşınmaz əmlak ilə bağlı verilir. Ekspert rəyində göstərilən havalandırma sistemi, avtoservisdə istifadə edilən suvurma sistemi , siqnalizasiya və internet avadanlığı olan daşınar əmlaka təminat verilmir. Lakin hakim Aytən Əliyeva tərəfindən qeyd edilən maddə nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavadehin nümayəndəsi N.Sadıxova apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və şirkətin təşəbbüsü ilə müstəqil ekspert rəyi alınmış ekspert rəyini məhkəmyə təqdim edərək, məhkəmənin istinad etdiyi havalandırma sisteminin yanmış daşınmaz əmlakın elementlərinə aid edilməsini əsassız olduğunu bildirməklə,şikayətin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış və iddiaçıya yanğın nəticəsində dəymiş zərərin dəfələrlə çox olduğunu, dam örtüynün yararsız halda düşdüyünü, təmir sexlərinin, bütün rabitə sisteminin tamamilə sıradan çıxdığını, hətta üç yüz min manata yaxın qiyməti olan motosikiletin və başqa bir avtomaşının yandığını qeyd edərək, bütün bunların iş materiallarında olan hesabatlara, fotoşəkillərə və ekspert rəyinə əsasən sübuta yetirildiyini bildirmiş və qətnamənin qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalidir. Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. İşin iddia ərizəsinə, cavabdehin apellyasiya şikayətinə, tərəflərin nümayəndələrinin məhkəməyə verdiyi izahatlarına əsasən müəyyən olunur ki, iddiaçıya məxsus qeyriyaşayış sahəsinin (avtoservisin) tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli BA seriyalı 659927 saylı daşınmaz əmlakın siğorta müqaviləsinə əsasən sığortalandığı və xx xxxx 2017-ci tarixində baş vermiş yanğın nəticəsində sığorta hadisəsi baş verdiyi işin mübahisələndirilməyən hallarını təşkil edir. Cavabdehin apellyasiya şikayətinin dəllərindən və onun nümayəndəsinin məhkəməyə verdiyi izahatının görünür ki, məhkəmənin istinad etdiyi məhkəmə ekspertinin rəyi ilə razılaşmayaraq, “İcbari sığorta haqqında” Qanunun 35.4-cü maddələrinə istinadən mübahisələndirir ki, həmin rəydə göstərilən havalandırma və avtoservisdə istifadə edilən suvurma sistemləri, siqnalizasiya və internet avadanlığına təminat verilmədiyi hakim tərəfindən nəzərə alınmamışdır. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə aşağıdakılara görə razılaşmır. Belə ki, adı çəkilən Qanunun 35.4-cü maddəsi nəzərdə tutur ki, yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. Göründüyü kimi, həmin normada yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortasına münasibətdə, hansı eleməntələrinə dəyən zərərlərə təminat verildiyi sadalanır. Odur ki, Qanunun qeyd olunan 35.4-cü maddəsi yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortasına aid xüsusi bir normanı təşkil etdiyindən, hazırkı mübahisəli əmlaka münasibətdə həmin maddi hüquq normasının tətbiq edilməsi mümkünlüyü istisna edilir. Çünki, sığorta müqaviləsinə əsasən 144.446 manat məbləğində sığortalanmış avtoservis binasıdır - qeyri-yaşayış sahəsidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsinə münasibətdə mübahisəli hüquq münasibətlərinin qanuni əsası kimi “İcbari sığorta haqqında” Qanunun 35.1-ci və 36.1-ci maddələri tətbiq olunmalıdır. Qanunun qeyd olunan normaları isə aşağıdakıları nəzərdə tutur: 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi ... Eyni zamanda, həmin Məcəllənin 41.1-ci maddəsi müəyyən edir ki, daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir. Həmin Qanunun 39.1.2-ci maddəsinə əsasən isə qeyri-yaşayış sahələri üzrə – sığorta predmeti olan əmlakın yerləşdiyi yerdə eyni cür və həmin texniki vəziyyətdə olan əmlakın orta bazar dəyəri məbləğində. Qanunvericiliyin qeyd olunan tələbləri onu deməyə əsas verir ki, yanğın nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkiyə məruz qalması nəticəsində sığortalıya vurulmuş real zərərin əvəzi sığorta məbləği həddində ödənilməlidir. İşdən görünür ki, sığortalanmış daşınmaz əmlakın yanması nəticəsində onun bərpasına çəkiləməli olan xərclərlə bağlı cavabdeh tərəfindən tərtib olunmuş hesabatda 5.200,00 manat məbəlğində olduğu, iddiaçı isə məhkəməyə təqdim etdiyi “xxxx” Şirkətinin xx xxxxxx 2019-cu il tarixli mütəxəsis rəyində 293.258,00 manat təşkil etdiyi göstərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli avtoservisin bərpasına çəkiləməli xərclərin müəyyən olunması üçün məhkəmə-mühəndis texniki ekspertizası təyin olunmuş və AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 170058 saylı ekspert rəyində dəymiş zərərin dəyəri 123.358,00 manat təşkil etdiyi müəyyən olunmuşdur. Həmin rəydən görünür ki, yanğın baş verən avtomobillərin təmir sexinə baxış keçirilmiş və bu zaman müəyyən olunmuşdur ki, 1622,7 kv m ümumi sahəsi olan sexin yanğın baş verən 2-ci və 3-cü sexlərinin 875 kv m olan hissəsi təmirə məruz qalmışdır. Ekspert tərəfindən rəydə qrafik şəklində qeyd olunan sahənin təmir-bərpa işlərinin smetası qrafik şəklində, həmin işlərə ümumilikdə çəkilən 123.358,00 manat xərclərin aşağıdakılardan ibarət olduğu müəyyənləşdirilmişdir: - pol, tavan, divar, pəncərə avadanlıq quraşdırma və s işlərin görülməsinə, cəmi, 56.965,00 manat; -elektrik (kabel, procektor, kmera və kabelləri, plastik şüşə və naqil yuvası) işlərinə cəmi, 19.045,00 manat; -havalandırma və yanğın təhlükəsizliyi isteminin çəkilməsinə cəmi, 44.348,00 manat(təkcə havalandırma sisteminin qiyməti 31500). Məhkəmə kollegiyası tədqiq olunan rəydə ekspertin gəldiyi həmin nəticələri sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndirir. Belə ki, birincisi, avtoservisin yanğın nəticəsində itkiyə məruz qalmış sahələri işə əlavə olunmuş ilkin fotoşəkillərindən də aydın görünür. Bundan əlavə, sığorta şirkətinin hazırkı mərhələdə məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli 684 saylı müstəqil məhkəmə ekspert rəyinə gəldikdə isə həmin rəydə ekspertin tərtib etdiyi smetada havalandırma sisteminə qiymət verilməmişdir. Digər bir tərəfdən, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 11-ci maddəsinin 7-11-ci hissələrinin tələbinə görə: “Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən internet informasiya ehtiyatı vasitəsilə təşkil edilən məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericiliyin ümumi tələbləri, ekspert rəyinin tərtib edilməsi qaydaları və etik davranış kodeksinin müddəalarına dair icbari təlimdə iştirak etməlidir. Təlimin keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Müvafiq icra hakimiyyəti orqanı özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərlə müsahibə keçirir. Özəl məhkəmə ekspertlərinə şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Şəhadətnamənin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər...” Cavabdehin istinad etdiyi müstəqil ekspert rəyini verən ekspertlər - Şükür Hüseynovun və tikinti mühəndisi Emin Quliyevin isə özəl məhkəmə ekspertləri kimi dövlət reyestrində qeydiyyata alınmaları, başqa sözlə onların rəy vermək səlahiyyətinə malik olmalarını təsdiq edən sənəd-sübut məhkəməyə təqdim olunmamışdır. Bu baxımdan, həmin rəydə gəlinmiş nəticələrin mötəbər sübut əhəmiyyətli məlumatlar kimi qəbul edilməsi istisna olunur. Ümumiyyətlə, cavabdehin ilk öncə iddiaçıya 5.200,00 manat məbləğində sığorta ödənişi təklif etməsi, hazırkı mərhələdə isə qeyd olunan müstəqil məhkəmə eksperti rəyini təqdim etməklə, həmin rəydə yanmış qeyri-yaşayış sahəsinə çəkilən xərcin 70.263,00 manat təşkil etməsini mübahisələndirməsini nəzərə alsaq, onun bütün bu qeyrisəmimi hərəkətləri sığorta ödənişindən əsassız olaraq imtina etdiyini deməyə əsas verir. Ən azından, onun istinad etdiyi müstəqil məhkəmə ekspert rəyi ilə razılaşdığı 70.263,00 manat zərər məbəlği ilə birinci instansiya məhkəməsinin istinad etdiyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyində havalandırma sistminə qoyulan 31.500 manat məbləğində qiymətlə toplandıqda, 100.000 manatdan yuxarı olan bir məbləğ alınır. Havalandırma sistemi isə mübahisəli qeyri-yaşayış sahəsini əsas elementlərindən biri olmasını mübahisələndirmək heç ağlabatan deyil. Çünki, təmirə ehtiyacı olan avtomobillərin matorlarının çalışması nəticəsində insan sağlamlığına zərərli olan işlənmiş qazların istehsalat sahəsindən xaric edilməsi və havanın zərərli qazlardan təmizlənməsi avtoservis binası üçün əsas və vacib meyarlardan biridir. Müasir istehsalat zərurəti daxilində wi-fi avadanlığı, habelə, yanğından mühafizə “şitləri” də bu qəbildən olan elemətlərdən sayılır. Bu baxımdan, həmin eləmentləri kimi qeyri-yaşayış sahəsinin elementlərinə aid edilməməsi mümkün ola bilməz. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə Məhkəmə Ekspertizası Mərkəzinin tədqiq olunan rəyi nəzərə alınmaqla, iddianın qismən təmin olunmasını və sığortalanmış qeyri-yaşayış sahəsinin yanması nəticəsində düşdüyü zərərə görə, 100 manat azadolma məbləği çıxılmaqla, 123.358,00 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasının qət olunmasını - işin sübutlarla müəyyən edilən hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-39/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-39/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-318/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-318/2021
08.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver