Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-32/2025 14.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-174/2024 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh5 "xxxx" İKB ASC-dən illik 30 faizlə 30 ay müddətinə 30000 manat kredit götürmüşdür.
2. xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19/3 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh5 İddiaçı ASC qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün zamin olaraq məsuliyyəti öz üzərinə götürmüşdür.
3. xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19/1 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh5 İddiaçı ASC qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün zamin olaraq məsuliyyəti öz üzərinə götürmüşdür.
4. xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh4 xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh5 İddiaçı ASC qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün zamin olaraq məsuliyyəti öz üzərinə götürmüşdür.
5. xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19/2 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh5 İddiaçı ASC qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün zamin olaraq məsuliyyəti öz üzərinə götürmüşdür.
6. xx.xx.2020-ci il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsinə əlavə saziş 1-yə əsasən xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsi üzrə kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır.
7. xx.xx.2020-ci il tarixli 20-MZ4-1-0-806-19 saylı zaminlik müqaviləsinə əlavə saziş 1-ə əsasən xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsi üzrə kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır.
8. xx.xx.2020-ci il tarixli 20-MZ4-1-0-806-19/1 saylı zaminlik müqaviləsinə əlavə saziş 1-ə əsasən xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsi üzrə kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır.
9. xx.xx.2020-ci il tarixli 20-MZ4-1-0-806-19/2 saylı zaminlik müqaviləsinə əlavə saziş 1-ə əsasən xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsi üzrə kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır.
10. xx.xx.2020-ci il tarixli 20-MZ4-1-0-806-19/3 saylı zaminlik müqaviləsinə əlavə saziş 1-ə əsasən xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsi üzrə kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır.
11. 16.09.2020-ci il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsinə əlavə saziş 1-ə əsasən xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsi üzrə kreditin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır.
12. 16.09.2020-ci il tarixli 20-MZ4-1-0-806-19 saylı zaminlik müqaviləsinə əlavə saziş 1- ə əsasən xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsi üzrə kreditin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır.
13. 16.09.2020-ci il tarixli 20-MZ4-1-0-806-19/1 saylı zaminlik müqaviləsinə əlavə saziş 1- ə əsasən xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsi üzrə kreditin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır.
14. 16.09.2020-ci il tarixli 20-MZ4-1-0-806-19/2 saylı zaminlik müqaviləsinə əlavə saziş 1- ə əsasən xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsi üzrə kreditin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır.
15. 16.09.2020-ci il tarixli 20-MZ4-1-0-806-19/3 saylı zaminlik müqaviləsinə əlavə saziş 1- ə əsasən xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsi üzrə kreditin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır.
16. 30.10.2023-cü il tarixli 9/6846 nömrəli ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatlarında göstərilən ödənişləri nəzərə aldıqda Cavabdeh5 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0- 806-19 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2023-cü il tarixə əsas borc üzrə 11256,65 manat, faiz borcu üzrə 1540,58 manat müəyyən edilir. Tədqiqatın dəyəri 50 manatdır.
17. xx.xx.2023-cü il tarixli İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunan maliyyə arayışından görünür ki, Cavabdeh5 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borc üzrə 11256,65 manat, faiz borc üzrə 1540,58 manat, cərimə borc üzrə 572,6 manat borcu var.
18. 23.06.2023-cü il tarixli MŞB/9/2023-01175 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 9 saylı mediasiya təşkilatına 200 manat məbləğində pul ödəyib.
19. 31.01.2025 tarixli 9/8581 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarında göstərilən ödənişləri nəzərə aldıqda Cavabdeh5 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0- 806-19 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2023-cü il tarixə əsas borc üzrə 11850,10 manat, faiz borcu üzrə 171,05 manat müəyyən edilmiş, həmin tarixdən sonra kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə 1000 və xx.xx.2023-cü il tarixdə 500 manat ödəniş edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
20. İddiaçı “Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 11256,65 manat əsas borc, 1540,58 manat faiz borcu və 143,15 manat cərimə borcu olmaqla, cəmi 12940,38 manat borcun, 200 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması, Cavabdeh5 ilə “Yelo Bank" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh5 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 30 ay müddətinə 30000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2020-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 18 avqust 2022-ci il tarixədək, 16 sentyabr 2020-ci il tarixli Əlavə Sazişə əsasən isə kreditin müddəti 16 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-cü ilin aprelin 28-dək Cavabdeh5 banka xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 11256,65 manat əsas borc, 1540,58 manat faiz borcu və 572,6 manat cərimə borcu olmaqla cəmi 12419,31 manat borcu vardır. Cavabdeh5 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 572,6 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 143,15 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır.
22. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-174/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh5 ilə “Yelo Bank" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin xx.xx.2023-cü il tarixdə ləğv edilmiş hesab edilməsi, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 11256,65 manat əsas borc, 1540,58 manat faiz borcu və 143,15 manat cərimə borcu olmaqla, cəmi 12940,38 manat borc, həmçinin 200 manat mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
23. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından da göründüyü kimi iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit və zaminlik müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan öhdəliklərini yerinə yetirməyərək borcu ödəməmişlər. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, Cavabdeh5 nümayəndəsi vəkil iddia müddətin keçməsinə istinad etsə də, təqdim edilmiş kredit və zaminlik müqavilələrə, həmçinin əlavələrə əsasən kredit və zaminlik müqavilələrin bitmə tarixi xx.xx.2023-cü il müəyyən edilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 11256,65 manat əsas borc, 1540,58 manat faiz borcu və 143,15 manat cərimə borcu olmaqla, cəmi 12940,38 manat borc, 200 manat mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı məhkəmə xx.xx.2023-cü il tarixdə müraciət etsə də, Cavabdeh5 ilə “Yelo Bank" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi xx.xx.2023-cü il tarixdə (maliyyə arayışın tərtib edildiyi tarix) ləğv edilmiş hesab edilməlidir.
24. Cavabdeh5 həmin qətnamədən apellyasiya şikayəti vermiş, iddia tələbinin rədd edilməsi ilə bağlı yeni qətnamənin qəbul olunmasının xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar: Məhkəmə tərəfindən iş üçün əhəmiyyət kəsb edən sübutlara düzgün qiymət verilməmiş, ekspert tərəfindən verilmiş cəmi 2 vərəqli, işin mahiyyətinə dair cəmi 1 abzaslı ekspert rəyinə əsaslanaraq yekun məhkəmə aktı çıxarılmışdır. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır: Hesab edir ki, ekspert tərəfindən iddia tələbində göstərilmiş iddia məbləği təsdiq edilmiş, ekspert tərəfindən əsaslı ekspertiza aparılmamışdır. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir: məhkəmə tərəfindən işin faktiki halları nəzərə alınmamış, iş üçün əhəmiyyətli olan faktlara diqqət yetirilməmişdir. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir: eskpert tərəfindən verilmiş ekspert rəyi iş üçün əhəmiyyətli hesab edilə bilməz, çünki ekspertiza predmeti olan kredit müqaviləsinə dair ödənişlərin aparılması göstərilməmiş, 34752,30 manat ödəniş olunduğu halda borcun hansı qaydada silinməsinə dair müvafiq qeydlər aparılmamışdır. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir: Ekspertin rəyinin məhkəmədə tədqiq olunmasına dair yalnız 1 abzaslıq, iddia tələbini təsdiq edən cümlələr yazılmışdır, faktiki ekspertiza tədqiqatının aparılmasına dair hər hansı əlavələr yoxdur. Hesab edir ki, kommersiya mübahisəsi üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli, ekspert tərəfindən ətraflı ekspert rəyi verilməli, cavabdehlərin faktiki borcu müəyyən edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və iddiaçı və Cavabdeh5 nümayəndəsi və vəkili məhkəməyə ərizələr işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
27. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739 və 741-ci maddələrinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. - Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -206-cı maddəsinə görə ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.
Apellyasiya baxışının hədləri:
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh5 verdiyi apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətin dəlilləri qətnamənin kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməsinə yönəlmişdir. Odur ki, MPM-in 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin kredit müqaviləsi üzrə borcun (əsas, faiz və dəbbə pulu) tutulmasına dair iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə faiz və dəbbə pulu borcunun tutulmasına dair iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, cavabdehlərdən müştərək qaydada tutulacaq əsas borcun məbləği hissəsində qətnamə dəyişdirilməli, cavabdehlərdən müştərək qaydada tutulacaq əsas borc məbləği 10.664,3 manat məbləğində müəyyən edilməlidir.
32. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" İKB ASC (hazırda iddiaçı "xxxx" ASC) ilə Cavabdeh5 arasında xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0- 806-19 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə illik 30 faizlə 30 ay müddətinə 30000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə kreditalanın öhdəliklərinin təminatı olaraq iddiaçı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh5 kredit müqaviləsi üzrə öhdəlikləri lazımi qaydada icra etmədiyindən həmin müqavilə üzrə banka borcu yaranmışdır. Hazırda iddiaçı "xxxx" ASC kredit müqaviləsinin ləğv edilməsini və həmin müqavilə üzrə borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir.
33. Mübahisəli kredit müqaviləsi üzrə cavabdehin banka olan borcunun məbləği işin mübahisəli halını təşkil etdiyindən və birinci instansiya məhkəməsinin qətnaməsində müəyyən edilmiş borc məbləğinin əsaslılığı apellyasiya şikayətində mübahisələndirildiyindən işə apellyasiya instansiya məhkəməsində baxılarkən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyinə əsasən kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə (iddia ərizəsində tələb edilən tarixə) əsas borcun 11850,10 manat, faiz borcunun 171,05 manat olması və həmin tarixdən sonra -xx.xx.2023cü il tarixdə 1000 və xx.xx.2023-cü il tarixdə 500 manat ödəniş edilməsi müəyyən edilmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin həmin rəylə razılaşmaması üçün əsas olmadığından rəy iş üzrə sübut qismində qəbul edilməlidir.
35. Odur ki, cavabdehlərdən tutulmalı olan borc məbləği ekspert rəyinə əsasən, yəni xx.xx.2023-cü il tarixə müəyyən edilmiş borc məbləğlərindən həmin tarixdən sonra edilmiş ödənişlər mübahisəli müqavilənin 4.6-cı bəndində göstərilən ardıcıllıqla -dəbbə pulu, faiz və əsas borca çıxılmaqla müəyyən edilməlidir.
36. Belə olan halda, xx.xx.2023-cü il tarixdən sonra edilmiş 1500 manat məbləğində ödənişin 143,15 manat hissəsi dəbbə puluna, 171,05 manat hissəsi faiz borcuna, qalan 1185,8 manat hissəsi əsas borca çıxılmaqla müəyyən edilir ki, kredit müqaviləsi üzrə əsas borc 10.664,3 manat(11850,10-1185,8), faiz borcu 0 manat (171,05- 171,05) və dəbbə pulu 0 manat(143,15-143,15) məbləğində müəyyən edilir.
37. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə faiz və dəbbə pulu borcunun tutulmasına dair iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, əsas borcun tutulması hissəsində qətnamə dəyişdirilməli, cavabdehlərdən müştərək qaydada tutulacaq borc məbləği 10.664,3 manat məbləğində müəyyən edilməlidir.
38. Apellyasiya şikayəti qismən təmin edildiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu 10 manat hissəsi iddiaçıdan tutularaq Cavabdeh5 ödənilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin 45 manat hissəsi Cavabdeh5, 5 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.
39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-174/2024 saylı qətnaməsi faiz borcunun və dəbbə pulunun tutulmasına dair iddianın təmin edilmiş hissəsində ləğv edilsin, həmin hissədə iddia rədd edilsin, cavabdehlərdən müştərək qaydada tutulacaq əsas borcun məbləği hissəsində qətnamə dəyişdirilsin, cavabdehlərdən müştərək qaydada tutulacaq əsas borc məbləği 10.664,3 manat məbləğində müəyyən edilsin. Apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumunun 10 hissəsi iddiaçıdan tutularaq Cavabdeh5 ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin 45 manat hissəsi Cavabdeh5, 5 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Cavabdeh5 tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov