Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-320/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi, İddiaçının nümayəndəsi X1, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, e-2-2(113)-45/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" BOKT MMC və cavabdehlərin nümayəndəsi tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" BOKT MMC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 Bank olmayan kredit təşkilatı "xxxx" məhdud məsuliyyətli cəmiyyətin xeyrinə 01 may 2015-ci il tarixli K-026/2015 saylı kredit müqaviləsi əsasında ödənilməmiş 35186 manat məbləğdə əsas borcun, kredit müqaviləsinin müddətinin bitmə -xx.xx.2021-ci il tarixədək hesablanmış ödənilməmiş 4897 manat məbləğdə faiz borcunun, kredit müqaviləsinin müddətinin bitmə tarixindən sonrakı dövrünə xx.xx.2023cü il tarixədək hesablanmış ödənilməmiş 5124 manat məbləğdə faiz (real zərər) borcunun və 129773 manat məbləğdə dəbbə pulunun, cəmi 174 980 manat məbləğində borcun və 07 iyul 2015-ci il tarixli, K-033/2015 saylı kredit müqaviləsi əsasında ödənilməmiş 31088 manat məbləğdə əsas borcun, kredit müqaviləsinin müddətinin bitmə xx.xx.2021-ci il tarixədək hesablanmış ödənilməmiş 5806 manat məbləğdə faiz borcunun, kredit müqaviləsinin müddətinin bitmə tarixindən sonrakı dövrünə xx.xx.2023cü il tarixədək hesablanmış ödənilməmiş 5125 manat məbləğdə faiz (real zərər) borcunun və 138143 manat dəbbə pulunun, cəmi 180252 manat məbləğində borcun, ilkin mediyasiya icratına ödənilmiş 400 manatının 200 manat hissəsinin və dövlət rüsumuna ödənilmiş 857 manatın 402 manat + 165 manatının 77 manatı hissəsinin ödənilməsinə, Cavabdeh2 05 oktyabr 2015-ci il tarixli K-041/2015 saylı kredit müqaviləsi əsasında ödənilməmiş 56556 manat məbləğdə əsas borcun, kredit müqaviləsinin müddətinin bitmə-xx.xx.2021-ci il tarixədək hesablanmış ödənilməmiş 2507,32 manat məbləğdə faiz borcunun, kredit müqaviləsinin müddətinin bitmə tarixindən sonrakı dövrünə xx.xx.2023-cü il tarixədək hesablanmış ödənilməmiş 8522,67 manat məbləğdə faiz (real zərər) borcunun və 190017 manat məbləğdə dəbbə pulunun, cəmi 257603 manat məbləğində borcun və 18 dekabr 2015-ci il tarixli, k054/2015 saylı kredit müqaviləsi əsasında ödənilməmiş 20995 manat əsas borcun, kredit müqaviləsinin müddətinin bitmə tarixindən sonrakı dövrünə xx.xx.2023-cü il tarixədək hesablanmış ödənilməmiş 2095 manat məbləğdə faiz (real zərər) borcunun və 142866 manat məbləğdə dəbbə pulunun, cəmi 165893 manat məbləğində borcun, 400 manatının 200 manat hissəsinin və dövlət rüsumuna ödənilmiş 857 manatının 455 manat + 165 manatının 86 manat hissəsinin ödənilməsinə, Cavabdeh1 borc tələbi tutumu 01 may 2015-ci il tarixli K-026/2014 saylı kredit müqaviləsi üzrə öhdəliklərin xx.xx.2014-cü il tarixli, İ-07/2014 saylı ipoteka müqaviləsinə və 07 iyul 2015-ci il tarixli K-033/2015 saylı kredit müqaviləsi üzrə İ-010/2015 saylı, Sonrakı ipoteka müqaviləsinə əsasən öhdəliklərin təminat üsulu olan Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinə (16/81 saylı mağaza) yönəldilərək 210000 manat likvid dəyərlə yönəldilərək, və 07 iyul 2015-ci il tarixli K-033/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən təminat üsulu olan Cavabdeh1 oäluna məxsus Sumqayıt şəh.. Novxanı bağ massivi, 846 nömrəli bağ sahəsi, ünvanında yerləşən 0.225 ha torpaq sahəsinə 67500 manat likvid dəyərlə yönəldilərək, açıq hərraca çıxarılması və hərracda satışdan əldə edilmiş vəsait hesabına borcun ödənişi təmin edilməsinə, Cavabdeh2 borc tələbi tutumu 05 oktyabr 2015-ci il tarixli K-041/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminat üsulu olan 05 oktyabr 2015-ci il tarixli, İ-014/2015 saylı Sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə 210000 manat likvid dəyərlə yönəldilərək və 05 oktyabr 2015-ci il tarixli, K041/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminat üsulu olan xx.xx.2015-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş X4 məxsus Sumqayıt ş.. ə/d, Sarı-Qaya bağlar zonasında istifadədə 0.32 ha torpaq sahəsində yerləşən binanın 1-ci girişinin 1-ci mərtəbəsində 71.4 kv.m ümumi, 38.3 kv.m əsas 33.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə 71400 manat likvid dəyərlə yönəldilərək, açıq hərraca çıxarılsın və hərracda satışdan əldə edilmiş vəsait hesabına borcun ödənişi təmin edilməsinə, Cavabdeh2 borc tələbi tutumu 18 dekabr 2015-ci il tarixli, k-054/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminat üsulu olan xx.xx.2015-cİ il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi 846 ünvanında yerləşən ümumi sahəsi 0.225 ha olan torpaq sahəsinə 56250 manat likvid dəyərlə yönəldilərək açıq hərraca çıxarılması və hərracda satışdan əldə edilmiş vəsait hesabına borcun ödənişinin təmin edilməsinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, e-2-2(113)-45/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 01 may 2015-ci il tarixli, K- 026/2015 saylı kredit müqaviləsi və həmin müqaviləyə əlavələr üzrə 35186 manat əsas borc, 4897 manat faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3687,5 manat məbləğində faiz borcu, 1759,3 manat məbləğində dəbbə borcu olmaqla cəmi 45529,80 (qırx beş min beş yüz iyirmi doqquz manat 80 qəpik) manat məbləğində və 07 iyul 2015-ci il tarixli, K- 033/2015 saylı kredit müqaviləsi və həmin müqaviləyə əlavələr üzrə 31088 manat əsas borc, 5806 manat faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3228,11 manat məbləğində faiz borcu, 1554,40 manat məbləğində dəbbə borcu olmaqla cəmi 41676,51 (qırx bir min altı yüz yetmiş altı manat 51 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, Cavabdeh2 05 oktyabr 2015-ci il tarixli, K041/2015 saylı kredit müqaviləsi və həmin müqaviləyə əlavələr üzrə 56556 manat əsas borc, 2507,32 manat faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 6126,9 manat məbləğində faiz borcu, 2828 manat məbləğində dəbbə borcu olmaqla cəmi 68018,22 (altmış səkkiz min on səkkiz manat 22 qəpik) manat məbləğində və 18 dekabr 2015-ci il tarixli, K054/2015 saylı kredit müqaviləsi və həmin müqaviləyə əlavələr üzrə 20995,97 manat əsas borc, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2275 manat məbləğində faiz borcu, 1050 manat məbləğində dəbbə borcu olmaqla cəmi 24320,97 (iyirmi dörd min üç yüz iyirmi manat 97 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh1 məxsus ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın likvid qiymətinin 225.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyətinin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh1 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 846 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,225 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın likvid qiymətinin 67500 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyətinin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh1 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh2 məxsus Sumqayıt şəhəri ə/d, Sarıqaya bağlar zonasında istifadədə 0,32 ha torpaq sahəsində yerləşən binanın 1-ci girişinin 1-ci mərtəbəsində 71,4 kv.m ümumi, 38,3 kv.m əsas, 33,1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın likvid qiymətinin 71400 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyətinin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh2 qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğlərin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulması, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1022 (bir min iyirmi iki) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, əmlakın qiymətləndirilməsi üçün xərclənmiş 800 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin ("xxxx" MMC - VÖEN: **********, bank: "xxxx" ASC, Kod: 505141, VÖEN: **********, H/h: AZ42PAHA40060AZNHC**********, M/h:AZ82NABZ********************, SWİFT: PAHAAZ22) hesabına keçirilməsi, məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 650 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir.
3. İddiaçı "xxxx" BOKT MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-45/2023 qətnaməsinin faizlərin hesablanması və ödənilməsinin və dəbbə pulunun təmin edilməsi hissəsində tam ləğv edilməsi və iş üzrə iddia tələbinin bu hissələri üzrə tam təmin edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdehlərin nümayəndəsi Vəkil qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-45/2023 qətnaməsinin qismən – dəbbə və faiz borcunun tutulması hissəsində ləğv edilməsi və iddianın faiz borcunun tutulması hissəsində tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilsin.
APELLYASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONLARA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətlərinin dəlilləri
5. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı apellyasiya şikayəti iddia tələbinin faizlərin illik 7% dərəcəsi ilə qətnamənin çıxarıldığı xx.xx.2023-cü il tarixədək hesablanmaqla təmin edilməməsi və dəbbə pulunun ağlasığımaz məbləğdə azaltmaqla təmin edilməsi hissəsindən ibarətdir. Göründüyü kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olması şərti yoxdur. Belə şərtin olmadığı müqavilə, onunla şərtləndirilmiş müqavilə öhdəliklərinin və şərtlərinin icrası həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər kreditdən istifadə müddəti (kredit müddəti) hesab edilməklə qüvvədə sayılır. Bununla yanaşı, kredit müqavilələrdə MM-nin 449.4.-cu maddəsinin “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur”- müddəası ilə müəyyən edilən faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməmişdir. Ona görə də özgə vəsaitindən istifadə üçün faizlər həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər kredit müqavilələrinin 6.1-cı bəndlərinə ilə şərtləndirilmiş illik 7% dərəcəsi ilə hesablanmaqla tutulması normativ əsaslıdır. Ümumiyyətlə müqavilələrin məzmununda və qanunun bu növ müqavilələr üçün mühüm olan standart şərtlərində, faizlərin hesablanması üçün daha qısa müddət və yə faiz dərəcəsi müəyyənləşdirilməmişdir. İş üzrə 3 dəfə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Göründüyü kimi xx.xx.2022-ci il tarixli qərardadı ilə ekspert qarşısında qoyduğu suallara yeni məzmun əlavə etməklə ekspertdən illik 7% dərəcəsi ilə nəticəyə cavab verilməsinə rəy istəmişdir. Bu qərardad üzrə ekspert Əli Abdullayev ekspertin qarşısında qoyulan sualların məzmununu əhatə edilməyən, suallarda qoyulan tarixlərə tam uyğun olmayan, Borclunun k-054/2015 saylı xx.xx.2022-ci il tarixdə ödədiyi 30000 manat məbləği bilə-bilə yalan nəticələrə xx.xx.2022-ci il tarixli, 9/8233 №-li ekspert rəyi verilmişdir. Belə ki, sualın məzmunundakı bütün hallara cavab verilməmişdir. İş üzrə məhkəmə icraatında sədirlik edən hakim xanım Günay Namazova 15 may 2023-cü il tarixli qərardadı ilə təyin etdiyi təkrar məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert qarşısında qoyduğu suallara ekspertdən illik 7% dərəcəsi ilə yanaşı yeni məzmun əlavə etməklə illik 5% dərərəcəsi ilə faiz borcunun hesablanmasını istəmişdir. Nəticədə faizlərin illik 5% ilə hesablanması ilə qanuna zidd, məqsədli zəmnlərdən və istinadlardan istifadə edərək iddiaçının normativ əsaslı illik 7% -ilə hesablanması və ödənilməsi tələbini Məhkəmə xx.xx.2023-cü il tarixli Qətnamədə səhv mövqeylə illik beş faiz hesablanmaqla təmin etmişdir. Sual yaranır ki, Hakim qanuni zərurət olmadığı halda məhkəmə icraatı başlandıqdan 1,5 il vaxt keçdikdən sonra və məhkəmə qərarları ilə eksprtlər qaşısında borc tələbinin ümumi dövrü üçün müvafiq olaraq faizlərin illik 7% dərəcəsi ilə hesablanmsı suallarının 2 dəfə ekspertiza tədqiqatının predmeti olduqdan sonta hansı hüquqi düşüncə və şərait zərurəti yaranmışdır ki, ekspert qarşısında qoyulan sualların məzmununda bu dövrə aid faiz borcunu həm illik 7%, həm də illik 5% dərəcəsi ilə hesablanmasını ekspertdən tələb etmişdir?! Ekspert sadalanan sənədlərin məzmunu üzrə əsas və faiz borc qalıqlarına dair rəy verə bildiyi halda, bilə-bilə “...müqavilə üzrə təqdim edilmiş sənədlərə əsasən cərmə hesablanması mümkün olmadı” yalan məlumatı qeyd etməklə qərardada qoyulmuş tələbi icra etmir. Hakim Ekspertlərin məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar əldə edilməsi üçün tədbirlər görməmişdir, onun razılaşmışdır və Məhkəmə qətnamələrinin icrasına məsuliyyətsizcəsinə özbaşnalıqla saymamazlıq göstərməsi hallarını müzkakirə etməmişdir. MM-nin 467-ci maddəsinin “...işin hallarını nəzərə alaraq”, “...tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər” və “Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır”normativ tələblərlə əlaqəli araşdırmamamışdır, ona görə də Hakimin qətnamədə gəldiyi nəticə sübut olunmuş ədalətli mövqe ola bilməz. Məhkəmənin dəbbə pulu tələbi üzrə qətnamədə gəldiyi nəticə heç bir nəzəri, normativ və təcrübi əsassız olmaqla yanaşı hüquqi düşüncəyə sığmayan, ağılasığmaz kriteriyalı mövqeydir.
6. Cavabdehlərin nümayəndəsinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi hüquq normaları pozulmuş və qətnamə faiz borcunun tutulması hissəsində işn həqiqi hallarına uyğun olmamış və həmin hissədə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Beləliklə, göründüyü kimi, birinci instansiyası məhkəməsi məhkəmə qərarlarının əsaslılıq meyarı ilə bağlı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət etməmiş, bununla da Mülki Prosessual Məcəllənin 9, 14, 88, 217.4, 372.7 və 387.1-ci maddələrinin tələblərinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin izahatını və yazılı etirazında göstərilənləri tam olaraq məhkəmə iclas protokollarında və qətnamədə tam göstərməmiş, bununla da cavabdehin izahatını və yazılı etirazında göstərilənləri nəzərə almamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan hallar qismən düzgün müəyyən edilməmiş, qətnamədə faiz borcunun tutulması hissəsində iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddiaçının verdiyi apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış edərək, cavabdehlərin nümayəndəsinin verdiyi apellyasiya şikayətinə etiraz edərək, iddiaçının apellyasiya şikayətinin təmin edilməsini və cavabdehlərin nümayəndəsinin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış edərək, iddiaçının verdiyi apellyasiya şikayətinə etiraz edərək, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini və verdiyi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.
11. Mülki Məcəllənin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
12. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
16. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
17. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
19. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
20. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
21. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
22. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
23. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
24. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
26. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı faiz və cərimə borcunun tutulması hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayətləri əsassızdır.
29. Belə ki, birinci instansiya məhkəməsi əsas borcun tutulması hissəsində iddianı tam, cərimə və faiz borcunun tutulması hissəsində isə qismən təmin etmişdir.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023 tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
31. Həmin Qərarda həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
32. İş materiallarında olan kredit müqavilələrinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 7%-lə hesablanır. Müqavilələrin 12.2-ci bəndinə əsasən borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona heablanmış faizləri ödəməlidir.
33. Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.
34. Yuxarıda qeyd edilən maddi hüquq normalarının və Konstitusiya Məhkəməsinin qərarlarında olan hüquqi mövqeyə görə iddiaçının müqavilələrin müddəti bitdikdən sonra 7 illik faizin tələbinin hüquqi əsası olmamışdır. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. (Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarı)
35. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. (Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarı)
36. MM-in 449.1-ci maddəsinə müvafiq olaraq, (MM-in 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. (Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarı)
37. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən (tərəflər arasında müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İş materiallarında iddiaçının daha böyük məbləği tələb etməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə olan halda iddiaçı müqavilələrin müddəti bitən tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq iddiaçının apellyasiya şikayətinin bu dəlili ilə razılaşmayaraq məhkəmənin bununla bağlı gəldiyi qənaəti əsaslı və qanuni hesab edir.
38. Dəbbə puluna münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulunun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulunun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
39. Azərbaycan Respublikasının mülki qanunvericiliyində dəbbə pulunun məbləğini müəyyən edən müddəalar nəzərdə tutulmamışdır. MM-in 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Bu o deməkdir ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin məbləğindən asılı olmayaraq ödənilməlidir. Dəbbə pulunun hesablanması qaydası müqavilədə müxtəlif müəyyən oluna bilər: müqavilədə göstərilən məbləğdən və ya onun icra edilməyən hissəsindən müəyyən faiz miqdarında; öhdəlik üzrə icra edilməyən və ya lazımınca icra edilməyən məbləğdən dəfələrlə artıq miqdarda; sabit pul məbləğində.
40. İşin hallarını, yəni tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdehlər tərəfindən götürülən kredit məbləğini, kreditin təminatlı olmasını, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini, kredit müqaviləsinin müddətinin bitməsini, iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq dəbbə pulunu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilmiş və tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alınmaqla həmin məbləği azaltmışdır.
41. Məhkəmə kollegiyası hesab edir ki, cərimə məbləğinə aid hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
42. Cavabdehlərin nümayəndəsinin verdiyi apellyasiya şikayəti qətnamənin qismən ləğvinə yönəlsə də, şikayətin dəlilləri formal mülahizələr əsasında irəli sürülmüş, şikayətdə ümumi hüquqi ifadələr işlədilmiş, qətnamənin ləğv edilmə əsasları şikayətdə göstərilməmişdir.
43. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
44. Qeyd edilən əsasları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən işə baxan hakim barəsində xüsusi qərardadın çıxarılması haqqında verilmiş vəsatət ona görə əsassızdır ki, hakimin hərəkətlərində prosessual pozuntular aşkar edilməmiş və mülki işin obyektiv araşdırılmasına xidmət edən qanunvericiliyə uyğun olaraq məhkəmə icraatı aparılmışdır. Odur ki, vəsatət əsassız olduğundan təmin edilməməlidir.
45. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayətləri təmin edilmədiyindən tərəflərin apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları özlərinə aid edilməlidir.
46. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı "xxxx" BOKT MMC və cavabdehlərin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, e-2-2(113)-45/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Ziya Şirinov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova