Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-320/2025 22.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənov və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-967/2024 nömrəli qətnaməsindən İddiaçı ASC və Cavabdeh2 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ
1. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-05054LE/2019 saylı Razılaşma bağlanmışdır.
2. İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 MMC (borclu) arasında xx.xx.2021-ci il tarixli DCS00359568-02 saylı kredit müqaviləsi bağlanmış və Bank tərəfindən Borcalana 50.000 manat məbləğində illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə kredit verilmişdir.
3. xx.xx.2021-ci il tarixli DCS00359568-02 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC (kreditor), Cavabdeh2 MMC (borclu) və Cavabdeh1 (zamin) arasında xx.xx.2021-ci il tarixli DGS**********19 saylı zaminlik müqaviləsi imzalanmışdır.
4. Daha sonra İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 MMC (borclu) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli DCS00359568-04 saylı maliyyələşdirmə üçün ərizə əsasında borcalana 170.000 məbləğində illik 17% dərəcəsi ilə xx.xx.2024-cü il tarixədək birdəfəlik kredit verilmişdir.
5. xx.xx.2022-ci il tarixli DCS00359568-04 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC (kreditor), Cavabdeh2 MMC (borclu) və Cavabdeh1 (zamin) arasında xx.xx.2022-ci il tarixli DGS**********740 saylı zaminlik müqaviləsi imzalanmışdır.
6. Daha sonra İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 MMC (borclu) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli DCS00359568-05 saylı maliyyələşdirmə üçün ərizə əsasında borcalana 35.000 məbləğində illik 17% dərəcəsi ilə xx.xx.2024-cü il tarixədək birdəfəlik kredit verilmişdir.
7. xx.xx.2022-ci il tarixli DCS00359568-05 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC (kreditor), Cavabdeh2 MMC (borclu) və Cavabdeh1 (zamin) arasında xx.xx.2022-ci il tarixli DGS**********051 saylı zaminlik müqaviləsi imzalanmışdır.
8. Kredit və zaminlik müqavilələri tərəflərin imzaları və hüquqi şəxslərin möhürü ilə təsdiq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC və Cavabdeh1 birgə qaydada DCS00359568-02 saylı kredit müqaviləsinə əsasən 20.782,62 manat əsas borc, 1.777 manat faiz borcu, 3.006,23 manat cərimə borcu olmaqla, cəmi 25.565,85 manat, DC00359568-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 79.177,51 manat əsas borc, 5.841,55 manat cərimə borcu olmaqla, cəmi 85.019,06 manat, DC00359568-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 20.416,98 manat əsas borc, 3.789,06 manat faiz borcu, 2.407,51 manat cərimə borcu olmaqla, cəmi 26.613,55 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı və 41 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-967/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2021-ci il tarixli, DCS00359568-02 saylı müqaviləyə əsasən əsas borc üzrə 18.959 (on səkkiz min doqquz yüz əlli doqquz) manat, 25 (iyirmi beş) qəpik, faiz borcu üzrə 1.395 (bir min üç yüz doxsan beş) manat, 48 (qırx səkkiz) qəpik, cərimə borcu üzrə 900 (doqquz) manat olmaqla, cəmi 21.254 (iyirmi bir min iki yüz əlli dörd) manat, 73 (yetmiş üç) qəpik məbləğində pulun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, xx.xx.2022-ci il tarixli, DC00359568-04 saylı müqaviləyə əsasən əsas borc üzrə 72.675 (yetmiş iki min altı yüz yetmiş beş) manat, 91 (doxsan bir) qəpik, cərimə borcu üzrə 3.600 (üç min altı yüz) manat olmaqla, cəmi 76.275 (yetmiş altı min iki yüz yetmiş beş) manat, 91 (doxsan bir) qəpik məbləğində pulun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, xx.xx.2022-ci il tarixli, DC00359568-05 saylı müqaviləyə əsasən əsas borc üzrə 20.415 (iyirmi min dörd yüz on beş) manat, 78 (yetmiş səkkiz) qəpik, faiz borcu üzrə 3.750 (üç min yeddi yüz əlli) manat 27 (iyirmi yeddi) qəpik, cərimə borcu üzrə 1.000 (bir min) manat olmaqla, cəmi 25.166 (iyirmi beş yüz altmış altı) manat, 05 (beş) qəpik məbləğində pulun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pulun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 12 (on iki) manat məbləğində pulun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olaraq 200 manat məbləğində pulun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq AZ41NABZ******************** hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, bankla Cavabdeh2 MMC arasında müqavilələr bağlanmış, Bank tərəfindən hər üç müqavilə üzrə, nəzərdə tutulmuş məbləğində pul Cavabdeh2 MMC-nin hesabına köçürülmüşdür. Müqavilələr üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən xx.xx.2021-ci il tarixli, DCS00359568-02 saylı müqavilə üzrə Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərə əsas borcu 18.959,25 manat, faiz borcu 1.395,48 manat, xx.xx.2022-ci il tarixli, DC00359568-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2024-cü il tarixinə əsas borcu 92.107,86 manat, faiz borcu 5.247,04 manat, xx.xx.2024-cü il tarixinə əsas borcu 72.675,91 manat, xx.xx.2022-ci il tarixli, DCS00359568- 05 saylı müqavilə üzrə Cavabdeh2 MMCnin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərə əsas borcu 20.415,78 manat, faiz borcu 3.750,27 manat müəyyən edilmişdir.
12. İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-967/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdeh2 MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-967/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir
APELLYASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətlərinin dəlilləri
14. İddiaçı apellyasiya şikayətini belə əsaslandırılmışdır ki, yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə faiz məbləğlərinin ödənişlərində silinmələr ekspert tərəfindən düzgün aparılmadığı üçün iddiaçı tərəfindən təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatət verilmişdir. Belə ki, ekspertizanın aparılması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuş, tərəflər arasında əldə edilmiş razılığa uyğun olaraq müəyyən edilmiş silinmə ardıcıllığına riayət edilməmişdir. Ekspertin rəyində qeyd edilən müvafiq tarixlərə olan borca nəzər yetirdikdə məlum olur ki, ekspert cəriməyə silinmiş məbləğlərin təyinatını əsas borc olaraq müəyyən etmiş və nəticədə Banka maddi ziyan dəyməsinə səbəb olmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən hesabdan çıxarışda cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərin təyinatı aydın şəkildə öz əksini tapmışdır. Məhkəmə iclası zamanı tərəfimizdən ekspert rəyinin əsassız olduğu və keçirilən ekspertizanın qanunvericiliyin tələblərinə uyğun olmadığı bildirilsə də, təkrar məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatət təmin edilməmişdir. İş məhkəmənin icraatında olduğu dövrdə iki dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyləri məhkəməyə təqdim edilmişdir. İlkin rəy tərəfimizdən məqbul hesab edilmədiyindən təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair tərəfimizdən vəsatət verilmişdir. Müvafiq vəsatətə uyğun olaraq məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və yeni rəy təqdim edilmişdir. Son rəy də tərəfimizdən nəzərdən keçirilmişdir. Bildirmək istəyirik ki, Ekspert tərəfindən ödənişlərin silinməsi doğru yerinə yetirilməmişdir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 19 sentyabr 2024-cü il tarixli, 9/3231 saylı ekspert rəyində ekspert qarşısında qoyulmuş suallara cavab olaraq, qeyd edilmişdir ki xx.xx.2021-ci il tarixli, DCS00359568-02 saylı Maliyyələşdirmə üçün ərizə üzrə - xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixinə 18 959.25 manat əsas borc, 1 395.48 manat faiz borcu, xx.xx.2022-ci il tarixli, DC00359568-04 saylı Maliyyələşdirmə üzrə - xx.xx.2024-cü il tarixinə 92 107.86 manat əsas borc, 5 247.04 faiz borcu, xx.xx.2024-cü il tarixinə 72 647.91 manat əsas borc, sıfır faiz borcu, xx.xx.2022-ci il tarixli, DC00359568-05 saylı Maliyyələşdirmə üçün ərizə üzrə - xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixinə 20 415.78 əsas borc, 3 750.27 manat faiz borcu hesablanmışdır. Təqdim edilən hesabdan çıxarışla uyğun olaraq ekspertin rəyindəki cədvəl nəzərdən keçirildikdə məlum olur ki, ekspert müştərinin ödənişlərini düzgün ardıcıllıqla silməmiş və fərqlər yaranmışdır. Əlavə olaraq hesabdan çıxarışla birgə ekspertin rəyində əlavə etdiyi cədvəli uyğunlaşdırdıqda faizə və cəriməyə silinmiş məbləğlərin müəyyən hissəsini əsas borca yönləndirilmişdir. DCS00359568-02 saylı müqavilə üzrə hesabdan çıxarışda ümumilikdə 336.67 AZN məbləğin cəriməyə, ümumilikdə 5 985.35 AZN məbləğin isə faiz borcuna, ümumilikdə 29 217.38 AZN vəsaitin isə əsas borca, DC00359568-04 saylımaliyyələşdirmə üçün ərizə üzrə ümumilikdə 13 827.12 AZN cərimə borcuna, ümumilikdə 31 505.76 AZN faiz borcuna, ümumilikdə 90 822.49 AZN əsas borca, DC00359568-05 saylımaliyyələşdirmə üçün ərizə üzrə 66.20 AZN cərimə borcuna, ümumilikdə 4 456.55 AZN faiz borcuna, ümumilikdə 14 583.02 AZN isə əsas borca silinməsinə baxmayaraq ekspert silinmələrin təyinatını dəyişmiş və mülki məcəllənin təlləbini pozmaqla rəy vermişdir. Ekspert maliyyələşdirmə üçün ərizələrdə də ödənişlərin silinmə ardıcıllığını Bankla müştəri arasında bağlanmış razılaşmaya uyğun olmayan qaydada aparmışdır. Bu isə özlüyündə qanunvericiliyin tələbinə ziddir. Məhkəmə müqavilə şərtlərinə uyğun olmayan düzgün hesablanmayan ekspert rəyini iş üzrə sübut kimi qiymətləndirmiş ekspert rəyinə əsaslanaraq qətnamə qəbul etmişdir. Halbuki İddiaçı ASC-nin nümayəndəsi ekspert rəyi ilə razılaşmamış, Bu səbəbdən ekspertin fərqin yaranma səbəblərinə dair ətraflı məlumat verməsi üçün hazırlıq iclasına ekspertin dəvət edilməsini xahiş etmişdir, lakin məlum olmayan səbəblərdən ekspert iş üzrə məhkəmə iclasında iştirak etməmişdir. Qeyd edilənlərə əsasən hesab edirik ki, ekspert özü təqdim etdiyi rəyi müdafiə etmədiyi halda məhkəmə ekspert rəyini əsas sübut kimi qiymətləndirmişdir. DCS00359568-02, DCS00359568-04 və DCS00359568-05 saylımaliyyələşdirmə üçün ərizələr üzrə əsas və faiz borcunun tutulması hissəsində əsassızdır. Yuxarıda qeyd edildiyi kimi, hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış əsas, faiz və cərimə borcu məbləğinin müəyyən edilməsi zamanı işin halları ətraflı araşdırılmamışdır. Əlavə olaraq məhkəmə tərəfindən işin faktiki halları (müqavilənin şərtləri) araşdırılmadan əsas, faiz və cərimə məbləği əsassız surətdə düzgün göstərilməmişdir. Nəzərə alınmalıdır ki, iş üzrə təyin edilmiş ekspert rəyi tərəfimizdən məqbul hesab edilməmişdir. Bundan başqa, hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış əsas, faiz və cərimə borcu məbləğinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Bildiririk ki, məhkəmə faiz məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, 02 aprel 2024-cü il tarixə cavabdeh tərəfindən krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı DCS00359568-02, DCS00359568-04 və DCS00359568-05 saylı maliyyələşdirmə üçün ərizələr üzrə 500 günə yaxın olmuşdur. Müvafiq olaraq gecikmə günləri ilə cərimə borcu məbləğinin təmin edilən hissəsinin uyğun olaraq, qət edilən cərimə məbləği həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən əsas, faiz və cərimə məbləği əsaslı hesab edilə bilməz. Ekspert rəyi məhkəmə üçün məcburi olmadığı üçün əsas və faiz borcu hissəsində də tam təmin etməlidir. Yəni Bankın məhkəməyə təqdim etdiyi maliyyə arayışına əsasən borc rəqəmləri tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən yaranmış və hesablanmışdır.
15. Cavabdeh2 MMC apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, kredit borcunun müəyyən edilməsi ilə bağlı isə ekspert rəyinə istinad etmişdir. Lakin sübutun mötəbərliyi şübhə doğurmaqla yanaşı, yekun nəticəyə gəlmək üçün yetərli olmadığını hesab edirik. İlk növbədə ekspert rəyini təhlil etsək görərik ki, əsas borca görə ekspert rəyində hesablanmış məbləğ iddia ərizəsində tələb edilən məbləğdən artıqdır. Halbuki kredit üzrə ödənilşləri nəzərə aldıqda, bu məbləğ ekspert rəyində və iddia tələbində göstərilən məbləğdən az olmalı idi. Lakin ekspert iş materialları üzrə düzgün hesablama aparmamış və məhkəmədə həmin rəyə istinad edib yekun nəticəyə gəlmişdir. Bununla da məhkəmə prosessual hüquq pozuntusuna yol vermişdir.Məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, “Kredit əməliyyatları üzrə faizlərin hesablanmasının dayandırılması haqqında” 30 avqust 2000-ci il tarixli Azərbaycan Respublikasının Mərkəzi Bankının Qaydalarına əsasən kredit təşkilatları kreditlərin qaytarılma müddətindən asılı olmayaraq faizlərin, yaxud əsas məbləğin ödənişi kredit müqaviləsi ilə nəzərdə tutulmuş vaxtdan 90 gün və daha çox gecikdirilərsə, kreditlərə “faizləri hesablanmayan” kreditlər statusu verərək, faizlərin hesablanmasını dayandırırlar. Bununla da həmin qətnamə ilə iddia mahiyyəti üzrə düzgün həll olunmamış, kredit borcuna olan əlavə faiz düzgün hesablanmamışdır. Bundan əlavə olaraq dəbbə pulu ilə bağlı bildirmək istəyirik ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, dəbbə pulu tənzimlənərkən kreditorun əmlak maraqları ilə yanaşı borclunun real maliyyə vəziyyəti və icra qabiliyyəti də nəzərə alınmalıdır. Təqdim olunan dəbbə pulu məbləğləri borclunun maliyyə durumunu nəzərə almadan müəyyən edilmiş və mütənasiblik prinsipini tam əks etdirmir. Borcun əsas məbləğlərinə nisbətən yüksək dəbbə pulu ağır maliyyə yükü yaradır və bu, ədalət prinsipinə ziddir. Göstərilənlərdən aydın olur ki, məhkəmə qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir.
18. Cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
20. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
21. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
22. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
23. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
24. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
25. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
28. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini yoxlamaq məqsədilə təkrar məhkəmə mühasibatlıq ekspertizası keçirmişdir.
31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2025-ci il tarixli, 9/2127/2025 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli, DCS00359568-02 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il (kredit müqaviləsinin bitdiyi) tarixə: əsas borc üzrə 18.959,25 manat, faiz borcu üzrə 1.395,48 manat, xx.xx.2025-ci il (qərardadın verildiyi) tarixə, əsas borc üzrə18.959,25 manat, faiz borcu üzrə 1.395,48 manat; xx.xx.2022-ci il tarixli, DC00359568-04 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il (kredit müqaviləsinin bitdiyi) tarixə: əsas borc üzrə 92.107,86 manat, faiz borcu üzrə 5.247,04 manat, xx.xx.2025-ci il (qərardadın verildiyi) tarixə: əsas borc üzrə 72.675,91 manat, faiz borcu üzrə 0,00 manat; xx.xx.2022-ci il tarixli, DC00359568-05 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il (kredit müqaviləsinin bitdiyi) tarixə:əsas borc üzrə 20.415,78 manat, faiz borcu üzrə 3.750,27 manat, xx.xx.2025-ci il (qərardadın verildiyi) tarixə: əsas borc üzrə 20.415,78 manat, faiz borcu üzrə 3.750,27 manat müəyyən olunmuşdur.
32. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində hesablaşmanın tərəflər arasında razılaşmaya uyğun aparılmadığı dəlilinə münasibətdə qeyd etmək istəyir ki, müqavilədə nəzərdə tutulan hansı qaydanın pozulduğu qeyd edilməmiş bununla bağlı sübut təqdim edilməmişdir.
33. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və qeyd etməyi zəruri hesb edir ki, ekspert rəyindəki qeyd olunan əsas borcun məbləğinin iddia tələbindəki əsas borcun məbləğindən çox olması iş materialları ilə öz təsdiqini tapmır.
34. Cavabdehin dəbbə ilə bağlı dəlilinə münasibətdə isə kollegiya vurğulayır ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
35. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
36. Göründüyü kimi iş üzrə dəfələrlə mühasibatlıq ekspertizaları keçirilmiş müəyyən edilmişdir ki, məhkəmə tələb olunan əsas borcu, cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq və hesab etmişdir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə məbləğləri tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılmalıdır. Cərimə məbləğinin azaldılması və ya artırılması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmənin müəyyən etdiyi məbləğlər ədalətli və işin hallarına uyğundur.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin cərimə borcu ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə işin hallarını, cərimənin əsas borc məbləğinə nisbətini, cavabdehlərin maddi durumunu nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu ədalətli olaraq azaltmışdır. Hazırkı halda cərimə borcunun artırılması və ya daha da azaldılması üçün yeni əsaslar müəyyən edilmədiyindən kollegiya hesab edir ki, həmin dəlillər əsassızdır.
38. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
39. Tərəflərin apellyasiya şikayətlərinə görə ödədikləri dövlət rüsumları müvafiq olaraq tərəflərin özlərinə aid edilməlidir.
40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı ASC və Cavabdeh2 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-967/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olaraq 150 manat məbləğində pul İddiaçı ASC Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq AZ41NABZ******************** hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.