Məhkəmə qərarları › İş №2-2(103)-321/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-321/2021

17.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-321/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, Cavabdeh ASC-nin X1 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış pulun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1400/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən (hakim S.Nuriyeva) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış pulun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinin həcmini azaldaraq Cavabdeh ASC tərəfindən 020100 abonent kodu üzrə əsassız olaraq hesablanmış 4675,02 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin Sukanal idarəsi ilə İddiaçı İB-nin Bakı Regional Qaz İstismarı Departamenti (BRQİD) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 19020701 saylı xidmət müqaviləsinə əsasən su təchizatı və tullantı sularının axıdılması xidmətləri həyata keçirilir. Həmin müqavilə şərtlərinə əsasən BRQİSD tərəfindən istifadə edilmiş suya görə yaranmış borcla bağlı tərəflər arasında xx.xx.2019cu il tarixdə tərtib olunmuş qarşılıqlı üzləşmə aktlarında borc məbləğinin artıq həcmdə göstərildiyi müəyyən edilmişdir. Belə ki, 2016-2019-cu illər ərzində Birlik tərəfindən Suraxanı rayonu üzrə TİX-nin su sərfiyyatına görə Cavabdeh ASC-nə 1600 manat ödənilmişdir. Həmin dövr ərzində 528,00 manat dəyərində sudan istifadə edilmişdir. Cavabdeh ASC tərəfindən 2019-cu ilin mart ayında yaranma səbəbi və müddəti muəyyən olunmayan 20620,01 manat borcu Birliyin hesabına daxil edərək əsasız borc hesablamışdır. Cavabdeh ASC əsassız olaraq üzləşmə aktlarında və hesablarında (xx.xx.2020-ci il tarixdə qalıq borcu haqqında məlumat cədvəlində) Suraxanı rayonu üzrə TİX-nin Cavabdeh ASC-yə 20620,01 manat borcu olduğu qeyd etmişdir. Borc əsasız olduğundan həmin üzləşmə aktları iddiaçı tərəfindən qəbul edilməmişdir. Eyni zamanda cavabdeh təşkilat tərəfindən xidmət sahəsinin su təchizatı dayandırılarkən “X3”nın 8.1-ci bəndinin tələbləri kobud şəkildə pozulmuşdur. “X3”nın 8.1-ci bəndinə əsasən istehlakçının su təchizatı mütləq qaydada xəbərdar etmək şərti ilə aşağıdakı hallarda dayandırıla bilər: İstehlakçının müvafiq yazılı müraciəti (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; tikinti, təmirprofilaktika və qəza işlərinin görülməsinə və su tutarlarının təmizlənməsinə ehtiyac yarandıqda; su mənbəyində səth sularının bulanıqlıq dərəcəsi artdıqda və ya su hövzəsində fövqəladə ekoloji böhran vəziyyəti yarandıqda; istehlakçının paylayıcı su kəmərləri şəbəkəsi, su tutarları (su anbarları), qoşulmalar, siyirtmələr, kranlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; STKM ilə müvafiq müqavilə bağlanılmadıqda; məişət (təsərrüfat)–içməli su ehtiyacları üçün nəzərdə tutulmuş magistral su kəmərlərindəki sudan digər məqsədlərlə istifadə olunduqda; məhkəmənin müvafiq qərarı olduqda. Yaranmış əsasız borcun səbəbləri barədə dəfələrlə Cavabdeh ASC-nin nümayəndələri ilə danışıqlar aparılmasına baxmayaraq hər hansı bir sənəd təqdim edilməmiş əsasız yazılmış borcu əsas götürərək Suraxanı rayonu üzrə TİX-nin su təchizatı dayandırılmışdır. Göründüyü kimi cavabdeh su təchizatını dayandırarkən “X3”nın tələblərini kobud şəkildə pozmuş, COVİD-19 pandemiyasının dünyada və ölkədə tüğyan etdiyi bir dövrdə 24 saat əhaliyə xidmət göstərən dövlət təşkilatında sanitar-gigenik qaydalara tam riayət edilməsinə maneələr yaratmışdır. İddiaçı tərəfindən ödənişlərin olunmasına baxmayaraq Cavabdeh ASC tərəfindən Birliyə əsassız olaraq şişirdilmiş borc hesablanmışdır. Bu borcun mənbəyini isə abonent Saldosundan müəyyən etmək mümkün olmamışdır. Vaxtaşırı ödənişlərin olunmasına baxmayaraq bu cür borc məbləğinin yaranması tamamilə qanunsuzdur. Qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3 maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli, 725 saylı məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq cavabdeh təşkilat tərəfindən heç bir cavab alınmamışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1400/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı İB-yə 020100 abonent kodu üzrə əsassız hesablanmış 2425,92 manat məbləğində borcun silinməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1400/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən iddianın təmin edildiyi hissədə ləğv olunması və həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-yə məxsus 020100 kodlu ünvana ilk dəfə xx.xx.2010-cu il tarixində sayğac quraşdırılmış, 2017-ci il yanvar ayınadək abonentə su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə hər ay üzrə sayğac göstəricisinə əsasən hesab faktura təqdim edilmişdır. Lakin iddiaçı tərəfindən qismən ödənişlər edildiyi üçün xx.xx.2017-ci il tarixinə abonentin 2195,13 manat məbləğində borcu qalmışdır. 2019-cu ilin mart ayında cəmiyyətin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman məlum olmuşdur ki, İddiaçı İB Cavabdeh ASC tərəfindən quraşdırılmış sayğacı heç bir məlumat vermədən, əsassız olaraq yerindən çıxarmış və su təchizatı və tullantı sularının axıdılması xidmətindən haqqı ödənilmədən və birbaşa xəttə qoşulma yolu ilə istifadə etmişdir. Bununla bağlı Cavabdeh ASC-nin əməkdaşları tərəfindən video görüntü də lentə alınmış və məhkəməyə təqdim edilmişdir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 31-ci maddəsinin 5-ci bəndinə əsasən su təchizatının düzgün ölçülməsini və qeydiyyatını təmin etmək məqsədi ilə suölçən cihazın yerinin dəyişdirilməsi, təmiri, çıxarılması, quraşdırılması, onun fəaliyyətinə mane olan amillərin aradan qaldırılması və ya hər hansı digər işlər su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi tərəfindən və ya onun iştirakı ilə aparılır. Qanunun tələbindən göründüyü kimi su sayğacının çıxarılması Cavabdeh ASC-nin əməkdaşının iştirakı ilə aparılmalı idi. Lakin iddiaçı tərəf özbaşına olaraq su sayğacını çıxarmış, bununla da qanunun tələblərini pozmuşdur. Bundan əlavə 2017-ci ilin yanvar ayından 2019-cu ilin iyun ayına qədər olan dövr üzrə, yəni yeni sayğac quraşdırılan dövrədək su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə hesabat “Su təchizatı və tullantı suları haqqında” Qanunun və “X3”nın tələblərinə əsasən birbaşa qoşulmuş borunun en kəsiyinə uyğun olaraq (d=20 mm) aparılmışdır. Aparılmış hesabat nəticəsində həmin dövr üzrə iddiaçının Cavabdeh ASC-yə 2479.89 manat borcu yaranmışdır. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinin 1-ci bəndinin tələbinə görə su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. “X3”nın 7.5-ci bəndinə əsasən, suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qanunun və qaydaların tələbindən göründüyü kimi istehlakçının su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin həcmi ya sayğaca görə, ya da müvafiq normativ hüquqi akta əsasən hesablama yolu ilə müəyyən edilməlidir. İddiaçının da istifadə etdiyi xidmətlərin həcmi borunun en kəsiyinə uyğun olaraq hesablama yolu ilə müəyyən edilmişdir. İddiaçıya göstərilmiş xidmətlərə görə hesabatının normaların tələbinə uyğun olaraq aparılmasına baxmayaraq, məhkəmə əsassız olaraq aparılmış hesabat nəticəsində müəyyən edilmiş borcu silmişdir. Digər tərəfdən iddiaçı tərəfindən sayğacın cavabdehin razılığı olmadan çıxarılması qanunun tələblərinin pozulmasıdır. Belə ki, “X3”nın 4.1.7-ci bəndinə əsasən, suölçən cihazlar və ya onlara vurulmuş plomblar hər hansı səbəbdən zədələndikdə (xarab olduqda), növbəti iş günündən gec olmayaraq, bu barədə STKM-i xəbərdar etmək istehlakçının vəzifəsidir. “Su təchizatı və tullantı sularının axıdılması haqqında” qanunun 32.1-ci maddəsinin a bəndinə əsasən, suölçən cihazın mühafizəsini təmin etmək və onu lazımi texniki vəziyyətdə saxlamaq istehlakçının verilən suyun həcminin hesablanması ilə əlaqədar vəzifələrindən biridir. Lakin iş materiallarında iddiaçı tərəfindən sayğacın çıxarılması ilə bağlı müraciət etməsi barədə hər hansı bir sübut mövcud deyildir. Beləliklə, Cavabdeh ASC tərəfindən hesabat qüvvədə olan normativ hüquqi aktların tələbinə əsasən aparılmış və əsaslı olaraq 4675,02 manat borc hesablanmışdır. Buna görə də hesab edirik ki, məhkəmənin iddianı qismən təmin edərək 2425.92 manat məbləğində borcu silməsi ilə bağlı çıxardığı qətnamə əsassızdır və təmin edilmiş hissədə ləğv edilməlidir. İşə apelyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmənin iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh ASC-nin X2 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1400/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən-iddianın təmin edildiyi hissədə ləğv edilməli, iddia 2425,92 manat məbləğində borcun silinməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması hissəsində rədd edilməlidir. İş ki, İddiaçı İB ilə Cavabdeh ASC arasında su təchizatı və tullantı sularının axıdılması barədə müqavilə olmuş, Cavabdeh ASC tərəfindən xidmət göstərilmiş və İddiaçı İB tərəfindən göstərilən xidmət üzrə 2017-ci ilə qədər ödənişlər edilmişdir. İşin mübahisəsiz hallarından görünür ki, 2017-ci ildən 2019-cu ilin aprel ayına qədər İddiaçı İB sudan sayğacsız istifadə etmişdir. Sayğacın çıxarılma səbəbi barədə iş materiallarında hər hansı sənəd mövcud deyil. Abonent saldosundan görünür ki, İddiaçı İB-nin xx.xx.2017-ci il tarixə sudan və kanalizasiya xidmətindən istifadəyə görə 2555,13 manat borc qalığı olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının sayğacsız sudan istifadə etdiyi dövr üçün sərfiyyatın orta aylıq sərfiyyatla hesablayaraq iddiaçının su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edilməsinə görə borcunun 2249,1 manat məbləğində olmasını müəyyən edərək 2425,92 manat borcun silinməli olduğuna dair nəticəyə gəlmiş və iş üzrə gəldiyi nəticəni əsaslandırmaq üçün “X3”nın 1.6-cı, 7.2-ci bəndinə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci və 5.3-cü maddələrinə istinad etmişdir. Məhkəmənin istinad etdiyi normaların heç biri iddiaçının sayğacsız sudan istifadə etdiyi dövr üçün sərfiyyatın orta aylıq sərfiyyatla hesablanması üçün əsas olmadığından məhkəmə iş üzrə gəldiyi nəticəni əsaslandırmaq üçün maddi hüquq normalarına düzgün istinad etməmişdir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 31-ci maddəsinin 5-ci bəndinə əsasən su təchizatının düzgün ölçülməsini və qeydiyyatını təmin etmək məqsədi ilə suölçən cihazın yerinin dəyişdirilməsi, təmiri, çıxarılması, quraşdırılması, onun fəaliyyətinə mane olan amillərin aradan qaldırılması və ya hər hansı digər işlər su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi tərəfindən və ya onun iştirakı ilə aparılır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlili ilə razılaşır ki, iddiaçı tərəfindən su sayğacının çıxarılması Cavabdeh ASC-nin əməkdaşının iştirakı ilə aparılmalı olduğu halda iddiaçı tərəf özbaşına olaraq su sayğacını çıxarmış, bununla da qanunun tələblərini pozmuşdur. “Su təchizatı və tullantı sular haqqında” Azərbaycan Respublikası Qanununun 30.1ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). "X3"nın 7.5-ci bəndinə əsasən suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Qaydaların 7.9-cu bəndinə əsasən suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir. Hazırkı halda iddiaçı tərəfindən 2017-ci ildə suölçən cihazın yararsız vəziyyətə düşdüyü üçün çıxarılması barədə işdə sübutlar olmadığından sayğac olmadığı dövr üçün cavabdeh tərəfindən Qaydaların 7.5-ci bəndinə uyğun hesablanmış borcun bir hissəsinin silinməsi üçün qanuni əsas mövcud deyil. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qətnamə iddianın təmin edildiyi hissədə ləğv edilməli, təmin edilmiş iddia tələbi rədd edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1400/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən-iddianın təmin edildiyi hissədə ləğv edilməli, iddia 2425,92 manat məbləğində borcun silinməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması hissəsində rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cımaddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1400/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən-iddianın təmin edildiyi hissədə ləğv edilsin. İddiaçı İB-nin iddiası 2425,92 manat məbləğində borcun silinməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması hissəsində rədd edilsin. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar