Məhkəmə qərarları › İş №2-2(103)-321/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-321/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-321/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, e-2-2(113)-6283/2022 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 018/043 nömrəli, 03 yanvar 2018ci il tarixli "Təmir xidmətlərinin göstərilməsi haqqında" müqaviləyə əsasən, Cavabdeh MMC – “sifarişçi” təmir xidmətlərinin göstərilməsini sifariş verib “icraçı”ya - İddiaçı razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada təmir xidmətləri göstərməyi öhdəsinə götürür.

2. 107 saylı, 16 avqust 2018-ci il tarixli hesab-fakturaya əsasən 10145 manat, 149 saylı, 30 oktyabr 2018-ci il tarixli hesab-fakturaya əsasən 12305 manat, 181 saylı, 25 dekabr 2018-ci il tarixli hesab-fakturaya əsasən 4170 manat, 154 saylı, 12 noyabr 2018-ci il tarixli hesab-fakturaya əsasən 10610 manat, 016 saylı, 25 fevral 2019-cu il tarixli hesabfakturaya əsasən 8050 manat, 139 saylı, 16 oktyabr 2018-ci il tarixli hesab-fakturaya əsasən 11615 manat ümumilikdə 56895 manat məbləğində cavabdehin borcu yaranmışdır.

3. 17 avqust 2018-ci il tarixli, EAAL seriyalı, 435522 nömrəli elektron qaiməyə əsasən 10145 manat, 24 dekabr 2018-ci il tarixli, EAAO seriyalı, 621996 saylı nömrəli elektron qaiməyə əsasən 12305 manat, 26 dekabr 2018-ci il tarixli, EAAO seriyalı, 704140 nömrəli elektron qaiməyə əsasən 4170 manat, 24 dekabr 2018-ci il tarixli, EAAO seriyalı, 623395 nömrəli elektron qaiməyə əsasən 10610 manat, 25 fevral 2019-cu il tarixli, EAAQ seriyalı, 850015 nömrəli elektron qaiməyə əsasən 8050 manat, 24 dekabr 2018-ci il tarixli, EAAO seriyalı, 621996 nömrəli elektron qaiməyə əsasən 11615 manat, ümumilikdə 56895 manat məbləğində cavabdehin borcu yaranmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Cavabdehnə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 56895 manat əsas borc, hüquqi xidmətə görə ödənilmiş 150 manat, ilkin mediasiya sessiyasına görə ödənilmiş 400 manat olmaqla, ümumilikdə 57445 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı bildirir ki, icraçı olaraq fərdi sahibkar İddiaçı ilə sifarişçi – Cavabdeh MMC arasında bağlanmış 018/043 saylı, 03 yanvar 2018-ci il tarixli “Təmir xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən İddiaçı tərəfindən sifarişçi Cavabdeh MMC tərəfindən təqdim edilmiş avtomobillərə təmir xidmətləri göstərilmişdir. İcraçı tərəfindən göstərilmiş xidmətlərə dair işlərin qiyməti tərəflər arasında tərtib edilmiş 16 avqust 2018-ci il, 16 oktyabr 2018-ci il, 30 oktyabr 2018-ci il, 12 noyabr 2018-ci il, 16 dekabr 2018-ci il və 25 fevral 2019-cu il tarixli aktlarla; 107 saylı, 16 avqust 2018-ci il tarixli, 139 saylı, 16 oktyabr 2018-ci il tarixli, 149 saylı, 30 oktyabr 2018-ci il tarixli, 154 saylı, 12 noyabr 2018-ci il tarixli, 181 saylı, 25 dekabr 2018-ci il tarixli və 016 saylı, 25 fevral 2019-cu il tarixli hesab fakturalarla və eyni zamanda, EAAL seriyalı 435522 saylı xx.xx.2018-ci il tarixli, EAAO seriyalı 621996 saylı xx.xx.2018-ci il tarixli, EAAO seriyalı 622889 saylı xx.xx.2018-ci il tarixli, EAAO seriyalı 623395 saylı xx.xx.2018-ci il tarixli, EAAO seriyalı 704140 saylı xx.xx.2018-ci il tarixli və EAAQ seriyalı 850015 saylı xx.xx.2019-cu il tarixli elektron qaimələrlə təsdiq edilir. Görülmüş işlər aktlarla icraçının nümayəndəsi tərəfindən təhvil verilmiş və sifarişçinin nümayəndəsi tərəfindən də qəbul edilmişdir. Görülmüş işlərin məbləği ümumilikdə 56895 manat təşkil edir.

6. İddia ərizəsinə etiraz daxil olmamışdır.

7. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1408/2022 nömrəli, 22 sentyabr 2022- ci il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi barədə iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Bakı Kommersiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, e-2-2(113)-6283/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 56895 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 150 manat və ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 400 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

9. Həmin qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri b) Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim olunmuş qaimələrdə təmir olunan farsunkaların sayı və ayrılıqda xidmət haqları göstərilməmiş, yerinə yetirilən işlərin ümumi məbləği açıqlanmamışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən, hakim mübahisəli hüquq münasibətində maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruruiliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nın 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməli idi. Lakin hakim qərəzli mövqe nümayiş etdirərək qanun pozuntusuna yol vermişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

13. Mülki Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

15. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

16. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

17. Azərbaycann Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

18. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.

22. Belə ki, tərəflər arasında xidmət müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.

23. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.

24. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsi və Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir.

25. İddiaçı bildirir ki, o, xidmətləri göstərmiş, lakin cavabdeh həmin xidmətlərin dəyərini ona ödəməmişdir.

26. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

27. Tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər həm müqavilə şərtlərinə uyğun olaraq faktiki görülmüş işlərin aktları ilə, həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu tərəfindən xidmətlər qəbul olunsa da, 56895 manat məbləğində borcu ödənilməmiş qalmışdır.

28. Tərəflər arasında bağlanmış xidmət müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi və ödənilməli olan məbləğ cavabdehin heç bir etiraz etmədiyi və özünün təsdiq etdiyi elektron qaimələrlə təsdiq olunur.

29. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

30. Kollegiya qeyd edir ki, əgər həqiqətən də iddiaçı cavabdehə xidmətlər göstərməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil.

31. Eyni zamanda kollegiya qeyd edir ki, iddianın əsaslı olması yalnız elektron vergi hesab fakturaları deyil, həmçinin xidmətlərin təhvil – təslim aktı ilə də təsdiqini tapmışdır.

32. Kollegiya hesab edir ki, iddiaçı 56895 manat məbləğində xidmət haqqının cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, e-2-2(113)-6283/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar