Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-323/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Rövşən Rafiq oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5, cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Cavabdeh İstehsal Kommersiya Müəssisəsinə qarşı borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı tələbinə dair iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-776/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsindən (hakim A.Əliyeva) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh İstehsalKommersiya Müəssisəsinə qarşı kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X2 2.914.250 ABŞ dolları məbləğində əsas kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun "İddiaçı" QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulması, borc tələbinin Cavabdeh X4 məxsus “ZİL” 431410 yük markalı **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə, eyni zamanda Cavabdeh X4 məxsus digər daşınmaz və daşınar əmlaklara (o cümlədən nəqliyyat vasitələrinə, texnikalara və avadanlıqlara) yönəldilməsi, Cavabdeh X3 həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Baş X9 İdarəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC BOKT-un qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 №-li Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ xx xxxxx 2017-ci il tarixli müqavilə əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Sərəncamın icrası ilə bağlı “xxxx” ASC-nin Cavabdeh X1rşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx.xx.2018-ci il tarixli, S- 128 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə “xxxx” ASC-və cəmi 2.914.250 ABŞ dolları (əsas borc 2.914.250,00 ABŞ dolları; faiz borcu 0 ABŞ dolları) məbləğində borcu olmuşdur. Həmin borc cavabdehlə “xxxx" ASC arasında bağlanmış xx.xx.1995-ci il tarixli 131 nömrəli kredit müqaviləsinə əsasən yaranmışdır. xx xxxxxx 2018-ci il tarixə Cavabdeh X3 qeyd olunan kredit müqaviləsi üzrə cəmi əsas borcu 2.914.250 ABŞ dolları (əsas borc 2.914.250 ABŞ dolları təşkil edir. Cavabdehlə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qeyd edilən borcun iddiaçıya qaytarılması mümkün deyil. Buna görə də, qeyd edilən borcun cavabdehə məxsus daşınar və daşınmaz əmlaklara, o cümlədən “ZİL 431410 yük” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi və həmin daşınar və daşınmaz əmlakların iddiaçının mülkiyyətinə keçirilməsi zərurəti yaranmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-776/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-776/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi xx xxx 1995-ci il tarixli, 131 nömrəli müqaviləyə dair cavabdehdə heç bir sənəd və ya məlumatın aşkar edilmədiyini və sazişin tələbkar tərəfi olan xxxx ilə iddiaçı arasında imzalanmış problemli aktivlərin satınalınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair xx xxxxx 2018-ci il tarixli, S-128 saylı aktın 6-cı bəndində: 1) kredit müqaviləsinin müddətinin 1996-cı ildə bitdiyi; 2) borcun tələbi ilə bağlı görülən hüquqi tədbirlər barədə heç bir məlumat təqdim olunmadığı; 3) kredit üzrə iddia müddətinin bitməsi; 4) kreditin problemli deyil, toksik aktiv kimi ötürüldüyü; 4) kreditin tələb olunması ilə bağlı tərəflər arasında yazışmalar və məhkəmə mübahisəsi olmadığı; kimi məlumatların qeyd olunmasını ciddi cəhdlə ört-basdır etmiş və işin mahiyyətini araşdıra bilməmişdir. Məhkəmə açıq-aşkar Sazişə və ona əlavə olunmuş qoşmaya əsasən, borclu hesab edilən cavabdeh üzərinə düşən öhdəliklərin 1998-ci ilin iyul ayının 30-dək icra edilməli olduğunun fərqinə varmamışdır. xxxxnın bu günədək cavabdehdən hər hansı borc tələb etməməsi, o cümlədən iddiaçının bu günədək borcun ödənilməməsi və tələb olunması ilə bağlı hər hansı sübut təqdim etməməsini bilərəkdən nəzərdən qaçırmışdır. İddiaçı faiz tələb etmədiyinə görə məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad etməklə maddi hüquq normasının tətbiqind səhvə yol vermişdir. xx xxxxxxxx 2000-ci ilədək qüvvədə olmuş 1964-cü il 11 sentyabrda qəbul olunmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73- cü maddəsində hüququ pozulmuş şəxsin iddiası üzrə ümumi müddət (iddia müddəti) üç il, hüquqi şəxslərin bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilmişdi. İddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. Cavabdehin vəkili məhkəmə iclasında apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında apelyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-776/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. İş materiallarında olan xx.xx.1995-ci il tarixdə “xxxx” ASC və borcalan Cavabdeh İKM arasında bağlanmış 131 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə “Şərq” kompleksinin yenidən qurulmasını həyata keçirmək üçün 3.000.000 ABŞ dolları məbləğində kredit illik 6% dərəcəsi ilə 36 ay müddətinə (xx.xx.1998-ci il tarixədək) kredit verilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” ASC və Cavabdeh İKM arasında bağlanmış xx.xx.1995-ci il tarixli 131 nömrəli Kredit Sazişinə xx.xx.1996-cı il tarixli 1 nömrəli Əlavəyə əsasən tərəflər razılığa gəlmişlər ki, əlavənin qüvvəyə minməsi üçün 192000 ABŞ dolları məbləğində ödənilməmiş faizlər ödənilsin. İş materiallarında olan “xxxx” ASC və Cavabdeh İKM arasında bağlanmış xx.xx.1995-ci il tarixli 131 nömrəli Kredit Sazişinə xx.xx.1998-ci il tarixli 2 nömrəli Əlavəyə əsasən kredit öhdəliyinin icrası xx.xx.1998-ci il tarixədək uzadılmışdır. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 №-li Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ xx xxxxx 2017-ci il tarixli müqavilə əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. İş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx xxxxx 2017-ci il tarixli müqaviləyə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s saylı Sərəncamının 1-ci hissəsinə əsasən, İddiaçı QSC BOKT, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə X6 ilə razılaşdırılmış siyahı üzrə Banka məxsus problemli aktivlərin Bankdan satın alınmasını və bunun müqabilində buraxılmış 3 il müddətinə 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə vekselləri Banka verir, eyni zamanda Bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu İddiaçı QSC-yə güzəşt edir. İş materiallarında olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair xx.xx.2018-ci il tarixli S-128 nömrəli akta əsasən “xxxx” ASC-nin Cavabdeh X1rşı müqavilə öhdəliklərindən irəli gələn əsas borc 2.914.250 ABŞ dolları məbləğində problemli borcu üzrə tələb hüququ təhvil alınmışdır. Aktda tələb hüququ ötürülən kredit müqavilələri üzrə iddia müddətinin bitdiyi qeyd edilmişdir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə xx.xx.2020-ci il tarixli ərizə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin ərizəsinə qətnamədə hər hansı münasibət bildirməmiş, MM-nin 385.1, 442, 443.1, 445.7, 448.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyindən, nəticədə iddiaçıya borcu yarandığından iddiaçı borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin rizəsi əsasında iddiaçı tərəfindən iddia müddətinin ötürülüb-ötürülmədiyinə hüquqi qiymət vermədən qətnamə qəbul etməklə mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, iddiaçının faiz və əldən çıxmış fayda tələbi olmadığı halda qətnamədə MM-nin 445.7-ci maddəsinə istinad etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırda cavabdehdən xx.xx.1995-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə borc tələb olunduğundan qanunun tələbinə əsasən mübahisəyə həmin dövrdə qüvvədə olmuş Mülki Məcəllənin normaları tətbiq edilməklə baxılmalıdır. xx xxxxxxxx 2000-ci ilədək qüvvədə olmuş (1964-cü il 11 sentyabrda qəbul olunmuş) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsində hüququ pozulmuş şəxsin iddiası üzrə ümumi müddət (iddia müddəti) üç il, hüquqi şəxslərin birbirinə olan iddiaları üzrə isə bir il müəyyən edilmişdir. Həmin Məcəllənin 78-ci maddəsində qeyd edilmişdir ki, iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Həmin Məcəllənin 77-ci maddəsinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq oluxxxx. Bu Məcəllənin 82-ci maddəsinə müvafiq olaraq isə iddia qaldırana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Hazırkı halda iddianın əsası kimi istinad edilən kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.1998-ci il tarixədək müəyyən edildiyindən, bank həmin tarixdə hüququnun pozulduğunu bildiyi halda xx.xx.1999-cu il tarixədək kredit borcunun tutulması üçün iddia qaldırmamış, iddia müddəti bitmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cümaddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında izah oluxxxx ki, iddia müddəti: birinci, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İşin hallarından göründüyü kimi, xx.xx.2018-ci il tarixli akt əsasında “xxxx” ASC tərəfindən iddiaçıya Cavabdeh X1rşı iddia müddəti keçmiş borc üzrə tələb ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının irəli sürdüyü iddia tələbi üzrə iddia müddəti keçdiyindən iddia rədd edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-776/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh İstehsal Kommersiya Müəssisəsinin apelyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-776/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (o cümlədən elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-323/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-323/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver