Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-326/2020 19.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və X1 ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, İddiaçı Vergilər Nazirliyinin Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair» iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 267/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-267/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2018-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 78.319,95 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 100.000 manat dəyərində olan əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması, satışdan əldə edilmiş məbləğdən 78.319,95 manat məbləğində borcun və 10 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi və satışdan artıq qalan məbləğin Cavabdeh Açıq Səhmdar Cəmiyyətin qaytarılması qət edilmişdir. Cavabdehin həmin qətnamədən poçt xidməti vasitəsilə Bakı Kommersiya Məhkəməsinə verdiyi apellyasiya şikayəti məhkəmənin xx xxxxx 2020-ci il tarixli məktubu ilə işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşıdırb hesab edir ki, cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 366.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası tərəfindən prosessual qanunuvericiliyin qeyd olunan tələbləri qaydasında cavabdehin apellyasiya şikayəti və ona əlavə edilməş sənədlər iş materitalları ilə birlikdə araşdırılarkən müəyyən edilmişdir ki, şikayət qanunvericiliyin tələbləri qaydasında verilməmişdir. Belə ki, işdən görünür ki, tərəflər arasında yaranmış mübahisə kommersiya mübahisəsidir və iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə etdiyi sənədlər məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmişdir. MPM-in qüvvədə olan 10-1.3-cü maddəsinin tələbinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir Qanunun qeyd olunan imperativ tələbindən göründüyü kimi, kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən, şikayətin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Ən azından, Məcəllənin sözügedən norması - kommersiya mübahisələri üzrə iddia ərizəsinin (ərizənin), şikayətin və ona əlavə edilmiş sənədlərin məhkəməyə göndərilməsinin başqa qaydasını nəzərdə tutmur. İş materiallarından isə görünür ki, cavabdeh prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, qətnamədən verdiyi apellyasiya şikayətini Bakı Kommersiya Məhkəməsinə elektron kabinet vasitəsilə göndərməmişdir. Lakin Bakı Kommersiya məhkəməsi qanunvericiliyin qeyd olunan MPM-in 10-1.3cü maddəsinin imperativ tələblərinə diqqət yetirməmiş və cavabdehin apellyasiya şikayətini MPM-in 152.1.1-ci maddəsinin tələbi qaydasında geri qaytarmalı olduğu halda, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Halbuki, MPM-in 364-cü maddəsinin tələbində nəzərdə tutulur ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Beləliklə də qeyd olunan prosessual pozuntuları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-267/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün iş materialları ilə birlikdə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və MPM-in 263-264, 402 və 405-cı maddələrini rəhbər tutaraq kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün iş materialları ilə birlikdə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-326/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-326/2020
19.05.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver