Məhkəmə qərarları › İş №2-2(103)-329/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-329/2025

02.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-329/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Bakı Hərrac Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Qapali Səhmdar Cəmiyyəti cəlb edilməklə) qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: hərrac, hərracın nəticələrinin etibarsız hesab edilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X14 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Qapali Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı1 və İddiaçı2 "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı (nümayəndəsi) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Şəki Kommersiya Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı1, "xxxx" firmasından (İddiaçı2 MMC) və Məmmədov Gəray Ehtibar oğlundan 15K000000022 nömrəli kredit razılaşması üzrə 68 370,212 ABŞ dolları əsas, 15 839,87 ABŞ dolları faiz borcu olmaqla, cəmi 84 210,082 ABŞ dolları borc, 10 oktyabr 2014-cü il tarixli 015K**********87 nömrəli kredit razılaşması üzrə 79 802,55 ABŞ dolları əsas, 18 582,9 ABŞ dolları faiz borcu olmaqla, cəmi 98 385,24 ABŞ dolları borc, 03 aprel 2015-ci il tarixli 015R********** nömrəli kredit razılaşması üzrə 36 737,01 ABŞ dolları əsas, 8608,42 ABŞ dolları faiz borcu olmaqla, cəmi 45 345,43 ABŞ dolları borc, ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 40 manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ipoteka predmeti olan X15 məxsus ünvan 5 nömrəli fərdi yaşayış evinin likvid dəyəri olan 65 000 manat olmaqla və "xxxx" firmasına (hazırki İddiaçı2 MMC) məxsus olan Şəki şəhəri, X26 prospektində mülkiyyətində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, 424,46 kv/m ümumi, 85,22 kv/m əsas, 46,24 kv/m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının açıq hərracda satışı üçün likvid dəyəri 250 000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaitinin göstərilən tələblərin təmin edilməsi üçün iddiaçı "xxxx" QSC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə əmtəəşünaslıq ekspertiza xərci olan 400 manat İddiaçı1 alınaraq (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA400600358 **********0, Bank: GÜNAY BANK QSC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ**********0 000047944, KOD: 505594; SWİFT: GUNAAZ22) Əmlak Ekspert Mərkəzi" MMC-nin hesabına ödənilməsi, 145 manat mühasibatlıq ekspertiza xərci İddiaçı1 alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********, X6 KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir.

2. Həmin qətnamədən "xxxx" QSC və cavabdehlər İddiaçı1 və "xxxx" firmasının (İddiaçı2 MMC-nin) nümayəndəsi, eyni zamanda digər cavabdehlər Məmmədov Gəray Ehtibar oğlu, X16, X7, X21 və X11 tərəfindən apellyasiya şikayətləri verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı1 və "xxxx" firmasının (İddiaçı2 MMC-nin) nümayəndəsi, eyni zamanda digər cavabdehlər Məmmədov Gəray Ehtibar oğlu, X16, X7, X21 və X11 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə İddiaçı1, "xxxx" firması (İddiaçı2 MMC) və Məmmədov Gəray Ehtibar oğlundan kredit razılaşmaları üzrə borcun tutulması hissəsində “müştərək qaydada” müddəasının artırılmaqla dəyişdirilməsi, "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin mübahisələndirilən iddianın təmin edilən qalan hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

3. Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almış, xx.xx.2023-cü il tarixdə müvafiq icra sənədi verilərək icraya yönəldilmişdir.

4. Şəki rayon İcra və Probasiya şöbəsi tərəfindən "xxxx" MMC-nə (surəti: Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə, "xxxx" QSC-nə, X8, İddiaçı1, X15, X9, X18, X2, X4, "xxxx" Firmasına) ünvanlanmış xx.xx.2024-cü il tarixli sifariş məktubunda qeyd edilmişdir ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatda X15 məxsus Şəki şəhəri, 20 Yanvar küçəsi döngə 6, ev 12 saylı fərdi yaşayış evinin, evin ilkin satış qiyməti 65 000 manat, "xxxx" Firmasına məxsus olan Şəki şəhəri, M.F.Axundov prospektində mülkiyyətində olan 0.0374 ha torpaq sahəsində yerləşən 7 girişli, 424,46 kv.m ümumi, 85,22 kv.m əsas, 46,24 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (YDM) ilkin satış qiyməti 250 000 manata satışının təşkil edilməsi xahiş olunur.

5. "xxxx" MMC tərəfindən Şəki rayon İcra və Probasiya şöbəsinə, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə, "xxxx" QSC-yə, X12, İddiaçı1, X15, X9, X18, X2, X4, "xxxx" Firmasına ünvanlanmış xx.xx.2024-cü il tarixli hərrac bildirişində qeyd edilmişdir ki, “xx.xx.2024-cü il tarixdə daxil olan Şəki rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024cü il tarixli sifariş məktubuna əsasən aşağıda olan əmlaklar "xxxx" MMC tərəfindən açıq hərraca çıxarılacaqdır: 1) ünvan 5 – 65 000 manat; 2) Şəki şəhəri, M.FAxundov prospektində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, ü/s 424,46 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası (YDM) 250 000 manat, Hərracın tarixi və vaxtı: 03 aprel 2024-cü il, saat 11:00 (növbəlilik əsasında); Hərrac keçirilən ünvan: - Bakı şəh., Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şössesi 27 (“AVİS” aptekin arxası); Hərrac addımı: - ilkin satış qiymətinin 3%-i qədər, Hərracda iştirak üçün təqdim olunmalı sənədlər: - Fiziki şəxslər şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər təsis sənədlərinin surəti; Hərracda iştirak etmək üçün behin məbləği, ödənilməsi müddəti və qaydası: - beh ilkin satış qiymətinin 5%-i məbləğində, hərrac tarixinə ən azı 3 gün qalmış, "xxxx" MMC-nin bank hesabına nəğd və ya köçürmə yolu ilə ödənilir; Bank hesabı: - VÖEN: **********, Bank adı: "xxxx" ASC-nin 1 saylı Səbail filialı, Filialın kodu: 200059, SWİFT kodu: AHBAZ2X, Müxbir hesab: AZ37NABZ********************, Benefisiarın hesabı: AZ69AİİB********************, VÖEN: **********. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən gec 7 təqvim günü ərzində alış qiymətini sifarişçinin bank hesabına ödəməlidir. Hərracın keçirilməsi barədə hərrac təşkilatının rəsmi internet saytında, KİV-də müvafiq elanlar dərc edilmişdir”.

6. "xxxx" MMC tərəfindən Şəki rayon İcra və Probasiya şöbəsinə, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə, "xxxx" QSC-yə, X12, İddiaçı1, X15, X9, X18, X2, X4, "xxxx" Firmasına ünvanlanmış 047/24 nömrəli xx.xx.2024-cü il tarixli hərrac bildirişində qeyd edilmişdir ki, “xx.xx.2024-cü il tarixdə daxil olan Şəki rayon İcra və Probasiya şöbəsinin 1325/21 nömrəli, xx.xx.2024-cü il tarixli sifariş məktubuna əsasən aşağıda olan əmlaklar "xxxx" MMC tərəfindən açıq hərraca çıxarılacaqdır. Hərraca çıxarılan əmlak: 1) ünvan 5 – 55 250 manat; 2) Şəki şəhəri, M.FAxundov prospektində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, ü/s 424,46 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası (YDM) 212 500 manat, Hərracın tarixi və vaxtı: 23 aprel 2024-cü il, saat 11:00 (növbəlilik əsasında); Hərrac keçirilən ünvan: - Bakı şəh., Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şössesi 27 (“AVİS” aptekin arxası); Hərrac addımı:- ilkin satış qiymətinin 3%-i qədər, Hərracda iştirak üçün təqdim olunmalı sənədlər: - Fiziki şəxslər şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər təsis sənədlərinin surəti; Hərracda iştirak etmək üçün behin məbləği, ödənilməsi müddəti və qaydası: - beh ilkin satış qiymətinin 5%-i məbləğində, hərrac tarixinə ən azı 3 gün qalmış, "xxxx" MMC-nin bank hesabına nəğd və ya köçürmə yolu ilə ödənilir; Bank hesabı: - VÖEN: **********, Bank adı: "xxxx" ASC-nin 1 saylı Səbail filialı, Filialın kodu: 200059, SWİFT kodu: AHBAZ2X, Müxbir hesab: AZ37NABZ********************, Benefisiarın hesabı: AZ69AİİB********************, VÖEN: **********. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən gec 7 təqvim günü ərzində alış qiymətini sifarişçinin bank hesabına ödəməlidir. Hərracın keçirilməsi barədə hərrac təşkilatının rəsmi internet saytında, KİV-də müvafiq elanlar dərc edilmişdir”.

7. Sözügedən bildirişlər X10 qeydiyyat ünvanı olan ünvan 3 İddiaçı1, X13, X5, X17, X1, X3 qeydiyyat ünvanları olan ünvan 4n, "xxxx" Firmasının ünvanında isə adı qeyd olunmayan şəxs tərəfindən qəbul edilmişdir.

8. “MARKET” qəzetinin xx.xx.2024-cü il tarixli buraxılışında ünvan 5 ünvanında yerləşən əmlakın ilkin satış qiyməti 65 000 manat, Şəki şəhəri, M.F.Axundov prospektində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, ü/s 424,46 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binasının (YDM) ilkin satış qiyməti 250 000 manat olmaqla 03 aprel 2024 il tarixdə saat 11:00-da açıq hərraca çıxarılacağı, satış qiymətinin 5%-i həcmində behin hərrac tarixinə ən azı 3 gün qalmış hərrac təşkilatına nağd və ya köçürmə yolu ilə ödənilməli olduğu, habelə hərracın yeri barədə elan yerləşdirilmişdir.

9. “MARKET” qəzetinin xx.xx.2024-cü il tarixli buraxılışında, ilkin hərracın baş tutmadığı, ünvan 5 ünvanında yerləşən əmlakın təkrar hərracdakı satış qiyməti 55 250 manat, Şəki şəhəri, M.F.Axundov prospektində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, ü/s 424,46 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binasının (YDM) təkrar hərracdakı satış qiyməti 212 500 manat olmaqla təkrar hərracın xx.xx.2024-cü tarixdə keçiriləcəyi barədə elan yerləşdirilmişdir.

10. “MARKET” qəzetinin xx.xx.2024-cü il tarixli buraxılışında ünvan 5 ünvanında yerləşən əmlakın və Şəki şəhəri, M.F.Axundov prospektində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, ü/s 424,46 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binasının (YDM) xx.xx.2024-cü il tarixində keçirilən təkrar hərracının baş tutmadığı barədə elan dərc olunmuşdur.

11. 10 may 2024-cü il tarixdə “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 047/1/24 nömrəli protokol tərtib olunmuş, protokolda aşağıdakılar göstərilmişdir: “Ünvan: Bakı şəh., Səbail ray., Badamdar qəs., Badamdar şossesi 27; 1) Sifarişçi: Şəki rayon İcra və probasiya şöbəsi, Əsas: Şəki Apellyasiya Məhkəməsinin icra vərəqi: № 2-2(107)-17/2023,xx.xx.2023-cü il; 2) Hərracın təşkilatçısı: "xxxx" MMC, Əsas: Şəki rayon icra və probasiya şöbəsinin sifariş məktubu: № 1325/21,xx.xx.2024-cü il; 3) Satılan əmlak: Şəki Apellyasiya Məhkəməsinin № 2-2(107)-17/2023, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X13 mülkiyyətində olan ünvan 5; 4) İpoteka saxlayan: “Accessbank" Qapalı Səhmdar Cəmiyyəti VÖEN: 140005742, ünvan: ünvan 7 beş min) manat; 6) İlkin satış qiymətinin enmiş faizləri: “lpoteka haqqında” AR qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərracda -15 % (on beş) və 43.7-ci maddəsinə əsasən - 25 % (iyirmi beş); 7) Əmlakın satılmış son qiyməti: 41437,50 (qırx bir min dörd yüz otuz yeddi manat əlli qəpik) manat; 8) Keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” AR qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" QSC əmlakı 41437,50 (qırx bir min dörd yüz otuz yeddi manat əlli qəpik) manata aldı. “İpoteka haqqında” AR qanununun 42.4-cü maddəsinə əsasən ipoteka saxlayan "xxxx" QSC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur; 9) Hərracın nəticələri haqqında protokol üzrə satılan əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasının hüquqi əsasları: 9.1. AR Mülki Məcəlləsinin 415.5-ci maddəsinə və “İpoteka haqqında” AR qanunu maddə 43.7-1-ci maddəsinə əsasən bu protokol müqavilə qüvvəsinə malikdir; 9.2. “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ AR qanunun 8.0.2-ci maddəsinə əsasən “Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol” daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır; 10) Bu protokol 5 (beş) nüsxədə tərtib edilmişdir”.

12. 10 may 2024-cü il tarixdə “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 047/2/24 nömrəli protokol tərtib olunmuş, protokolda aşağıdaklar göstərilmişdir: “Ünvan: Bakı şəh., Səbail ray., Badamdar qəs., Badamdar şossesi 27; 1) Sifarişçi: Şəki rayon İcra və probasiya şöbəsi, Əsas: Şəki Apellyasiya Məhkəməsinin icra vərəqi: № 2-2(107)-17/2023,xx.xx.2023-cü il; 2) Hərracın təşkilatçısı: "xxxx" MMC, Əsas: Şəki rayon icra və probasiya şöbəsinin sifariş məktubu: № 1325/21,xx.xx.2024-cü il; 3) Satılan əmlak: Şəki Apellyasiya Məhkəməsinin № 2-2(107)-17/2023, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən "xxxx" firmasına (hazırda İddiaçı2 MMC) məxsus olan Şəki şəhəri, M.F.Axundov prospektində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, ü/s 424,46 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası; 4) İpoteka saxlayan: "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, VÖEN: 140005742, ünvan: ünvan 8 yüz əlli min) manat; 6) İlkin satış qiymətinin enmiş faizləri: “lpoteka haqqında” AR qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərracda -15 % (on beş) və 43.7-ci maddəsinə əsasən - 25 % (iyirmi beş); 7) Əmlakın satılmış son qiyməti: 159 375 (yüz əlli doqquz min üç yüz yetmiş beş) manat; 8) Keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” AR qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" QSC əmlakı 159 375 (yüz əlli doqquz min üç yüz yetmiş beş) manata aldı. “İpoteka haqqında” AR qanununun 42.4-cü maddəsinə əsasən ipoteka saxlayan "xxxx" QSC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur; 9) Hərracın nəticələri haqqında protokol üzrə satılan əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasının hüquqi əsasları: 9.1. AR Mülki Məcəlləsinin 415.5-ci maddəsinə və “İpoteka haqqında” AR qanunu maddə 43.7-1-ci maddəsinə əsasən bu protokol müqavilə qüvvəsinə malikdir; 9.2. “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ AR qanunun 8.0.2-ci maddəsinə əsasən “Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol” daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır; 10) Bu protokol 5 (beş) nüsxədə tərtib edilmişdir”.

13. "xxxx" MMC ilə "xxxx" QSC arasında “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2024-cü il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən, "xxxx" firmasına (hazırda İddiaçı2 MMC) məxsus Şəki şəhəri, M.F.Axundov prospektində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, ü/s 424,46 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası 159 375 (yüz əlli doqquz min üç yüz yetmiş beş) manata banka satılmışdır.

14. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixdə 1325/21 nömrəli “Hərracın keçirilməsi haqqında sifariş” göndərilməsi ilə bağlı hərəkətinin qanunsuz hesab edilməsi barədə İddiaçı2 MMC-nin ərizəsi təmin edilmiş, həmin qərardaddan "xxxx" QSC-nin verdiyi şikayət Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin olunaraq ərizənin təmin edilməməsi qərara alınmışdır.

15. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı2 MMC-nin nümayəndəsinin (vəkilinin) şikayəti təmin edilməmiş, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

16. İddiaçı1 və İddiaçı2 MMC (iddiaçılar) "xxxx" MMC-nə (cavabdeh) qarşı iddia ərizəsi ("xxxx" QSC üçüncü şəxs qismində göstərilməklə) ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Şəki rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli 1325/21 nömrəli sifariş məktubu ilə ipoteka predmetləri olan X15 məxsus ünvan 5 nömrəli fərdi yaşayış evinin likvid dəyəri olan 65 000 manat olmaqla və "xxxx" firmasına (hazırkı İddiaçı2 MMC) məxsus olan Şəki şəhəri, X26 prospektində yerləşən 7 girişli, 434,46 kv.m ümumi, 85,22 kv.m əsas, 46,24 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının likvid dəyəri 250 000 manat olmaqla açıq hərracda satışının təşkil edilməsi barədə "xxxx" MMC-nin həyata keçirdiyi hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 06 mart 2023-cü il tarixli icra sənədi ilə "xxxx" QSC-nin xeyrinə yüklü olan, X15 məxsus ünvan 5 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 65 000 manat olmaqla və "xxxx" firmasına (hazırkı İddiaçı2 MMC) məxsus olan Şəki şəhəri, X26 prospektində yerləşən 7 girişli, 434,46 kv.m ümumi, 85,22 kv.m əsas, 46,24 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının likvid dəyəri 250 000 manat olmaqla açıq hərracda satılması nəzərdə tutulmuşdur. Qeyd edilən icra sənədi Şəki rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli 1325/21 nömrəli sifariş məktubu ilə ipoteka predmetlərinin satışının təşkil edilməsi üçün "xxxx" MMC-yə göndərilmiş, lakin sifariş məktubu borclu tərəfə çatdırılmamışdır. Halbuki, həmin sifariş məktubu borclu tərəfə çatdırılmış olsaydı, iddiaçı tərəfindən buna etiraz ediləcəkdi və hərracın "xxxx" MMC-də deyil, daha ixtisaslı başqa bir hərrac təşkilatına göndərilməsi tələb olunacaqdı. Məhz buna görə də ayrıca ərizə ilə icra məmurunun hərəkətləri və sifariş məktubunun etibarsızlığının tələb edilməsi nəzərdə tutulmuşdur. "xxxx" MMC ilk hərracı xx.xx.2024-ci il tarixində, təkrar hərracı isə xx.xx.2024-cü il tarixində keçirmiş, hər iki hərrac barədə məlumat borclu tərəfə bildirilməmiş və onların iştirakı təmin edilməmişdir. Sonuncu hərracdan bir neçə ay sonra, tələbkar "xxxx" QSC-nin nümayəndəsi (işçisi) Şəki şəhəri, X26 prospektində yerləşən 7 girişli, 434,46 kv.m ümumi, 85,22 kv.m əsas, 46,24 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının yeni reyestrdən çıxarışını borclu tərəfə göstərərək, binanın tələbkarın balansına keçdiyini və tələbkarın mülkiyyəti kimi qeydə alındığını bildirərək qısa müddətə obyekti boşatmağı tələb etmişdir. Baxmayaraq ki, məhkəmə qərarlarında evin və obyektin satışdan sonra boşaldılaraq təhvil verilməsi nəzərdə tutulmamışdır, tələbkar tərəf qanunsuz olaraq bunu tələb etmişdir. Bundan sonra borclu tərəf öz hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlamış və Şəki rayon İcra və Probasiya şöbəsindən müvafiq sənədlərin surətlərini əldə edərək məhkəməyə müraciət etmişdir. Qeyd edilən icra sənədi üzrə aparılmış icra tədbirləri zamanı və ondan sonrakı hərrac zamanı müxtəlif pozuntular baş vermişdir. Belə ki, Şəki Kommersiya Məhkəməsinin icra vərəqəsi əsasında ipoteka predmetlərinin hərracda satılması üçün "xxxx" MMC-yə sifariş verilmiş, hərracın keçirilməsinə müəyyən müddət qalmış Şəki Kommersiya Məhkəməsinin qərarından borclu tərəf apellyasiya şikayəti ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət etmiş, buna görə Şəki rayon İcra və Probasiya şöbəsi məktubla hərracın keçirilməsinin dayandırılmasını və sənədlərin geri qaytarılmasını tələb etsə də, cavabdeh hərracı keçirərək alıcı olmadı üçün ipoteka predmetini tələbkara təklif etmiş, tələbkar bank da həmin ipoteka predmetini əldə edərək hüquqlarını qeydə aldırmışlar. Lakin sonradan Şəki Apellyasiya Məhkəməsi xx.xx.2022ci il tarixli qərardadı ilə icrada dönüş etmiş, həmin çıxarış, hərrac nəticələri ləğv edilmiş və əvvəlki vəziyyətinə qaytarılmışdır. Bundan sonra bütün məhkəmə instansiyalarından məhkəmə prosesləri yekunlaşdıqdan sonra borclu tərəf ödənişlərin edilməsi və icra tədbirlərinin dayandırılması istiqamətində tələbkar bankın rəhbərləri ilə danışıqlara başlamışdır. Tələbkar tərəf onun başını danışıqlara qataraq gizli şəkildə hərracı təşkil etmiş və yenidən ipoteka predmetini balansına keçirməyə nail olmuşdur. Hərracın sifarişi barədə icra məmuru tərəfindən, hərrac keçirilərkən hərracın yeri və vaxtı barədə Hərrac təşkilatı tərəfindən tərəflər məlumatlandırılmalıdır. Yekun protokol və digər sənədlər bu günə kimi Şəki rayon İcra və probasiya şöbəsinə təqdim edilməmiş və onlar tərəfindən təsdiqlənməmişdir. Bu və ya digər prosedurlara riayət edilməməsi isə hərracın nəticlərinin etibarsızlığına səbəb olur.

18. İddia tələbinin maddi hüquqi əsası kimi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, 43.5, 73.7-1, 44-cü və Mülki Məcəllənin 416-cı maddəsinə istinad olunmuşdur.

19. İddiaçı2 MMC-nin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə nümayəndəsini məhkəməyə göndərməmişdir.

20. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Qapali Səhmdar Cəmiyyətinin nümayəndəsi iddianın əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, hərrac təşkilatçısı tərəfindən hərracın keçirilmə qaydalarına qanunla nəzərdə tutulmuş qaydada tam riayət edilmiş və heç bir qanun pozuntusuna yol verilməmişdir.

21. Birinci instansiya məhkəməsinin 12 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

22. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hərrac təşkilatçısı "xxxx" MMC-nin 047/24 nömrəli xx.xx.2024-cü il tarixli və 047/24 nömrəli xx.xx.2024-cü il tarixli “Açıq hərracın keçirilməsinə dair” bildirişləri Şəki rayon İcra və Probasiya şöbəsinə, Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə, "xxxx" QSC-yə, X8, İddiaçı1, X15, X9, X18, X2, X4, "xxxx" Firmasına göndərilmiş, beləliklə də hərracın keçirilmə qaydalarına və müddətlərinə qanunla nəzərdə tutulmuş qaydada riayət edilmiş və qanun pozuntusuna yol verilməmişdir.

23. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, “İpoteka haqqında” Qanunun 42.1-ci, 42.2-ci, 42.3-cü, 42.4-cü, 42.5-ci, 42.6-cı, 42.7-ci, 42.8-ci, 43.1-ci, 43.4-cü, 43.5-ci, 43.7-ci, 43.7-1-ci, 43.8-ci, 44-cü, Mülki Məcəllənin 319.1-ci, 415.2-ci, 416-cı maddələrinə istinad etmişdir.

24. Qətnamədən İddiaçı2 MMC-nin nümayəndəsi nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

26. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçıların nümayəndələri (vəkilləri) məhkəməyə gəlməmiş, cavabdeh MMC də nümayəndəsini məhkəməyə göndərməmişdir.

27. Məhkəmə iclasında iştirak edən "xxxx" Qapali Səhmdar Cəmiyyətinin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 319.5. Əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

29. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.

30. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

31. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.

32. Maddə 43. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, əmlakın satılması ilə bağlı hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, icra icraatının tərəfləri hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə lazımi qaydada məlumatlandırılmışlar.

40. Bu qənaətə gələrlən kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır.

41. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6087/2024 saylıiş üzrə 12 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən İddiaçı1 və İddiaçı2 tərəfindən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Ziya Şirinov Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar