Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-334/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli e-2-2(113)-1346/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına və “xxxx” X3 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” X3 MMC ilə bağladığı xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə kompensasiyanın Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli e-2-2(113)-1346/2020 saylı qərardadı ilə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs, cavabdehlərin hər ikisi isə hüquqi şəxsdir. Həmçinin Bankdan götürülmüş pul da sahibkarlıq fəaliyyətinin inkişafına xərclənmişdir. Bu səbəbdən də tərəflər arasında yaranmış mübahisə iqtisadi mübahisədir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X5 şikayətə etiraz etdi. İddiaçı məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinin tələblərinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. İddiaçı tərəfindən irəli sürülmüş iddianın əsasını və predmetini, həmçinin mübahisənin tərəfləri və mahiyyətini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iş aidiyyəti üzrə inzibati məhkəmədə baxılmalıdır. Belə ki, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı inzibati akt qəbul etmək səlahiyyəti verilmiş publik hüquqi şəxsdir, onun mübahisələndirilən hərəkəti həmin Qanunun 2.0.2-ci maddəsində göstərilən inzibati aktlara və iddiaçı həmin Qanunun 2.0.3-cü maddəsində göstərilən maraqlı şəxslərə, iddianın predmeti isə İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsində göstərilmiş iddialara aiddir. Mülki Prosessual Məcəllənin 153.2 və 153.2.1-ci maddələrində təsbit olunmuşdur ki, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə mahiyyəti üzrə düzgündür və şikayətdə göstərilən dəlillər onun ləğv edilməsi üçün əsas ola bilməz. Eyni zamanda iddiaçıya izah olunur ki, o, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması üçün müvafiq İnzibati Məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli e-2-2(113)-1346/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakim: Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-2(103)-334/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-334/2020
09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver