Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-334/2023 04.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi X2, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Bankı cəlb edilməklə) “pul tələbi”nə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-240/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 05 may 2017-ci il tarixli “Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komissiyon muzd mükafatının faiz həcmi könüllü növlər üzrə 35%-dək, icbari sığorta növləri üzrə 15%, icbari sığorta növləri üzrə işlərin təşkili, qurulması və təmin edilməsi üçün 5% işlərin aparılması xərcləri təyin olunur. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən hər sığorta müqaviləsi üzrə komissiyon muzd mükafatının faiz dərəcəsi müəyyən edilməklə müvafiq akt tərtib olunur və hesaba köçürmə yolu ilə sığorta agentinə ödənilir.
2. İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 05 may 2017-ci il tarixli “Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq” müqaviləsinə 01 may 2019-cu il tarixli 3 saylı Əlavədə qeyd olunmuşdur ki, 1) müqavilənin 3.2-ci bəndinin könüllü növlər üzrə siyahısına aşağıdakı növlər əlavə edilsin: Kənd təsərrüfatı heyvanlarının sığortası; Kənd təsərrüfatı bitkilərinin sığortası; Avtomobillərin uzadılmış zəmanət sığortası; Elektron avadanlıq və məişət texnikasının sığortası. 2) Müqavilənin 6.1-ci bəndinə dəyişiklik edilərək aşağıdakı məzmunda qəbul edilir: 6.1. Sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komissiyon muzd mükafatlarının və digər xərclərin faiz həcmi aşağıdakı kimi təyin olunur: könüllü növlər üzrə 43%-dək (43 % daxil olmaqla) komisyon muzd; mühərrikinin həcmi 2000 sm3 -dək (2000 sm3 daxil olmaqla) olan minik nəqliyyat vasitələrinin icbari sığortası zamanı 0-15%-dək (15 % daxil olmaqla) komisyon muzd; mühərrikinin həcmi 2000 sm3 -dən çox olan nəqliyyat vasitələrinin icbari sığortası zamanı 15%-dək (15 % daxil olmaqla) komisyon muzd; digər icbari növlər üzrə 15%-dək (15 % daxil olmaqla) komisyon muzd; icbari sığorta növləri üzrə işlərin təşkili, qurulması və təmin edilməsi üçün 5% işlərin aparılması xərcləri verilə bilər. 3) Müqavilənin digər müddəaları dəyişilməz olaraq qalır. 4) Bu Əlavə 01 may 2019-cu il tarixdən qüvvəyə minir. 5) Hazırkı Əlavə 05 may 2017-ci il tarixli Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsinin ayrılmaz tərkib hissəsidir.
3. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" ASC-nin İdarə Heyətinin sədri tərəfindən "xxxx" ASC-nin Sığorta Xidmətləri Departamentinə, bütün filialların və nümayəndəliklərin rəhbərlərinə, brokerlər və sığorta vasitəçilərinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, AS- 19/1155 nömrəli məktubda qeyd edilmişdir ki, hal-hazırda “İcbari Sığortalar haqqında” Qanunun tələblərinə uyğun olaraq, sığorta vasitəçilərinə 15% komissiya haqqı və işlərin aparılması xərci yarandıqda isə 5% əlavə xərclər ödənilir.
4. Azərbaycan Respublikası Mərkəzi Bankının mütəxəssisi tərəfindən tərtib edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş rəydə deyilir: “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1.1.1-ci maddəsinə əsasən sığorta - sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. Qanunun 1.1.3cü maddəsinə əsasən sığortaçı - bu Qanun əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxsdir. Qanunun 82.2-ci maddəsinə əsasən sığorta agenti tapşırıq müqaviləsi əsasında sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərən fiziki, yaxud hüquqi şəxsdir. Qanunun 82.2-ci maddəsinə əsasən sığortaçı ilə bağladığı tapşırıq müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta agenti sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərən fiziki, yaxud hüquqi şəxsdir. Qanunun 82.2-2-ci maddəsinə əsasən sığortaçı ilə sığorta agenti arasında bağlanan vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsində tapşırıq müqaviləsinin nömrəsi və tarixi, sığortaçının adı və ünvanı, sığorta agenti fiziki şəxs olduqda, onun adı, atasının adı, soyadı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, lisenziyasının seriya və nömrəsi və VOEN-i, tapşırıq müqaviləsinin predmeti, sığorta agentinin müştərilərə təklif edəcəyi sığorta növlərinin siyahısı, tapşırıq müqaviləsi üzrə sığorta agentinə ödənilməli olan komisyon muzdun məbləği, tərəflərin hüquq və vəzifələri, müqavilə şərtlərini pozmağa görə tərəflərin məsuliyyəti, tapşırıq müqaviləsinin qüvvədə olduğu ərazi, tapşırıq müqaviləsinin qüvvədə olduğu müddət, tərəflərin rekvizitləri göstərilməlidir. Qanunun 82.4-cü maddəsinə əsaşən sığorta vasitəçiləri müştərilərinə göstərdikləri vasitəçilik, yaxud məsləhət xidmətlərinə görə komisyon muzd alırlar. Bildiririk ki, sığortaçı "xxxx" ASC ilə sığorta agenti İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsi’nin 6-cı bəndində sığorta agentinin əməyi qarşılığında sığortaçı tərəfindən ona ödənilməli olan komisyon muzd mükafatlarının və digər xərclərin faiz dərəcələri öz əksini tapmışdır. Müqavilənin həmin bəndinə əsasən hər sığorta müqaviləsi üzrə komisyon muzd mükafatının faiz dərəcəsi müəyyən edilməklə müvafiq akt tərtib olunmalı və komisyon muzd mükafatı sığortaçı tərəfindən sığorta agentinə ödənilməlidir.”
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2022-ci il tarixli, 9/346 saylı ekspert rəyindən müəyyən olunur ki, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixli “Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq” müqaviləsinə, ona edilmiş əlavə sazişə və iş materiallarında olan icbari sığorta müqavilələrinə, tərtib edilmiş akt, cədvəl məlumatlarına əsasən xx.xx.2019-xx.xx.2019 dövrü üzrə sığorta müqavilələri üzrə 15% dərəcəsi ilə hesablanmalı olan komisyon haqqı 2400,5 manat, xx.xx.2020-xx.xx.2021-ci il dövrü üzrə sığorta müqavilələri üzrə 15% dərəcəsi ilə hesablanmalı olan komisyon haqqı 10961,31 manat təşkil edir. İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış müqavilə və ona edilmiş əlavəyə əsasən xx.xx.2019 - xx.xx.2019-cu illər ərzində işlərin görülmə xərcləri (5% ilə) 9558,5 manat ((239912,64 x 5%) – 2437,13)), xx.xx.2020-xx.xx.2021-ci il ərzində işlərin görülmə xərcləri (5% ilə) 6605,73 manat (132114,61 manat x 5%) təşkil edir. Həmin rəydə deyilir ki, iş materiallarında olan “X4-təslimi Haqqında” 02 mart 2020-ci il tarixli, 01/20 nömrəli akt məlumatlarına əsasən xx.xx.2019- xx.xx.2019 dövrü ərzində cəmi 239912,64 manat məbləğində sığorta haqqı toplanmış, 33.586,39 manat agent mükafatı və 2437,13 manat işlərin aparılması xərci hesablanmışdır. xx.xx.2019-xx.xx.2019 dövrü üzrə sığorta agenti İddiaçı vasitəsi ilə toplanmış sığorta haqları cədvəli məlumatından göründüyü kimi, sığorta agenti kimi fəaliyyəti nəticəsində bağlanmış 3350 ədəd sığorta müqaviləsi üzrə toplanmış sığorta haqlarına komissiya haqqı hesablanmış, bir neçə sığorta növləri üzrə isə komisya haqqı hesablanmamışdır. Həmin sığorta müqavilələri üzrə 15% dərəcəsi ilə hesablanmalı olan komisyon haqqı 2400,5 manat təşkil edir (239.912,64 x 15% -33586,39). Bundan başqa, iş materiallarında olan “X4-təslimi Haqqında” akt məlumatlarına əsasən xx.xx.2020-xx.xx.2021 dövrü ərzində cəmi 8855,88 manat məbləğində komisyon mükafatı ödənişi olduğu öz əksini tapmışdır. xx.xx.2020- xx.xx.2020 dövrü üzrə sığorta agenti İddiaçı vasitəsi ilə toplanmış sığorta haqları cədvəli məlumatından göründüyü kimi, sığorta agenti kimi fəaliyyəti nəticəsində bağlanmış 1143 ədəd sığorta müqaviləsi üzrə toplanmış sığorta haqqları 59.039,19 manat təşkil edir. İş materiallarında icbari sığorta müqavilələrinə dair məlumat və tərtib edilmiş cədvəl məlumatlarına əsasən xx.xx.2020xx.xx.2021-ci il tarixləri aralığında sığorta agenti kimi fəaliyyəti nəticəsində toplanmış sığorta haqqının 132.114,61 manat təşkil etdiyi müəyyən edildi. Həmin sığorta müqavilələri üzrə 15% dərəcəsi ilə hesablanmalı olan komisyon haqqı 10961,31 manat təşkil edir (132.114,61 x 15%- 8855,88).
6. İddiaçı pretenziya qaydasında məktubla "xxxx" ASC-yə müraciət edərək, 13700 (on üç min yeddi yüz) manat komissiya haqqı, 2000 (iki min) manat gecikmə faizi, 2000 (iki min) manat maddi zərər üçün kompensasiya olmaqla, cəmi 17700 (on yeddi min yeddi yüz) manat pulun 5 (beş) gün ərzində ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət etmək zərurəti yaranacağını bildirmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13700 (on üç min yeddi yüz) manat komissiya haqqı, 2000 (iki min) manat gecikmə faizi, 2000 (iki min) manat maddi zərər üçün kompensasiya, 1000 (bir min) manat mediasiya və məhkəmə xərcləri olmaqla, cəmi 18700 (on səkkiz min yeddi yüz) manat pulun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı bildirir ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında 05 may 2017-ci ildə bağlanmış “Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq (Sığorta agentliyi)” müqaviləsi əsasında iddiaçı, cavabdehin adına sığorta müqavilələrin bağlanması üçün ona agentlik (vasitəçilik) xidmətini göstərməli, cavabdeh isə iddiaçının bağladığı hər sığorta müqaviləsi üzrə daxil olan pulun 15 + 5 = 20%-ni komissiya haqqı olaraq iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı bu agentlik müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini icra etmiş, bunun da nəticəsində cavabdeh xeyli miqdarda gəlir əldə etmişdir. Buna baxmayaraq, cavabdeh iddiaçıya xx.xx.2019 – xx.xx.2019-cu il dövrünə aid 2400 (iki min dörd yüz) manat, xx.xx.2020 – xx.xx.2021-ci il dövrünə aid 11300 (on bir min üç yüz) manat olmaqla, cəmi 13700 (on üç min yeddi yüz) manat komissiya haqqını ödəməmişdir. Belə ki, cavabdehin tərtib etdiyi 02mart 2020-ci il tarixli 01/20 saylı aktdan məlum olur ki, xx.xx.2019 – xx.xx.2019-cu il dövrü ərzində iddiaçı cəmi 239912,64 manat sığorta haqqı toplayıb, bundan 33586,39 manat agent mükafatı (komissiya haqqı) və 2437,13 manat işlərin aparılması xərcləri olaraq hesablanmışdır. Lakin həmin akta əlavə edilmiş cavabdehin tərtib etdiyi cədvəllərə diqqətlə baxıldıqda görülür ki, cavabdeh bir çox hallarda, iddiaçı sığorta haqqı toplasa da onun üçün mükafat hesablamamış və komissiya xanasına 0 rəqəmi yazılmış, yaxud səhv olaraq az mükafat hesablanmışdır. Cavabdehin hesablamadığı və ya səhv olaraq az hesabladığı həmin xanalar üzrə komissiya haqqı hesablansa, cavabdehin həmin dövr üçün 2400 manat) (iki min dörd yüz komissiya haqqını hesablamadığı aşkar edilir. Eyni zamanda cavabdehin xx.xx.2020 – xx.xx.2021-ci il dövrü üçün iddiaçıya hesablamadığı komissiya haqqının məbləği də 11300 (on bir min üç yüz) manatdır. İddiaçı xx.xx.2020- xx.xx.2021-ci il aralığında 132114,61 manat sığorta haqqı toplamış və cavabdeh 19817,20 manat agent mükafatı (komissiya haqqı) verməli olduğu halda, iddiaçının hesabına tam məbləğ köçürülməmişdir. Köçürülməmiş komisiya haqqı 11300 manat təşkil etmişdir.
9. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə verərək, cavabdeh "xxxx" ASC ilə İddiaçı arasında 05 may 2017-ci ildə bağlanmış “Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq (Sığorta agentliyi)” müqaviləsinin” dəyişdirilməsinə dair 01 may 2019-cu il tarixli 3 saylı Əlavənin etibarsız hesab edilməsi, 13361,81 manat (on üç min üç yüz altmış bir manat səksən bir qəpik) komissiya haqqı, 16164,23 manat (on altı min bir yüz altmış dörd manat iyirmi üç qəpik) işlərin görülməsi xərci, 2000 (iki min) manat gecikmə faizi, 2000 (iki min) manat maddi zərər üçün kompensasiya, 1000 (bir min) manat mediasiya və məhkəmə xərcləri olmaqla, cəmi 34526,04 manat (otuz dörd min beş yüz iyirmi altı manat dörd qəpik) pulun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı, məhkəməyə müraciət edərək (daha sonra tələbin həcmini artıraraq), cavabdeh “Atasığorta ASC ilə İddiaçı arasında 05 may 2017-ci ildə bağlanmış “Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq (Sığorta agentliyi)” müqaviləsinin” dəyişdirilməsinə dair 01 may 2019-cu il tarixli 3 saylı Əlavənin etibarsız hesab edilməsi; 13700 manat komissiya haqqı, 18600 manat işlərin görülməsi xərci, 2000 manat gecikmə faizi, 2000 manat maddi zərər üçün kompensasiya, 1000 manat mediasiya və məhkəmə xərcləri, cəmi 37300 manat məbləğində pulun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İş üzrə keçirilən ekspert rəyindən məlum olur ki, cavabdehin iddiaçıya sığorta müqavilələri üzrə müvafiq dövrlər üzrə 15% dərəcəsi ilə hesablamalı olduğu (ödəmədiyi) komisyon haqqı cəmi 13361,81 manat təşkil edir. Yenə həmin rəydən məlum olur ki, cavabdehin iddiaçıya müvafiq dövrlər üzrə hesablamalı olduğu (ödəmədiyi) işlərin görülmə xərcləri 5% dərəcəsi ilə cəmi 16164, 23 manat təşkil edir. Qeyd edilən ekspertiza rəyini nəzərə alınaraq iddia tələbinin hazırkı dəqiqləşdirilməsi zərurəti yaranmışdır.
11. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2017-ci il tarixli “Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq” Müqaviləsinin 6.1-ci maddəsinə əsasən sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komissiyon muzd mükafatının faiz həcmi icbari sığorta növləri üzrə 15%-dək təyin olunur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə əsasən Sığortaçı daxil olan sığorta haqlarının 20 faizədək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizədək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlara sərf edə bilər. Göründüyü kimi, həm qanunvericilikdə, həm də tapşırıq müqaviləsinə xx.xx.2019-cu il tarixli 3 saylı əlavəyə görə icbari sığorta növləri üzrə buraxılmış şəhadətnamələrə görə veriləcək komisyon muzdun məbləği dəqiq rəqəmlə öz əksini tapmamış, 0-15 faiz intervalında təyin edilə biləcəyi təsbit olunmuşdur. xx.xx.2019xx.xx.2019-cu və xx.xx.2020-xx.xx.2020-ci il tarixləri ərzində İddiaçı xx.xx.2017-ci il tarixli “Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq” Müqaviləsinə əsasən yığılmış sığorta haqlarına münasibətdə müvafiq olaraq 33563,99 və 8855,88 manat olmaqla, ümumilikdə 42419,87 manat (qırx iki min dörd yüz on doqquz manat səksən yeddi qəpik) məbləğində komisyon muzd almışdır. Mülki Prossesual Məcəllənin 9-cu maddəsində qeyd olunan halları nəzərə alaraq bildirilir ki, İddiaçı Elektron Məhkəmə portalı vasitəsi ilə əlavə etmiş olduğu cədvəldən görünür ki, qeyd olunan cədvəl heç bir imza və möhürlə təsdiq edilmədiyindən sübut kimi qiymətləndirilməsi mümkün olmayan sənəddir. “Sığorta fəaliyyəti haqqında qanunun” 82.1-ci maddəsində də qeyd olunduğu kimi, sığorta agentləri və sığorta brokerləri sığorta vasitəçiləri hesab edilir. Azərbaycan Respublikasında sığorta agenti və ya sığorta brokeri fəaliyyəti ilə məşğul olmaq üçün maliyyə bazarlarına nəzarət orqanından müvafiq lisenziya alınmalıdır. Şəxslər bu tələbə əməl etməməyə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Göründüyü kimi, lisenziya ilə sığorta agenti kimi fəaliyyət göstərən İddiaçı AR Mülki Prossesual Məcəlləsinin 9-cu maddəsinin tələblərinə uyğun olaraq iddia tələbində qeyd olunan dövrü əhatə edən, yəni xx.xx.2019-xx.xx.2019-cu və xx.xx.2020-xx.xx.2020-ci il tarixləri ərzində bağlanmış sığorta müqavilələrini təqdim etməyə borcludur. İddia ərizəsinə əlavə ilə bağlı bildirilir ki, tərəflər arasında bağlanmış “Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq” müqaviləsinə xx.xx.2019-cu tarixli 3 saylı əlavənin 6.1-ci maddəsindən də görünür ki, 5 faiz işlərin görülməsi xərci verilə bilər. Həmin maddədən də göründüyü kimi, işlərin görülməsi xərcinin verilməsi ilə bağlı hər hansı imperativ hal yoxdur. Əlavə olaraq, “Sığorta fəaliyyəti haqqqında qanunun” 82.2.2-ci maddəsindən də görünür ki, sığorta agentləri ilə bağlı işlərin görülməsi xərci ümumilikdə qanunvericilikdə öz əksini tapmamışdır. “İcbari Sığorta haqqında qanunun” 12.4-cü maddəsində qeyd olunan sığorta haqları yığımından işlərin görülməsinə vəsaitin sərf edilə bilməsi halının isə sadəcə sığortaçının hüququ olması aşkar şəkildə görünür. Sığortaçı həmin maddədə göstərilən vəsaiti isə filial və nümayəndəliklərin saxlanılması, icarə haqları, əməkdaşların maaşı, kommunikasiya, nəqliyyat xərcləri və s. üçün sərf edə bilər.
12. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-240/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" ASC-dən 13361,81 manat (on üç min üç altmış bir manat səksən bir qəpik) məbləğində komissiya haqqı, 9558,5 manat (doqquz min beş yüz əlli səkkiz manat əlli qəpik) işlərin görülməsi xərci, 1146 (min yüz qırx altı) manat gecikmə faizi və 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 24266,31 manat (iyirmi dörd min iki yüz altmış altı manat otuz bir qəpik) məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pulun 150 (yüz əlli) manat hissəsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 50 (əlli) manat hissəsinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməsi qət edilmişdir.
13. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın mübahisələndirilən hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2017-ci il tarixli “Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq” Müqaviləsinin 6.1-ci maddəsinə əsasən sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komissiyon muzd mükafatının faiz həcmi icbari sığorta növləri üzrə 15%-dək təyin olunur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə əsasən Sığortaçı daxil olan sığorta haqlarının 20 faizədək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizədək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlara sərf edə bilər. Göründüyü kimi, həm qanunvericilikdə, həm də tapşırıq müqaviləsinə xx.xx.2019-cu il tarixli 3 saylı əlavəyə görə icbari sığorta növləri üzrə buraxılmış şəhadətnamələrə görə veriləcək komisyon muzdun məbləği dəqiq rəqəmlə öz əksini tapmamış, 0-15 faiz intervalında təyin edilə biləcəyi təsbit olunmuşdur. xx.xx.2019xx.xx.2019-cu və xx.xx.2020-xx.xx.2020-ci il tarixləri ərzində İddiaçı xx.xx.2017-ci il tarixli “Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq” Müqaviləsinə əsasən yığılmış sığorta haqlarına münasibətdə müvafiq olaraq 33563,99 və 8855,88 manat olmaqla, ümumilikdə 42419,87 manat (qırx iki min dörd yüz on doqquz manat səksən yeddi qəpik) məbləğində komisyon muzd almışdır. tərəflər arasında bağlanmış “Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq” müqaviləsinə xx.xx.2019-cu tarixli 3 saylı əlavənin 6.1-ci maddəsindən də görünür ki, 5 faiz işlərin görülməsi xərci verilə bilər. Həmin maddədən də göründüyü kimi, işlərin görülməsi xərcinin verilməsi ilə bağlı hər hansı imperativ hal yoxdur. Əlavə olaraq, “Sığorta fəaliyyəti haqqqında qanunun” 82.2.2-ci maddəsindən də görünür ki, sığorta agentləri ilə bağlı işlərin görülməsi xərci ümumilikdə qanunvericilikdə öz əksini tapmamışdır. “İcbari Sığorta haqqında qanunun” 12.4-cü maddəsində qeyd olunan sığorta haqları yığımından işlərin görülməsinə vəsaitin sərf edilə bilməsi halının isə sadəcə sığortaçının hüququ olması aşkar şəkildə görünür. Sığortaçı həmin maddədə göstərilən vəsaiti isə filial və nümayəndəliklərin saxlanılması, icarə haqları, əməkdaşların maaşı, kommunikasiya, nəqliyyat xərcləri və s. üçün sərf edə bilər. Bundan başqa, birinci instansiya məhkəməsinin qətnaməsində hakim Mülki Məcəllənin 404-cü maddəsinə istinad etmişdir. Həmin maddədə “müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır” qeyd olunmuşdur. Lakin, komisyon muzdun ödənilməsi ilə bağlı tələb xx.xx.2019-xx.xx.2021-ci illəri, yəni 2 ili əhatə etməsi və İddiaçı həmin 2 il ərzində Cəmiyyətə müraciət etməməsi, qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə qaydasında məsələni mübahisələndirməməsi əslində Mülki Məcəllənin 404.1-ci maddəsində qeyd olunduğu kimi “tərəflərin iradə ifadəsinin həqiqi mənasını” halını aydın şəkildə aşkar edir. Görünür məhkəmənin istinad etdiyi maddədə də qeyd olunduğu kimi normaya söz və ifadələrin hərfi mənası ilə yanaşması həmin maddənin mahiyyətindən kənara çıxaraq hərfi mənası ilə yanaşması həmin maddənin mahiyyətindən kənara çıxararaq məhkəmələrin ədalətlilik prinsiplərinə uyğun gəlmir. Əlavə olaraq, həmin dövrdə M.F.Əliyev "xxxx" ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çıxmışdır. Məhkəmə AS- 19/1155 saylı, xx.xx.2019-cu il tarixli məktubu mötəbər sübut kimi nəzərə almamalıdır, çünki iddiaçının pul tələbi ilə bağlı dövrü belə əhatə etmir. Həmçinin, Cəmiyyətin satış və onlara münasibətdə komisyon muzdun verilməsi strategiyası birbaşa rəhbət şəxslərdən asılıdır. İdarə heyəti sədrinin dəyişməsi ilə bu cür strategiyaların dəyişməsi halı da çox normaldır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin həm qanunvericilikdə, həm də tapşırıq müqaviləsinə xx.xx.2019-cu il tarixli 3 saylı əlavədə icbari sığorta növləri üzrə buraxılmış şəhadətnamələrə görə veriləcək komisyon muzdun məbləği dəqiq rəqəmlə öz əksini tapmamış, 0-15 faiz intervalında təyin edilə biləcəyi təsbit olunmuşdur. Bu səbəblə ona 0-15 arasındakı intervala uyğun olaraq veriləcək komisyon muzdunu biz təyin edə bilərik formasındakı yanaşması mülki hüququn prinsipləri ilə bağdaşmadığı kimi, haqsız və qanunsuz bir yanaşmadır. Belə ki, cavabdeh apelyasiya şikayətində bildirir ki, İddiaçı ilə Cəmiyyətimiz arasında bağlanılmış xx.xx.2017-ci il tarixli “Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq” müqaviləsinin 6.1-ci maddəsinə əsasən, Sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komissiyon muzd mükafatının faiz həcmi icbarı sığorta növləri üzrə 15%-dək təyin olunur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə əsasən, Sığortaçı daxil olan sığorta haqlarının 20 faizədək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizədək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlara sərf edə bilər. Göründüyü kimi, həm qanunvericilikdə, həm də tapşırıq müqaviləsinə xx.xx.2019-cu il tarixli 3 saylı əlavədə icbari sığorta növləri üzrə buraxılmış şəhadətnamələrə görə veriləcək komisyon muzdun məbləği dəqiq rəqəmlə öz əksini tapmamış, 0-15 faiz intervalında təyin edilə biləcəyi təsbit olunmuşdur”. Bu qəbul edilməzdir. Belə ki, iddiaçının vasitəçiliyi ilə bağlanmış sığorta müqavilələri üzrə sığorta haqlarının xx.xx.2019-xx.xx.2019 dövrü ərzində 239912,64 manat, xx.xx.2020-xx.xx.2021 dövrü ərzində isə 132114,61 manat təşkil etməsi və bunun müqabilində cavabdeh tərəfindən iddiaçıya xx.xx.2019-xx.xx.2019 dövrü üçün 33586,39 manat, xx.xx.2020-xx.xx.2021 dövrü üçün isə 8855,88 manat məbləğində komisyon muzdun ödənilməsi işin mübahisəsiz hallarını təşkil edir. Mübahisələndirilən hal ödənilməli olan, lakin ödənilməyən komisyon haqları ilə bağlıdır. İddiaçı həmin məbləğin sığorta haqlarının 15%-i təşkil etdiyini, cavabdeh isə həmin məbləğin sığorta haqlarının 0-15%-dək təşkil etdiyini bildirərək, müqavilədə nəzərdə tutulan hallarda komisyon haqlarını ödəməmək hüququnun olmasına istinad etmişdir. Qeyd olunduğu kimi, tərəflər arasında bağlanmış qeyd olunan müqavilənin 6.1-ci bəndində nəzərdə tutulur ki, sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komissiyon muzd mükafatının faiz həcmi icbari sığorta növləri üzrə 15%, icbari sığorta növləri üzrə işlərin təşkili, qurulması və təmin edilməsi üçün işlərin aparılması xərcləri 5% təyin olunur. Qeyd olunan müqaviləyə 01 may 2019-cu il tarixli 3 saylı Əlavə ilə müqavilənin 6.1-ci bəndinə dəyişiklik edilərək, sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komissiyon muzd mükafatlarının və digər xərclərin faiz həcmi mühərrikinin həcmi 2000 sm3-dək (2000 sm3 daxil olmaqla) olan minik nəqliyyat vasitələrinin icbari sığortası zamanı 0-15%-dək (15% daxil olmaqla); mühərrikinin həcmi 2000 sm3-dən çox olan nəqliyyat vasitələrinin icbari sığortası zamanı 15%-dək (15% daxil olmaqla); digər icbari növlər üzrə 15%-dək (15% daxil olmaqla) müəyyən edilmiş, icbari sığorta növləri üzrə işlərin təşkili, qurulması və təmin edilməsi üçün 5% işlərin aparılması xərclərinin verilə bilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 6.2-ci bəndində isə göstərilmişdir ki, hər sığorta müqaviləsi üzrə komisyon muzd mükafatının faiz dərəcəsi müəyyən edilməklə müvafiq akt tərtib olunur və nağd və ya hesaba köçürmə yolu ilə sığorta agentinə ödənilir. Beləliklə, tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halları və tərəflər arasında bağlanmış vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsinin (01 may 2019-cu il tarixli 3 saylı Əlavə nəzərə alınmaqla) 6.1-ci bəndində ödənilməli olan komisyon muzd mükafatının konkret faizinin deyil, onun yuxarı həddinin müəyyən edildiyini nəzərə alaraq məhkəmə haqlı olaraq hesab etmişdir ki, mübahisənin düzgün həll edilməsi üçün həmin müqavilə Mülki Məcəllənin 404-cü maddəsinə uyğun olaraq təfsir edilməlidir. Bu qaydada müqavilə təfsir edilərkən isə müəyyən edilir ki, tərəflər arasında bağlanmış vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsinin 6.1-ci bəndində nəzərdə tutulmuşdur ki, sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komisyon muzd mükafatının faiz həcmi icbari sığorta növləri üzrə 15% təyin olunur. Həmçinin "xxxx" ASC-nin İdarə Heyətinin sədri tərəfindən "xxxx" ASC-nin Sığorta Xidmətləri Departamentinə, bütün filialların və nümayəndəliklərin rəhbərlərinə, brokerlər və sığorta vasitəçilərinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, AS-19/1155 nömrəli məktubda da qeyd edilmişdir ki, hal hazırda “İcbari Sığortalar haqqında” Qanunun tələblərinə uyğun olaraq, sığorta vasitəçilərinə 15% komissiya haqqı və işlərin aparılması xərci yarandıqda isə 5% əlavə xərclər ödənilir. Qeyd edilən xx.xx.2019-cu il tarixli, AS-19/1155 nömrəli məktub iddiaçı tərəfindən məhkəməyə təqdim edilsə də, cavabdehin nümayəndəsi tərəfindən həmin məktubun mötəbərliyi mübahisələndirilməmişdir. Beləliklə, tərəflər arasında bağlanmış müqavilənin təfsirindən müəyyən edilir ki, sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komisyon muzd mükafatı 15% təşkil edir. Habelə komisyon muzd mükafatının məhz 15% təşkil etməsi cavabdeh "xxxx" ASC-nin İdarə Heyətinin sədrinin məktubunda da göstərilmişdir. Odur ki, yuxarıda qeyd edilən qanunvercilik normalarını, işin faktiki hallarını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2022-ci il tarixli, 9/346 saylı ekspert rəyini nəzərə alaraq məhkəmə haqlı olaraq hesab edib ki, iddia tələbi komisyon haqqının tutulması hissəsində təmin edilməli, cavabdehdən sığorta müqavilələri üzrə xx.xx.2019- xx.xx.2019 dövrü üçün 2400,5 manat (239912,64 x 15% - 33586,39) komisyon haqqı, xx.xx.2020-xx.xx.2021 dövrü üçün isə 10961,31 manat (132114,61 x 15%-8855,88) komisyon haqqı olmaqla, ümumilikdə 13361,81 manat (on üç min üç altmış bir manat səksən bir qəpik) məbləğində komissiya haqqı tutularaq iddiaçıya ödənilməlidir. Bu səbəblə cavabdehin apelyasiya şikayəti rədd olunmalıdır. 2) Cavabdeh hesab edir ki, işlərin verilməsi xərci vermək tamamilə sığortaçının kefinə qalmış bir məsələdir, istəsə verər, istəsə verməz. Bu qəbuledilməzdir. Belə ki, cavabdeh apelyasiya şikayətində qeyd edir ki, tərəflər arasında bağlanmış “Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq” müqaviləsinə xx.xx.2019-cu tarixli 3 saylı əlavənin 6.1-ci maddəsindən də görünür ki, 5 faiz işlərin görülməsi xərci verilə bilər. xx.xx.2019-cu tarixli 3 saylı əlavənin 6.1-ci maddədən də göründüyü kimi işlərin görülməsi xərcinin verilməsi ilə bağlı hər hansı imperativ hal yoxdur”. Hesab edirik ki, bu qəbul edilməzdir. Belə ki, iddiaçıya cavabdeh tərəfindən xx.xx.2019xx.xx.2019 dövrü ərzində 23 9912,64 manat toplanmış sığorta haqqından 2 437,13 manat məbləğində işlərin aparılması xərcinin ödənilməsi işin mübahisəsiz halıdır. Hazırda iddiaçı ödənilməyən, xx.xx.2019-xx.xx.2019 dövr üçün qalan 9558,50 manat və xx.xx.2020xx.xx.2021 dövrü üçün ümumiyyətlə ödənilməyən 6605,73 manat məbləğində işlərin aparılması xərcinin ödənilməsini tələb edir. İddia tələbinin həmin hissəsinə münasibətdə məhkəmə haqlı olaraq qeyd edib ki, tərəflər arasında müqavilə bağlanan zaman (05 may 2017-ci il) sığortaçı tərəfindən sığorta agentinə icbari sığorta növləri üzrə işlərin təşkili, qurulması və təmin edilməsi üçün 5% işlərin aparılması xərclərinin ödənilməsi sığortaçının vəzifəsi kimi, lakin müqaviləyə 3 saylı Əlavə bağlanan zaman isə (01 may 2019-cu il) sığortaçı tərəfindən sığorta agentinə icbari sığorta növləri üzrə işlərin təşkili, qurulması və təmin edilməsi üçün 5% işlərin aparılması xərclərinin ödənilməsi sığortaçının hüququ kimi, yəni “5% işlərin aparılması xərcləri verilə bilər” formasında nəzərdə tutulmuşdur. Məhkəmənin haqlı qənaətinə əsasən həmin “verilə bilər” ifadəsinə istinad etməklə iddiaçının işlərin aparılması xərclərinin ödənilməsindən ümumiyyətlə imtina etməsi müqavilə tərəflərinin iradə ifadəsinin həqiqi mənasına uyğun gəlmir və məhkəmənin qənaətinə əsasən bu, hüquqdan sui-istifadə təəssüratı yaradır. Məhkəmə iddianın qeyd olunan hissəsinin təmin olunması qənaətinə gələrkən həmin halları, eyni zamanda müqavilənin əlavəyə qədər olan müvafiq müddəasını, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı nəzərə alır. Eyni zamanda əlavədə işlərin aparılması xərclərinin “verilə bilər” formasında hüquq kimi qeyd olunmasını və iddiaçının da mənafelərini nəzərə alaraq haqlı olaraq belə qənaətə gəlib ki, iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən xx.xx.2019-xx.xx.2019 dövr üçün işlərin aparılması xərci olaraq ödənilməmiş 9 558,5 manat ((239912,64 x 5%) – 2437,13)) məbləğində pul tutulmalı, iddia qalan hissədə isə (xx.xx.2020-xx.xx.2021 dövrü üzrə olan hissədə) təmin edilməməlidir. Bütün bunlardan məlum olduğu kimi, kommersiya həyatında göstərilən xidmətin əvəzi ödənilməlidir. Bu səbəblə deyə bilərik ki, iddiaçı-agenti pul qazanmış cavabdeh- Sığorta şirkəti, ona xidmət haqqını (komisyon muzdunu) və işlərin görülmə xərcini ödəməlidir. Əks təqdirdə o həmin pulu agentinin əməyi hesabına əvəzsiz qaydada əldə etmiş olacaqdır ki, bu da Kommersiya Hüququnun tələbləri baxımından qəbul edilməzdir. 3) Hüquqi əsaslar Məhz Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. MMnin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. MM-nin 404.3-ci maddəsinə əsasən əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. MM-nin 404.4-cü maddəsinə əsasən müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. MM-nin 404.5-ci maddəsinə əsasən qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.” MM-nin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. ...” MM-nin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. ...” MM-nin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. ...” MM-nin 789.1-ci maddəsinə əsasən, Ticarət nümayəndəsi haqqında müqaviləyə görə, sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxsə (ticarət agentinə) alğı-satqı müqavilələrinin, habelə xidmətlər yaradılmasına dair müqavilələrin (ticarət əqdlərinin) bağlanmasında hər hansı istehsalçının, sənayeçinin və ya tacirin (tapşıranın) adından və hesabına vasitəçilik xidmətləri göstərmək və (və ya) bunları bağlamaq barəsində uzunmüddətli tapşırıq verilir. MM-nin 815.3.-cü maddəsinə əsasən, Bundan başqa, komisyonçu komissiya müqaviləsinin yerinə yetirilməsi gedişində çəkdiyi və bütün halları nəzərə almaqla zəruri saydığı xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. MM-nin 11.1-ci maddəsinə əsasən, Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). MM-nin 937.2-ci maddəsinə əsasən sığortaçı aşağıdakı sığorta əməliyyatlarında onun adından çıxış edən sığorta agentinin aşağıdakı vasitəçilik xidmətlərindən tapşırıq müqaviləsi bağlamaqla istifadə edə bilər: sığorta müqavilələrinin bağlanması və bununla əlaqədar sövdələşmələrin aparılması; sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi ilə bağlı sövdələşmələrin aparılması. MM-nin 942-ci maddəsinə əsasən “sığorta vasitəçisi onun vasitəçiliyi ilə müvafiq hallarda sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziyası olmayan şəxslə bağlanmış sığorta və ya təkrarsığorta müqaviləsinə, yaxud müvafiq sığorta növünün aparılmasına icazəsi olmayan sığortaçı ilə bağlanmış sığorta müqaviləsinə görə, həmçinin bu Məcəllənin 941.5-ci və 941.8-ci maddələrinə əməl etməməsi üzündən sığortalının (təkrarsığortalının) mənafelərinin pozulmasına görə onun qarşısında həmin sığorta (təkrarsığorta) müqaviləsində sığortaçıya (təkrarsığortaçıya) aid nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi üzrə sığortaçı (təkrarsığortaçı) kimi subsidiar öhdəlik daşıyır”. Belə bir məsuliyyəti olan sığorta agentinin komisyon muzdunu və işlərin görülmə xərcini tələb etməsi ən təbii haqqı olmalıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 12.4-cü maddəsinə əsasən sığortaçı daxil olan sığorta haqlarının 20 faizədək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizədək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlara sərf edə bilər.” Nəticə və tələb: Yuxarıda qeyd edilənlərə, işin hüquqi və faktiki əsaslarına, işdə olan mötəbər sübutlara, tərəflər arasında olan müqavilə və digər hüquq münasibətlərə, müqavilə hüququnun tələblərinə əsasən xahiş edirik ki, cavabdehin apelyasiya şikayəti təmin edilməsin, iş üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(113)-240/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılsın.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
17. Məhkəmə iclasında iddiaçının nümayəndələri apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
18. İş üzrə maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
21. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
22. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. ...”
23. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. ...”
24. Həmin Məcəllənin 937.2-ci maddəsinə əsasən sığortaçı aşağıdakı sığorta əməliyyatlarında onun adından çıxış edən sığorta agentinin vasitəçilik xidmətlərindən tapşırıq müqaviləsi bağlamaqla istifadə edə bilər: 937.2.1. sığorta müqavilələrinin bağlanması və bununla əlaqədar sövdələşmələrin aparılması; 937.2.2. sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi ilə bağlı sövdələşmələrin aparılması.
25. 937.2–1-ci maddəsinə əsasən sığortaçı ilə sığorta agenti arasında bağlanan vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsində aşağıdakılar əks olunmalıdır: 937.2–1.1. tapşırıq müqaviləsinin nömrəsi və tarixi; 937.2–1.2. sığortaçının adı və ünvanı; 937.2–1.3. sığorta agenti fiziki şəxs olduqda onun adı, atasının adı, soyadı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, lisenziyasının seriya və nömrəsi və VÖEN-i; 937.2–1.4. sığorta agenti hüquqi şəxs olduqda onun adı, olduğu yer, lisenziyasının seriya və nömrəsi, VÖEN-i, müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğuldursa, icra orqanının rəhbərinin, əsas fəaliyyəti digər fəaliyyət növüdürsə, icra orqanının rəhbəri ilə yanaşı, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş attestasiyadan keçmiş işçilərinin adı, soyadı və atasının adı; 937.2–1.5. tapşırıq müqaviləsinin predmeti; 937.2–1.6. sığorta agentinin müştərilərə təklif edəcəyi sığorta növlərinin siyahısı; 937.2–1.7. tapşırıq müqaviləsi üzrə sığorta agentinə ödənilməli olan komisyon muzdun məbləği; 937.2–1.8. tərəflərin hüquq və vəzifələri; 937.2–1.9. müqavilə şərtlərini pozmağa görə tərəflərin məsuliyyəti; 937.2–1.10. tapşırıq müqaviləsinin qüvvədə olduğu ərazi; 937.2–1.11. tapşırıq müqaviləsinin qüvvədə olduğu müddət; 937.2–1.12. tərəflərin rekvizitləri. ...”
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
27. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
28. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
29. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 12.4-cü maddəsinə əsasən sığortaçı daxil olan sığorta haqlarının 20 faizədək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizədək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlara sərf edə bilər.”
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə iddia əsaslıdır.
32. Sığorta agenti İddiaçı ilə sığortaçı "xxxx" ASC arasında “Vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq” müqaviləsi bağlanmış və müqaviləyə əsasən sığorta agenti “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, icbari sığorta ilə bağlı qanunları və digər sığorta qanunvericiliyi, həmçinin sığortanın könüllü növləri üzrə qaydaları mükəmməl öyrənməklə sığortanın mahiyyətini, aparılması qaydası və şərtlərini sığortalıya izah etmək, sığortaçının və sığortalının hüquq və vəzifələrini izah etməklə, sığorta müqaviləsinin rəsmiləşməsində vasitəçilik etmək vəzifələrini öz öhdəsinə götürmüşdür.
33. Müqavilənin 6.1-ci bəndinə əsasən sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komissiyon muzd mükafatının faiz həcmi könüllü növlər üzrə 35%-dək, icbari sığorta növləri üzrə 15%, icbari sığorta növləri üzrə işlərin təşkili, qurulması və təmin edilməsi üçün 5% işlərin aparılması xərcləri təyin olunmuşdur. Sonradan tərəflər arasında qeyd olunan müqaviləyə 01 may 2019-cu il tarixli, 3 saylı Əlavə formasında saziş bağlanmışdır.
34. Həmin əlavənin 2-ci bəndində müqavilənin 6.1-ci bəndinə dəyişiklik edilərək aşağıdakı məzmunda qəbul edilmişdir: Sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komissiyon muzd mükafatlarının və digər xərclərin faiz həcmi aşağıdakı kimi təyin olunur: könüllü növlər üzrə 43%-dək (43 % daxil olmaqla) komisyon muzd; mühərrikinin həcmi 2000 sm3 -dək (2000 sm3 daxil olmaqla) olan minik nəqliyyat vasitələrinin icbari sığortası zamanı 0-15%-dək (15 % daxil olmaqla) komisyon muzd; mühərrikinin həcmi 2000 sm3 -dən çox olan nəqliyyat vasitələrinin icbari sığortası zamanı 15%-dək (15 % daxil olmaqla) komisyon muzd; digər icbari növlər üzrə 15%-dək (15 % daxil olmaqla) komisyon muzd; icbari sığorta növləri üzrə işlərin təşkili, qurulması və təmin edilməsi üçün 5% işlərin aparılması xərcləri verilə bilər.
35. İddiaçı cavabdehlə bağladığı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir.
36. İddiaçının vasitəçiliyi ilə bağlanmış sığorta müqavilələri üzrə sığorta haqlarının xx.xx.2019-xx.xx.2019 dövrü ərzində 239912,64 manat, xx.xx.2020-xx.xx.2021 dövrü ərzində isə 132114,61 manat təşkil etməsi və bunun müqabilində cavabdeh tərəfindən iddiaçıya xx.xx.2019-xx.xx.2019 dövrü üçün 33586,39 manat, xx.xx.2020-xx.xx.2021 dövrü üçün isə 8855,88 manat məbləğində komisyon muzdun ödənilməsi işin mübahisəsiz halıdır.
37. Hazırda tərəflərin mübahisələndirdiyi hal ödənilməli olan, lakin ödənilməyən komisyon haqları ilə bağlıdır.
38. İddiaçı həmin məbləğin sığorta haqlarının 15%-i təşkil etdiyini iddia edir, cavabdeh isə həmin məbləğin sığorta haqlarının 0-15%-dək təşkil etdiyini bildirərək, müqavilədə nəzərdə tutulan hallarda komisyon haqlarını ödəməmək hüququnun olmasına istinad edir.
39. Tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndində qeyd olunur ki, sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komissiyon muzd mükafatının faiz həcmi icbari sığorta növləri üzrə 15%, icbari sığorta növləri üzrə işlərin təşkili, qurulması və təmin edilməsi üçün işlərin aparılması xərcləri 5% təyin olunur.
40. Müqaviləyə 01 may 2019-cu il tarixli 3 saylı Əlavə ilə müqavilənin 6.1-ci bəndinə dəyişiklik edilərək, sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komissiyon muzd mükafatlarının və digər xərclərin faiz həcmi mühərrikinin həcmi 2000 sm3 -dək (2000 sm3 daxil olmaqla) olan minik nəqliyyat vasitələrinin icbari sığortası zamanı 0-15%-dək (15% daxil olmaqla); mühərrikinin həcmi 2000 sm3 -dən çox olan nəqliyyat vasitələrinin icbari sığortası zamanı 15%-dək (15% daxil olmaqla); digər icbari növlər üzrə 15%-dək (15% daxil olmaqla) müəyyən edilmiş, icbari sığorta növləri üzrə işlərin təşkili, qurulması və təmin edilməsi üçün 5% işlərin aparılması xərcləri verilə bilməsi nəzərdə tutulmuşdur..
41. Həmin müqavilənin 6.2-ci bəndində isə göstərilmişdir ki, hər sığorta müqaviləsi üzrə komisyon muzd mükafatının faiz dərəcəsi müəyyən edilməklə müvafiq akt tərtib olunur və nağd və ya hesaba köçürmə yolu ilə sığorta agentinə ödənilir.
42. Tərəflər arasında bağlanmış müqavilənin təfsirindən müəyyən edilir ki, sığortaçı tərəfindən sığorta agentinə ödənilməli olan komisyon muzd mükafatı 15% təşkil edir.
43. "xxxx" ASC-nin İdarə Heyətinin sədri tərəfindən "xxxx" ASC-nin Sığorta Xidmətləri Departamentinə, bütün filialların və nümayəndəliklərin rəhbərlərinə, brokerlər və sığorta vasitəçilərinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, AS-19/1155 nömrəli məktubda da qeyd edilmişdir ki, hal-hazırda “İcbari Sığortalar haqqında” Qanunun tələblərinə uyğun olaraq, sığorta vasitəçilərinə 15% komissiya haqqı və işlərin aparılması xərci yarandıqda isə 5% əlavə xərclər ödənilir.
44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən qanunvercilik normalarını, işin faktiki hallarını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2022-ci il tarixli, 9/346 saylı ekspert rəyini nəzərə alaraq iddia tələbini komisyon haqqının tutulması hissəsində təmin edərək, cavabdehdən sığorta müqavilələri üzrə xx.xx.2019-xx.xx.2019 dövrü üçün 2400,5 manat (239912,64 x 15% - 33586,39) komisyon haqqı, xx.xx.2020-xx.xx.2021 dövrü üçün isə 10961,31 manat (132114,61 x 15%-8855,88) komisyon haqqı olmaqla, ümumilikdə 13361,81 manat (on üç min üç altmış bir manat səksən bir qəpik) məbləğində komissiya haqqının tutularaq iddiaçıya ödənilməsi barədə düzgün nəticəsiyə gəlmişdir.
45. İddia tələbinin bir hissəsini də 16164,23 manat (on altı min bir yüz altmış dörd manat iyirmi üç qəpik) işlərin görülməsi xərcinin cavabdehdən tutulması təşkil edir.
46. İddiaçıya cavabdeh tərəfindən xx.xx.2019-xx.xx.2019 dövrü ərzində 239912,64 manat toplanmış sığorta haqqından 2437,13 manat məbləğində işlərin aparılması xərcinin ödənilməsi işin mübahisəsiz halıdır.
47. Hazırda iddiaçı ödənilməyən, xx.xx.2019-xx.xx.2019 dövr üçün qalan 9558,50 manat və xx.xx.2020-xx.xx.2021 dövrü üçün ümumiyyətlə ödənilməyən 6605,73 manat məbləğində işlərin aparılması xərcinin ödənilməsini tələb edir.
48. Tərəflər arasında bağlanmış 05 may 2017-ci il tarixli vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsinin 6.1-ci maddəsində sığortaçı tərəfindən sığorta agentinə icbari sığorta növləri üzrə işlərin təşkili, qurulması və təmin edilməsi üçün 5% işlərin aparılması xərclərinin ödənilməsi nəzərdə tutulmuşdur.
49. 01 may 2019-cu il tarixli müqaviləyə 3 saylı Əlavədə “Sığortaçı tərəfindən sığorta agentinə icbari sığorta növləri üzrə işlərin təşkili, qurulması və təmin edilməsi üçün 5% işlərin aparılması xərcləri verilə bilər” formasında hüquq kimi qeyd olunması əsası ilə cavabdehin işlərin aparılması xərclərinin ödənilməsindən ümumiyyətlə imtina etməsi müqavilə tərəflərinin iradə ifadəsinin həqiqi mənasına uyğun gəlmir.
50. Birinci instansiya məhkəməsi iddianın qeyd olunan hissəsinin təmin olunması qənaətinə gələrkən əlavədə işlərin aparılması xərclərinin “verilə bilər” formasında hüquq kimi qeyd olunmasını və iddiaçının da mənafelərini, eyni zamanda müqavilənin əlavəyə qədər olan müvafiq müddəasını, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı nəzərə almış və iddia həmin hissədə qismən təmin edərək cavabdehdən xx.xx.2019xx.xx.2019 dövr üçün işlərin aparılması xərci olaraq ödənilməmiş 9558,5 manat ((239912,64 x 5%) – 2437,13)) məbləğində pul tutulması qənaətinə gəlmişdir.
51. Bundan başqa, iddiaçı ödənişin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 2000 (iki min) manat faiz borcunun (1 illik) cavabdehdən tutulmasını tələb edir.
52. İddiaçı icranı gecikdirmiş cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb etməkdə haqlıdır.
53. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə qismən təmin edərək düzgün olaraq cavabdehdən gecikdirilmiş vaxt üçün 1146 manat (13361,81 manat komissiya haqqı + 9558,5 manat işlərin görülməsi xərci olmaqla, cəmi 22920,31 manat pulun 5%-i = 1146,01 ~ 1146 manat) məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir.
54. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin MPM-in 119.1-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manatın cavabdehə aid edilməsi, həmçinin ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 150 manat hissəsinin cavabdehdən 50 manat hissəsinin iddiaçıdan tutularaq Məhkəmə ekspertizası mərkəzinə ödənilməsi barədə gəldiyi nəticə də əsaslı olmuşdur.
55. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
56. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
57. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-240/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova