Məhkəmə qərarları › İş №2-2(103)-336/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-336/2024

15.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-336/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 cavabdehlər Cavabdeh BOKT ASCyə qarşı “divident” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 5513/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh BOKT ASC-dən ümumilikdə ******* manat divident borcunun və 1323 manat dövlət rüsumunun xeyirlərinə tutulmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (halhazırda hüquqi varisi olan (Cavabdeh BOKT ASC-ti) ilə İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı1 arasında bağlanmış 10 dekabr 2014-cü il tarixli sənədsiz imtiyazlı adlı səhm müqaviləsi və 10 dekabr 2014-cü il tarixli sənədsiz imtiyazlı adlı səhm müqaviləsi, 15 yanvar 2010-cu il tarixli sənədsiz imtiyazlı adlı səhm müqaviləsi və 15 yanvar 2010-cu il tarixli sənədsiz imtiyazlı adlı səhm müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən investorlar tərəfindən "xxxx" ASC-nin səhmlərinə ******* manat məbləğində pul vəsaiti yerləşdirilir və müqavilə müddəti 84 ay müəyyənləşdirilir. Bu müqavilələrin şərtlərinə görə səhmlərin gəlirlik nominalın 12 % miqdarında hesablanması və hər 3 aydan bir ödənilmək şərtilə müəyyən olunmuşdur. 21 iyul 2016-cı il tarixdən "xxxx" ASC-ti tərəfindən öhdəliklərin icrası dayandırılmış və müqavilələrin 1-ci bəndinin 1.1-ci yarımbəndlərinin şərtləri pozulmuşdur, yəni müqavilənin predmetinə əsasən investorlar özlərinə məxsus pul vəsaitini bankın səhmlərinə yerləşdirir və səhmlərə görə gəlirlilik nominalının 12 % miqdarında gəlir əldə edir. Mətbuatdan əldə olunmuş məlumatlara görə 2017-ci il tarixli Bakı İnzibati-İqtisadi məhkəməsinin qərarına görə "xxxx" ASC-ti bank kimi fəaliyyətini dayandırmış və Cavabdeh BOKT ASC-ti hüquqi varisi kimi müəyyən olunmuşdur. 26 may 2023-cü il tarixdə öhdəliyin icra edilməməsi nəticəsində yaranmış borc məbləğlərinin qaytarılması haqqında pritenziya irəli sürülsə də borc məbləği bu günə kimi ödənilməmiş qalmaqdadır. Cavabdeh BOKT ASC-nin 2021-ci ilin İİİ və İV rübü, 2022-ci ilin İ, İİ, İİİ və İV rübü və 2023cü ilin İ rübü üzrə investorlara olan borcu aşağıdakı kimidir: İddiaçı2 – 2021-ci ilin İİİ və İV rübü – 150000 manat, 2022-ci ilin İ, İİ, İİİ və İV rübü 300 000 manat, 2023-cü ilin İ rübü 75 000 manat,cəmi 525000 . İddiaçı3 - 2021-ci ilin İİİ və İV rübü – 150 000 manat, 2022-ci ilin İ, İİ, İİİ və İV rübü 300 000 manat, 2023-cü ilin İ rübü 75 000 manat, cəmi 525000. İddiaçı4 2021-ci ilin İİİ və İV rübü 45000 manat, 2022-ci ilin İ, İİ, İİİ və İV rübü 90 000 manat, 2023cü ilin İ rübü 22 500 manat, cəmi 157500. İddiaçı1 2021-ci ilin İİİ və İV rübü 45 000 manat, 2022-ci ilin İ, İİ, İİİ və İV rübü 90 000 manat, 2023-cü ilin İ rübü 22 500 manat,cəmi 157 500, ümumilikdə isə ******* manat təşkil edir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5513/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 Cavabdeh BOKT ASCdən ümumilikdə ******* manat divident borcunun və 1323 manat dövlət rüsumunun xeyrilərinə tutulması barədə iş üzrə icraata məhkəmədə baxılmaması əsası ilə xitam verilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də ********* nömrəli xx.xx.2022-ci il tarixli qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçılara (səlahiyyətli nümayəndə X1) geri qaytarılması qərara alınmışdır. Hazırda iddiaçılar həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5513/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 106-3.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. Mülki Məcəllənin 106-3.2-ci maddəsinə əsasən səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir. Mülki Məcəllənin 106-3.3-cü maddəsinə əsasən adi səhm üzrə dividend səhmdar cəmiyyətinin xalis mənfəətinin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir. Mülki Məcəllənin 106-3.4-cü maddəsinə əsasən imtiyazlı səhm üzrə dividend səhmdar cəmiyyətinin təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq, imtiyazlı səhm sahiblərinə, bir qayda olaraq, səhmin nominal dəyərinin sabit faizi şəklində ödənilən vəsaitdir. Həmin vəsaitin ödənilməsini təmin etmək üçün səhmdar cəmiyyəti öz vəsaitləri hesabına xüsusi fondlar yarada bilər. Məhkəmə tərəfindən qeyd edilən normaların tələbləri nəzərə alınmamışdır. Belə ki, məhkəmə hazırkı iş üzrə dividendin ödənilməsini bilavasitə cəmiyyətin ümumi yığıncağının səlahiyyətinə aid olmasını qeyd etmiş və buna görə də qeyd edilən iddia tələbinin məhkəmədə baxılmasının qeyri-mümkün olduğu bildirilmişdir. Lakin məhkəmə tərəfindən nəzərə alınmamışıdır ki, səhm sahibinin özünün birbaşa olaraq cəmiyyətin ümumi yığıncağının keçirilməsini tələb etmək hüququ yoxdur, buna görə də haqlı olaraq iddiaçılar tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində yaranmış borc məbləğlərinin qaytarılması haqqında pretenziyalar təqdim edilmiş, lakin qeyd edilən pretenziyalar üzrə cəmiyyət tərəfindən iddiaçılara mövcud olan borc ödənilməmişdir. Bundan əlavə birinci instansiya məhkəməsinin şikayət olunan qərardadında qeyd edilmişdir ki, “eyni zamanda məhkəmə qeyd edir ki, qanunvericilikdə imtiyazlı səhmlər üçün “səhmin nominal dəyərinin sabit faizi şəklində” ödənilməsi, həmçinin xüsusi fondların yaradılması qeyd edilsə də, Cavabdeh BOKT ASC-nin nizamnaməsində imtiyazlı səhmlər üçün sabit faiz müəyyən edilməmiş və cəmiyyət tərəfindən xüsusi fondlar yaradılmamışdır”. Lakin məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, cəmiyyətin nizamnaməsində imtiyazlı səhmlər üçün sabit faiz müəyyən edilməsə də bu imtiyazlı səhm sahibinin qeyd edilən şəkildə dividend alma hüququnu məhdudlaşdırmır. Bundan əlavə həmin hüququnun nizamnamədə olmasa belə qanunvericiliklə səhm sahibinə tanınmasına məhkəmə tərərəfindən diqqət yetirilməmişdir. Qeyd edilməlidir ki, dividend – pul, natura və ya hər hansı ödəniş formasında bölüşdürülməli və real faydada ifadə olunmalıdır. Dividend – səhmdar cəmiyyətin mənfəətindən hər il səhmdarlara ödənilən hissəsidir. Sahib olunan səhmlərə uyğun dividend ödənilir. Digər sözlə ifadə etdikdə, dividendlər hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir. İddiaçılar real fayda əldə etmək məqsədi ilə cavabdeh tərəflə imtiyazlı səhm müqaviləsi bağlayaraq, olunan səhmlərə real pul vəsaiti yerləşdirmişlər. Müqavilə şərtlərinə görə, nəzərdə tutulmuş faizlər 3 aydan bir olaraq cavabdeh tərəfindən iddiaçılara ödənilməlidir. Lakin cavabdeh tərəfindən dividendlər qeyd edilən rüblər üzrə ödənilməmiş, bununla da, cavabdehin iddiaçılar qarşısında ödənilməyən dividendlər üzrə borcu yaranmışdır. İddiaçıların cavabdehə ünvanladığı pretenziya məktublardan görünür ki, iddiaçılar pretenziya qaydasına riayət edərək, dividend ödənişləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsini cavabdehdən xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını cavabdehə bildirilmişdir. İş materillarından da göründüyü kimi hazırkı iş üzrə iddiaçılar ilə cəmiyyət arasında mövcud müqavilə bağlanılmış, lakin həmin müqavilə üzrə öhdəliklər sonuncu tərəfindən icra edilməmişdir. Qeyd edilən məsələnin yalnız məhkəmə qaydasında həlledilə bilməli olduğuna baxmayaraq məhkəmə tərəfindən qanunsuz olaraq işə xitam verilmişdir. Həmçinin nəzərinizə çatdırırıq ki, bu iddia tələbi üzrə Nəsimi rayon məhkəməsinin xx.xx.2018, xx.xx.2019 və xx.xx.2021 saylı qətnamələri olmuş və icra edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qərardadı ilə verilmiş şikayət mümkün hesab edilmiş və şikayətə 08 fevral 2024-cü il tarixdə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 08 fevral 2024-cü il tarixli qərardadı ilə iş üzrə icraata şifahi qaydada məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, bank olaraq maddi cəhətdən çətin vəziyyətdədirlər, Əmanətlərin Sığortalanması Fondu qarşısında öhdəliklərini icra edib yekunlaşdıran kimi dividendlərin ödənilməsini həyata keçirəcəklər. Məhkəmə kollegiyası şikayətin dəlillərini və kommersiya işinin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-5513/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilməli, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, səhmdar cəmiyyətin fəaliyyəti nəticəsində xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi yalnız cəmiyyətin ümumi yığıncağının qərarı ilə qəbul edilir və səhmdar cəmiyyəti nizamnaməyə uyğun dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. İddiaçı məhkəməyə müraciət edərək 106-3.4-ci maddəsinə istinad edərək dividentin ödənilməsini tələb etsə də, qanunverici 106-3.3 və 106-3.4-cü maddələrində məhz ümumi yığıncağının qərarına əsasən adi və imtiyazlı səhmin mülkiyyətçilərinə ödəniləcək dividentin hesablanması qaydası və həcmini (dəyişən və ya sabit) müəyyən etmişdir. Belə ki, adi səhm üzrə 106-3.3-ci maddəsində müəyyən edilmiş qaydaya əsasən hər ödəniş aparılarkən xalis mənfəətin həcmindən asılı (yüksək və ya aşağı) divident fərqli həcmində ola bilər, imtiyazlı səhm üzrə 106-3.4-cü maddəsinə əsasən əksinə divident səhmin nominal dəyərinin sabit faizi şəklində ödənilən vəsaitdir. Bununla yanaşı, 106-3.4-cü maddəsində “bir qayda olaraq”, sözləri “səhmin nominal dəyərinin sabit faizi şəklində” cümləsinə aiddir, “səhmdar cəmiyyətinin təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq” cümləsi isə o deməkdir ki, imtiyazlı səhm üzrə divident xalis mənfəət yüksək və ya aşağı olmasından asılı olmayaraq səhmin nominal dəyərinin sabit faizi şəklində ödənilməlidir. Eyni zamanda, qanunvericilikdə imtiyazlı səhmlər üçün “səhmin nominal dəyərinin sabit faizi şəklində” ödənilməsi, həmçinin xüsusi fondların yaradılması qeyd edilsə də, Cavabdeh BOKT ASC-nin nizamnaməsində imtiyazlı səhmlər üçün sabit faiz müəyyən edilməmiş və cəmiyyət tərəfindən xüsusi fondlar yaradılmamışdır. Həmçinin, 106-3.9-ci maddəsində dividentlərin ödənilib ödənilməməsi xalis aktivlərinin dəyərinin və kapitalının miqdarı ilə şərtləndirilmiş, yəni dividentlərin ödənilməsi maliyyə hesabatı cəmiyyətin ümumi yığıncağında müzakirə ediləndən sonra qəbul edilmiş qərardan asılıdır. Göründüyü kimi, qanunvericilikdə dividentlərin ödənilməsi məhz cəmiyyətin ümumi yığıncağın qərarına əsasən qəbul edilir və imtiyazlı səhmlərlə bağlı dividentin hesablanmasının başqa xüsusi qaydası müəyyən edilməmişdir. Odur ki, səhmdar cəmiyyətində dividendlərin ödənilməsinin məhz ümumi yığıncağın qərarı əsasında qəbul edildiyini nəzərə alan məhkəmə hesab edir ki, hazırki tələbə məhkəmə qaydasında baxıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 106-3.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. Mülki Məcəllənin 106-3.2-ci maddəsinə əsasən səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir. Mülki Məcəllənin 106-3.3-cü maddəsinə əsasən adi səhm üzrə dividend səhmdar cəmiyyətinin xalis mənfəətinin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir. Mülki Məcəllənin 106-3.4-cü maddəsinə əsasən imtiyazlı səhm üzrə dividend səhmdar cəmiyyətinin təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq, imtiyazlı səhm sahiblərinə, bir qayda olaraq, səhmin nominal dəyərinin sabit faizi şəklində ödənilən vəsaitdir. Həmin vəsaitin ödənilməsini təmin etmək üçün səhmdar cəmiyyəti öz vəsaitləri hesabına xüsusi fondlar yarada bilər. Hazırkı işin hallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (hal-hazırda hüquqi varisi olan (Cavabdeh BOKT ASC) ilə İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı1 arasında 10 dekabr 2014-cü il tarixli sənədsiz imtiyazlı adlı səhm müqaviləsi və 10 dekabr 2014-cü il tarixli sənədsiz imtiyazlı adlı səhm müqaviləsi, 15 yanvar 2010-cu il tarixli sənədsiz imtiyazlı adlı səhm müqaviləsi və 15 yanvar 2010-cu il tarixli sənədsiz imtiyazlı adlı səhm müqaviləsi bağlanmış. Müqavilənin şərtlərinə əsasən investorlar tərəfindən "xxxx" ASC-nin səhmlərinə ******* manat məbləğində pul vəsaiti yerləşdirilir və müqavilə müddəti 84 ay müəyyənləşdirilir. Bu müqavilələrin şərtlərinə görə səhmlərin gəlirlik nominalın 12 % miqdarında hesablanması və hər 3 aydan bir ödənilmək şərtilə müəyyən olunmuşdur. Cavabdeh BOKT ASC-nin 2021-ci ilin İİİ və İV rübü, 2022-ci ilin İ, İİ, İİİ və İV rübü və 2023-cü ilin İ rübü üzrə investorlara olan borcu aşağıdakı kimidir: İddiaçı2 – 2021-ci ilin İİİ və İV rübü – 150000 manat, 2022-ci ilin İ, İİ, İİİ və İV rübü 300 000 manat, 2023-cü ilin İ rübü 75 000 manat, cəmi 525000 . İddiaçı3 2021-ci ilin İİİ və İV rübü – 150 000 manat, 2022-ci ilin İ, İİ, İİİ və İV rübü 300 000 manat, 2023-cü ilin İ rübü 75 000 manat, cəmi 525000. İddiaçı4 - 2021-ci ilin İİİ və İV rübü 45000 manat, 2022-ci ilin İ, İİ, İİİ və İV rübü 90 000 manat, 2023- cü ilin İ rübü 22 500 manat, cəmi 157500. İddiaçı1 2021-ci ilin İİİ və İV rübü 45 000 manat, 2022-ci ilin İ, İİ, İİİ və İV rübü 90000 manat, 2023-cü ilin İ rübü 22500 manat, cəmi 157500, ümumilikdə isə ******* manat təşkil edir. Göründüyü kimi iddiaçılar real fayda əldə etmək məqsədi ilə cavabdeh tərəflə imtiyazlı səhm müqaviləsi bağlayaraq, yuxarıda qeyd olunan səhmlərə 6.500.000 manat real pul vəsaiti yerləşdirmişlər. Müqavilə şərtlərinə görə, nəzərdə tutulmuş faizlər 3 aydan bir olaraq cavabdeh tərəfindən iddiaçılara ödənilməlidir. Qanunvericiliyin tələbindən göründüyü kimi səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir. İmtiyazlı səhm üzrə dividend səhmdar cəmiyyətinin təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq, imtiyazlı səhm sahiblərinə, bir qayda olaraq, səhmin nominal dəyərinin sabit faizi şəklində ödənilən vəsaitdir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5513/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. İş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar