Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-339/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X14 və cavabdehin nümayəndəsi X18 iştirakı ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-46/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan “X26” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan “X26” ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 786338,29 (yeddi yüz səksən altı min üç yüz otuz səkkiz GEL iyirmi doqquz) lari məbləğində əsas borc, 9314,41 (doqquz min üç yüz on dörd GEL, qırx bir) lari məbləğində faiz borcu, ümumilikdə 795652,70 (yeddi yüz doxsan beş min altı yüz əlli iki GEL, yetmiş qəpik) lari məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və bank rüsumunun tutulub iddiaçı ləğv prosesində olan «X26» ASCnin xeyrinə ödənilməsi, ödəmənin Rəhimova Könül Umud qızına məxsus ünvan 1 saylı ünvanda yerləşən 25 saylı mənzil, X4 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 127 ünvanında yerləşən 1 otaqlı 52 saylı mənzil, X1 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 68,2 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin ipoteka predmetlərinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçı ləğv prosesində olan «X26» ASC-yə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(82)-46/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı ləğv prosesində olan “X26” ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X19 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi X25 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh “X21” MMC Gürcüstan Respublikasının Bələdiyyələrin İnkişafı Fondu tərəfindən 2014-cü ildə keçirilən tenderlərdə iştirak etmiş və bu ikisinin qalibi olmuşdur. xx xxxxxxx 2014-cü il tarixdə X2 Fondu ilə “X21” MMC arasında EİB/WİMP11/NCB/03-1 saylı “Terjola X20rulması” layihəsi üzrə 1488642,2 GEL dəyərində və yenə xx xxxxxxx 2014-cü ildə EİB/WİMP11/NCB/03-1 saylı “Düşheti X20rulması” layihəsi üzrə 1588162,28 GEL dəyərində 2 müqavilə imzalanmışdır. Həmin müqavilələr üzrə öhdəliklərin icrasının təmini üsulu kimi “X26- Gürcüstan” SC tərəfindən “X21” MMC-yə müvafiq bank qarantiyaları verilmişdir. “X26- Gürcüstan” SC isə öz növbəsində, xx xxxxxxx 2014-cü il tarixli müqavilələr üzrə “X21” MMC-nin öhdəliklərini icra etməməsi halında X2 Fonduna (yəni benefisiara) ödəyəcəyi pul məbləğini “X21” MMC-dən əldə etməsinin təminatı kimi öz növbəsində bank qarantiyası (bu halda, kontr-qarantiya adlanır) tələb etmiş və “X21” MMC (yəni Prinsipal) da “X26” ASC (yəni Qarant) ilə bu barədə Bank qarantiyasının verilməsinə dair xx.xx.2014-cü il tarixli 15 saylı müqaviləni imzalamışdır. Həmin müqaviləyə əsasən Qarant “X26- Gürcüstan” SC-yə veriləcək Bank qarantiyasına uyğun olaraq, X12 Fondu tərəfindən təşkil olunan Duşeti su xəttinin yenidən qurulması işlərinin aparılması üzrə tenderin və Terjola su xəttinin yenidən qurulması işlərinin aparılması üzrə tenderin şərtlərinə “Prinsipal” tərəfindən əməl edilmədiyi təqdirdə, “X26-Gürcüstan” SC tərəfindən ödəniləcək 1071994,37 Lari məbləğindən artıq olmayan hər hansı məbləği Benfisiarın ilk yazılı tələbi ilə ona ödənilməsinə dair prinsipalın xeyrinə bank qarantiyasının verilməsini öhdəsinə götürmüşdür. Qarantiya üzrə yaranmış öhdəliyin vaxtında və tam şəkildə əməl edilməsinin təminatı kimi Prinsipal 042-330-14 saylı, xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsində göstərilmiş daşınmaz əmlakları ipotekaya qoyur. İpoteka saxlayan “X26” ASC ilə prinsipal “X21” MMC və ipoteka qoyanlar X13, Rəhimova Könül Umud qızı, X11 və X9 arasında xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən xx.xx.2014-cü il tarixli 15 saylı Bank qarantiyasının verilməsi barədə müqavilənin təminatı kimi X10 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 105/35 nömrəli binanın zirzəmisində 44,4 kv.m qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 105/35 nömrəli, 3 otaqlı 56 nömrəli mənzil, Rəhimova Könül Umud qızına məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 89, 25 nömrəli mənzil, X7 məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 127, 52 nömrəli mənzil, X5 məxsus ünvan 3 ünvanında yerləşən 68,2 kv.m qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. İddiaçı bildirir ki, “X26-Gürcüstan” SC ilə ləğv prosesində olan “X26” ASC arasında olan SWİFT yazışmalarına əsasən “Düşheti X20rulması” (NBC 14-1) müqaviləsi üzrə 10% icra qarantiyası olmaqla xx.xx.2016-cı il tarixə qədər qüvvədə olan “X26-Gürcüstan” SCyə xx.xx.2014-cü il tarixli, (saat 11:58-00), printer - 0396-000001 saylı, sessiya 1949, çıxış nömrəsi 1155-141015 DEVGGAXXX**********SAYLİ 158816 GEL qarantiya verilmişdir. Həmçinin “X26-Gürcüstan” SC ilə ləğv prosesində olan “X26” ASC arasında olan SWİFT yazışmalarına əsasən “Düşheti X20rulması” (NBC 14-1) müqaviləsi üzrə xx xxxxxx 2015ci il tarixə qədər qüvvədə olan “X26 Gürcüstan” SC-yə xx.xx.2014-cü il tarixli (saat 11:57- 40) printer - 0395-000001 saylı sessiya 1949, çıxış nömrəsi 1155-141015 DEVGGE22AXXX***-******* saylı məbləği 317632 GEL olan avans qarantiyası verilmişdir. Eyni zamanda “X26-Gürcüstan” SC ilə ləğv prosesində olan “X26” ASC-nin arasında olan SWİFT yazışmalarına əsasən “Terjola X20rulması” (NBC 03-1) müqaviləsi üzrə 10% icra qarantiyası olmaqla xx.xx.2016-cı il tarixə qədər qüvvədə olan “X26-Gürcüstan” SC-yə xx.xx.2014-cü il tarixli, (saat 11:58-40), printer - 0398-000001, çıxış nömrəsi 1155-141015, DEVGGE22AXXX********** saylı məbləği 148864 GEL qarantiya verilmişdir. Bundan başqa “X26-Gürcüstan” SC ilə ləğv prosesində olan “X26” ASC arasında olan SWİFT yazışmalarına əsasən “Terjola X20rulması” (NBC 03-1) müqaviləsi üzrə xx.xx.2015-ci il tarixədək qüvvədə olan “X26-Gürcüstan” SC-yə xx.xx.2014-cü il tarixli (saat 11:58-20), printer - 0397-000001, sessiya 1948, çıxış nömrəsi ********** DEVGGE22AXXX********** saylı məbləği 446593 GEL olan avans qarantiyası verilmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıq edilmiş və qeyd olunan qarantiyalar üzrə əsas, qarantiya üzrə ayrılmış vəsaitdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqdan sonra “X21” MMC tərəfindən xx.xx.2016-cı il tarixdə 185000 ABŞ dolları ödəniş edilmiş və ödənişin əvəzi olaraq X8 mülkiyyətində olan ünvan 4 saylı ünvanda zirzəmidə yerləşən 44,4 kv.m qeyriyaşayış sahəsi və Rəhimova Könül Umud qızının mülkiyyətində olan ünvan 4 saylı ünvanda yerləşən 56 saylı mənzil ipoteka yüklülüyündən azad edilmişdir. Cavabdehin nümayəndəsi iddiaya etiraz edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 478-ci maddəsinə görə qarantiyaya əsasən qarant (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. Həmin Məcəllənin 489.1-ci maddəsində isə təsbit olunmuşdur ki, qarantın qarantiya üzrə benefisiara ödənilmiş məbləğlərin əvəzinin ödənilməsini prinsipaldan reqres qaydasında tələb etmək hüququ qarantla prinsipialın icrası üçün qarantiya verilmiş razılaşması ilə müəyyənləşdirilir. Lakin hazırki işdə həmin əsaslar mövcud deyildir. Belə ki, iş materiallarından görünür ki, daha əvvəl iddiaçı Cavabdeh MMC cavabdeh LPO “X26” ASC-yə qarşı ipotekadan azad olma tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Həmin Məhkəmənin xx.xx.2018-ci il tarixli 2-2(81)-719/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə Rəhimova Könül Umud qızına məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 89 saylı evin 25 nömrəli mənzili, MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə X7 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 127 saylı evin 52 nömrəli mənzili, RX seriyalı, 032638 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə X6 məxsus olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində yüklülüyün götürülməsi və həmin daşınmaz əmlaklarla bağlı aparılmış ipoteka qeydinin ləğv olunması məqsədilə lazımi hərəkətlərin edilməsi vəzifəsi cavabdehə həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(103)-613/2018 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 22(102)-325/2019 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(81)-719/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, “X26 ASC-nin kontr-qarantiya üzrə benefisiara hər hansı məbləğdə pul ödəməsinə, başqa sözlə, bankın (Qarantın) MMC-yə (Prinsipala) reqress tələbinə malik olmasına dair sübut mövcud deyildir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(103)-613/2018 saylı nömrəli qətnaməsində isə qeyd olunmuşdur ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfə (LPO “X26” ASC) apellyasiya şikayətində göstərildiyi iş üzrə əhəmiyyətli hesab olunan sübutların təqdim olunması üçün vaxt verilmiş, lakin iddianın hüquqi həllinə təsir edəcək, o cümlədən kont-qarantiya üzrə cavabdeh Bank tərəfindən ödənişlərin aparılmasını təsdiq edən hər hansı sübut təqdim olunmamışdır. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsində qaldırılan iddia tələbinə gəldikdə, işin materiallarına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli iddia ərizəsindən və cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, ləğv prosesində “X26” ASC-nin ləğvedicisi X3 həmin iddia ərizəsi ilə müraciət edərək, “X26” ASC tərəfindən deyil, “X26-Gürcüstan” SC tərəfində verilmiş qarantiyalar benefisara (X2 Fonduna) aparılan ödənişlərin, 786338,29 lari məbləğində əsas borcun, 9314,41 lari faiz borcunun, ümumilikdə 795652,70 lari borcun tutulmasını, tutmanın “X26” AS-nin iddiaçı ilə bağladığı 042-330-14 saylı, xx xxxxxxx 2914-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş ipoteka predmetlərinə yönədilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə hesab etmişdir ki, “X26-Gürcüstan” SC-nin nizamnamə Kapitalının 100% həcmində payı “X26” ASC olsa da, hər ikisi ayrı-ayrı hüquqi şəxsdir. Mülki qanunvericiliyin tələbinə görə təsisçi hüquqi şəxsin öhdəliklərinə görə məsuliyyət daşımır. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə hazırda tutmanın yönəldilməsi tələbi irəli sürülmüş ipoteka predmetlərinin yüklülükdən azad edilməsi vəzifəsi LPO “X26” ASCnin üzərinə qoyulmuş və həmin qərarlarla müəyyən edilmişdir ki, iddiaçının cavabdehə qarşı Mülki Məcəllənin 489.1-ci maddəsinə əsasən reqress hüququq yaranmamış və kontr-qanat bank olan LPO “X26” ASC-nin prinsipal Cavabdeh MMC-dən reqres qaydasında tutulmasını tələb etdiyi qarantiya məbləğləri onun tərəfindən deyil, ayrı hüquqi şəxs olan qarant “X26-Gürcüstan” SC tərəfindən benefisiara ödənilmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsində isə təsbit olunmuşdur ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblər tam əsassızdır və sübutlar araşdırılmadan rədd olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı ləğv prosesində olan “X26” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-46/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-339/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-339/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver