Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-34/2025 17.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh «Qiymətləndirmə Mərkəzi» MMC-yə qarşı qiymətləndirmə rəylərinin ləğvi tələbinə dair iş üzrə (Açar sözlər: qiymətləndirmə rəylərinin ləğvi) Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X10 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “qiymətləndirmə rəylərinin ləğvi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-980/2021 saylı işi üzrə xx.xx.2021ci il tarixli icra sənədinə əsasən, İddiaçı MMC-dən 1 153 390,04 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-yə ödənilməlidir.
2. 849801 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi”nə görə, “Volvo FMX yük” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdə İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır.
3. 100312 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi”nə əsasən, “Volvo FMX yük” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdə İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır.
4. 798594 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi”nə görə, “Wielton nw 3 yarımqoşqu” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdə İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır.
5. 796305 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi”nə əsasən, “Wielton qoşqu” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdə İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır.
6. 798595 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi”nə görə, “Wielton NW 3 yarımqoşqu” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdə İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır.
7. 100314 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi”nə əsasən, “Volvo FMX yük” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdə İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır.
8. 216063 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi”nə görə, “TSR TT 13 22 yarımqoşqu” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2014-cü il tarixdə İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır.
9. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli “Mütəxəssisin dəvət edilməsi barədə” qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 980/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Cavabdeh MMCdən mütəxəssisin dəvət olunması qərara alınmışdır.
10. Cavabdeh MMC-nin Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “...Wielton NW 3 yarımqoşqu” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 7500 manat; “Wielton qoşqu” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 8000 manat; “Wielton nw 3 yarımqoşqu” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 6500; “Volvo FMX yük” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 4500 manat; “TSR TT 13 22 yarımqoşqu” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 8000 manat; “TSR TT 13 023 yarımqoşqu” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 8000 manat; “Volvo FMX yük” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 9500 manat; “Volvo FMX yük” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 12 000 manat məbləğində qiymətləndirilmişdir.”.
11. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli sifarişdən görünür ki, xx.xx.2022-ci il tarixli qərarla icraatına başlanılmış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı MMC-yə məxsus “TSR TT 13 22 yarımqoşqu” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı (ilkin qiyməti 8000 manat olmaqla); “Volvo FMX yük” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı (ilkin qiyməti 9500 manat olmaqla); “TSR TT 13 023 yarımqoşqu” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı (ilkin qiyməti 8000 manat olmaqla); “Volvo FMX yük” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı (ilkin qiyməti 12 000 manat olmaqla); “Volvo FMX yük” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı (ilkin qiyməti 4500 manat olmaqla); “Wielton qoşqu” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı (ilkin qiyməti 8000 manat olmaqla); “Wielton NW 3 yarımqoşqu” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı (ilkin qiyməti 6500 manat olmaqla); “Wielton nw 3 yarımqoşqu” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı (ilkin qiyməti 7500 manat olmaqla) nəqliyyat vasitələri barədə hərracın keçirilməsi xahiş olunmuşdur.
12. "xxxx" MMC-nin “hərrac yekunları barədə” xx.xx.2023cü il tarixli aşağıdakı nömrəli protokollardan görünür ki:
- 18/23 nömrəli. ilkin satış dəyəri 8000 manat məbləğində qiymətləndirilən İddiaçı MMC-yə məxsus olan, “Wielton qoşqu” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsinə görə, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən verilmiş 112301/34 saylı xx.xx.2022-ci il tarixli sifariş əsasında xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin açıq hərracda 8080 manata X2. - 19/23 nömrəli. İlkin satış dəyəri 6500 manat məbləğində qiymətləndirilən İddiaçı MMC-yə məxsus olan, “Wielton NW 3 yarımqoşqu” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən verilmiş 112301/34 saylı xx.xx.2022-ci il tarixli sifariş əsasında xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin açıq hərracda 6565 manata X2. - 21/23 nömrəli. İlkin satış dəyəri 8000 manat məbləğində qiymətləndirilən İddiaçı MMC-yə məxsus olan, “TSR TT 13 22 yarımqoşqu” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən verilmiş 112301/34 saylı, xx.xx.2022-ci il tarixli sifariş əsasında xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin açıq hərracda 8080 manata X3 - 22/23 nömrəli. İlkin satış dəyəri 8000 manat məbləğində qiymətləndirilən İddiaçı MMC-yə məxsus olan, “TSR TT 13 023 yarımqoşqu” markalı, **-ZX- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən verilmiş 112301/34 saylı xx.xx.2022-ci il tarixli sifariş əsasında xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin açıq hərracda 8080 manata X3. - 20/23 nömrəli. İlkin satış dəyəri 7500 manat məbləğində qiymətləndirilən İddiaçı MMC-yə məxsus olan, “Wielton NW 3 yarımqoşqu” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsinə görə, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən verilmiş 112301/34 saylı xx.xx.2022-ci il tarixli sifariş əsasında xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin açıq hərracda 7575 manata X2. - 23/23 nömrəli. İlkin satış dəyəri 9500 manat məbləğində qiymətləndirilən İddiaçı MMC-yə məxsus olan, “Volvo FMX yük” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən verilmiş 112301/34 saylı xx.xx.2022-ci il tarixli sifariş əsasında xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin açıq hərracda 9595 manata X1. - 24/23 nömrəli. İlkin satış dəyəri 12 000 manat məbləğində qiymətləndirilən İddiaçı MMC-yə məxsus olan, “Volvo FMX yük” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən verilmiş 112301/34 saylı xx.xx.2022-ci il tarixli sifariş əsasında xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin açıq hərracda 12 120 manata X1. - 25/23 nömrəli. İlkin satış dəyəri 4500 manat məbləğində qiymətləndirilən İddiaçı MMC-yə məxsus olan, “Volvo FMX yük” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsinə görə, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən verilmiş 112301/34 saylı xx.xx.2022-ci il tarixli sifariş əsasında xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin açıq hərracda 4545 manata X1.
13. Baş Dövlət Yol Polis İdarəsinin təqdim etdiyi məktuba görə, “WELTON NW 3 yarımqoşqu” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hazırda X9, “WELTON qoşqu” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hazırda X13, “WELTON NW 3 yarımqoşqu” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hazırda X16, “TSR TT 13 22 yarımqoşqu” markalı 10ZX135 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hazırda X12, “TSR TT 13 023 yarımqoşqu” markalı 10ZX137 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hazırda X19, “VOLVO FMX yük” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hazırda X6 mülkiyyətindədir.
14. “B+Ş Audit” Konsaltinq MMC-nin mütəxəssis rəylərinə əsasən, İddiaçı MMCyə məxsus adları qeyd olunmuş nəqliyyat vasitələrinin 2023-cü ilə olan dəyəri “TSR T 13 22 yarımqoşqu” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 85 000 və likvid dəyəri 75 000; “Wielton NW 3” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 18 000 və likvid dəyəri 15 000; “Wielton” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 18 000 və likvid dəyəri 15 000; “Volvo İMX” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 30 000 və likvid dəyəri 25 000; “Volvo İMX” markalı, 99- JD429 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 25 000 və likvid dəyəri 20 000; “Wielton NW 3” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 18 000 və likvid dəyəri 15 000; “Volvo FMX” markalı, **-JD- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 30 000 və likvid dəyəri 25 000; “TSR TT 13 023 yarımqoşqu” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 85 000 və likvid dəyəri 75 000 manat təşkil edir. Mütəxəssis rəylərindən görünür ki, qeyd edilən nəqliyyat vasitələrinin bazar qiyməti müəyyənləşdirilərkən nəqliyyat vasitələrinə baxış keçirilməmiş, vizual olaraq həmin modeldə və buraxılış ilində olan nəqliyyat vasitələrinin müqayisəli metodu ilə qiymətləndirilməsi aparılmışdır.
Məhkəmə icraatları
a) İlkin mülki məhkəmə icraatı
15. İddiaçı MMC (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən “WELTON nw 3 yarımqoşqu” markalı 10ZH483 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 7500 manat, “WELTON qoşqu” markalı 10ZH462 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 8000 manat, “WELTON nw 3 yarımqoşqu” markalı 10ZH484 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 6500 manat, “VOLVO fmx yük” markalı 99JD319 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 4500 manat, “TSR tt13 22 yarımqoşqu” markalı 10ZX135 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 8000 manat, TSR tt13 023 yarımqoşqu” markalı 10ZX137 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 8000 manat, “VOLVO fmx yük” markalı 99JD427 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 9500 manat, “VOLVO fmx yük” markalı 99JD429 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 12 000 manata qiymətləndirilməsinə dair tərtib etdiyi №3340 saylı Qiymətləndirmə rəylərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddia tələbi işin faktiki hallarına istinadla əsaslandırılmış, əlavə olaraq aşağıdakıları göstərmişdir: - Əmlakların həmin qiymətlərə satılması iddiaçıdan xəbərsiz olaraq keçirilmiş və iddiaçının bundan xəbəri olmamışdır. Belə ki, iddiaçıya məxsus nəqliyyat vasitələrinin həmin məbləğlərə qiymətləndirilməsinin real bazar qiymətlərinə tamamilə uyğun olmamış və bazar qiymətindən dəfələrlə aşağı qiymətə yəni 80 000 olan nəqliyyat vasitəsini 8000 (səkkiz min) manat və ondan da aşağı qiymətə qiymətləndirilərək, satışı həyata keçirilmiş və nəticədə iddiaçıya külli miqdarda ziyan vurulmuşdur. Bütün bu qeyd edilən hərəkətlərin edilməsindən cəmiyyətin nümayəndəsi tərəfindən 15 fevral 2023-cü il tarixdə iş materialları ilə tanış olarkən bizə məlum olmuşdur. 17 yanvar 2023-cü il tarixdə keçirilən hərracın yekunları barədə 18/23 saylı, 19/23 saylı, 20/23 saylı, 21/23 saylı, 22/23 saylı, 23/23 saylı, 24/23 saylı, 25/23 saylı protokollar 15 fevral 2023-cü il tarixdə cəmiyyətin nümayəndəsinə təqdim edilmişdir. İcra şöbəsinin bu qanunsuz hərəkətləri iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. - Belə ki, İddiaçı MMC-nin mülkiyyətində olan 8 ədəd nəqliyyat vasitəsinin ümumilikdə 64 000 (altmış dörd min) manat məbləğində qiymətləndirilməsi real bazar qiymətlərinə tamamilə uyğun deyil, bazar qiymətindən dəfələrlə aşağıdır, həmçinin həmin nəqliyyat vasitələrinin yenidən qiymətləndirilməsinə ehtiyac vardır və təkrar qiymətləndirmənin başqa qiymətləndirici tərəfindən aparılması vacibdir. Çünki edilən hərəkətlərdən belə məlum olur ki, qiymətləndirici və icra şöbəsi maraqlı şəxs kimi tələbkarın maraqlarına cavab verən əvvəlcədən razılaşdırılmış qiymətlərə qiymətləndirmə keçirərək borcluya külli miqdarda ziyan vurulmuşdur. - Hesab edirik ki, hal-hazırda həmin qiymətlərə nəqliyyat vasitələrini hərraca göndərilməsi özü-özlüyündə etibarsızdır. Bununla belə Cavabdeh MMC tərəfindən qiymətləndirmə aparılarkən də iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. - Belə ki, əmlak qiymətləndirilərkən qiymətləndirici bazar qiymətlərini kənara qoyaraq tamamilə başqa əsaslara istinad edərək qiymətləndirmə aparır. Rəy nəzərdən keçirildikdə məlum olur ki, o hər hansı konkret əmlakın qiymətləndirməsi deyil, ümumi şəkildə qiymətləndirmə sahəsində mövcud olan anlayışların və nəzəri məlumatlar məcmusundan ibarət sanki dərs vəsaitidir. Qiymətləndirmə zamanı yol verilən pozuntuları aşağıdakılardan ibarətdir. Qiymətləndirmə rəyini diqqətlə nəzərdən keçirdikdə məlum olur ki, qiymətləndirici həqiqətdə heç bir bazar araşdırılması aparılmamışdır. Lakin rəyin 3. Qiymətləndirmə prosedurası bölməsinin – qiymətləndirmə prosedurası özündə aşağıdakıları birləşdirir: - Əmlak mülkiyyətçisi ilə (yaxud nümayəndəsi ilə) müsahibə söhbət; - Analoqların seçilməsi və müqayisəsi; - Nəqliyyat vasitələrinin dəyərinin müəyyən edilməsi məqsədilə ekspert işi; Bundan başqa həmin bölmədə obyektin dəyərinin müəyyən olunması və təsdiq edilməsi məqsədilə məlumat mənbələrinin aşağıdakılar olduğu qeyd edilir: - Analoji məhsulun qiyməti barədə, onu istehsal edən müəssisə tərəfindən alınan məlumat; - Qiymət səviyyəsi barədə, ticarət və ya diler təşkilatlarından alınan məlumat. Lakin qiymətləndirmə zaman bu mərhələlərin heç biri həyata keçirilməmişdir. Rəydə Cəmiyyətə məxsus nəqliyyat vasitələrinin nə analoji seçimlər nə müqayisə nə əmlak sahibi ilə söhbət nə bazar dəyərinin təhlili nə digər sadalana hərəkətlər aparılmış (analoq kimi heç bir əmlak göstərilməmiş), nə uyğun obyektlərin müqayisəli təhlili aparılmış (qiymətləndirilən əmlaka oxşar olan heç bir obyekt müqayisə üçün göstərilməmiş), nə də əmlakın bazar dəyəri müəyyən edilməmişdir. - Bunların əvəzinə qiymətləndirici “Garaj.az” və “Avttomobil.az” saytları mövcud deyil, “Autobaku.az” və “Turbo.az” saytlarına istinad edərək qiymətini müəyyən etməklə, faktiki olaraq əmlakın bazar dəyərini müəyyən etmək əvəzinə sövdələşmə qiymətini təsdiq etmişdir. Halbuki, qeyd edilən saytlarda belə bir markada nəqliyyat vasitələrinə rast gəlinmədi. Göründüyü kimi qiymətləndirmə yalnız formal olaraq hazırlanmışdır. Yuxarıda göstərilənlərdən aydın olur ki, qiymətləndirici heç bir ciddi araşdırma aparmadan, əmlakın 3-4 şəkilini çəkməklə və qiymətləndirməyə dair ensiklopedik məlumatlar yazmaqla şəxslər arasında olan sövdələşmə qiymətinə yaxın bazar dəyəri kimi göstərir. Qiymətləndirmənin aparılmasında məqsəd - konkret əmlakla bağlı şəxslər arasında olan sövdələşdirilmiş qiyməti təsdiq etməkdən deyil, həqiqi bazar qiymətini müəyyən etmək idi. Lakin qiymətləndirici tərəfindən həqiqi bazar qiyməti müəyyən edilmədiyinin şahidi oluruq. - Beləliklə, hesab edirik ki, mövcud olmayan saytlara və mövcud olan saytlarda olmayan nəqliyyat vasitələrinin qiymətlərinə istinad etməklə qiymətləndirmə aparmaq və həmin qiymətləndirməni əsas götürərək icra şöbəsi tərəfindən nəqliyyat vasitələrinin satılması üçün hərraca göndərilməsi yolverilməzdir və qanunsuzdur.
17. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilərək, mülki iş baxılması üçün aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) göndərilmişdir.
b) Kommersiya məhkəməsindəki icraat
19. Məhkəmə xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin “Qiymətləndirmə Xidmət Mərkəzi” MMC-yə qarşı “qiymətləndirmə hesabatlarının ləğvi” tələbinə dair kommersiya mübahisəsi üzrə X9, X13, X16, X12, X19, X11 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər.
20. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, nəqliyyat vasitələri iddiaçıya məxsus saxlanc yerlərində aşkar edilmiş, onların xəbəri olmadan icra məmuru, polisin və tələbkarın nümayəndəsinin iştirakları ilə aşkar edilərək götürülmüşdür. Nəqliyyat vasitələri istifadəyə yararlı olmasa da, onların detalları yerində olmuşdur. Belə ki, həmin nəqliyyat vasitələri həddən artıq aşağı qiymətləndirilmişdir.
21. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinə etiraz edib iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisələndirilən qiymətləndirmə rəyləri tərtib edilərkən nəqliyyat vasitələrinə tərəflərindən baxış keçirilmiş, nəqliyyat vasitələrinin istifadəyə yararsız olması, əksər detallarının olmaması aşkar edilmişdir. İddia ərizəsində göstərildiyi kimi bəzi internet saytlarının mövcud olmaması rəylərin ləğvi üçün əsas deyildir. Belə ki, rəylər kömpüterdə tərtib edilərkən texniki səhvə yol verilmiş, həmin saytların adları oradan çıxarılmamışdır. Lakin rəy verilərkən internet məlumatlarından da istifadə edilmişdir. Bundan əlavə, həmin nəqliyyat vasitələri qalib alıcılar tərəfindən təmir edilmiş, bunu üçüncü şəxslər Bakı şəhəri Yasamal Rayon Məhkəməsində verdiyi izahatlarında göstərmişlər.
22. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
23. Məhkəmə iddiaçının mübahisələndirilən rəyin “B+Ş Audit” Konsaltinq MMCnin tərtib etdiyi rəy ilə əvəz olunması barədə tələbini əsasız hesab etmişdir. Belə ki, məhkəmə həmin rəyi mötəbər sübut hesab etməmişdir. Məhkəmə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, həmin rəylər (tarix qeyd edilməmişdir) nəqliyyat vasitələrinə baxış keçirilmədən vizual olaraq həmin modeldə və bu ildə olan yarımqoşquların müqayisəli metodu ilə qiymətləndirilməsi aparılmışdır. Yarımqoşquların rəylərdə orta saz vəziyyətdə olması, nəqliyyat vasitələrinin detalları, ehtiyyat hissələrinin və aksessuarların orijinal olubolmadığı və sairənin nəzərə alınmaqla yekun rəyə gəlindiyi göstərilsə də, rəy verilərkən göstərilən məlumatların mənbəyi, nəqliyyat vasitələrinə baxış keçirilmədiyi təqdirdə onların dəyərinin necə müəyyən edilməsi, orta bazar və likvid qiymətləri müəyyən edilərkən əsas götürülmüş məlumatların nədən ibarət olması göstərilməmişdir. Odur ki, yuxarıda göstərilən rəylərin obyektivliyinə və düzgünlüyünə kifayət qədər şübhələr olduğuna görə həmin rəylər iş üzrə mötəbər sübut kimi qəbul edilə və qiymətləndirilə bilməz.
24. Eyni zamanda məhkəmə ilkin rəyi ilə bağlı qeyd etmişdir ki, həmin rəylər peşəkar qiymətləndirmə şirkəti tərəfindən verilmiş, rəylərdə ziddiyyətlər mövcud deyil və mütəxəssis tərəfindən aparılmış tədqiqatlar müfəssəl təsvir olunmuşdur. Ona görə də, məhkəmə tərəfindən həmin rəylərin ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, qiymətləndirmə prosesi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Milli Qiymətləndirmə Standartlarına, X4 və digər qanunvericlik aktlarına uyğun olaraq aparılmışdır.
25. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 3-cü, 5-ci, 6-cı, 7-ci və 8-ci maddələrinə istinad etmişdir.
26. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, cavabdehin əsassız rəy verdiyini nəzərə almadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
27. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahat
28. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və ekspertin qarşısında - Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli QXM-3340 saylı qiymətləndirmə hesabatlarında göstərilən fotoşəkillər və nəqliyyat vasitələrinin texniki vəziyyəti nəzərə alınmaqla (sonradan aparılmış təmir nəzərə alınmadan), “WELTON NW 3 yarımqoşqu” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı “WELTON qoşqu” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı, “WELTON NW 3 yarımqoşqu” markalı 10ZH484 dövlət qeydiyyat nişanlı “VOLVO FMX yük” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı “TSR TT 13 22 yarımqoşqu” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı, TSR TT 13 023 yarımqoşqu” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı, “VOLVO FMX yük” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı, “VOLVO FMX yük” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nə qədər təşkil edir? – sualı qoyulmuşdur.
29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Məhkəmə Ekspertizası Mərkəzi) xx.xx.2024-cü il tarixli rəyinə görə, 05 adda nəqliyyat vasitələrinin 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxmini 180 000,00 manat müəyyən edilir. Digər 03 adda nəqliyyat vasitəlsinin satışı və qiyməti barədə Respublikada yerləşən avtobazarlarda, internet saytlarında məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır.
30. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və ekspertin qarşısında - Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli QXM-3340 saylı qiymətləndirmə hesabatlarında göstərilən fotoşəkillər və nəqliyyat vasitələrinin texniki vəziyyəti nəzərə alınmaqla (sonradan aparılmış təmir nəzərə alınmadan), “WELTON NW 3 yarımqoşqu” markalı **- ZH-*** dövlət qeydiyyat nişanlı “WELTON qoşqu” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı, “WELTON NW 3 yarımqoşqu” markalı 10ZH484 dövlət qeydiyyat nişanlı “VOLVO FMX yük” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı “TSR TT 13 22 yarımqoşqu” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı, TSR TT 13 023 yarımqoşqu” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı, “VOLVO FMX yük” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı, “VOLVO FMX yük” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nə qədər təşkil edir? – sualı qoyulmuşdur.
31. 14.04.2025-ci il tarixdə məhkəməyə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertizanın aparılmasından imtina edilməsi barədə məktub daxil olmuşdur.
32. Buna görə də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və ekspertin qarşısında - Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli QXM-3340 saylı qiymətləndirmə hesabatlarında göstərilən fotoşəkillər və nəqliyyat vasitələrinin texniki vəziyyəti nəzərə alınmaqla (sonradan aparılmış təmir nəzərə alınmadan), “WELTON NW 3 yarımqoşqu” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı “WELTON qoşqu” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı, “WELTON NW 3 yarımqoşqu” markalı 10ZH484 dövlət qeydiyyat nişanlı “VOLVO FMX yük” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı “TSR TT 13 22 yarımqoşqu” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı, TSR TT 13 023 yarımqoşqu” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı, “VOLVO FMX yük” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı, “VOLVO FMX yük” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nə qədər təşkil edir? – sualı qoyulmuş, ekspertizanın keçirilməsi Mərkəzi Ekspertiza Bürosuna tapşırılmışdır.
33. 22.07.2025-ci il tarixində məhkəməyə Mərkəzi Ekspertiza Bürosu tərəfindən ekspertizanın aparılmasından imtina edilməsi barədə məktub daxil olmuşdur.
34. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş, işə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh MMC isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
“Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun (tərəflər arasında münasibətlər yarandığı dövrdə qüvvədə olan redaksiya – 25 iyun 1998-ci il tarixli Qanun)
35. Maddə 3. Qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir.
36. Maddə 5. Məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır.
37. Maddə 6. Qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir.
38. Maddə 7. Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər.
39. Maddə 8. Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır.
“Qiymətləndiricinin etik davranış qaydaları”
40. Bənd 2.1. Ehtimal – qiymətləndirilən obyektin dəyərinə və ya qiymətləndirmə yanaşmalarına təsir edən faktlar, şərtlər və hallar haqqında doğru kimi qəbul edilən bir fərziyyə, habelə qiymətləndirmə prosesində qiymətləndirici tərəfindən yoxlanılması tələb olunmayan, onların düzgünlüyünün təsdiqi üçün qiymətləndiricinin xüsusi araşdırmasına ehtiyac olmayan və ya araşdırılması mümkün olmayan hallardır.
41. Bənd 2.1.2. Məhdudlaşdırıcı şərt – qiymətləndirmə prosesində qiymətləndiricinin imkanlarını məhdudlaşdıran və ya qiymətləndirmənin nəticələrinə təsir edən bir şərt və ya vəziyyətdir. Məhdudiyyətlər müxtəlif sahələrə aid ola bilər, o cümlədən:
42. Bənd 2.2. Məlumatın çatışmazlığı – qiymətləndirmə aparmaq üçün lazım olan bütün məlumatlara əlçatanlığın məhdud olması və ya məlumatların tam şəkildə toplanmasının mümkün olmaması (məsələn, dəqiq maliyyə hesabatları, bazar məlumatları olmaması və ya qiymətləndirilən obyektə məhdud giriş və s.);
43. Bənd 2.3. Zaman və resurslar – qiymətləndirmənin yerinə yetirilməsi üçün məhdud vaxtın olması və ya hərtərəfli tədqiqat aparmaq üçün lazım olan resursların olmaması;
44. Bənd 2.4. Metodoloji məhdudiyyətlər – müəyyən qiymətləndirmə metodlarının istifadə edilməsi, bu metodlar xüsusi hal üçün ən uyğunu olmasa da, məhdudiyyətlər (məsələn, qanunvericilik və ya normativ tələblər) səbəbindən tələb olunur;
45. Bənd 2.5. Hüquqi məhdudiyyətlər – qanunvericiliklə bağlı məhdudiyyətlər, qiymətləndirmə prosesinə təsir göstərə biləcək məsələlər (məsələn, müəyyən məlumatların istifadəsinin məhdudlaşdırılması və ya xüsusi qanunvericilik tələblərinin nəzərə alınması);
46. Bənd 2.6. Fiziki və ya texniki məhdudiyyətlər – qiymətləndirilən obyektə baxış keçirmək üçün məhdudiyyətlərin olması və ya qiymətləndirmə üçün mövcud olan, lakin qismən və ya köhnəlmiş məlumatlara əsaslanmağın lazım olması.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
54. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
55. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
57. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
58. Kollegiya ilk növbədə onu qeyd edir ki, qiymətləndirici hesabatının mötəbərliyi məhkəmə qaydasında mübahisələndirilə bilər (§ 39).
59. Hazırkı halda mübahisələndirilən qiymətləndirici rəyinin mötəbərliyinə şübhə edəcək hallar mövcuddur. Belə ki, sözügedən rəydə Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən hazırlanmış “Avtomobillərin və özüyeriyən xüsusi təyinatlı texnikanın (ÖYXTT) qiymətləndirilməsi metodologiyası”ndan1 ümumi ifadələr və düsturlar qeyd edilmiş, qiymətləndirmə obyekti olan avtonəqliyyat vasitələri köçürülmüş, bununla belə onların qiymətləndirilməsi ətraflı şəkildə izah edilməmişdir.
60. Bununla bağlı kollegiya qeyd edir ki, qiymətəndirmə prosessində müəyyən məhdudiyyətlər və ya digər maneələr mövcud ola bilər (§ 40 - 46). Bununla belə, cavabdeh mübahisələndirilən rəyi tərtib edərkən, bununla bağlı ətraflı şərh təqdim etməmiş və bunun qiymətə təsirini ətraflı araşdırmamışdır.
61. Digər tərəfdən kollegiya onu da nəzərə alır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə görə, 05
1 Azərbaycan Qiymətləndiricilər Palatatası “Avtomobillərin və özüyeriyən xüsusi təyinatlı texnikanın (ÖYXTT) qiymətləndirilməsi metodologiyası” – (https://aqp.az/storage/documents/01JQDWZF1EJRQ5MRM7QVJPQNM9.pdf) adda nəqliyyat vasitələrinin 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxmini 180 000,00 manat müəyyən edilir.
62. Sözügedən rəy natamam olsa da, orda qeyd edilən qiymətlə mübahisələndirilən rəydəki qeyd edilən qiymətlər arasında kəskin fərqlərin olması sonuncunun mötəbərliyini şübhə altına olur.
63. Bu halda kollegiya ona da diqqət çəkir ki, Məhkəmə Ekspertizası Mərkəzinin rəyi natamam olsa da, formalaşmış məhkəmə təcrübəsində ekspert rəyinin digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmaması qəbul edilsə də, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olması qəbul edilmişdir. 2
64. Beləliklə, mübahisələndirilən qiymətləndirici rəyi ləğv edilməlidir.
65. Bu kontekstdə kollegiya hesab edir ki, şikayət təmin olunaraq qətnamə ləğv olunmalı, iddia tələbi təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-527/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh MMC-nin “WELTON nw 3 yarımqoşqu” markalı 10ZH483 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 7500 manat, “WELTON qoşqu” markalı 10ZH462 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 8000 manat, “WELTON nw 3 yarımqoşqu” markalı 10ZH484 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 6500 manat, “VOLVO fmx yük” markalı 99JD319 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 4500 manat, “TSR tt13 22 yarımqoşqu” markalı 10ZX135 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 8000 manat, TSR tt13 023 yarımqoşqu” markalı 10ZX137 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 8000 manat, “VOLVO fmx yük” markalı 99JD427 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 9500 manat, “VOLVO fmx yük” markalı 99JD429 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 12000 manata qiymətləndirilməsinə dair tərtib etdiyi №3340 saylı Qiymətləndirmə rəyləri ləğv edilsin. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
2 Ali Məhkəmə, İş № 2-2(102)-553/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_553+31.10.2024.pdf) § 49 İş № 2-2(102)-560/2024 İş № 2-2(102)-560/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_560+20.11.2024.pdf) § 53 İş № 2-2(102)-685/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_685+18.12.2024.pdf) § 74