Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-343/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2, X1 ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı «borcun ödənilməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-995/2020 saylı xx.xx.2020-ci il tarixli iddianın təmini tədbiri barədə qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2018-ci il tarixli T.A-xx/xx-2018 saylı və xx.xx.2019-cu il tarixli ASO 19004/2 saylı nəqliyyat vasitələrinin icarə müqaviləsi üzrə yaranmış və ödənilməmiş, ümumilikdə, 264.644,83 manat məbləğində borcun, habelə, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat məbləğində xidmət haqqının tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, eyni zamanda, ərizə ilə məhkəməyə müraciət edərək iddia təmin tədbiri qismində Cavabdeh MMC-nin bank hesabına 265.174,83 manat məbləğində pul vəsaiti həcmində həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-995/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh MMC-nin bank hesabına (“xxxx” ASC Kod: 505141; VÖEN: **********; hesablaşma hesabı: AZ22PAHA40060AZNHC**********; Müxbir hesab: AZ82NABZ**********0000071944; SWİFT: PAHAAZ22) 265.174,83 manat məbləğində pul vəsaiti həcmində həbs qoyulmuşdur. Cavabdeh (nümayəndəsi) həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuzdur. Belə ki, prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Qanunvericiliyin tələbinə əsasən məhkəmə əgər həmin hesabda vəsait varsa şirkətin əmlakı olan həmin pul vəsaitinə həbs qoyula bilər. Bundan əlavə cavabdeh iddiaçının iddia ərizəsində göstərdiyi borc məbləği ilə razı deyil. Məhkəmə araşdırma aparmadan şirkətin cari bank hesabına qanunsuz həbs qoymuşdur. Şirkətin dövlət sifarişi əsasında dövlət əhəəmiyytli strateji obyektlərin tikintisini həyata keçirir. Hal-hazırda şirkət həmin layihənin icrasını davam etdirir. Məhkəmə işi araşdırmadan və qanuni qüvvəyə minmiş qətnaməsi olmadan ərizəni təmin etmiş, şirkətin fəaliyyətinə və dövlət layihəsinin icrasına problem yaratmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 376.2-ci və 397.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəm kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə şikayətin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin («MPM») 157.1ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq kimi iddianı təmin etmə tədirini görə bilər. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxxx 2018-ci il tarixli qərarında qeyd etmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2) bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Göründüyü kimi, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmini tədbiri görülərkən cavab verilməli meyarlardan biri də həmin tədbirin iddia tələblərinə mütənasibliyi təşkil edir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından görünür ki, iddiaçının ərizəsinə əsasən tətbiq edilən iddianı təmin etmə tədbiri adıçəkilən meyarlara cavab verir. Belə ki, işdə olan sübutlardan (tərəflər arasında bağlanmış xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli icarə müqavilələrindən, vergi-hesab fakturalarından, üzləşmə aktından, cavabdehə ünvanlanmıh pretenziya məktubu və s. sənədlərdən) görünür ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri icarə müqaviləsindən irəli gələn öhdəlikləri əhatə edir və iddiaçının həmin sübutlara istinadən mübahisələndirdiyi hallara görə cavabdehin ona, ümumilikdə, 264.644,83 manat məbləğində ödənilməmiş borcu mövcuddur. Göründüyü kimi, işə baxılıb yekun məhkəmə qərarı qəbul olunanadək iddianı təmini tədbirinin görülməsi üçün maddi tələb və tərəflər arpsında icarə münasibətlərindən irəli gələn öhdəliklərinin mövcudluğunu təsdiq edən əsaslar işdə vardır. Digər tərəfdən, MPM-in 157.2-ci maddəsinin imperativ tələbinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məcəllənin qeyd olunan normasının mənasından göründüyü kimi, iddianı təmin etmə tədbirləri müvəqqəti xarakter daşıyan və işi mahiyyəti üzrə həll etməyən tədbirlərdir. Hər bir halda, belə tədbirlərin görülməsi zəruriliyi həm də ondan irəli gəlir ki, əks tərəf mübahisənin obyektindən sui-istifadə etməsin. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddiaçının iddianı təmini tədbiri barədə ərizəsinin təmin edilməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də məhkəmə kollegiyası cavabdehin şikayətinin həmin qərardadın əsassız və qanunsuz olduğunu, şirkətin dövlət əhəmiyytli layihəsinin icrasına problem yaratdığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-995/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsindən isə göründüyü kimi, iddianı təmini tədbiri barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-995/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-343/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-343/2020
04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver