Məhkəmə qərarları › İş №2-2(103)-345/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-345/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-345/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçının nümayəndəsi X3 və cavabdehin iştirakı ilə, İddiaçı ləğvetmə prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının cavabdeh X1 qarşı «pul tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-219/2020 saylı qərardadından işdə iştirak etməyə cəlb edilməyən Əmanətlərin Sığortalanmassı Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-219/2020 nömrəli qətnaməsi ilə ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx xxxxxx 2011-ci il tarixli 161/02/29/11 saylı kredit müqaviləsi üzrə 15531,80 manat məbləğində əsas borc, 129,50 manat məbləğində faiz borcu, 30,12 manat məbləğində cərimə borcu, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 2258,58 manat məbləğində faiz borcu, cəmi 17950 manat məbləğində pul, həmçinin məhkəmə və ipotekanın qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 60 manat məbləğində pul tutularaq ləğvetmə prosesində olan QSC “Bank Standard” Kommersiya Banka ödənilməsi, tutmanın ilkin olaraq Cavabdeh LD********** saylı depozit müqaviləsinə əsasən yerləşdirilmiş **********27329701 saylı hesabındakı 220.000 manat məbləğində olan əmanətinə yönəldilməsi və **********27329701 saylı hesabda olan pul tələb olunan vəsaitin ödənilməsinə kifayət etmədikdə tutma ilkin satış qiyməti 400000 manat olan Abşeron rayonu Pirəküşkül kəndində Cavabdeh mülkiyyətində olan 1,20 ha torpaq sahəsində yerləşən 1743,9 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli əmlak kompleksinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması qət edilmişdir. İşdə iştirak etməyə cəlb edilməyən Əmanətlərin Sığortalanması Fondu həmin qətnamədən apellyasiya şikayəti verərək,qətnamənin depozitə yönəldilməsi hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-219/2020 saylı qərardadı ilə Fondun apellyasiya şikayəti geri qaytarılmışdır. Əmanətlərin Sığortalanması Fondu həmin qərardaddan şikayət verərərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiaya şikayəti onunla əsaslandırılmışdır ki, Fond məhkəmə tərəfindən işə cəlb edilməmişdir. Bununla əlaqədar Fonda məlum olan zaman və apellyasiya şikayətinin hazırlanıb göndərildiyi vaxt Fond elektron məhkəmə sistemində tərəf kimi qeyd edilməmişdir. Elektron məhkəmə sisteminin xüsusiyyətlərindən biri də iş üzrə tərəf olmayan şəxs elektron qaydada mübahisədə iştirak edə bilmir. Bununla əlaqədar qərardad prosessual hüquq normalarının pozulması Fondun şikayət hüququnun məhdudlaşdırılması ilə qəbul olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci ilə şikayət təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş işdə iştirak etməyə cəlb edilməyən Fondun nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») MPM-in 135.5, 135.8, 376.2 və 397.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ləğv prosesində olan iddiaçı bankın nümayəndəsi A.Zeynalova, Fondun şikayəti ilə razılaşaraq, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Fondun hansı məqsədlə apellyasiya şikayəti verdiyinin ona qraranqlıq olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərardadının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, MPM-in 10-1.1-10-1.3-cü maddələrinə istinadən məhkəmə,hesab etmişdir ki, Əmanətlərin Sığortalanması Fondu həmin qətnamədən verdiyi apellyasiya a şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə daxil olmamışdır. MPM-in-1.3-cü maddəsinin tələbindən həqiqətən də görünür ki, kommersiya mübahisələr üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Eyni zamanda, qərardadında məhkəmə, MPM-in 357.1-357.2-ci və 360-cı maddələrinin tələbini qeyd edərək hesab etmişdir ki, Fondun apellyasiya şikayəti geri qaytarılmalıdır. MPM-in 357.1-ci maddəsindən isə görünür ki, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məcəllənin qeyd olunan tələblərindən isə göründüyü kimi, işdə iştirak etməyə cəlb edilməyən şəxs, qətnamədən o halda apellyasiya şikayəti verə bilər ki, birincisi, həmin qətnamə qanuni qüvvəyə minməsin, ikincisi isə qətnamə onun hüquq və vəzifələrinə toxunsun. Lakin, birinci instansiya məhkəməsi qətnamənin qanuni qüvvəsini almasına və işdə iştirak etməyə cəlb edilməyən Əmanətlərin Sığortalanması Fondunun qətnamə ilə onun hansı maraqlarına toxunduğuna aydınlıq gətirməmişdir. Halbuki, birincisi, iş materiallarına əsasən müəyyən olunur ki, işdə iştirak etməyə cəlb edilməyən Əmanətlərin Sığortalanması Fondu tərəfindən apellyasiya şikayəti - Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-219/2020 nömrəli qətnaməsi qanuni qüvvəsini aldıqdan və icraya yönəldikdən sonra qətnamənin onun maraqlarına toxunduğunu əsas gətirərək, ərizə ilə məhkəməyə müraciət etmiş və ondan apellyasiya şikayəti vermişdir. İkincisi, Əməanətlərin Sığortalanması Fondu ləğvetmə prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının ləğvedicisi və bank tərəfindən məhkəməyə verilən bütün iddia ərizələri, məhkəmə aktlarından olan verilən şikayətlər və hər növdən olan dicgr müraciətlər ləğvedici tərəfindən həyata keçirildiyi halda, ayrıca təşkilat kimi, öz adından birinci instansiya məhkəməsinin qətnaməsindən yenidən şikayət verməsi - qətnamə ilə maraqlarına toxunan şəxs statuslu şəxs hesab edilməsi mümkün sayıla bilməz. Belə ki, «Banklar haqqında» Qanunun 71.1-ci maddəsinə əsasən məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir. Fond ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər. Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu məsuliyyətdən azad etmir. Həmin Qanunun 72.1.1-ci maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Həmin Qanununun 71.4-cü bəndinə əsasən ləğvedici bu Qanunun müddəaları ilə tələb edilən hallarda göstəriş almaq üçün istənilən vaxt məhkəməyə müraciət edə bilər; məhkəmənin nəzarəti altında və maliyyə bazarlarına nəzarət orqanı ilə sıx qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir. Qanunun qeyd olunan tələblərindən göründüyü kimi, əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından yalınz ləğvedici və ya onun vəkil etdiyi şəxs bankın adından hərəkətlər edir. İş materiallarından da görünür ki, kredit borcun tutulması və tutmanın dəpozitə qoyulmuş əmanatə və ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi, habelə, qətnamədən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə - ləğv prosesində olan bankın adından onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (verdiyi etibarnamə əsasında səlahiyyətli nümayəndələri) tərəfindən verilmişdir. Qeyd olunmalıdır ki, bankın adından onun ləğvedisi Fond tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəsi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin olunmamış, Bakı Apellysiya Məhkəmsinin Kommersiya Kollegiyasının 2-2(103)-512/20 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Lakin birinci intansiya məhkəməsi, qeyd olunanlar nəzərə alınmaqla, işdə iştirak etiməyə cəlb edilməyən, Əmanətlərin Sığortalanması Fondunu ayrıca təşkilat kimi qətnamə ilə hansı maraqlarına toxunduğu baxımdan mümkünlük məsələsinə qiymət verməmişdir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası işdə iştirak etməyə jəlb ediməyən Əmanətlərin Sığortalanması Fondunun şikayətinin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-219/2020 saylı qərardadının prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 363-364, 399, 400 və 402-ci cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İşdə iştirak etməyə cəlb edilməyən Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-219/2020 saylı qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar