Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-348/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanovun və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-258/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı bank "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2019-ci il tarixli SMN-00002-15/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə olan 229.521,95 manat əsas borc, 42.499,5 manat faiz borcu, 28.546,13 manat dəbbə borcu, ümumilikdə 300.567,58 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğin, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsumunun Cavabdeh3 MMC-dən Bank "xxxx" ASC-nin xeyrinə tutulması, iddiaçı Bank "xxxx" ASC ilə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SMMG00002-15/19A saylı sonrakı ipoteka müqaviləsi əsasında xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Xətai rayonu, 2934-cü məhəllə, Sadıqcan küçəsi, ev 2A, korpus 3, 1 saylı mənzilə və iddiaçı Bank "xxxx" ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SMMG-A0002-15/19A saylı sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsi və onun üzərində olan 88.5 kv.m ümumi, 74.5 kv.m əsas, 14.0 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış-binasına tutmanın yönəldilməsi, mənzilin və qeyri-yaşayış binasının açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmetləri olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdeh "xxxx" MMCdən tutulması, mənzilin və qeyri-yaşayış sahəsinin boşaldılması və Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 Mayıs qızının və Cavabdeh4 övladı Cavabdeh2 Aqil qızı ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, 2934 məhəllə, Sadıqcan küçəsi, ev 2A, korpus 3, 1 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, e-2-2(113)-258/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilməsi, iddiaçı Bank "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2019-ci il tarixli SMN-00002-15/19A saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdeh "xxxx" MMC-dən həmin müqavilə üzrə 229.521,95 manat əsas borc, 42.499,5 manat faiz borcu, 10.000 manat dəbbə borcu, ümumilikdə 282.021,45 manat məbləğində pul vəsaitinin tutularaq bank BTB ASC-yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 2934 məhəllə, Sadıqcan küçəsi, ev 2A, korpus 3, 1 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 220.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına bank “BTB ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh4 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan Ağdaş rayonu, Məşəd kəndində 0.20 ha torpaq sahəsi və onun üzərində olan 88.5 kv.m ümumi, 74.5 kv.m əsas, 14.0 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 321.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabınab "xxxx" ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh1 qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh3 MMC-dən tutulması qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-674/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-258/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(102)-19/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(103)-674/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamədən verilən apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və şikayətin geri qaytarılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbləri qismən təmin olunmuş, Cavabdeh1 həmin qətnamə ilə razılaşmayaraq ondan apellyasiya şikayəti vermiş və kredit borcunun iradədən asılı olmadığı üçün ödənilməməsini, ipoteka müqaviləsinin etibarlılığını mübahisələndirmiş, Bakı Apellyasiya Məhkəməsi həmin qətnamədə qeyd edilən mübahisəli məsələlərə hüquqi qiymət verərək apellyasiya şikayətinin təmin edilməməsi və mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması nəticəsinə gəlmiş, eyni zamanda həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 isə apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, e-2-2(113)-258/2022 saylı qətnaməsinin yenə də həmin hissələrdə mübahisələndirmişdir. Göründüyü kimi Bakı Kommersiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli e-2- 2(113)-258/2022 saylı qətnaməsinin hazırda mübahisələndirilən hissələrinə artıq yuxarı instansiya məhkəmələri tərəfindən baxılaraq hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadında qeyd olunmuşdur ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apellyasiya şikayəti (və ya şikayətləri) apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Qeyd olunan halları və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadında əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı işə Cavabdeh2 apellyasiya şikayətinə əsasən yenidən apellyasiya qaydasında baxıla bilməz. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Həmin məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinin tələblərini rəhbər tutaraq kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, xx.xx.2024-cü il tarixli icraata qəbul qərardadı ləğv edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli kommersiya mübahisəsi üzrə qəbul etdiyi e-2-2(113)-258/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli icraata qəbul qərardadı ləğv edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Ziya Şirinov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-348/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-348/2024
02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver