Məhkəmə qərarları › İş №2-2(103)-35/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-35/2020

09.01.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-35/2020 09.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Nuriyeva Afaq Bayram qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi (işçisi) Nümayəndə, cavabdehin nümayəndəsi (vəkili) X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə («MMC») qarşı «gömrük borcunun ödənilməsi tələbinə dair» iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-972/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Cavabdeh MMC tərəfindən xx.xx.2016-cl il tarixli “**********9512” və “**********9265” nömrəli gömrük bəyannamələri üzrə aparılmış gömrük əməliyyatları nəticəsində yaranmış ümumilikdə 139903,16 manat məbləğində gömrük borcunun Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsasları aşağıdakılardan ibarətdir: «İtaliyanın “Sicis SRL” və “Bigelli Marmi SRL” şirkətlərindən avtomaşınlaprla Cavabdeh MMC-nin ünvanına göndərilmiş mallar 2016-cı ilin avqust ayının 26-da invoys və dəyər siyahısı əsasında gömrük bəyannamələri ilə Bakı Baş Gömrük İdarəsi (BBGİ) tərəfindən buraxılış gömrük proseduru altında yerləşdirilərək rəsmiləşdirilmişdir. Daha sonra, həmin gömrük bəyannamələri üzrə cavabdeh tərəfindən təqdim olunan invoysların həqiqiliyinin araşdırılması məqsədlə X2 İdarəsi vasitəsilə İtaliya Respublikasının Gömrük və Dövlət inhisarçılıq Agentliyi ilə yanaşı Gömrük və Monopoliya Agentliyinə sorğular göndərilmiş və həmin orqanlar tərəfindən İtaliya şirkətləri tərəfindən cavabdehin ünvanına göndərilən mallara dair əsl invoyslar Komitəyə göndərilmiş, həmin invoyslarla gömrük rəsmiləşdirilməsi zamanı cavabdeh tərəfindən təqdim olunan invoysların müqayisəli təhlili aparılarkən “**********9512” sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların invoys dəyərinin 20.214,97 avro deyil, 76.861,08 avro; “**********9265” sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların invoys dəyərinin isə 53.641,60 avro deyil, 207.699,25 avro olduğu aşkar edilmişdir. Malların invoys dəyərləri arasında aşkarlanmış fərqlər üzrə yaranmış gömrük borcunun müəyyənləşdirilməsi məqsədilə BBGİ-nin Əməliyyat və Təhqiqat idarəsi tərəfindən İdarəyə, həmçinin, Gömrük prosedurları və ödənişləri şöbəsinə raportlarla müraciət olunmuşdur. Gömrük Əməliyyatları İdarəsi tərəfindən “**********9265” sorğu nömrəli gömrük bəyannaməsi üzrə 350 manat məbləğində gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımı, 42.459,76 manat məbləğində idxal gömrük rüsumu, 58.657,46 manat məbləğində əlavə dəyər vergisi (ƏDV) olmaqla, ümumilikdə, 101.467,22 manat, həmin İdarənin Gömrük prosedurları və ödənişləri şöbəsi tərəfindən “**********9512” sorğu gömrük bəyannaməsi üzrə 350 manat məbləğində gömrük rəsmiləşdirilməsinə görə yığımları, 15.976.02 manat məbləğində idxal gömrük rüsumu, 22.109,92 manat məbləğində ƏDV olmaqla, ümumilikdə 38.435,94 manat məbləğində gömrük borcunun yarandığı aşkarlanmış, bu barədə müvafiq raportlar tərtib edilərək BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinə göndərilmiş və həmin idarəsi tərəfindən aparılmış araşdırma zamanı “**********9512” sorğu nömrəli gömrük bəyannaməsi üzrə, ümumilikdə, 38.435,94 manat, yəni xeyli miqdarda, “**********9265” sorğu gömrük bəyannaməsi üzrə isə gömrük rəsmiləşdirilməsi zamanı,ümumilikdə 101.467,22 manat, yəni, külli miqdarda gömrük ödənişlərindən yayınması faktı müəyyən edilmiş və toplanmış materiallar “Cavabdeh" MMC-nin hərəkətlərinə hüquqi qiymət verilməsi üçün DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilmişdir. DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən aparılmış araşdırma zamanı Cavabdeh MMC-nin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 209.1-ci və 209.2.2-ci maddələrində nəzərdə tutulmuş gömrük ödənişlərindən yayınma cinayətinin tərkibi müəyyən edilsə də, CPM-in 39.1.3-cü, AR CM-nin 15- ci və 75-ci maddələrinin tələbləri rəhbər tutularaq xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə Cavabdeh MMC-nin barəsində “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarlar qəbul edilmişdir. CPM-in 39.3-cü maddəsin bəraətverici əsaslar ehtiva edilmədiyindən hər iki gömrük bəyannamələri üzrə, ümumilikdə, 139.903,16 manat məbləğində gömrük borcunun Cavabdeh MMC-dən mülki mühakimə icraatı qaydasında tələb olunmasının istisna edilmədiyi Əməliyyat- İstintaq Baş İdarəsi tərəfindən qəbul edilmiş qərarlarda öz əksini tapmışdır.» 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddianın məzmunu qeyd olunmaqla aşağıdakılarla əsaslandırılmışdır: «Məhkəmə qətnamə qəbul edərkən iddia tələbinin mahiyyətinə varmadan işin inzibati mübahisə deyil, iqtisadi olmasını nəzərə almadan sübutlara düzgün hüquqi qiymət vermədən qanunsuz qərar qəbul etmişdir. Məhkəmə idddiaçının haqlı tələbini rədd edərkən, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun və Gömrük Məcəlləsinin 98-ci maddəsinin tələblərinə riayət etməmiş, cavabdeh tərəfindən təqdim olunan iqvoysların müqayisəli təhlili audit şəklində aparılmadığını qeyd etmişdir. Dövlət Gömrük Komitəsinin Kollegiyasının xx.xx.2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş» Ümumi risklərin idarə edilməsi sistemi risklərin təhlili, müvafiq proseslər və onların nəticələrinin mütəmadi monitorinqi yolu ilə risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına deyəcək ziyanın dərəcəsinin qiymətləndirilməsi və riskə məruz qalmanın azaldılması və qarşısının alınması məqsədilə gömrük orqanları tərəfindən sistematik işlənib hazırlanan və mütəmadi görülən tədbirlərin həyata keçirilməsini tənzimləyir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş raportlardan görünür ki, iddiaçının sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik olmasa da gömrük orqanı tərəfindən müəyyən edilmiş risklərin təhlili zamanı toplanmış və gömrük orqanı təhlil və təsnif edilmiş məlumatlar əsasında cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli **********9512 və **********9265 №-li gömrük bəyannamələri üzrə aparılmış gömrük əməliyyatları nəticəsində, ümumilikdə, 139.903,16 manat təşkil edən gömrük ödənişlərinin dövlət büdcəsinə ödənilməsindən yayındırılması müəyyən edilmişdir. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçının tələbi sahibkarlıq fəaliyyətinin yoxlanılması ilə əlaqədar deyil. Məhkəmənin qətnamədə iddia tərəfindən sahibkarlıq fəaliyyətinin yoxlanılması qaydalarının pozulması nəticəsinə gəlməsi həmin qətnamənin əsassız olduğunun bariz sübutudur. Cavabdeh daşıyıcı olmasını qeyd etsə də, məhkəməyə qədər belə bir müddəa irəli sürməmişdir. Qeyd edilənlərdən göründüyü kimi, cavabdeh xx.xx.2016-cı ildə aparılmış gömrük əməliyyatları nəticəsində yaranmış, ümumilikdə, 139.903,16 manat təşkil edən gömrük borcunu mübahisələndirmir və bolrcun ona aid olmadığını iddia edir. Belə olan təqdirdə cavabdeh əsld borclunun kim olması barədə məlumait verməklə yanaşı cavabdehin əsl cavabdehlə əvəz olunması barədə vəsatət verməli və məhkəmə tərəfindən müvafiq qərar qəbul edilməli idi. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli müqavilələr daşıyıcı və satıcı arasıncda deyil, alıcı və satıcı arasında bağlanmışdır. Belə olan halda, daşıycı olmasını mümkünsüz edir. Digər tərəfdən, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli 210/0xx-xx/010040 №-li pretenziya məktubuna münasibət bildirməklə, eyni zamanda, həmin əməliyyatlar üzrə daşıyıcı olması barədə məlumat verə bilərdi. Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli bəyannamələrdə göstərilən məlumatların düzgünlüyünü həmin bəyannamələrin 50-ci qrafasında (vəkalət verən) öz sərbəst iradəsi ilə təsdiqləyərək gömrük orqanına təqdim etmiş və idxal etdiyi mallar həmin bəyannamələr əsasında sərbəst dövriyyəyə buraxılmışdır…» Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini dəlillərinə uyğun müdafi etmiş və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) S.Abışov şikayətin dəlilləri ilə razılaşmamış, qiymətlərin razılaşdırılması İtaliya Şirkətləri ilə alıcı arasında orazılışdırıldığını, cavabdeh MMC tərəfindən isə müşayət sənədləri malların gömrük rəsmiləşditrilməsinə təqdim edildiyini, malların, görük orqanı qiymətinin müşayət sənədlərindəki qiymətlərə şübhə etdikdə isə, MMC tərəfindən İtaliya şikətinə sorğu göndərilməsi barədə ərizə ilə müraciət edildiyini, lakin, buna iddiaçı tərəfindən əhəmiyyət verilmədiyini və sonuncu tərəfinrdən qanunsuz aparılan audit yoxlamasının MMCnin heç bir məlumatı olmadığnı bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının iddia ərizəsindən, onun apellyasiya şikayətinin dəlillərindən, tərəflərin nümayəndələrinin izahatlarına və iş üzrə digər sənədlərə əsasən müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İtaliyanın “Sicis SRL” və “Bigelli Marmi SRL” şirkətlərindən avtomaşınlaprla gətirilmiş malların xx.xx.2019-cu il tarixdə **********9512 və **********9265 №-li gömrük bəyannamələri üzrə cavabdehin gömrük orqanı tərəfindən rəsmiləşdirildiyi, o cümlədən, müşayət sənədlərinə əsasən gömrük borcunun müəyyənləşcdirilərək cavabdeh tərəfindən ödənildiyi tərəflər arasında işin mübahisələndirilməyən halını təşkitl edir. Qeyd olunan sənədlərə, habelə, işdə olan təhqiqat işinin materiallarını (iş vərəqi: 23-67) əsasən müəyyən edilən mübahisəlli hallar isə ondan ibarətdir ki, adıçəkilən xx.xx.2019-cu il tarixli gömrük iş bəyannamələri üzrə aparılan gömrük rəsmiləşdirilməsindən iki il sonra, iddiaçı tərəfindən rəsmiləşdirilməyə təqdim olunmuş sənədlərin düzgünlüyünü müəyyən etmək məqsədilə yenidən yolama aparılmış və nəticələrinə əsasən cavabdehə, ümumilikdə, 139.903,16 manat məbləğində əlavə gömrük borcu hesablanmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, yoxlama, gömrük qanunvericiliyinin tələblərinə zidd şəkildə, müvafiq qərar qəbul edilmədən, yəni, rəsmiləşdirilmədən və müvafiq vahid məlumat reyestrində qeydiyata alınmadan, bu barədə cavabdehi xəbərdar etmədən və onun iştirakı olmadan, faktiki olaraq, bir audit yoxlaması aparılmaqla, nəticələri üzrə iddiaçıya əlavə gömrük borcu hesablanaraq ödənilməsi ondan tələb olunması qanuni hesab edilməsi istisna olunur. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 98.1-ci maddəsinə əsasən gömrük auditi gömrük orqanları tərəfindən, malların və nəqliyyat vasitələrinin buraxılışından, o cümlədən, şərti buraxılışından sonra, gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə əmin olmaq, eləcə də şəxsin mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirməsinin vəziyyətini müəyyənləşdirmək məqsədi ilə aparılır. Bunun üçün gömrük orqanları idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməsinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin həmin mallar və nəqliyyat vasitələri ilə əlaqədar apardığı əməliyyatlara və beynəlxalq ticarət sövdələşmələrinə dair kommersiya sənədlərini və məlumatları yoxlayırlar. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasın gömrük auditi gömrük bəyannaməsində qeyd olunan malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 (üç) il ərzində və yalnız hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barəsində həyata keçirilə bilər. Həmin Məcəllənin 98.4-cü maddəsinə əsasən gömrük auditi və onun nəticələrinin rəsmiləşdirilməsi“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinəəsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İşin qeyd olunan hallarından isə göründüyü kimi, sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı gömrük orqanı tərəfindən cavabdehin gömrük rəsmiləşdirilməsi üçün təqdim etdiyi malların buraxılışından sonra, gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə əmin olmaq üçün faktiki olaraq aparılan audit yoxlaması qanunvericiliyin qeyd olunan tələbləri qaydasında Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınması təmin edildikdən sonra yalnız həyata keçirə bilərdi. Lakin, iddiaçı qanunvericiliyin qeyd olunan tələblərinə riayət etmədiyi halda, onun tərəfindən aparılan yoxlamanın hüquqi nəticəsi ola bilməz, əhəmiyyətsizdir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin məhkəmənin iddia tələbinin mahiyyətinə varmadan, sübutlara düzgün hüquqi qiymət vermədən qanunsuz qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır. Çünki, ilk öncə, məhkəmə, malların buraxılışından sonra, gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə əmin olmaq üçün iddiaçı tərəfindən aparılan yoxlamanın qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğunluğunu, yəni yoxlamanın etibarlılığını müəyyən etməli idi ki, daha sonra, işin mahiyyətinə vararaq işin digər mübahisli hallarına qiymət verə bilsin. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ilə qanunvericiliyin qeyd olunan tələblərinə istinadən iddianın rədd edilməsi işin hallarına və gömrük qanunvericiliyinə uyğun hesab edilməlidir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-972/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392 və 402 - 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2- 2(81)-972/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür. Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar