Məhkəmə qərarları › İş №2-2(103)-35/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-35/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-35/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-84/2020 nömrəli iş üzrə 17 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış 06.01.2012-ci il tarixli 01K/12 nömrəli kredit müqaviləsinə əsasən 29.01.2019-cu il tarixə faiz borcu 75.658,02 manat, cərimə borcu 36.170,85 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc 15.798,18 manat, cəmi 127.627,05 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 17.09.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 45.977,24 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi əvəzi qismində 11 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 300 manat məbləğdə pul vəsaitinin 110 manat məbləğdə hissəsinin cavabdehdən, 190 manat məbləğdə hissəsinin iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın tam təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-97/2021 nömrəli iş üzrə 03.02.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 17.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qərarla razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 182/2021 nömrəli iş üzrə 19.05.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 03.02.2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi KK-nın 2-2(103)-971/2021 nömrəli iş üzrə 02.07.2021ci il tarixli qərardadı ilə iddiaçının apellyasiyası icraata qəbul edilmiş, 20.09.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.11.2021-ci il tarixli 9/7408 nömrəli rəyi Məhkəməyə təqdim olunmuş, iş məhkəmə baxışına təyin edilmişdir. Bundan sonra Bakı Kommersiya Məhkəməsinin hakimi F.Qasımov 24.01.2022-ci il tarixli məktubla müraciət edib, cavabdeh tərəfindən prosessual müddətin bərpa olunmasına dair ərizə verildiyini nəzərə alaraq, ərizəyə baxılması üçün işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərini nəzərə alaraq, hesab edir ki, icraata qəbul qərardadı ləğv edilib, iş apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, MPM-in 384.0.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və MPM-in 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiyasının icraata qəbul edilməsi haqqında 02 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılsın. HAKİMLƏR Vidadi Məmmədov İlham Kərimli Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar