Məhkəmə qərarları › İş №2-2(103)-352/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-352/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-352/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçının nümayəndəsi Nümayəndə, vəkili X4, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, iddiaçı Bank olmayan kredit təşkilatı İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Cavabdehnə qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə iddianı təmin etmə tədbiri görülməsi barədə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1202/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından (hakim Zaur Pirverdiyev) cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank olmayan kredit təşkilatı İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Cavabdehnə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, k-002 saylı kredit müqaviləsinin və ona edilmiş xx xxxxx 2018-ci il tarixli 2 saylı Əlavənin şərtlərinə və “X11 İstehsalat Müəssisəsi” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, k-003 saylı kredit müqaviləsinin və ona edilmiş xx xxxx 2018-ci il tarixli 2 saylı Əlavənin şərtlərinə əsasən verilmiş borc tələbi xx xxxxxx 2017-ci il tarixli k-002 saylı kredit müqaviləsi üzrə 54429.50 manat əsas borc, 5715.18 manat faiz borcu, 16601.54 manat dəbbə pulu borcu, cəmi 76746.22 manat və xx xxxxxx 2017-ci il tarixli k-003 saylı kredit müqaviləsi üzrə 72238.17 manat əsas borc, 7585.02 manat faiz, dəbbə pulu 22295.57 manat, cəmi 103203.74 manat, hər iki müqavilə üzrə ümumilikdə əsas borc 126667.67 manat, faiz borcu 13300.2 manat, dəbbə borcu 38897.11 manat, cəmi 179949.96 manat kredit borcunun və 30 manat dövlət rüsumunun hüquqi varislik üzrə cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı eyni zamanda iddianı təmin etmək üçün tədbir görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin "xxxx" açıq səhmdar cəmiyyətinin bank hesablarına 180189,96 manat məbləğinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1202/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinin “Sahil” filialında olan AZ94AİİB******************** AZN, AZ64AİİB******************** EUR, AZ84AİİB******************** USD bank hesablarına 179979,96 manat məbləği həcmində həbs qoyulması, ərizənin qalan hissədə təmin edilməməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2- 2 (113)-1202/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır və ləğv edilməlidir. Belə ki, təhvil-təslim zamanı ötürülən borc məbləği, eləcə də kredit vəsaitinin hansı təyinat üzrə istifadə edilməsi, kreditin təsərrüfat fəaliyyəti ilə bağlı istifadəsindən hər hansı gəlirin əldə olunub-olmaması və digər zəruri məsələlərlə əlaqədar təsdiqedici sənədlər aşkar olunmamışdır. Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipinə əsasən işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. İddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar. Həmin qərarın nəticə hissəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Məhkəmə mübahisələndirlən qərardadı qəbul etməklə müəssisənin fəaliyyətini iflic vəziyyətə salmışdır. Belə ki, hazırda Beyləqan təsərrüfatında 176 hektar ərazidə pambıq əkini aparılmışdır və cari ilin may-iyun ayları ərzində hər gün 50 nəfər rayon sakini becərmə işlərində günəmuzd çalışacaqdır. Təsərrüfatın 3000 hektarlıq ərazisində aparılmış taxıl məhsullarının biçin dövrü başlamaq üzrədir və bu sahədə də yüzlərlə fəhlənin xidmət haqlarının mütəmadi ödənişi aparılmalıdır. Taxıl biçini ilə paralel müəssisənin heyvandarlığının yem bazasının formalaşdırılması məqsədi ilə sahələrdən saman küləşinin və yonca otunun yığılması, preslənməsi və müvafiq anbarlara daşınması sahəsində çalışan fəhlələrin xidmət haqqı ödənişləri aparılmalıdır. Əlavə olaraq qarğıdalı və kartof sahələrində mövsümə uyğun aqrotexniki tədbirlərin görülməsi üçün müvafiq gübrə və pestisidlərin alınması və sahələrə verilməsi təmin edilməlidir. Təbii ki, həmin işlərin görülməsi müəssisənin hesabından müvafiq işlərə görə vəsaitlərin ödənilməsi ilə mümkündür, hesab üzərində həbs olduğu müddətdə isə hər hansı vəsaitin ödənilməsi və dolayısı ilə təsərrüfatdaxili zəruri işlərin görülməsi mümkünsüzdür. Son illərdə ölkədə qeyrineft sektorunun, xüsusilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsinin inkişafına xüsusi diqqət yetirilir. Bu istiqamətdə kənd təsərrüfatı məhsullarının istehsalı fəaliyyətinin vergilərdən azad olunması, kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi və s. bu sahəyə dövlət qayğısının nəticəsidir. Lakin, məhkəmə bu sahənin inkişafı üçün dövlət tərəfindən görülən işləri heçə sayaraq müəssisənin istehsal fəaliyyətini risk altına almışdır. Hesablar üzərində həbsin qalması təsərrüfatların məhv olması, müəssisənin 143 əmək müqaviləsi üzrə çalışan işçilərinin və yüzlərlə xidmət göstərən şəxslərinin işsiz qalması ilə nəticələnə bilər. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1202/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili X7 məhkəmə iclasında şikayətlə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etmiş və məhkəməyə ərizə təqdim edərək mübahisələndirilən qərardadda texniki səhvə yol verildiyini bildirərək qərardadın dəyişdirilməsini, cavabdehin “xxxx” ASC-nin “Sahil” deyil, “Səbail” filialındakı hesabları üzərinə həbs qoyulmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə vəkilin izahatına uyğun izahat verdi. Məhkəmə izahatları dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)- 1202/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli, iddiaçı Bank olmayan kredit təşkilatı İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar. İddiaçı hazırkı iş üzrə iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəsində bu tədbirin görülməsinin hansı zərurətdən irəli gəldiyini əsaslandırmamış, məhkəmə də mübahisələndirilən qərardadda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmiş əsaslardan hər hansı birini göstərməmişdir. Məhkəmə işdəki sənədləri nəzərdən keçirərək müəyyən edir ki, iddiaçı tərəfindən məhkəməyə cavabdehin borcun ödənilməsindən vicdansızcasına yayındığını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, Cavabdeh xx.xx.2018-ci ildə yaradılmış və tələb olunan kredit borcu MMC-yə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 414 saylı qərarı əsasında birləşdirilən hüquqi şəxslərin borcu olmuşdur. Şikayət ərizəsinə cavabdeh tərəfindən iddiaçıya olan borcun birdəfəyə ödənilməsinə hazırda maddi vəsait olmaması, bununla əlaqədar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinə müraciət edilməsi barədə “təhriri məruzə” adlı sənəd əlavə edilmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Cavabdeh kənd təsərrüfatı məhsullarının əkini, emalı və istehsalı ilə məşğul olan hüquqi şəxs olduğundan işə mahiyyəti üzrə baxılanadək müəssisənin hesablaşma hesabları üzərinə həbs qoyulması və bununla da müəssisənin fəaliyyətinin iflic vəziyyətinə gətirilməsi cavabdehə xeyli maddi ziyan vurmaqla yanaşı eyni zamanda iddia təmin ediləcəyi təqdirdə tələb olunan kredit borcunun tutulması ilə bağlı qətnamənin gələcəkdə icrasını da çətinləşdirə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1202/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli, iddiaçı Bank olmayan kredit təşkilatı İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.3, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdehin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Cavabdeh şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1202/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Bank olmayan kredit təşkilatı İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməsin. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar