Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-359/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra - cavabdeh) qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və pul tələblərinə dair ilk, cavabdehin iddiaçıya qarşı yük avtomobillərinin qaytarılması və pul tələbləri barədə qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1491/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, aralarında “KAMAZ” markalı yük avtomaşınlarına dair bağlanılmış 31.10.2018-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin maşınlara görə ona ödənilməli 196.270 manat haqqın, 2012-ci il buraxılışlı “KOMATSU PC 220-8” markalı ekskavatorun cavabdehdən alınaraq ona qaytarılması və həmin ekskavatora görə 30.670 manat haqqın, cəmi 216.940 pulun, AR Mərkəzi Bankının uçot faiz dərəcəsinə illik 5%-dən (216.940 (5%/28)) 38.739,29 manat məbləğdə əldə çıxmış faydanın, cavabdehin qanunsuz əməlləri nəticəsində 8 ədəd “KAMAZ” markalı maşının və 1 ədəd “KOMATSU PC 220-8” markalı ekskavatorun 28 ay dayanmasına və saxlamasına görə 1.036.000 manat real zərərin, AR Mərkəzi Bankının uçot faiz dərəcəsinə illik 5%-dən cəmi 223.739,29 manat məbləğdə əldə çıxmış faydanın, Bakı şəhəri Yasamal rayonu “Sovetski” adlanan ərazinin söküntüsünə görə ödənilməmiş 1.700.000 manat pulun və həmin məbləğə görə AR Mərkəzi Bankının uçot faiz dərəcəsinə illik 5%-dən, cəmi 303.571,43 manat məbləğdə əldə çıxmış faydanın, hüquqi yardıma görə ödənilmiş 1.020 manat və dövlət rüsumu üçün ödənilmiş 31 manat pulun, ümumilikdə 3.520.041,01 manat məbləğdə pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, 2011-ci il buraxılışlı "KAMAZ" markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı "KAMAZ" markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı "KAMAZ" markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı "KAMAZ" markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı "KAMAZ" markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buralxılışlı "KAMAZ" markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı "KAMAZ" markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı "KAMAZ" markalı 8 ədəd yük avtomaşının iddiaçıdan alınaraq ona qaytarılması, həmin avtomaşınların 2019-cu ilin may ayından indiyədək iddiaçı tərəfindən istifadəsinə görə 608.000 manat pulun, 220 manat vəkil haqqının və 30 manat dövlət rüsumunun iddiaçıdan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30.06.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, "KAMAZ" markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı (hal-hazırda **-JR-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı "KAMAZ" markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı (hal-hazırda **-JR-*** dövlət qeydiyyat nişanlı), 2012-ci il buraxılışlı "KAMAZ" markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı (halhazırda **-JR-*** dövlət qeydiyyat nişanlı), 2012-ci il buraxılışlı "KAMAZ" markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı (hal-hazırda **-JR-*** dövlət qeydiyyat nişanlı), 2011-ci il buraxılışlı "KAMAZ" markalı 90- ZC-513 dövlət qeydiyyat nişanlı (hal-hazırda **-JR-*** dövlət qeydiyyat nişanlı), 2012-ci il buraxılışlı "KAMAZ" markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı (hal-hazırda **-JR-*** dövlət qeydiyyat nişanlı), 2012-ci il buralxılışlı "KAMAZ" markalı **- ZC-*** dövlət qeydiyyat nişanlı (hal-hazırda **-JR-*** dövlət qeydiyyat nişanlı), 2012-ci il buraxılışlı "KAMAZ" markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı (hal-hazırda **-JR-*** dövlət qeydiyyat nişanlı) yük avtomobillərinin iddiaçıdan alınaraq cavabdehə qaytarılması, iddiaçıdan dövlət rüsumuna görə 10 manatın tutularaq cavabdehə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 20 manatının cavabdehə aid edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı və cavabdeh ondan apellyasiya şikayətləri vermişlər. Bakı Kommersiya Məhkəməsinin 05.01.2022-ci il tarixli qərardadı ilə, qanunvericiliklə nəzərdə tutulan 1 aylıq müddət ötürülməklə verildiyi üçün, iddiaçının apellyasiya şikayəti qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-295/2022 nömrəli iş üzrə 21.02.2022-ci il tarixli qərardadı ilə 05.01.2022-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılmış, iddiaçının şikayəti təmin edilməmişdir. İşə cavabdehin şikayətinə əsasən apellyasiya qaydasında baxılarkən sonuncu, şikayətdən imtina haqqında ərizə təqdim edib, apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətindən imtina qanuna zidd deyil, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur; 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər; 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh MMC-nin Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1491/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. Cavabdeh MMC-nin apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-359/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-359/2022
15.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver