Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-36/2023 21.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu) “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdeh eyni zamanda digər cavabdeh "xxxx" MMCnin qanuni nümayəndəsi Cavabdeh2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2238/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli DCS00265834-01 nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə, illik 15 faiz dərəcəsi olmaqla 39500 manat məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsinin təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli, DGS**********7 saylı zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin borclu "xxxx" MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 DCS00268488-01 saylı kredit müqaviləsinə əsasən 33514,45 manat əsas borc, 4591,97 manat faiz borcu, 1157,41 manat cərimə borcu olmaqla, cəmi 39263,83 manat məbləğində borcun birgə qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, mediasiya prosesi üzrə ödənilmiş 210 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı bildirir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 3-cü bəndinə əsasən kreditor borclu tərəfindən kreditdən məqsədli təyinatına uyğun istifadə edilməsinə nəzarət edir və bunu borcludan tələb edir, borclunun fəaliyyətinin (biznes proseslərin qurulması, fəaliyyət mühiti, mövcud və potensial istehsal gücü və s.), o cümlədən kreditin təyinatı üzrə istifadə edilib-edilməməsinin yoxlanılması məqsədilə təklikdə və ya fondla birgə baxışlar təşkil edir. Eyni zamanda müqavilənin şərtlərinə əsasən borclu kreditdən müqavilənin 1.3-cü bəndində göstərilmiş məqsədli təyinatına uyğun istifadə etmədikdə bank müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi dəbbə pulunun ödənilməsini borcludan tələb edə bilər. Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı fondu tərəfindən İddiaçı ASC-yə ünvanlanmış zəmanətli kredit vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsinə dair məktub və monitorinq aktından aydın olur ki, fond tərəfindən keçirilmiş monitorinq zamanı müəyyən edilmişdir ki, borcluya ayrılmış kreditdən təyinatı üzrə istifadə edilməmiş, nəticədə fond kredit üzrə verilmiş zəmanəti ləğv etmişdir. Beləliklə, cavabdeh "xxxx" MMC-nin kredit müqaviləsi üzrə əsas borcu 33514,45 manat, faiz borcu 4591,97 manat, cərimə borcu 1157,41 manat, cəmi borcu isə 39263,83 manat təşkil edir.
5. Cavabdehlər birinci instansiya məhkəməsində iştirak etməmişlər.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2238/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 birgə qaydada 33514,45 manat əsas, 4591,97 manat faiz, 193,58 manat cərimə cəmi 38300 manat və mediasiya xərci kimi ödənilmiş 210 manat məbləğində pulun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
7. Cavabdeh2 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh tərəf olmağına baxmayaraq proses barədə heç bir məhkəmə bildirişi alınmamış və məhkəmə prosesində iştirak və çıxış etmək, etiraz və vəsatətlər vermək hüququ pozulmuşdur. Həmçinin iddianın tələb olunan məbləğ hissəsinə nəzər saldıqda aşkar görünür ki, bank tərəfindən hesablanmış faiz məbləği hədsiz şişirdilib və ümumilikdə tələb edilən cəmi borc məbləği düzgün hesablanmayıb. Belə ki, tərəfindən həyata keçirilmiş ödənişlər bank tərəfindən nəzərə alınmamışdır. Məhkəmə də kobud pozuntu edərək, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmədən yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında formal qətnamə qəbul etmişdir. Həmçinin iddiaçı öz iddia ərizəsində kredit müqaviləsinin ləğv edilməsi tələbini qoymamış və müqavilənin ləğv edilməsi tələbi qoyulmadan iddiaçı tərəfindən kredit müqaviləsi üzrə cavabdehə verilmiş bütün pul məbləğinin ödənilməsi qeyd edilmişdir. Bu zaman cavabdeh tərəfindən ödənilmiş pul vəsaitləri nəzərə alınmalı və ödənilməyən zamana görə pul məbləğinin cavabdehdən tutulması qərara alınmalı idi. Lakin məhkəmə tərəfindən müqavilənin ləğv edilməsi, cavabdeh tərəfindən edilmiş ödənişlər nəzərə alınmamış və işin halları ətraflı araşdırılmamışdır. Həmçinin kredit vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsinə dair Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən iddiaçıya ünvanlanmış monitorinq aktının olduğu qeyd olunsa da, Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu və ya Bank tərəfindən hər hansı monitorinq və ya baxış keçirilməmiş, eyni zamanda həyata keçirilmiş monitorinqlə bağlı ona hər hansı məlumat verilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında cavabdeh və eyni zamanda digər cavabdeh "xxxx" MMC-nin qanuni nümayəndəsi Cavabdeh2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi X2 isə apellyasiya şikayətinə etiraz etdi.
11. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
13. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
14. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
15. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
16. Həmin Məcəllənin 470.1-ci maddəsinin tələblərinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
17. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
18. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
19. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı həddində iddia qismən əsaslıdır.
22. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1, 741 və 462-ci maddələri təşkil edir.
23. Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh "xxxx" MMC öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir.
24. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 16 yanvar 2023-cü il tarixli 9/8043 saylı ekspert rəyi verilmişdir.
25. Həmin rəyə əsasən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 40.114,62 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2022-ci il tarixə əsas borc üzrə 35.776,70 manat, faiz borcu üzrə 4.337,92 manat. "xxxx" MMC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli DCS00265834-01 saylı kredit müqaviləsi üzrə cərimə hesabından çıxarış təqdim edilməmişdir. Bu səbəbdən cərimənin hesablanmasının müəyyən etmək mümkün olmadı. "xxxx" MMC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli DCS00265834-01 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş hesabından çıxarış məlumatlarına əsasən 19 may 2022-ci il tarixdən sonra hər hansı məbləğdə ödənişlər olmamışdır.
26. Beləliklə, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı, 16 yanvar 2023-cü il tarixli ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 739-cu maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, əsas borca aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Faiz borcun məbləği isə birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi 4591,97 manat deyil, ekspert rəyinə uyğun olaraq 4337,92 manat məbləğində müəyyən edilməlidir.
27. Həmçinin tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən borclu ödəniş cədvəli üzrə ödənişləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) vaxtında icra etmədikdə, hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə illik faiz dərəcəsi həcmində dəbbə pulu ödəməlidir.
28. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
29. İşin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı 193,58 manat məbləğində dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır.
30. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanılmış zaminlik müqaviləsində qeyd olunan maddi hüquq normalarından fərqli müddəalar müəyyən edilmədiyindən iddiaçı qarşısında zamin olan Cavabdeh2 borclu olan cavabdeh "xxxx" MMC ilə birgə məsuliyyət daşıyır.
31. Faiz borcu istisna olmaqla apellyasiya şikayətinin digər dəlillərinə dair kollegiya qeyd edir ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında şəxsən iştirak etmiş və məhkəmənin baxış iclasının yeri və vaxtı barədə kifayət qədər məlumatlı olmuşdur. Bundan əlavə məhkəmə iclasının yeri və vaxtı barədə SMS bildiriş də cavabdehin istifadəsində olan mobil nömrəyə göndərilmişdir. Həmçinin iş materiallarından görünür ki, dövlət zəmanəti verilmiş kreditlərin təyinatı üzrə istifadəsinə dair xx.xx.2021-ci il tarixli monitorinq aktı Cavabdeh2 iştirakı ilə tərtib edilmiş və sonuncu tərəfindən imzalanmışdır.
32. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilməli, qalan mübahisələndirilən hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri Cavabdeh2 aid edilməlidir.
33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2238/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilsin. Faiz borcu 4337,92 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan cəmi 200 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn