Məhkəmə qərarları › İş №2-2(103)-360/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-360/2020

17.06.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-360/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, iddiaçı “xxxx” Törəmə Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1038/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından (hakim Zeynəb Axundova) Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Törəmə Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən “xxxx” Törəmə Açıq Səhmdar Cəmiyyətinə əsassız hesablanmış 28900,80 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə ərizə təqdim edərək, “xxxx” Törəmə Açıq Səhmdar Cəmiyyətinə təbii qazın verilməsinin dayandırılmasının Cavabdehnə, Cavabdeh İB-nin departamentlərinə və qaz istismar sahələrinə, digər hüquqi və fiziki şəxslərə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e- 2-2(113)-1038/2020 nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş və “xxxx” TASC-yə (VÖEN: **********, abonent kodu **********00001) məxsus qeyri-yaşayış sahəsinə qaz təchizatının verilməsinin dayandırılması Cavabdehnə qadağan olunmuşdur. Qeyd edilən qərardaddan Cavabdeh tərəfindən şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh müqavilə əsasında “xxxx” Törəmə ASC-ni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə ikitərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf müqavilədə üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş, debitor borcunu ödəməmiş, debitor borcdan əlavə qaz xəttinə özbaşına qoşulmaqla təbii qazı talamışdır. Belə ki, bu günə abonentin 38337,02 manat debitor borcu vardır. İstifadə olunmuş təbii qaza görə ödəniş aparılmamış və bununla bağlı Birliyə razılaşma barədə müraciət olunmamışdır. “xxxx” Törəmə ASCqanunun tələblərini kobud şəkildə pozmuş və debitor borcu ödəməyərək Birliyin maliyyə dayanıqlığına ziyan vurmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli, 80 saylı qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları’nın 6.1.4-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı tərəfindən istehlakçının qaz təchizatı dayandırıla bilər. Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli, e- 2-2(113)-1038/2020 nömrəli qərardadı şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflər lazımı qaydada xəbərdar edilsələr də məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPMnin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e- 2-2(113)- 1038/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbir görülə bilər. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus obyektə işə mahiyyəti üzrə baxılanadək qaz verilişinin dayandırılması onun sahibkar kimi kreditorları qarşısında öhdəliklərinin yerinə yetirilməsinə və yalnız iddiaçının deyil, 3-cü şəxslərin də hüquq və mənafelərinə ziyan vuracağından iş üzrə iddianı təmin etmə tədbiri görülməsi zəruridir. Nəzərə alınmalıdır ki, məhkəmə iddianı təmin etmə tədbiri görülməsi ərizəyə qiymət verərkən bu tədbir görülmədikdə iş üzrə yekun qərar qəbul edilənədək iddiaçının qanunu mənafeyinin pozulma ehtimalını, işdə iştirak edən şəxslərin qanuni mənafeləri arasında tarazlığın təmin edilməsini nəzərə almalı, hər bir ərizə həmin mübahisə kontekstində qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə tərəfindən iddianı təmin etmə tədbiri görülərkən əsas götürülməli olan məqsəd işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin də mənafeləri və onların müdafiəsindəki mütənasibliyin qorunmasıdır.İddiaçıya cavabdeh tərəfindən hesablanmış borc mübahisələndirildiyindən iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək həmin borcla əlaqədar iddiaçının qaz təchizatının dayandırılması onun qanuni mənafelərinin səmərəli məhkəmə müdafiəsinin təmin edilməsi baxımından məqsədəuyğun olmadığından ərizənin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e- 2-2(113)-1038/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e- 2-2(113)-1038/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar