Məhkəmə qərarları › İş №2-2(103)-361/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-361/2025

03.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-361/2025 03.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Şirinovun sədrliyi və məruzəsi ilə, X10 və X2 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçı X3 Cavabdehnə qarşı artıq ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-5698/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qaz sərfiyyatı üzrə xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilə qədər artıq ödənilmiş 31234,53 manat pul vəsaitinin Cavabdeh İB-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, e-2-2(113)- 5698/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, **********00001 saylı abonent hesabı üzrə qaz sərfiyyatına görə xx.xx.2021-cil il tarixdən xx.xx.2024-cü il tarixədək artıq ödənilmiş 28626,81 manat məbləğində pul vəsaitinin Cavabdeh tərəfindən İddiaçı X1ytarılması qət edilmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, e-2-2(113)-5698/2024 saylı qərardadı ilə qətnamənin əsaslandırma və nəticə hissələrində yanlışlıq düzəldilərək qaytarılacaq məbləğ 28626,81 manat qeyd edilmişdir.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-5698/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 16 oktyabr 2021-cı il tarixli, № 13 Qərarına əsasən, Qeyri-əhali sektoru üzrə Təbii qazın pərakəndə satış qiyməti sənaye və kənd təsərrüfatı sahələri üçün hər kub metr təbii qaza görə 0.22 qəpik, digər sahələr üçün isə hər kubmetr təbii qaza görə 0.25 qəpik məbləğində müəyyən edilmişdir. İddiaçı MMC digər sahələr kateqoriyasına, yəni istehsal tipli müəssisə olduğundan həmin müəssisəyə verilən təbii qazın qiyməti X9 uyğun olaraq 0.25 qəpikdən hesablanmış və müəssisənin abonent koduna vurulmuşdur. İddiaçı MMC-nin abonent koduna hesablanaraq vurulmuş məbləğ istifadə edilmiş təbii qazın dəyəridir. İddiaçının mübahisələndirdiyi borc məbləği təbii qazdan istifadəyə görə yaranmış borc olduğundan abonentin özü tərəfindən tam ödənilməlidir və bu tələb tərəflər arasında bağlanılmış alqısatqı müqaviləsindən irəli gəlməkdədir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.1-ci yarım bəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirilən qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.1-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir

8. Qaydaların 5.2-ci bəndində qeyd edilir ki, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

9. Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

10. “Qazdan istifadə Qaydalarının 3 nömrəli əlavəsi olan “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinin 3.1-ci bəndinə əsasən bu Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən... müəyyən edilir; 3.2-ci bəndinə əsasən qazın qiyməti, qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimləndiyindən, bu Müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələndirilə bilməz və hər iki tərəf üçün məcburidir.

11. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 16 oktyabr tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş təbii qazın ölkədaxili tariflərinə əsasən sənaye və kənd təsərrüfatı sahələri üzrə (6.2.3-cü bənd) 0,22 manat, digər sahələr üzrə (6.2.4-cü bənd) 0,25 manat təşkil edir.

12. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız cavabdeh tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddianın təmin edilən hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

15. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı xx.xx.2014-cü il tarixdən 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmış və baza məlumatlarına əsasən vergi ödəyicisinin əsas fəaliyyət növü “Qatıq, ayran və digər süd məhsullarının istehsalı” olaraq qeyd olunmuşdur. Cavabdeh iddiaçını təbii qazla təchiz edir və iddiaçı tərəfindən həmin xidmətlərə görə cavabdehə müvafiq ödənişlər edilir. “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif Şurasının xx.xx.2021-ci il tarixli Qərarına əsasən 1 noyabr 2021-ci il tarixdən sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 m3 qazın tarif qiymətinin 0.22 manat müəyyən olunmasına, İddiaçı MMC-nin fəaliyyət növünün qatıq, ayran və digər süd məhsullarının istehsalı olduğu üçün iddiaçıya qaz sərfiyyatının sənaye və kənd təsərrüfatı sahələri üzrə olan tariflə - 1 m3 üçün 0.22 manatla hesablanmalı olmasına baxmayaraq, cavadeh tərəfindən xx.xx.2021-ci il tarixdən iddiaçıya qaz sərfiyyatı ticarət və xidmət tarifləri üzrə 0.25 manatdan hesablanmışdır.

16. Nəticədə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək qaz sərfiyyatı üzrə artıq məbləğlər hesablanmış və ödənilmişdir. İddiaçı tərəfindən bununla bağlı müraciətlər olunmuş, lakin artıq ödənilmiş vəsait qaytarılmamış, iddiaçıya köhnə illərin hesabat dövrü yekunlaşdığı üçün vəsaitin geri qaytarılmasının mümkün olmadığı bildirilmişdir.

17. Məhkəmə müəyyən etmişdir ki, xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilə qədər artıq ödənilmiş vəsait yox, xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilə qədər artıq ödənilmiş vəsaitin geri qaytarılmalı olduğu nəzərə alınmalıdır. Belə ki, müəyyən olunur ki, “Meqa Trade" MMC-nin **********00001 saylı abonent hesabında tarif xx.xx.2024-cü il tarixdə "ticarət və xidmət”-dən “sənaye və kənd təsərrüfatı” tarifinə keçirilmiş, yəni xx.xx.2024-cü il tarixdə tarifdə müvafiq dəyişiklik edilmişdir.

18. Təqdim olunmuş abonent saldosundan müəyyən olunur ki, xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilə qədər ******* m3 qaz sərfiyyatı olmuş, həmin sərfiyyatın 72933 m3 -i akt əsasında hesablanmışdır (məbləği 18233 manat olmuş, məhkəmə qərarı əsasında silinməsi qət edilmişdir). Beləliklə, həmin dövr üzrə ümumi sərfiyyat 954227 m3 (1027160- 72933=954227 m3), sərfin məbləği isə 0,25 qəpikdən 238556,75 manat olmuşdur. Həmin məbləğin ödənilməsini cavabdeh tərəf mübahisələndirməmişdir (əvvəlki məhkəmə iclasında nümayəndəsi iştirak etmişdir). Həmin sərfiyyat 0,22 qəpikdən hesablandıqda, 209929,94 manat təşkil edir. Beləliklə, qeyd edilən məbləğlər arasında olan fərq 28626,81 manat təşkil edir ki, həmin məbləğ artıq ödənilmiş və ona görə də cavabdehdən tutularaq iddiaçıya geri qaytarılmalıdır.

19. Azərbaycan Respublikasının Energetika Nazirliyi X5 Agentliyi Lənkəran Filialı tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-15-2-4/2-T-112-5- 986/2024 saylı məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyinə daxil olmuş Lənkəran şəhəri, Ləvəngi dairəsi ünvanında yerləşən “Meqa Trade" MMC-nin sərflyyatına görə əlavə hesablanmış məbləğin geri qaytarılması barədə müraciətiniz X5 Agentliyinin (bundan sonra - Agentlik) Lənkəran filialında araşdırılır. Bununla əlaqədar, Agentliyin Lənkəran filialının müfəttişləri "xxxx" MMC-nin nümayəndəsinin iştirakı ilə göstərilən ünvanda yerləşən obyektin qaz təsərrüfatına baxış keçirilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Baxış zamanı məlum olmuşdur ki, sənaye qaz qurğuları üçün G-1000 markalı 83045596 nömrəli, məişət qaz qurğuları üçün isə G-25 markalı 75109136 nömrəli qaz sayğacları quraşdırılmışdır. Eyni zamanda təqdim olunan sənədlərdən məlum olmuşdur ki, "xxxx" MMC-də G25 qaz sayğacı **********00000 və G1000 qaz sayğacı **********00001 saylı kodları ilə Cavabdeh İB-də abonent qeydiyyatına alınmışdır. "Meqa Trade” MMC xx.xx.2014-cü il tarixdən ********** VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmış və baza məlumatlarına əsasən vergi ödəyicisinin əsas fəaliyyət növü “Qatıq, ayran və digər süd məhsullarının istehsalı” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Qərar qəbul edilmişdir. Həmin Qərarın cədvəl bölməsinin 6.2.3-cü yarımbəndində Sənaye və kənd təsərrüfatı sahələri üçün hər kub metr üçün 0,22 manat təsdiq edilmiş ve bu Qərar xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Cavabdeh İB-yə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 16 oktyabr 2021-ci il tarixil 13 nömrəli “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Qərarına əsasən "xxxx" MMC-nin hesabına işlənmiş təbii qazın hesabatına müvafiq qaydada yenidən baxılması üçün məktub göndərilmişdir. Araşdırmanın nəticəsi barədə Sizə əlavə məlumat veriləcəkdir.

20. . Azərbaycan Respublikasının Energetika Nazirliyi X5 Agentliyi Lənkəran Filialı tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-15-2-4/2-341/2024 saylı məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyinə daxil olmuş Lənkəran şəhəri, Ləvəngi dairəsi ünvanında yerləşən "xxxx" MMC-nin sərfiyyatına görə əlavə hesablanmış məbləğin geri qaytarılması barədə müraciətiniz X5 Agentliyinin (bundan sonra - Agentlik) Lənkəran filialında araşdırılmışdır. Bununla əlaqədar, Agentliyin Lənkəran filialının müfəttişləri "xxxx" MMC-nin nümayəndəsinin iştirakı ilə göstərilən ünvanda yerləşən obyektin qaz təsərrüfatına baxış keçirilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Baxış zamanı məlum olmuşdur ki, sənaye qaz qurğuları üçün G-1000 markalı 83045596 nömrəli, məişət qaz qurğuları üçün isə G-25 markalı 75109136 nömrəli qaz sayğacları quraşdırılmışdır. Eyni zamanda təqdim olunan sənədlərdən məlum olmuşdur ki, "xxxx" MMC-də G25 qaz sayğacı **********00000 və G1000 qaz sayğacı **********00001 saylı kodları ilə Cavabdeh İB-də abonent qeydiyyatına alınmışdır. "xxxx" MMC xx.xx.2014-cü il tarixdən ********** VÖEN-le 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmış və baza məlumatlarına əsasən vergi ödəyicisinin əsas fəaliyyət növü “Qatıq, ayran və digər süd məhsullarının istehsalı” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Qərar qəbul edilmişdir. Həmin Qərarın cədvəl bölməsinin 6.2.3-cü yarımbəndində Sənaye ve kənd təsərrüfatı sahələri üçün her kub metr üçün 0,22 manat təsdiq edilmiş və bu Qərar xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Cavabdeh İB-yə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli “Təbii qazın ölkədaxli tariflərinin tənzimlənməsi barədə” Qərarına əsasən "xxxx" MMC-nin hesabına işlənmiş təbii qazın hesabatına müvafiq qaydada yenidən baxılması üçün məktub göndərilmişdir. Cavabdeh İB-nin cavab məktubunda bildirilmişdir ki, "xxxx" MMC müraciət etdiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2021-ci il tarixli 13 saylı qərarına əsasən təbii qazın pərakəndə satış tarifi qeyri-əhali istehlakçıları üzrə istehlak olunan, bir kub metr üçün “sənaye və kənd təsərrüfatı” sahələri üzrə 22 qəpik olmaqla, Cavabdeh İB-nin abonentlərin uçotu sistemində dəyişdirilmişdir və hal-hazırda bu tariflə təbii qazdan istifadə edir. Vəsaitin geri qaytarılması və ya debitor borcla əvəzlənməsi məsələsi ilə bağlı qeyd edilmişdir ki, köhnə illərin hesabat dövrü yekunlaşdığı üçün bu əməliyyatın aparılması mümkün deyildir. Cavabdeh İB-nin cavab məktubunun təhlili zamanı qeyd edilən məsələyə aidiyyəti üzrə baxılmadığı müəyyən edilmişdir. Nəzərə çatdırılır ki, “Qazdan istifadə Qaydalarının 2 nömrəli əlavəsi olan “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinin 5.2-ci bəndinə əsasən bu müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, istehlakçı qaz paylayıcısına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

21. Qeyd edilənlərdən görünür ki, cavabdeh Tarif Şurasının qərarının tələbinə əsasən 0.22 manat ödənişi yalnız iddiaçının müraciət etdiyi tarixdən, yəni xx.xx.2024-cü ildən nəzərə almış və bu tarixdən əvvəlki dövrdə qərar qüvvədə olmasına baxmayaraq cavabdeh tərəfindən nəzərə alınmamış və əsassız hesablanmış məbləğ iddiaçıya geri qaytarılmamışdır. Məhkəmənin gəldiyi nəticə işin hallarına uyğundur. Şikayətin dəlilləri isə əsassızdır.

22. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

23. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5698/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar