Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-362/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi ilə, İddiaçı MTK-nın cavabdeh “xxxx” ASC-yə qarşı “hesaba qeyd edilmiş borcun silinməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-1208/2020 saylı xx.xx.2020-ci il tarixli «iddianın təmini tədbiri barədə» qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MTK cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 112.327,92 manat məbləğində əsassız hesablanmış borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı eyni zamanda, iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə mahiyyəti üzrə baxılıb yekun qərar qanuni qüvvəyə minənədək İddiaçı MTK-nın adına qeydiyyata alınmış 9211384M1544973 saylı sayğac vasitəsilə verilən elektrik enerjisi ilə təchizatının dayandırılmasının cavabdehə, onun müvafiq qürumlarına və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1208/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək ləğv edilməsini yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.13.2-ci bəndinə istinadən onunla əsaslandırılmışdır ki, qərardad əsaslandırılmamış və gələcəkdə qətnamənin icrası ilə bağlı heç bir əlaqəsi yoxdur. İddiaçıya işə baxılıb qurtarınca elektrik enerjisinin dəyərini ödəməməyə şərait yaradır. Bundan əlavə qərardad qəbul olunarkən yekun məhkəmə qərarı çıxarılanadək binada istehlak olunacaq enerjinin dəyərini enerji təchizatçısı xxxx» ASC tərəfindən enerji istehsalçısı «xxxx» ASC-yə hansı vəsait hesabına vəsaiti ödəniləcəyi nəzərə alınmamışdır. Məhkəmə tərəfindən görülməsi tələb olunan tədbiri gələcəkdə qəbul olunacaq qətnamənin icrasını təmin etməsi ilə əlaqəsi nədən ibarət olduğu əsaslandırılmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı cavabdehin şikayəti təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməmiş, MPM-in 376.2-ci və 397.2-ci maddələrinin tələblərini nəzərə alan kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinin tələbindən də görünür ki, işə baxan məhkəmə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Məcəllənin qeyd olunan normalarının mənası baxımından, iddianı təmin etmə tədbirinin görülməsi gələcəkdə iddianın təmin edilməsinə yönəlməsi ilə yanaşı, həm də mübahisənin predmetindən sui-istifadənin qarşısını almaq məqsədi daşıyır. Konkret halda, “xxxx” ASC-nin elektrik enerjisinin verilməsini hazırkı işə mahiyyəti üzrə baxılıb qurtarana qədər dayandırmaqla, iddiaçı kooperativin davamlı fəaliyyətini pozması və üzvlərinin yaşadığı bina sakinlərinə də öz neqativ təsirini göstərməsi ilə yanaşı, həm də təbii inhisarçı kimi özünün də dövlət qarşısında elektrik enerjisi təchizatçısı kimi ona tapşırılan öhdəliklərinin icrasını da faktiki olaraq dayandırmış olur. Hər bir halda, iddiaçı istər mübahisəni udsun, istər də uduzmuş olsun, hər iki halda, onun fəaliyyətini davam etdirməsindən əldə etdiyi vəsait istehlak etdiyi enerjinin dəyərinin ödənilməsi, eləcə də, dövlət qarşısında digər tədiyyə öhdəliklərinin yerinə yetirilməsinə zəmin yaradır. Hazırkı iddianı təmin etmə tədbiri gələcəkdə qəbul olunacaq qətnamənin icrasını təmin etməsi ilə əlaqəsinin nədən ibarət olmasına gəldikdə isə, onu qeyd etmək olar ki, iddiaçının əsassız hesablanmış hesab etdiyi borcun silinməsini tələb etdiyi nəzərə alındıqda, hazırkı tədbirin görülməsi ən azından, elektrik enerjisi təchizatçısı cavabdehin öz təbii inhisarçı mövqeyindən sui-istifadə etməsinin qarşısını alacağı aydın görünür. Bunun da gələcəkdə qəbul ediləcək qətnamənin icrasına yönələn bir iddianı tədbir kimi qiymətləndirilməsi, heç də, iddianı təmin etmə tədbirinin prosesessual qanunvericiliklə müəyyən edilən məqsədinə zidd yozulması mümkünlüyü istisna edilir. Bu mənada, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdeh «xxxx» ASC-nin şikayətinin birinci instansiya məhkəməsinin qərardadının əsaslandırılmadığını vurğulayan və görülən iddianı təmini tədbirinin gələcəkdə qətnamənin icrasını təmin etməsinə xidmət etmədiyini mübahisələndirən və digər formal formal xarakterli dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1208/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsindən isə göründüyü kimi, iddianı təmini tədbiri barədə məhkəmə qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrinin qüvvədə olan müddəalarını rəhbər tutaraq, kollegiya qərara a l d ı: Cavabdeh “xxxx” ASC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1208/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz, çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-362/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-362/2020
18.06.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver