Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-363/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, cavabdeh “11 saylı X4 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X3 iştirakı ilə, iddiaçı “xxxx”xxxx“11 saylı X4 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya işi üzrə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizəyə dair Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)- 1176/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından (hakim Zeynəb Axundova) cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx”xxxx“11 saylı X4 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AZTX/312 saylı, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarəyə verilmiş icarə obyektləri (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələri) üzrə icarə haqqı qismində 82083,31 (ƏDV daxil) manat əsas borc və gecikdirilmiş günlər üzrə hesablanmış 1517 manat cərimə pulu daxil olmaqla, ümumilikdə 83600,31 manat (ƏDV daxil) məbləğində pul, həmçinin texnikaların əlavə iş saatlarına cəlb edilməsi səbəbindən 273318,24 manat əsas məbləğ və 49197,28 manat ƏDV məbləği, ümumilikdə 322515,52 manat olmaqla, cəmi 406115,83 manat və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh “xxxx”xxxx“11 saylı X4 Müəssisəsi” MMC-dən alınaraq iddiaçı “xxxx” LTD MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinə mahiyyəti üzrə baxılıb yekun qərar qanuni qüvvəyə minənədək, iddianın təmini tədbiri üçün iddia tələbi olan - 406145,83 manat həcmində cavabdeh “xxxx”xxxx“11 saylı X4 Müəssisəsi” MMC-nin xxxx, Gənclik filialı, Bank (VÖEN): **********, Kod: 200189, SWİFT: AİİBAZ 2X, m/h: AZ37NABZ********************, İBAN: AZ87AİİB******************** bank hesabı üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1176/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ərizə təmin edilmişdir. Həmin qərardaddan cavabdeh şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1176/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad cavabdehin hüquqlarını kobud şəkildə pozduğu üçün ləğv edilməli və 406.145,83 (dörd altı min yüz qırx beş manat səksən üç qəpik) manat məbləğində pul vəsaiti üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, “xxxx” MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli və AZTX/312 saylı icarə müqaviləsinə əsasən qeyd olunan adda ağır texnika, yük maşınları və digər nəqliyyat vasitələri, icarə haqqı və ödəniş şərtləri müqavilədə müəyyən edilməklə “xxxx” MMC-dən icarəyə götürülmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən icarə obyekti icarəçiyə avadanlığın ümumi vəziyyətini ətraflı bildirən AKT-lar vasitəsi ilə təhvil verilməli və geri daşınan zaman da həmin formada da təhvil alınmalı idi. Müqavilə bağlandığı tarixdən etibarən “xxxx” MMCnə məxsus ağır texnika, yük maşınları və digər nəqliyyat vasitələri 2019-cu ilin yanvaravqust ayları ərzində təyin edilən ərazilərdə fəaliyyət göstərmişdir. Həmin müddət ərzində icarə obyektlərinin icarə haqqı ümumilikdə 1.199.838,47 manat əsas və 215.970,92 manat ƏDV hesablanmış və “xxxx” MMC-nə ümumilikdə 1.129.755 manat əsas və 203.355,90 manat ƏDV ödənilmiş, icarə haqqından icarə verənə 70.083,47 manat əsas və 12.615,02 manat ƏDV ödənilməmiş borc olaraq qalmışdır. “xxxx” MMC tərəfindən müəssisəyə göndərilmiş elektron qaimələr əsasında hazırlanmış aktlarda icarə obyektlərinin gündəlik iş rejimi və ona mütənasib icarə haqqı hesablanaraq yekun məbləğ müəyyən olunaraq qarşılıqlı şəkildə imzalanmışdır, aktlarda icarə obyektlərinin əlavə iş saatlarına cəlb edilməsi barədə heç bir qeyd və ya bildiriş aylıq icarə haqqına əlavə edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1176/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ərizə şikayət qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, e-2-2 (113)-1176/2020 saylı qərardadı qismən - cavabdeh “11 saylı X4 Müəssisəsi” MMC-nin “xxxx” ASC-nin Gənclik filialında olan Kod: 200189, SWİFT: AİİBAZ 2X, m/h: AZ37NABZ********************, İBAN: AZ87AİİB******************** saylı hesabında 324062,52 manat məbləğində pul vəsaiti üzərinə həbs qoyulması hissəsində ləğv edilməsi, Bakı Kommersiya Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, e-2-2(113)-1176/2020 saylı qərardadı cavabdeh “11 saylı X4 Müəssisəsi” MMC-nin “xxxx” ASC-nin Gənclik filialında olan Kod: 200189, SWİFT: AİİBAZ 2X, m/h: AZ37NABZ********************, İBAN: AZ87AİİB******************** saylı hesabında 82083,31 manat məbləğində pul vəsaiti üzərinə həbs qoyulması hissəsində dəyişdirilmədən saxlanılmış, şikayətin təmin edilməmiş hissədə baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmənin iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh “11 saylı X4 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X5 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1176/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadını 82083,31 manat məbləğində pul vəsaiti üzərinə həbs qoyulması hissəsində mübahisələndirmir. Onun şikayəti iddiaçının digər iddia tələbləri ilə bağlı cavabdehin hesablaşma hesablarına qoyulmuş həbsin götürülməsi ilə bağlıdır. Məhkəmə izahatı dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1176/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli, iddiaçının iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəsi qismən 82083,31 manat əsas borc üzərinə həbs qoyulması hissəsində təmin edilməli, qalan hissədə ərizə təmin edilməməlidir. Cavabdeh şikayət ərizəsində Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)- 1176/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının tam ləğv edilməsini xahiş etsə də, nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda göstərmişdir ki, 82083,31 manat məbləğində pul vəsaiti üzərinə həbs qoyulması hissəsində qərardad mübahisələndirilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.3.1-ci maddəsinə əsasən, birinci növbədə-cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə üzərinə həbs qoyulur. İş üzrə iddianı təmin etmə tədbiri görülərkən iddia tələblərinin əsaslı olubolmaması məsələsinə məhkəmə əvvəlcədən hüquqi qiymət verə bilməz. Lakin iddianı təmin tədbirlərinin görülməsi üçün məhkəməyə iddia ilə bağlı ilkin zəruri sübutların təqdim edilməsinə və ərizədə cavabdeh kimi qoyulmuş şəxslərə qarşı yönəldilmiş tələblərin ilkin əsaslandırılmasına və bununla bağlı iddianın uğurluluğuna dəlalət edən ilkin dəlillərin təqdim edilməsinə ehtiyac vardır, əks halda, görülmüş belə tədbirlərin cavabdehlərin və ya üçüncü şəxslərin hüquqlarının pozulması halını yaratması mümkündür. Məhz bu məqamda iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı, eləcə də iddianın uğurluluq ehtimalının nəzərə alınması baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhkəmə hesab edir ki, iddiaçı “xxxx" MMC-nin cavabdehdən tələb etdiyi 82083,31 (ƏDV daxil) manat əsas borc məbləği ilə bağlı iddia ərizəsinə kifayət qədər mötəbər sübutlarlar əlavə edildiyindən, tələb edilən digər pul məbləğləri ilə bağlı ilkin sübutlar kifayət qədər olmadığından mübahisələndirilən qərardad ləğv edilərək ərizə qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1176/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli, iddiaçının iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəsi qisməncavabdeh “11 saylı X4 Müəssisəsi” MMC-nin 82083,31 manat məbləğində pul vəsaiti üzərinə həbs qoyulması hissəsində təmin edilməli, qalan hissədə ərizə təmin edilməməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.3, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh “11 saylı X4 Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1176/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçının iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəsi qismən təmin edilsin. Cavabdeh “11 saylı X4 Müəssisəsi” MMC-nin “xxxx” ASC-nin Gənclik filialında olan Kod: 200189, SWİFT: AİİBAZ 2X, m/h: AZ37NABZ********************, İBAN: AZ87AİİB******************** saylı hesabında 82083,31 manat məbləğində pul vəsaiti üzərinə həbs qoyulsun. Qalan hissədə ərizə təmin edilməsin. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-363/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-363/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver