Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-363/2022 06.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-76/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, 002 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə, illik 16% hesablanmaqla 100.000 manat məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsinin təminatı kimi eyni tərəflər arasında xx.xx.2018-ci il tarixli, 002 saylı ipoteka müqaviləsi bağlanmış və Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0,05 ha torpaq sahəsi (yüklü edilən əmlakın reyestr nömrəsi: **********87, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019) ipoteka ilə yüklü edilmişdir.
3. Tərəflər arasında xx.xx.2018-ci il tarixli 002 saylı kredit xətti müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında 26 sentyabr 2019-cu il tarixli, 1 nömrəli əlavə saziş bağlanmış və bu sazişin 2.2-ci bəndinə əsasən müqavilənin 3.2-ci bəndi aşağıdakı yeni redaksiyada verilmişdir: Bu müqavilə bağlandığı tarixdən ilk 12 aylıq dövr ərzində borc alana güzəşt müddəti müəyyən edilir, kredit xəttinin istifadə edilmiş hissəsi üzrə bu müddət ərzində əsas borcun qaytarılması ilə bağlı hər hansı ödəniş həyata keçirilmir. Qeyd edilən müddət ərzində yalnız faktiki istifadə edilmiş kredit məbləğinə hesablanan faizlər kredit üzrə borcun yarandığı aydan başlamaqla hər ayın borcun yarandığı gün borc alan tərəfindən borc verənə ödənilir. Güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlamaqla hər ay minimum 2.000 manat məbləğində (əsas və hesablanmış faiz borcu) olmaqla 12 ay müddətinə, qalan 12 ay müddətində isə qalıq borc və hesablanmış faiz borcunun ödənişi aylıq annuitet qaydada həyata keçirilir. Bu sazişlə toxunulmayan müqavilənin digər şərtləri dəyişməz olaraq öz qüvvəsini saxlayır.
4. Kredit xətti müqaviləsinə edilən əlavə və dəyişikliklər 26 sentyabr 2019-cu il tarixli, 1 nömrəli əlavə sazişlə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 002 saylı ipoteka müqaviləsinə də edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 97.425,66 manat məbləğində əsas, 27.798,95 manat məbləğində faiz borcu, 1.366,67 manat müqavilə müddəti bitdikdən sonra 5 illik faiz hesablanmış borc olmaqla, cəmi 126.591,28 manat məbləğində kredit borcunun, iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, 0,40 manat məbləğində bank xidmət haqqının, həmçinin, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun və 0.65 manat məbləğində bank xidmət haqqının, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 20 manat məbləğində xidmət haqqının və 0,71 manat məbləğində bank xidmət haqqının tutulması; tutmanın Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0,05 ha torpaq sahəsinə (yüklü edilən əmlakın reyestr nömrəsi: **********87, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019) yönəldilməsi və Cavabdeh qeyd olunan ipoteka predmetindən istifadə hüququna xitam verilməsi; Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin boşaldılması və ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması; ipoteka predmetinin satışından əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı bildirir ki, cavabdeh müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 97.425,66 manat, faiz borcu 27.798,95 manat, müqavilə müddəti bitdikdən sonra 5 illik faiz hesablanmış borc 1.366,67 manat, cəmi borcu isə 126.591,28 manat təşkil edir.
7. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində hesablanan faiz məbləği ilə razı olmadıqlarını, bankın təqdim etdiyi ödəniş cədvəllər arasında müəyyən ziddiyyətlər olduğunu, cavabdehə 2.000-3.000 manat məbləğində tutulmalar ilə kredit verildiyini, cavabdehin bildirdiyinə görə hər dəfə ona növbəti kredit məbləği verilərkən əvvəlki kredit məbləğinin aylıq ödənişinin tutulduğunu, cədvəllərdə bu tutulmaların qeyd olunmadığını, komissiya məbləği hər dəfə fərqli məbləğdə və bu qədər çox ola bilmədiyini, ekspertin rəyində bu çıxılmaların nəzərə alınmadığını bildirərək, məhkəmədən yekun məhkəmə aktı zamanı qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-76/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 97.425,66 manat (doxsan yeddi min dörd yüz iyirmi altı manat, altmış altı qəpik) məbləğində əsas, 27.798,95 manat (iyirmi yeddi min yeddi yüz doxsan səkkiz manat, doxsan beş qəpik) məbləğində faiz borcu, müqavilə üzrə kreditin verilməsi müddəti bitdikdən sonrakı müddət üçün 1366,67 manat (bir min üç yüz altmış altı manat, altmış yeddi qəpik) məbləğində faiz borcu, cəmi 126.591,28 manat (bir yüz iyirmi altı min beş yüz doxsan bir manat iyirmi səkkiz qəpik) məbləğində borc, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti və iddianın qaldırılması ilə bağlı çəkilmiş digər məsrəflərin əvəzi olaraq 31,76 manat (otuz bir manat yetmiş altı qəpik) məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0,05 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 244.000 manat (iki yüz qırx dörd min) məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına ləğv prosesində olan "xxxx" ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh qaytarılması, satışdan əldə edilmiş vəsait ödənilməsi qət edilmiş borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutulması, qiymətləndirici rəylərinin alınmasına görə Cavabdeh 200 (iki yüz) manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" MMC-yə və 300 (üç yüz) manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" MMC-yə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 277 (iki yüz yetmiş yeddi) manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
9. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin yenidən müəyyən edilərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh da apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilərək, iddianın qismən, yəni faktiki borclu olduğu 95.000 manat məbləğində borcun ödənilməsi hissəsində təmin edilməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri
11. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin ipoteka predmetindən cavabdehin istifadə hüququna xitam verilməsi və ipoteka predmetinin boşaldılması hissəsi yalnız ipoteka pedmetinin açıq hərracdan satılmasından (alqısatqı bağlanaraq, hərracın yekunlarına dair protokolu tərtib edildikdən) sonra, yəni mülkiyyətçisi dəyişdikdən sonra icra edilməsi tələb olunur. Həmçinin hazırkı ipoteka predmeti qeyri-yaşayış sahəsi olduğundan, “İpoteka Haqqında” Qanunun 59.3-cü maddəsinə istinad edərək cavabdehin qeyd edilən əmlakdan çıxarılması istisna edilir. Hazırda məhkəmənin gəldiyi nəticə isə gələcəkdə ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra, yeni mülkiyyətçiyə əlavə iddia ilə məhkəməyə müraciət etmək zərurəti yaradır. Bu hal isə məhkəmələrin iş yükünü artırmaqla yanaşı, yeni mülkiyyətçi üçün həm əlavə məhkəmə məsrəflərinə xərc yaradır, həm də vaxt itkisinə səbəb olur. Bundan başqa, ipoteka predmetinin ilkin satış qiyməti düzgün müəyyən edilməyərək, əmlaka real dəyərindən artıq qiymət qoyulmuşdur. Belə ki, məhkəmə iclasları zamanı ipoteka predmeti olan əmlakın likvid dəyərinin müəyyən edilməsi üçün iki dəfə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə isə "xxxx" MMC tərəfindən verilmiş rəyi əsas götürərək, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini 244000 manat müəyyən etmişdir. Lakin, qiymətləndirmə təşkilatı tərəfindən əmlaka real dəyərindən artıq qiymət qoyulmuşdur. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ekspert rəyi reallığı əks etdirmədiyindən və şübhə doğurduğundan, ipoteka predmeti olan Bakı şəhəri, Səbailrayonu, Badamdar şossesi, 20-cisahə ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin ilkin satış dəyərinin (likvid dəyərinin) yenidən müəyyən edilməsi üçün iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi və ekspertizanın keçirilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsiyanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi barədə tərəfindən vəsatət verilsə də, məhkəmə tərəfindən təmin edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilən ipoteka müqaviləsindən də göründüyü kimi 2018-ci ildə ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0.05 ha torpaq sahəsi "xxxx" MMC tərəfindən bazar dəyəri 175000 manat, likvid dəyəri 150000 manat olaraq qiymətləndirilmişdir. Bu halda ipoteka predmeti olan əmlakın 3 il müddətinə müvafiq olaraq bazar dəyərinin 80000 manat, likvid dəyərinin isə 94000 manat artması reallığı əks etdirmədiyindən, ekspert tərəfindən müəyyən olunmuş qiymətlərin həqiqətə uyğun olmadığına əsas verir. Həmçinin, ipoteka predmetinin yerləşdiyi ərazidə ona uyğun göstəricilərdə olan torpaq sahəsinin qiyməti hazırda ipoteka predmeti üçün verilən mütəxəssis rəyində göstərilən qiymətlərdən daha aşağıdır. Belə ki, ekspert rəyində torpağın 0,01 ha sahəsinin qiyməti 51000 manat müəyyən edilsə də, həmin ərazidə torpağın 0,01 ha sahəsinin qiyməti 16000 manat – 22000 manat məbləğindədir.
12. Cavabdehin apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə mühasibatlıq ekspertiza rəyində ziddiyyət olmasına baxmayaraq, məhkəmə təkrar məhkəmə mühasibatlıq ekspertizasını keçirməmiş və qətnamədə ekspertiza rəyləri ilə bank hesabından çıxarışdakı ziddiyyətlərin səbəbini əsaslandıra bilməmiş, təkrar mühasibatlıq ekspertizası keçirilməməsi barədə vəsətətinin təmin edilməməsini əsaslandırmamışdır. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qiymətləndirilən hissədə 100% təmin edildiyini və tam məbləğdə məhkəmə xərclərinin tutulmasını qeyd etsə də, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehdən tam məbləğdə tutula bilməz. Həmçinin cavabdeh ona bank tərəfindən hesablanmış əsas və faiz borcunun məbləğini də mübahisələndirmiş və əsas kimi kreditin müxtəlif vaxtlarda hissələrlə ayrıldığı halda kredit məbləğinə hesablanmış faizlərin müqavilənin bağlandığı tarixdən bütöv məbləğə hesablanması, eləcə də ayrılmış kredit məbləğlərinin bir hissəsinin əvvəlki kredit məbləğləri üzrə əsas və faiz borcların ödənilməsinə silinməsi və ümumi borc hesablanarkən həmin məbləğlərin ödəniş kimi nəzərə alınmamasına istinad etmişdir. Lakin məhkəmə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və həmin ekspertizanın rəyi ilə müqavilə müddətinin bitdiyi tarixə, yəni xx.xx.2021-ci il tarixə cavabdehin mübahisəli müqavilə üzrə əsas borcunun 97.425,66 manat, faiz borcunun 27.798,95 manat olması müəyyən edilsə də, ekspert dindirilmədən, ekspertin də məhz 100 000 manat kreditə faiz hesablanarkən və ödənişlər çıxılarkən ayrı-ayrı vaxtlarda verilmə tarixlərdindən sonra deyil, məhz ilkin kredit verilmə tarixindən 100000 manata faiz hesablanaraq faiz tutulmaları həmin tarixdən əsaslı hesab edilmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili Vəkil təmsil etdikləri şəxslərin (özlərinin) apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
16. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
17. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
18. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
19. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı 95.000 manat əsas borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi hissələri istisna olmaqla digər hissələrdə yoxlanılır.
APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası qeyd edir ki, kredit borcunun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1, 741 və 445.7-ci maddələri təşkil edir.
22. Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir.
23. Belə ki, cavabdeh ilk olaraq birinci instansiya məhkəməsində müqaviləyə əsasən ayrılması nəzərdə tutulmuş 100.000 manat kredit məbləğinin 20.000 manat hissəsinin ona verilmədiyini iddia etmiş və həmin məbləğin verilməsini təsdiq edən kassa məxaric orderindəki imzanın ona məxsus olmasını mübahisələndirmişdir.
24. Cavabdehin mübahisələndirdiyi həmin halın müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 22 oktyabr 2021-ci il tarixli, 4/1363-9/6916 saylı ekspert rəyi verilmişdir.
25. Həmin rəyə əsasən ekspertizaya təqdim olunmuş, xx.xx.2018-ci il tarixli FJB**********745 nömərli məxaric orderində “müştərinin imzası” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli FJB**********265 nömərli məxaric orderində “müştərinin imzası” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli FJB**********597 nömərli məxaric orderində “müştərinin imzası” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli FJB**********056 nömərli məxaric orderində “müştərinin imzası” qrafasındakı imza, xx.xx.2019-cu il tarixli FJB**********979 nömərli məxaric orderində “müştərinin imzası” qrafasındakı imza, xx.xx.2019-cu il tarixli FJB**********245 nömərli məxaric orderində “müştərinin imzası” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli FJB**********301 nömərli məxaric orderində “müştərinin imzası” qrafasındakı imza - eyni şəxs - Cavabdeh tərəfindən icra olunmuşdur.
26. Göründüyü kimi ekspert rəyi ilə kassa məxaric orderlərindəki imzaların cavabdeh tərəfindən icra edilməsi müəyyən edilmişdir.
27. Bundan sonra cavabdeh kassa məxaric orderlərinə əsasən ona ödənilmiş məbləğin cəmi 95.887 manat təşkil etməsini əsas göstərərək ona mübahisəli kredit xətti müqaviləsinə əsasən ayrılması nəzərdə tutulmuş 100.000 manat kredit məbləğinin tam verilmədiyini bildirmişdir.
28. Həmin dəlilə münasibətdə məhkəmə qeyd etmişdir ki, mübahisəli kredit xətti müqaviləsinə əsasən "xxxx" ASC-də cavabdehin adına açılmış bank hesabından çıxarışdan da göründüyü kimi həmin hesabda 100.000 manat məbləğində kredit xətti açılmışdır. Həmin məbləğin bir hissəsi cavabdeh tərəfindən nağdlaşdırılmış (95.887 manat), bir hissəsi kredit üzrə ödənişlər kimi hesabdan silinmiş, qalan hissəsi isə bank tərəfindən aparılmış əməliyyatlar ilə bağlı tutulmalı olan ödənişlərə (kassa əməliyyatları üzrə haqq, komissiya, nağd əməliyyatları üzrə sadələşdirilmiş vergi və s.) yönəldilmişdir. Odur ki, cavabdehin ona verilmiş kredit məbləğinin 100.000 manat məbləğindən az olması barədə dəlillərin əsassız olması açıq-aşkardır.
29. Bundan əlavə, cavabdeh ona bank tərəfindən hesablanmış əsas və faiz borcunun məbləğini də mübahisələndirmiş və əsas kimi kreditin müxtəlif vaxtlarda hissələrlə ayrıldığı halda kredit məbləğinə hesablanmış faizlərin müqavilənin bağlandığı tarixdən bütöv məbləğə hesablanması, eləcə də ayrılmış kredit məbləğlərinin bir hissəsinin əvvəlki kredit məbləğləri üzrə əsas və faiz borcların ödənilməsinə silinməsi və lakin ümumi borc hesablanarkən həmin məbləğlərin ödəniş kimi nəzərə alınmamasına istinad etmişdir.
30. Qeyd olunanların araşdırılması və kredit borcunun məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 22 oktyabr 2021-ci il tarixli, 4/1363-9/6916 saylı ekspert rəyi verilmişdir.
31. Həmin rəyə əsasən iş materiallarında olan hesabdan çıxarış, 12 sentyabr 2018-ci il tarixli, 002 kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh "xxxx" ASCyə olan borcu xx.xx.2021-ci il tarixə əsas kredit borcu 97.425,67 manat, faiz borcu 24.767,93 manat; xx.xx.2021-ci il tarixə əsas kredit borcu 97.425,67 manat, faiz borcu 27.798,95 manat məbləğində müəyyən edilir.
32. "xxxx" ASC tərəfindən verilmiş 1269 saylı, xx.xx.2021-ci il tarixli sonuncu maliyyə arayışı ilə təsdiq edilir ki, Cavabdeh "xxxx" ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə Cavabdeh 97.425,66 manat məbləğində əsas, 27.798,95 manat məbləğində faiz, 1.366,67 manat müqavilə müddəti bitdikdən sonra 5 illik faiz hesablanmış borc olmaqla, cəmi 126.591,28 manat məbləğində kredit borcunun, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı məbləğində borcu vardır.
33. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə xx.xx.2021-ci il tarixli sonuncu maliyyə arayışı, hesabdan çıxarışları və məhkəmə-mühasibatlıq ekspertizasının 22 oktyabr 2021-ci il tarixli, 4/1363-9/6916 saylı rəyini araşdıraraq və Mülki Məcəllənin 741, 739 və 445.7-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, kredit müqaviləsi üzrə əsas və faiz borcunun, o cümlədən müqavilə müddəti bitdikdən sonra illik 5 faiz borcun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
34. Bununla yanaşı kollegiya hesab edir ki, cavabdehin ipoteka predmetindən istifadə hüququna xitam verilməsi və ipoteka predmetinin boşaldılması hissəsində iddia təmin edilə bilməz.
35. Belə ki, birinci instansiya məhkəməsi düzgün olaraq həmin tələblərlə bağlı qeyd etmişdir ki, ipoteka qoyanın ipoteka qoyulmuş əmlak açıq hərracda satılanadək borcu ödəmək, eyni zamanda açıq hərracda ipoteka predmetini əldə etmək hüququ olduğundan, digər tərəfdən ipoteka predmeti olan əmlak açıq hərracdan satılaraq alqı-satqı rəsmiləşdirilənədək həmin əmlak üzrə mülkiyyət hüququ ipoteka qoyana məxsus olduğundan hazırkı mərhələdə məhkəmə qətnaməsi ilə əmlakın boşaldılmasının və Cavabdeh qeyd olunan ipoteka predmetindən istifadə hüququna xitam verilməsinin qət edilməsi hazırkı iş üzrə ipoteka qoyanın qanunla qorunan hüquqlarını pozur.
36. Məsələyə əmlakı açıq hərracda əldə edəcək şəxsin hüquqlarının müdafiəsi baxımından yanaşılsa isə qeyd edilməlidir ki, belə bir məhkəmə qərarın qəbul edilməsi zərurətinin mövcud olması ehtimal edilsə belə ipoteka saxlayanın əmlakı əldə edəcək şəxsin hüquqlarını müdafiə etmək üçün belə bir iddianı qaldırmağa dair subyektiv hüququ mövcud deyildir. Həmçinin, istifadə hüququna xitam verilməsi tələbinə dair iddianın qaldırılmasına o halda hüquqi maraq və zərurət ola bilər ki, həmin hüquq müstəqil əşya hüquq kimi mövcud olsun. Cavabdeh ipoteka predmeti olan torpaq sahəsi üzərində istifadə hüququ isə onun mülkiyyət hüququndan irəli gələn və həmin hüququn tərkib hissəsi olan bir hüquqdur. Belə olan halda isə aydındır ki, torpaq sahəsi açıq hərracda satılaraq Cavabdeh həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna xitam verilərsə, mülkiyyət hüququn tərkib hissəsi olan istifadə hüququna da xitam veriləcəkdir. Odur ki, hazırkı halda cavabdehin ipoteka predmeti olan əmlakdan istifadə hüququna xitam verilməsi tələbinin ayrıca iddia tələbi kimi irəli sürülməsi ipoteka predmetini əldə edəcək şəxsin hüquqlarının müdafiə edilməsi nöqte nəzərdən də zəruri və ağlabatan hesab edilə bilməz.
37. Bununla yanaşı kollegiya hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
38. Belə ki, tərəflər arasında bağlanmış 12 sentyabr 2018-ci il tarixli ipoteka müqaviləsinin 1.6-cı bəndinə əsasən "xxxx" MMC qiymətləndirmə şirkətinin 252920 saylı rəyinə əsasən ipotekanın predmetinin bazar qiyməti 175.000 manat, likvid dəyəri isə 150.000 manat məbləğində müəyyən edilmişdir.
39. Birinci instansiya məhkəməsinin qərardadı əsasında "xxxx" MMC tərəfindən verilmiş 14 iyun 2021-ci il tarixli, LP-100/21 saylı qiymətləndirmə rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin üzərindəki tikililərlə bilikdə real bazar qiyməti 320.000 manat, likvid qiyməti 290.000 manat təşkil edir.
40. Birinci instansiya məhkəməsinin qərardadı əsasında iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və "xxxx" MMC-nin 19 noyabr 2021-ci il tarixli, ƏEM/N 88-1092/21 nömrəli qiymətləndirmə rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 20-ci sahə ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin tikililər nəzərə alınmadan xx.xx.2021-ci il tarixinə bazar dəyəri 255.000 manat, likvid dəyəri 244.000 manat təşkil edir.
41. Göründüyü kimi ekspert rəyləri arasında əhəmiyyətli fərqlər vardır.
42. Qeyd olunanlar nəzərə alınaraq hazırki apelyasiya baxışı zamanı iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və "xxxx" MMC tərəfindən 04 may 2022-ci il tarixli MB 15/0459 saylı ekspert rəyi verilmişdir.
43. Həmin rəyə əsasən Bakı şəhəri, Səbail rayon, Badamdar qəsəbəsi, 20-ci sahə ünvanında yerləşən 500 kv.m torpaq sahəsinin və üzərində inşa edilmiş tikililərin 04 may 2022-ci il tarixə hesablanmış bazar qiyməti 340.000 manat, likvid dəyəri isə 285.000 manat məbləğində müəyyən edilir.
44. Lakin həmin ekspert rəyi kifayət qədər aydın və tam deyildir.
45. Belə ki, rəydən görünür ki, ekspert müqayisəli təhlil apararkən ipoteka predmetinin yerləşdiyi əraziyə aid internet resurslarda yerləşdirilən və satış qiymətləri kifayət qədər yüksək olan torpaq sahələrinin satış elanlarına istinad etmişdir. İddiaçı tərəfin vəsatətinə əlavə olunan ipoteka predmetinin yerləşdiyi əraziyə aid internet resurslarda yerləşdirilən satış elanlarında isə torpaq sahələrinin qiyməti kifayət qədər aşağıdır.
46. Qeyd olunanlar və iddiaçının vəsatəti nəzərə alınaraq iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 14 oktyabr 2022-ci il tarixli 10/4062 saylı ekspert rəyi verilmişdir.
47. Həmin rəyə əsasən Cavabdeh mülkiyyətində olan, Bakı şəhəri, Səbail rayon, Badamdar qəsəbəsi, 20-ci sahə ünvanında yerləşən 500 kv.m torpaq sahəsinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 122,500,0 manat (5,0 sot x 24500) məbləğində, 10% azalma əmsalı tətbiq edilməklə həmin torpaq sahəsinin likvid dəyəri təqribən 110.250.0 manat məbləğində müəyyən edilir. Cavabdeh mülkiyyətində olan, Bakı şəhəri, Səbail rayon, Badamdar qəsəbəsi, 20-ci sahə ünvanında yerləşən 500 kv.m torpaq sahəsinin tikili ilə bilikdə orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 150.000,0 manat (5,0 sot x 30.000) məbləğində, 10% azalma əmsalı tətbiq edilməklə həmin torpaq sahəsinin likvid dəyəri təqribən 135.000.0 manat məbləğində müəyyən edilir.
48. Həmin rəyin məhkəmə eksperti tərəfindən verildiyini, ekspert rəyində ziddiyyətlərin olmadığını və ekspert tərəfindən aparılmış tədqiqatın müfəssəl təsvir olunduğunu nəzərə alaraq kollegiya hesab edir ki, həmin rəy mötəbər sübut kimi qiymətləndirilməli və ipoteka predmetinin ilkin satış qiyməti həmin rəy əsasında müəyyən edilməlidir.
49. Eyni zamanda, ipoteka predmeti olan torpaq sahəsi ilə orada inşa edilmiş tikililərin vahid əmlak təşkil etdiyini nəzərə alaraq kollegiya hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti torpaq sahəsi üzərində olan tikililər nəzərə alınmaqla və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
50. Bu baxımdan kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, ipoteka predmetinin ilkin satış qiyməti 135.000 manat (yüz otuz beş min) manat məbləğində müəyyən edilməlidir.
51. Cavabdeh apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, borcun düzgün hesablanmaması ilə bağlı dəlillər əsaslandırılmayıb. Eyni zamanda iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, sonuncu maliyyə arayışında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Həmçinin ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Cavabdeh isə ekspert rəyinin qeyri-dəqiq olmasını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi cavabdehin istinad etdiyi bütün dəlillərə (kredit məbləğinin tam verilməməsi və s.) qaiymət vermiş və onların əsassız olması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası da həmin əsaslandırma və nəticə ilə razılaşır. Bundan əlavə, birinci instansiya məhkəməsi əsas və faiz borcunun, o cümlədən müqavilə müddəti bitdikdən sonra illik 5 faiz borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi hissəsində hissəsində iddianı tam təmin etmişdir. Göründüyü kimi iddia əsas hissələrdə tam təmin edilmişdir. Ona görə də, məhkəmə düzgün olaraq Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərini cavabdehə aid etmişdir.
52. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-76/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmetinin ilkin satış qiyməti 135000 manat məbləğində müəyyən edilsin. Qətnamə digər mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan cəmi 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vidadi Məmmədov
Vüsalə Baxışova