Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-365/2025 14.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(113)-966/2025 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. DƏDRX-dən verilmiş çıxarışa əsasən İsmayıllı şəhəri, H.Əliyev pr. 294 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı mülkiyyətindədir.
2. İddiaçı məxsus abonent saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya akt əsasında 2023-cü ilin mart ayında 1339,22 manat borc hesablanmışdır.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli arayışına görə fərdi sahibkar İddiaçı məxsus İsmayıllı şəhəri, Heydər Əliyev prosзуkti 294 ünvanında yerləşən binanın fasadında quraşdırılmış qaz sayğacının yoxlanması ilə bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə ümumiyyətlə hər hansı qeydiyyat alınmamışdır.
Birinci instansiya məhkəməsindəki icraat:
4. İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə İsmayillı şəhəri Heydər Əliyev prospekti 294 ünvanda yerləşən binada qazdan istifadəyə görə tələb etdiyi 1339,22 manat məbləğində borcun silinməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İsmayıllı şəhəri Heydər Əliyev prospekti 294 (əvvəllər 47) ünvanda yerləşən binanın mülkiyyətçisidir. Qazdan istifadə ilə bağlı **********00041 saylı abonentdir. Cavabdeh tərəfindən ona məxsus binanin küçə tərəfdən fasadına GRG ********** saylı qaz sayğacı quraşdırılıb. Binada məişət qaz cihazlarından istifadə edilərək qaz sərf olunur. İddiçaçı sayğacın göstəricilərinə əsasən sərf etdiyi qazın pulunu vaxtlı-vaxtında ödəyir. Lakin abonent saldosundan görünür ki, 2023-cü il mart ayında iddiaçıya hansısa aktla 1339,22 manat qalıq borc hesablanıb. Sayğac göstəricilərinə görə isə iddiaçının qalıq borcu olmayıb. Heç bir qanun əsası olmadan birdən-birə qalıq borcunun süni şəkildə 1339,22 manatadək artırılması və həmin məbləğin ödəniləcək qalıq kimi göstərilməsi və tələb edilməsi reallıqdan uzaqdır və həqiqəti əks etdirmir. Bununla bağlı X6 müraciət etdikdə orada şifahi olaraq bildiriblər ki, guya qalıq qaz sayğacında qüsur səbəbindən yaranıb. Lakin sayğacdakı qüsurdan (əgər bu baş vermişsə) iddiaçının xəbəri yoxdur, bununla bağlı onun iştirakı ilə heç bir akt tərtib olunmayıb. Qaz sayğacı iddiaçıya məxsus binadan kənarda, küçədədir. İddiaçı həmin sayğaca nəzarət etmək imkanında deyil, sayğacda olan nasazlıqlara və çatışmamazlıqlara görə də məsuliyyət daşımır. Həmin məsuliyyəti qaz paylayıcı daşıyır.
6. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Etiraz onunla əsaslandırılmışdır ki, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin (Ölçmələrə dair tələblər) 5-ci hissəsinə əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələrin siyahısı, həmin ölçmələrə dair məcburi metroloji tələblər, o cümlədən dəqiqlik göstəriciləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməlidir. Ölçmə vasitəsi olan qaz sayğacında qəbul edilən xəta norması, eləcə də sayğacların dövrü yoxlama müddəti müvafiq icra hakimiyyəti orqanı-Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (Xidmət) tərəfindən müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları’nın (Qaydaların) 4.3-cü bəndinə görə qaz sayğacları Xidmətin müəyyən etdiyi dövlət standartlarının tələblərinə uyğun olaraq yerində xidmət göstərilir və ehtiyac olduqda dövlət yoxlamasından keçirilir. Bu məqsədlə, xx.xx.2023-cü il tarixdə iddiaçı X3 məxsus H.Əliyev prospekti 294 ünvanında yerləşən binada quraşdırılmış qaz sayğacına yerində baxış keçirilmişdir. Baxış zamanı “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının- Xidmətin nümayəndəsinin nəzarəti altında qaz sayğacınin monitorinqi keçirilmiş və sayğac göstəricilərinin xətasının normadan artıq olduğu və minimal sərfiyyatda hesabat aparmadığı barədə rəy verilmişdir. Bu səbəbdən uçota alınmayan qaz həcmi müəyyənləşdirilmişdir. İsmayıllı XS-nin abonenti X2 İsmayıllı XS-nin abonent bazasındakı **********00041 nömrəli abonent koduna 5356,87 m3 - 1339 məbləğində uçotu pozulmuş qazın dəyəri hesablanaraq vurulmuşdur. İddiaçı X2 abonent koduna hesablanaraq vurulmuş 1339 manat məbləğ sayğacın qeydə almadığı uçotu pozulmuş itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Eyni zamanda, dövlət yoxlanılması zamanı normadan artıq xətaya yol verilməsi halları aşkar olunarsa, bu zaman sayğac üzrə uçota alınmayan qaz həcminin qaz paylayıcısı tərəfindən hesablanması “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. Beləliklə, Qaydaların 2 nömrəli əlavəsi olan “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsinin 2.1.5-ci yarımbəndinə əsasən, istehlakçıya verilən qazın həcminin dəqiq uçotunun aparılması məqsədilə dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətası Xidmətin müəyyən etdiyi normalardan artıq olduğu hallarda, faktiki istifadə edilmiş qazın həcmi yenidən hesablanır. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalan”nın 4.2-ci bəndinə uyğun olaraq, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir və 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.3-cü bəndinə əsasən, sənaye qaz qurğularından istifadə edən istehlakçılar (ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan) əsas və köməkçi qaz qurğularını, nəzarət ölçü cihazlarını və avtomatik idarəetmə vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün xüsusi razılıq (lisenziya) almaq şərtilə öz xidmət sahəsini yaratmağı və ya xüsusi razılığı (lisenziyası) olan təşkilatla və ya qaz paylayıcısı ilə texniki xidmət müqaviləsi bağlamağı yerinə yetirməlidirlər. İstehlakçılar tərəfindən bu tələblərin yerinə yetirilməməsi qaz sayğacının istismar müddəti ərzində mexaniki hissələrinin aşınması, ölçü elementlərinin çirklənməsi (texniki amillər) nəticəsində normadan artıq xətalara yol verildiyi səbəbindən real istehlak olunmuş qaz həcminin qaz sayğaclarında uçotunun pozulması ilə nəticələnir. Bu səbəbdən, Cavabdeh İB-nin vəsaiti hesabına abonentlərin qaz xətti üzərində quraşdırılmış sənaye tipli qaz sayğaclarına texniki xidmət göstərilir. Belə ki, istehlakçıların fasiləsiz və etibarlı şəkildə, habelə qazın hesabatının xətasız olaraq aparılmasını və rotorların (turbinin) sərbəst şəkildə işləməsini təmin elmək üçün sayğaclar xətdən çıxarılaraq rotor, turbin və süzgəc hissələri yuyularaq təmizlənir. Belə olan halda, “Qazdan istifadə Qaydaları"nın 3 nömrəli əlavəsi olan “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qszın alqı-satqısı” Müqaviləsinin 2.1.6-cı yarımbəndinə əsasən, istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq vəzifəsi paylayıcının və 2.3.5-ci yarımbəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək öhdəliyi istehlakçının üzərinə qoyulmuşdur. Məlumdur ki, turbin TRZ və rotor RVG tipli qaz sayğacları təmizlənmiş qeyri-aqressiv və rəvan dəyişən axının kommersiya və ya texnoloji uçotu, o cümlədən qaz təchizatı sistemlərində, eləcə də sənaye qaz qurğularında istifadə edilən və TOCT 5542-2014 standartının tələblərinə cavab verən kimyəvi cəhətdən heterogen təbii qaz, həmçinin hava, azot və digər qeyriaqressiv qazların həcminin ölçülməsi üçün nəzərdə tutulmuş ölçmə vasitəsidir. Bir çox hallarda layihəyə uyğun olaraq seçilmiş qaz sayğacı istehlakçılar tərəfindən layihə gücünə uyğun olmayaraq, həmçinin sayğacın minimal sərfölçmə qabiliyyətindən aşağı həddə (səviyyədə) istifadə olunur ki, belə olan halda da qazın sərfi xəta ilə hesablanır və ya sayğacdan qaz keçir, lakin sayğac sərfiyyatı ümumiyyətlə qeyd etmir. Eyni zamanda, sayğacların maksimal sərfölçmə qabiliyyətindən yuxarı həddə (səviyyədə) istifadə olunması hallarına da rast gəlinir ki, bu da öz növbəsində qaz sərfinin hesabatında xətanın yaranmasıra gətirib çıxarır. Buna səbəb, istehlakçılar tərəfindən “Qazdan istifadə Qaydaları”nın 3.4.1-ci yarımbəndinin tələblərinə zidd olaraq özbaşına qaz qurğularının quraşdırılması və qazın alqı-satqısı müqaviləsinin 4.2-ci bəndinin tələblərinə zidd olaraq qaz qurğularının layihə və digər texniki sənədlər əsasında quraşdırılmadığı və istismar edilmədiyini göstərmək olar. Digər tərəfdən, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələr tipi təsdiq edilmiş və yoxlamadan keçmiş ölçmə vasitələrindən istifadə edilməklə, attestasiya edilmiş ölçmə metodikaları (metodları) ilə (birbaşa ölçmələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ölçmə metodikaları (metodları) istisna olmaqla) yerinə yetirilməlidir. Belə ki, İİP 50.2.019- 2006 turbin və rotor tipli sayğaclar vasitəsi ilə ölçmələrin aparılması metodikasına əsasən, təbii qaz ölçülən zaman ölçmə vasitəsinin nisbi xətası standart şəratdə olan qazın sıxlığına görə 0,25 %, qazın tərkibindəki azota görə 3,5 % və karbon qazına görə 4,0 % təşkil edir. Beləliklə, sənaye qaz qurğularından istifadə edən istehlakçılar tərəfindən qazdan istifadə qaydaları və qazın alqı-satqısı müqaviləsi ilə müəyyən olunmuş vəzifələrin yerinə yetirilməməsinə, habelə qaz sayğacının pasport göstəricilərinə uyğun istismar edilməməsinə görə uçota alınmayan qazın həcminin hesablanması məqsədəuyğun hesab edilir. Göstərilənləri nəzərə alaraq, X4 məxsus yerində texniki xidmət göstərilən ELSTER G-100 TRZ EK-230 markalı, 340350C338 nömrəli sənaye tipli qaz sayğacının göstəricilərinə uyğun olaraq ölçmə metodikasına əsasən 5356,87 m3 uçota alınmayan qazın həcmi müəyyən edilmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il e-2-2(113)-966/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı əsassız olaraq hesablanmış 1339,22 manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdehnə həvalə edilməsi,iddia ərizəsi verilərkən ödənilmiş 33,40 manat dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus İsmayıllı şəhəri, H.Əliyev prospekti 294 ünvanında yerləşən qeyri-yaşayış binasında quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, baxış nəticəsində iddiaçıya 1339,22 manat borc hesablanmışdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 1339,22 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Belə olan halda, həmin yoxlamanın (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 1339,22 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamanın hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamanın nəticəsi olaraq hesablanmış həmin borc da əsaslı hesab edilə bilməz. Qeyd olunanlara əsasən iddiaçının abonent hesabına hesablanmış borc məbləği cavabdeh tərəfindən həyata keçirilmiş yoxlama əsasında hesablandığından və həmin yoxlama qanunvericiliyə uyğun olaraq həyata keçirilmədiyindən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçının abonent hesabına hesablanmış 1339,22 manat məbləğində borc silinməlidir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 1339,22 manat borcun silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
10. Cavabdeh İB həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri:
11. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İstehlakçı hazırkı vəziyyətdə dəymiş zərərin əvəzini ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. İstehlakçı tərəfindən bu müqavilənin,“Qazdan istifadə Qaydaları”nın tələblərinin pozulduğu hallarda, həmin halların aradan qaldırılmasını ondan tələb etmək istehlakçıya hazırkı vəziyyətdə dəymiş zərərin əvəzinin ödənilməsi barəsində bildiriş göndərilmişdir. Təqdim edilmiş sənədlər, video və fotoşəkillər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Sadə bir araşdırma ilə mübahisələndirilən borc məbləğlərinin yalnız təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində yaranmış itirilmiş təbii qaza görə aparılmış hesabatlara əsasən yaranmış borc olduğunu birinci instansiya məhkəməsi müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir. Cavabdeh tərəfdən etirazının əsasını təsdiq edən sənədləri, yəni cavabdeh olaraq etiraza əsas olmuş halları sübut etmək üçün iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsasız olmasına dair kifayət qədər sübutlar birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Təbii qazdan qanunsuz istifadəyə əsasən yaranmış borcu düzgün qiymətləndirməmişdir Yaranmış borc təbii qazdan qeyri-qanuni istifadə əsasında hesablanmışdır. Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin (Ölçmələrə dair tələblər) 5-ci hissəsinə əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələrin siyahısı, həmin ölçmələrə dair məcburi metroloji tələblər, o cümlədən dəqiqlik göstəriciləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməlidir. Ölçmə vasitəsi olan qaz sayğacında qəbul edilən xəta norması, eləcə də sayğacların dövrü yoxlama müddəti müvafiq icra hakimiyyəti orqanı–Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (Xidmət) tərəfindən müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (Qaydaların) 4.3cü bəndinə görə qaz sayğacları Xidmətin müəyyən etdiyi dövlət standartlarının tələblərinə uyğun olaraq yerində xidmət göstərilir və ehtiyac olduqda dövlət yoxlamasından keçirilir. Bu məqsədlə, xx.xx.2023-cü il tarixdə iddiaçı X4 məxsus H.Əliyev prospekti 294 ünvanında yerləşən binada quraşdırılmış qaz sayğacına yerində baxış kecirilmişdir. Baxış zamanı “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının - Xidmətin nümayəndəsinin nəzarəti altında qaz sayğacınin monitorinqi keçirilmiş və sayğac göstəricilərinin xətasının normadan artıq olduğu və minimal sərfiyyatda hesabat aparmadığı barədə rəy verilmişdir. Bu səbəbdən uçota alınmayan qaz həcmi müəyyənləşdirilmişdir. İsmayıllı XS-nin abonenti X2 İsmayıllı XS-nin abonent bazasındakı **********00041 nömrəli abonent koduna 5356.87 m – 1339 məbləğində uçotu pozulmuş qazın dəyəri hesablanaraq vurulmuşdur. Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, iddiaçının mübahisələndirdiyi borc məbləği təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış borc olduğundan abonentin özü tərəfindən tam ödənilməlidir və bu tələb tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlməkdədir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.1-ci yarımbəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdiyi qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmiş və etirazını onunla əsaslandırmışdır ki, sayğac göstəricilərinə əsasən hesablanmış qaz pulunu vaxtı-vaxtında ödəmiş, lakin 2023-cü ilin mart ayında na hansısa aktla 1339,22 manat borc hesablanmış, bununla bağlı Qaz İstismar İdarəsinə müraciət etdikdə şifahi olaraq borcun qaz sayğacında qüsur səbəbindən yarandığı bildirilmşdir. Lakin oun sayğacdakı qüsurdan xəbəri yoxdur, onun iştirakı ilə akt tərtib edilməmişdir. Eyni zamanda sayğac küçədə yerləşdiyindən ona nəzarət etmək imkanında deyil.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
13. Tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
14. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
1. “Qaz təchizatı haqqında” Qanunun: - 3-cü maddəsinin 5 və 5-1-ci bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir. -3-cü maddəsinin 5-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
2. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun: -2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. -2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. - 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: -1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmalar, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. -1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
15. AR Nazirlər Kabinetinin 2 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə görə (mübahisəli hüquq münasibətoinin yarandığı dövrdə qüvvədə olmuş redaksiya) qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir).
16. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. - Apellyasiya baxışının hədləri:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
1. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
2. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh İB arasında bağlanmış qazın alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh İB iddiaçıya məxsus binanı qazla təchiz edir. 2023-cü ilin mart ayında Cavabdeh tərəfindən iddiaçıya akt əsasında 1339,22 manat borc hesablanmışdır. Hazırda iddiaçı həmin borcun silinməsini xahiş edir.
3. Kollegiya qeyd edir ki, İddiaçı silinməsini tələb etdiyi 1339,22 manat məbləğində borc Cavabdeh İB tərəfindən sahibkarlıq subyektində keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli arayışına görə fərdi sahibkar İddiaçı məxsus İsmayıllı şəhəri, Heydər Əliyev prosepkti 294 ünvanında yerləşən binanın fasadında quraşdırılmış qaz sayğacının yoxlanması ilə bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə ümumiyyətlə hər hansı qeydiyyat alınmamışdır.
4. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. Odur ki, Cavabdeh İB həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc hesablamaqla haqlı olmamışdır.
5. Cavabdeh İB-nin istinad etdiyi borcun yoxlama nəticəsində hesablanmaması, sayğaca yerində baxış zamanı sayğacın xətasının normadan artıq olmasının aşkar edilməsi və uçota alınmamış qaz həcminin müəyyən edilərək borc olaraq hesablanması barədə dəlillərə münasibətdə kollegiya qeyd edir ki, birincisi, cavabdeh sayğaca baxış zamanı xəta ilə işləməsinin aşkar edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də aşkar edilməsi ehtimal edilən xəta ilə əlaqədar əlavə sərfiyyatın hesablanması qaydası, metodikası barədə məlumat verməmişdir. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunun 2.3-cü maddəsinin məzmunundan göründüyü kimi qaz sayğacının göstəricilərinin oxunması istisna olmaqla Cavabdeh İB-nin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin qanunun yoxlamaların qeydiyyatı ilə bağlı müddəaları şamil olunur. Odur ki, hazırkı halda Cavabdeh İB tərəfindən keçirmiş baxış (yoxlama, monitorinq) sayğacın göstəricilərinin oxunması ilə bağlı olmadığından necə adlandırılmasından asılı olmayaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun təsiri altına düşür.
6. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən hesablanmış 1339,22 manat məbləğində borcun silinməsi barədə düzgün nəticəyə gəlmişdir.
7. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
8. Apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
9. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-966/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov