Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-366/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh6, Cavabdeh8, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh7 və Cavabdeh5 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, e-2-2(113)-132/2023 nömrəli qətnaməsindən iddiaçı və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh6, Cavabdeh8, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh7 və Cavabdeh5 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-132/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh6 və Cavabdeh8 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 09 iyul 2018-ci il tarixli, 6-BİZ-3-0-105-18 saylı baş kredit müqaviləsinə bağlanmış 09 iyul 2018-ci il tarixli, 6-BİZ-3-0-105-18/1 saylı kredit verilməsinə dair razılaşma üzrə 412034 (dörd yüz on iki min otuz dörd) manat əsas borc, 64890,98 manat (altmış dörd min səkkiz yüz doxsan manat doxsan səkkiz qəpik) faiz, 869,50 manat (səkkiz yüz altmış doqquz manat əlli qəpik) cərimə borcu olmaqla, cəmi 477794,48 manat (dörd yüz yetmiş yeddi min yeddi yüz doxsan dörd manat qırx səkkiz qəpik) kredit borcu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun və 120 (yüz iyirmi) manat xidmət haqqının, 07 avqust 2018-ci il tarixli, 6-BİZ-4-0-123- 18 saylı baş kredit müqaviləsinə bağlanmış 09 avqust 2018-ci il tarixli, 6-BİZ-4-0-123-18/1 saylı kredit verilməsinə dair razılaşma üzrə 258153 (iki yüz əlli səkkiz min yüz əlli üç) manat əsas borc, 41151,55 manat (qırx bir min yüz əlli bir manat əlli beş qəpik) faiz, 543,34 manat (beş yüz qırx üç manat otuz dörd qəpik) cərimə borcu olmaqla, cəmi 299847,89 manat (iki yüz doxsan doqquz min səkkiz yüz qırx yeddi manat səksən doqquz qəpik) kredit borcunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 (altmış) manat dövlət rüsumu və 120 (yüz iyirmi) manat xidmət haqqının, 22 oktyabr 2018-ci il tarixli, 6-BİZ-5-0-182-18 saylı baş kredit müqaviləsinə bağlanmış 22 oktyabr 2018-ci il tarixli, 6-BİZ-5-0-182-18/1 saylı kredit verilməsinə dair razılaşma üzrə 212174 (iki yüz on iki min yüz yetmiş dörd) manat əsas borc, 32759,70 manat (otuz iki min yeddi yüz əlli doqquz manat yetmiş qəpik) faiz, 742,63 manat (yeddi yüz qırx iki manat altmış üç qəpik) cərimə borcu olmaqla, cəmi 245676,33 manat (iki yüz qırx beş min altı yüz yetmiş altı manat otuz üç qəpik) kredit borcunun, 400 (dörd yüz) manat mediasiya xərcinin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 857 manat (səkkiz yüz əlli yeddi manat) və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun və 90 (doxsan) manat xidmət haqqının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın 09 iyul 2018-ci il tarixli, 6-BİZ-3-0-105-18 saylı baş kredit müqaviləsinə bağlanmış 9 iyul 2018-ci il tarixli, 6-BİZ-3-0-105-18/1 saylı kredit verilməsinə dair razılaşma üzrə Cavabdeh8 məxsus, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində yerləşən 4 otaqlı, 261.37 kv.m ümumi, 66.2 kv.m yaşayış, 195.17 kv.m yardımçı sahədən ibarət 15K nömrəli fərdi yaşayış evinə, Cavabdeh8 məxsus, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0.11668 ha sahədən ibarət torpaq sahəsinə, Cavabdeh8 məxsus, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinə və Cavabdeh8 məxsus, ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən 0.12 ha sahədən ibarət torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh8 qaytarılması, tutmanın 07 avqust 2018-ci il tarixli, 6-BİZ-4-0-123-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 09 avqust 2018-ci il tarixli, 6-BİZ-4-0-123-18/1 saylı kredit verilməsinə dair razılaşma üzrə Cavabdeh8 məxsus, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsində yerləşən 2 otaqlı, 55.5 kv.m ümumi, 36.8 kv.m yaşayış sahədən ibarət 40 nömrəli evin 2 nömrəli mənzilinə, Cavabdeh8 məxsus, ipoteka predmeti olan Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 4-cü küçə, 12 nömrəli həyətyanı sahə ünvanında yerləşən 0.06 ha sahədən ibarət torpaq sahəsinə, Cavabdeh2 məxsus, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən 2 otaqlı, 47.7 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 3 nömrəli mənzilinə və Cavabdeh3 məxsus, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən 3 otaqlı, 118.9 kv.m ümumi, 61.4 kv.m yaşayış və 57.5 kv.m yardımçı sahədən ibarət 115 nömrəli evin 87 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ müvafiq olaraq Cavabdeh8, Cavabdeh2 və Cavabdeh3 qaytarılması, tutmanın 22 oktyabr 2018-ci il tarixli, 6-BİZ-5-0-182-18 saylı baş kredit müqaviləsinə bağlanmış 22 oktyabr 2018-ci il tarixli, 6-BİZ-5-0-182-18/1 saylı kredit verilməsinə dair razılaşma üzrə Cavabdeh8 məxsus, ipoteka predmeti olan ünvan 5 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinə, Cavabdeh8 məxsus, ipoteka predmeti olan ünvan 6 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinə və Cavabdeh7 məxsus, ipoteka predmeti olan ünvan 7 ünvanında yerləşən 85.7 kv.m ümumi sahədən ibarət 135 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ müvafiq olaraq Cavabdeh8 və Cavabdeh7 qaytarılması, ipoteka predmeti olan, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində yerləşən 4 otaqlı, 261.37 kv.m ümumi, 66.2 kv.m yaşayış, 195.17 kv.m yardımçı sahədən ibarət 15K nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 360000 (üç yüz altmış min) manat, ünvan 1 ünvanında yerləşən 0.11668 ha sahədən ibarət torpaq sahəsinin ilkin satış qiyməti 96000 (doxsan altı min) manat, ünvan 2 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinin ilkin satış qiyməti 66000 (altmış altı min) manat, ünvan 3 ünvanında yerləşən 0.12 ha sahədən ibarət torpaq sahəsinin ilkin satış qiyməti 99000 (doxsan doqquz min) manat, Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsində yerləşən 2 otaqlı, 55.5 kv.m ümumi, 36.8 kv.m yaşayış sahədən ibarət 40 nömrəli evin 2 nömrəli mənzilin ilkin satış qiyməti 122000 (yüz iyirmi iki min) manat, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 4-cü küçə, 12 nömrəli həyətyanı sahə ünvanında yerləşən 0.06 ha sahədən ibarət torpaq sahəsinin ilkin satış qiyməti 34000 (otuz dörd min) manat, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən 2 otaqlı, 47.7 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 3 nömrəli mənzilin ilkin satış qiyməti 64000 (altmış dörd min) manat, Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən 3 otaqlı, 118.9 kv.m ümumi, 61.4 kv.m yaşayış və 57.5 kv.m yardımçı sahədən ibarət 115 nömrəli evin 87 nömrəli mənzilin ilkin satış qiyməti 261000 (iki yüz altmış bir min) manat, ünvan 5 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinin ilkin satış qiyməti 95000 (doxsan beş min) manat, ünvan 6 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinin ilkin satış qiyməti 95000 (doxsan beş min) manat və ünvan 7 ünvanında yerləşən 85.7 kv.m ümumi sahədən ibarət 135 nömrəli mənzilin ilkin satış qiyməti 118000 (yüz on səkkiz min) manat müəyyən edilməsi, ipoteka predmetləri olan, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində yerləşən 4 otaqlı, 261.37 kv.m ümumi, 66.2 kv.m yaşayış, 195.17 kv.m yardımçı sahədən ibarət 15K nömrəli fərdi yaşayış evinə, ünvan 1 ünvanında yerləşən 0.11668 ha sahədən ibarət torpaq sahəsinə, ünvan 2 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinə, ünvan 3 ünvanında yerləşən 0.12 ha sahədən ibarət torpaq sahəsinə, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 4-cü küçə, 12 nömrəli həyətyanı sahə ünvanında yerləşən 0.06 ha sahədən ibarət torpaq sahəsinə, ünvan 5 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinə, ünvan 6 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh8 həmin əmlaklardan çıxarılması və əmlakların boşaldılaraq təhvil verilməsi, ipoteka predmeti olan, Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsində yerləşən 2 otaqlı, 55.5 kv.m ümumi, 36.8 kv.m yaşayış sahədən ibarət 40 nömrəli evin 2 nömrəli mənzilinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh8, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılaraq təhvil verilməsi, ipoteka predmeti olan, ünvan 7 ünvanında yerləşən 85.7 kv.m ümumi sahədən ibarət 135 nömrəli mənzilinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh7 və Cavabdeh5 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılaraq təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 132/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Cavabdeh6 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 132/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən Bakı Kommersiya Məhkəməsinin 19 mart 2024-cü il tarixli məktubu daxil olmuşdur. Həmin məktubda hazırkı iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-132/2023 saylı qətnaməsindən Cavabdeh8 tərəfindən apellyasiya şikayəti verildiyi bildirilmiş və işin həmin Məhkəməyə göndərilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iştirak etmiş, cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Kollegiya hesab edir ki, iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 362, 363 və 364-cü maddələrinin mənasına görə, apellyasiya şikayəti işə baxmış birinci instansiya məhkəməsinə təqdim edilir və birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qəbul və ya qaytarılması məsələsini müzakirə edir. MPM-nin tələblərinə cavab verən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmçinin Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı maddələrinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bu baxımdan kollegiya hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 23 iyun 2023cü il tarixli e-2-2(113)-132/2023 saylı qətnaməsindən iddiaçı və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli və iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 23 fevral 2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh6, Cavabdeh8, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh7 və Cavabdeh5 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya mübahisəsi apellyasiya baxışından çıxarılsın. İş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-366/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-366/2024
04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver