Məhkəmə qərarları › İş №2-2(103)-369/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-369/2020

27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-369/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu Həsənov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndələri X6, X7, X8, X11, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh4, cavabdeh “xxxxxxxxxxxxx” Şirkətinin vəkili Əliyeva Könül Nəriman qızının iştirakı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-32/2015 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2015-ci il tarixli qətnaməsindən cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC, “Azər Aqro LTD” şirkəti və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxxxxxxx” ASC cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxx” ASC, “Azər Aqro LTD” şirkəti, “Azəri-Kuban” Azərbaycan-Rusiya MMM və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəri-Kuban” Azərbaycan-Rusiya MMM-dən və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə xx xxxxxx 2009-cu il tarixli AK/M038/2009 saylı müqaviləyə əsasən əsas borc üzrə 401999,51 manat, faiz borcu üzrə 47526,59 manat, cərimə borcu üzrə 1377043,3 manat və xx xxx 2010-cu il tarixli AK/M/020/2010 saylı müqaviləyə əsasən əsas borc üzrə 982572,02 manat, faiz borcu üzrə 100498,78 manat, cərimə borcu üzrə 2404746,11 manatın tutulması, “xxxxxxxxxxxxx” şirkətindən və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə xx xxxx 2011-ci il tarixli AK141/2011 saylı müqaviləyə əsasən əsas borc üzrə 500000 manat, faiz borcu üzrə 104417,60 manat, cərimə borcu üzrə 591399,63 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, “Azəri-Kuban” Azərbaycan-Rusiya MMM ilə bağlanmış xx xxxxxx 2009-cu il tarixli AK/M/038/2009 saylı və xx xxx 2010-cu il tarixli AK/M/020/2010 saylı, “xxxxxxxxxxxxx” şirkəti ilə bağlanmış xx xxxx 2011-ci il tarixli AK141/2011 saylı kredit müqavilələrinin ləğv edilməsi, tələbin cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, A.Mustafayev küçəsi, 26 ünvanda yerləşən əmlak kompleksinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsait hesabına cavabdehlər “Azəri-Kuban Azərbaycan-Rusiya” MMM və “xxxxxxxxxxxxx” şirkətinin iddiaçıya olan borcunun ödənilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(81)-32/2015 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, “Azəri-Kuban Azərbaycan-Rusiya” MMM-dən və Cavabdeh4 müştərək qaydada 2009-cu il 10 dekabr tarixli AK/M038/2009 saylı müqaviləyə əsasən əsas borc üzrə 401999,51 manat, faiz borcu üzrə 47526,59 manat, 2010-cu il 14 may tarixli AK/M/020/2010 saylı müqaviləyə əsasən əsas borc üzrə 982572,02 manat, faiz borcu üzrə 100498,78 manat, “xxxxxxxxxxxxx” Şirkətindən və Cavabdeh4 müştərək qaydada 2011-ci il 14 iyun tarixli AK141/2011 saylı müqaviləyə əsasən əsas borc üzrə 500000 manat, faiz borcu üzrə 104417,60 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, “Azəri-Kuban Azərbaycan-Rusiya” MMM ilə bağlanmış 2009-cu il 10 dekabr tarixli AK/M/038/2009 saylı və 2010-cu il 14 may tarixli AK/M/020/2010 saylı, “xxxxxxxxxxxxx” şirkəti ilə bağlanmış 2011-ci il 14 iyun tarixli AK141/2011 saylı kredit müqavilələrinin ləğv edilməsi, borc məbləğlərinin “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, A.Mustafayev küçəsi, 26 ünvanda yerləşən əmlak kompleksinə yönəldilməsi, əmlakın açıq hərracda satılması və əldə olunan vəsait hesabına cavabdehlər “Azəri-Kuban Azərbaycan-Rusiya” MMM və “xxxxxxxxxxxxx” şirkətinin iddiaçıya olan borcunun ödənilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun cavabdehlərin başqa əmlaklarına yönəldilməklə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC, “Azər Aqro LTD” şirkəti və Cavabdeh4 apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən yəni, iddia tələblərinin qismən təmin edilmiş hissəsində, ləğv edilməsi və təmin edilmiş hissədə iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə sübutların əldə edilməsi, həqiqi halların aydınlaşdırılması, obyektiv nəticə üçün xüsusi biliyə malik mütəxəssis rəyinin vacibliyi aşkar olduğu halda, məhkəmə mühasibatlıq ekspertizasının həyata keçirilməsi ilə bağlı prosessual tələblərə riayət etməmiş, iş üçün əhəmiyyəti olan hallara hüquqi qiymət verməmişdir. Belə ki, kredit müqavilələrin və ödəmə qrafiklərinin məzmunundan bəlli olur ki, kredit 5 il müddətinə verilmiş və iddia verilən müddətdə kredit müqavilələri üzrə müqavilə müddətləri hələ bitməmişdir. Müddəti bitməmiş müqavilə üzrə qalmış müddətlər üçün faizlərin tələb edilməsi isə yolverilməzdir. İstinad edilən üç kredit müqaviləsinin və onlara əlavə olunan ödəniş cədvəllər üzrə tələb məbləği ilə cavabdehlər tərəfindən kreditin qaytarılması üzrə edilmiş ödənişləri qarşılıqlı üzləşdirdikdə, iş üzrə məhkəmənin son araşdırma başa çatan tarixə, aşkar şəkildə görünür ki, “xxxxxxxxxxxx” ASC ilə cavabdeh “Azər Aqro LTD” şirkəti arasında mövcud xx.xx.2010-cu il tarixli AK/M/020/2010 saylı kredit müqaviləsinə əsasən ******* manat əsas borcdan 25760 manat, 212579 manat hesablanmalı olan faiz borca qarşı 178475 manat ödəməklə, müqavilə üzrə əsas borc qalığı 974240 manat, faiz borcu isə 34104 manat, cəmi ******* manat, “Azəri Kuban Azərbaycan Rusiya” MMM arasında mövcud xx.xx.2009-cu il tarixli AK/M/038/2009 saylı kredit müqaviləsinə əsasən ******* əsas borcdan 620894 (609472 + 11422) manat, 211353 manat hesablanmalı olan faiz borca qarşı 211402 manat silinməklə, müqavilə üzrə əsas borc qalığı 390573 manat (faiz borcuna 11426 manat artıq silinmişdir) təşkil edir. xx.xx.2011-ci il tarixli AK/141/2011 saylı kredit müqaviləsinə əsasən 500000 manat əsas borcdan ödəniş olmamış, 99984 manat hesablanmalı olan faiz borca qarşı da ödənişlər silinməmiş, müqavilə üzrə əsas borc qalığı 500000 manat, qrafik üzrə tam faiz borcu 99984 manat olmaqla, cəmi 599984 manat borc qalmışdır. Adi hesablama ilə iddiaçı tərəfindən verilmiş sənədlərin əsasında aydın olur ki, müqavilənin iddiaçı tərəfindən birtərəfli qaydada xitam verilmə tarixinə, yəni qətnamə qəbul edilən anına cavabdeh şirkətlərin qrafik üzrə 18533391 manat əsas borc və 122662 manat faiz borcu müəyyən edilir. Bundan başqa əmanət hesabından girov qismində kredit borcuna silinmiş 550000 manat əmanət üzrə əsas məbləğ və ona hesablanmalı 492000 manat divident üzrə faiz məbləği nəzərə alınsa, nəticə xx.xx.2011-ci il tarixli müqavilə üzrə əsas borc qalığı 62443 manat, qrafik üzrə faiz borcu isə 0 manat olmaqla, cəmi 62433 manat borc qalmışdır. Bununla da cavabdeh şirkətlərin qətnamə qəbul edilən gün ümumilikdə faktiki borcların cəmi ******* manat əsas, 22678 manat faiz borcu olmuşdur. Lakin məhkəmə cavabdehlər tərəfindən edilmiş ödənişləri, eyni zamanda əmanət bankında girov qismində kredit borcuna silinmiş 550000 manat əmanət və ona hesablanmış 492000 manat divident üzrə faiz məbləği nəzərə alınmamış, bununla da cavabdehlərin üzərinə müqavilədən kənar ödənişlə bağlı əsas borc qismində 457325 (1884571 – 1427246) manat, faiz borcu qismində isə 229765 (252443 – 22678) manat olmaqla, cəmi 149539 manat əlavə öhdəliklər qoymuşdur. Həmçinin məhkəmə tərəfindən iddiaçı tərəfin tələbi əsasında kredit müqaviləsinə xitam verilməsi və kredit məbləğləri daha yüksək məbləğdə olan ipoteka əmlakları əsasında girovla təmin edildiyi təqdirdə, tələbin borclularla birgə onların təsisçilərindən biri olan Cavabdeh4 qarşı da müştərək qaydada yönəldilməsi, həmçinin cavabdehlərin əlavə əmlaklarına yönəldilməsi düzgün hesab edilə bilməz. Belə bir tələbin təmin edilməsi hazırkı iş üzrə tərəflərin münasibətlərinin nəzərə alınmamasından, girov və zaminlik əlaqələrinin düzgün qiymətləndirilməməsindən irəli gəlmişdir. Daha sonra cavabdehlər apellyasiya şikayətinə əlavə verərək, həmin qətnamənin maddi və prosessual normaların pozulması nəticəsində qəbul edilməsi, eləcə də, iş üzrə mövcud ekspertiza rəyləri nəzərə alınaraq qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2-2(103)-08/2017 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia rədd olunmuşdur. İddiaçı “xxxxxxxxxxxx” ASC həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-2(102)-63/2018 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün həmin Məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-2(103)-84/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia rədd olunmuşdur. İddiaçı “xxxxxxxxxxxx” ASC həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020 tarixli 2-2(102)-15/2020 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-2(103)-84/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Cavabdeh4, cavabdehlər “xxxxxxxxxxxxx” Şirkətinin və “Azəri- Kuban Azərbaycan-Rusiya” MMM-nin nümayəndəsi və vəkili X13, cavabdeh “xxxxxxxxxxxxx” Şirkətinin vəkili Əliyeva Könül Nəriman qızı apellyasiya şikayətini müdafiə etdilər, iddiaçının nümayəndələri X14, X15, X16, X17 və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə isə apellyasiya şikayətinə etiraz etdilər. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, “xxxxxxxxxxxx” ASC ilə “Azəri-Kuban” Azərbaycan-Rusiya MMM arasında xx xxxxxx 2009-cu il tarixli AK/M/038/2009 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən “Azəri-Kuban Azərbaycan- Rusiya” MMM-ə 60 ay müddətinə, 6% dərəcəsi (24 ay güzəşt müddəti) ilə ******* manat məbləğində kredit verilmişdir. Eyni tərəflər arasında xx xxx 2010-cu il tarixli AK/M/020/2010 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən “Azəri-Kuban Azərbaycan- Rusiya” MMM-ə 60 ay müddətinə, 6% dərəcəsi (24 ay güzəşt müddəti) ilə ******* manat məbləğində kredit verilmişdir. Həmçinin “xxxxxxxxxxxx” ASC ilə “xxxxxxxxxxxxx” şirkəti arasında xx xxxx 2011-ci il tarixli AK141/2011 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən “xxxxxxxxxxxxx” şirkətinə 60 ay müddətinə, 6% dərəcəsi (24 ay güzəşt müddəti) ilə 500000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilələr üzrə alınmış kreditlərin təminatı olaraq “xxxxxxxxxxxx” ASC ilə Cavabdeh4 arasında xx xxxxxx 2009-cu il tarixli ZM/M/008/2009 saylı, 2010-cu il 14 may tarixli ZM/M/003/2010 saylı və 2012-ci il 3 oktyabr tarixli ZM035/2012 saylı zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən zamin Cavabdeh4 borclular “Azər Aqro LTD” şirkəti və “Azəri-Kuban Azərbaycan-Rusiya” MMM-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onlarla birgə məsuliyyət daşıyır. Eyni zamanda, həmin müqavilələr üzrə alınmış kreditlərin təminatı olaraq “xxxxxxxxxxxx” ASC ilə “xxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında xx xxxxxx 2009-cu il tarixli AK/M/039/2009 saylı ipoteka müqaviləsi və xx xxx 2010-cu il tarixli razılaşma, habelə, xx xxxx 2011-ci il tarixli AK145/2011 saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və müqavilələrə əsasən “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə məxsus ünvan 2 ünvanında yerləşən əmlak kompleksi “xxxxxxxxxxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı bildirir ki, cavabdehlər müqavilələr öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişlər və xx xxx 2015-ci il tarixə cavabdeh “Azəri-Kuban Azərbaycan-Rusiya” MMM-in xx xxxxxx 2009-cu il tarixli AK/M038/2009 saylı kredit müqaviləsinə əsasən əsas borcu 401999,51 manat, faiz borcu 47526,59 manat, cərimə borcu 1377043,3 manat və xx xxx 2010-cu il tarixli AK/M/020/2010 saylı kredit müqaviləsinə əsasən əsas borcu 982572,02 manat, faiz borcu 100498,78 manat, cərimə borcu 2404746,11 manat; “xxxxxxxxxxxxx” şirkətinin xx xxxx 2011-ci il tarixli AK141/2011 saylı kredit müqaviləsinə əsasən əsas borcu 500000 manat, faiz borcu 104417,60 manat, cərimə borcu 591399,63 manat təşkil edir. Cavabdeh “xxxxxxxxxxxxx” Şirkətinin nümayəndəsi birinci instansiya məhkəməsində yalnız kredit borcunun məbləğinin şişirdilməsinə istinad etmiş və qeyd etmişdir ki, iddiaçı bank kredit məbləğlərini gec verdiyinə görə şirkət itkilərlə üzləşmiş və bununla da, ona maddi zərər dəymişdir. Apellyasiya şikayətində isə cavabdehlər kredit borcunun məbləğlərini mübahisələndirmiş və kredit müqavilələri üzrə cəmi ******* manat əsas, 22678 manat faiz borcu olduğunu etiraf etmişlər. Apellyasiya şikayətinə əlavədə isə cavabdehlər kredit müqavilələri üzrə borcun tam ödənildiyinə istinad edərək, ümumiyyətlə iddiaya etiraz etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının hədlərinə aid hissədə iddia əsaslıdır. Belə ki, əsas və faiz borcunun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1 və 741-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir (741). Hazırkı işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur. Belə ki, tərəflər arasında yuxarıda qeyd olunan 3 ədəd kredit müqaviləsinin bağlanması mübahisəsizdir və hazırda mübahisə kredit borcunun mövcud olub-olmaması ilə bağlıdır. İddiaçı iddia tələbində göstərilən məbləğdə kredit borcunun ödənilməsi tələbini irəli sürmüşdür. Cavabdehlər isə əvvəlcə birinci instansiya məhkəməsində kredit borcunun şişirdilməsinə istinad etmiş, lakin daha sonra apellyasiya baxışı zamanı məhkəməyə 10 ədəd ödəniş qəbzin kserosurətini və bir günlük hesabdan çıxarışların kserosurətlərini təqdim edərək, borcun tamamilə ödənildiyini və müqavilələr üzrə heç bir borcun qalmadığını bildirmişlər. Kredit borcunun müəyyən edilməsi məqsədilə işə birinci dəfə apellyasiya qaydasında baxılarkən, Bakı Apelyasiya Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2-2(103)- 251/16 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin vəsatəti əsasında cavabdehlər tərəfindən hesabdan çıxarış və digər maliyyə sənədləri ilə yanaşı daha əvvəl ümumiyyətlə məhkəməyə təqdim edilməmiş 10 ədəd ödəniş qəbzinin kserosurətləri təqdim edilmişdir. Təqdim edilmiş sənədlər əsasında Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxx 2016-cı il tarixli 10831 saylı ekspert rəyi verilmişdir (cild 4, i/v 183). Həmin rəydə göstərilmişdir ki, təqdim olunmuş hesabdan çıxarış və ödəniş qəbzləri, xx xxxxxx 2009-cu il tarixli AK/M/038/2009 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2013-cü il tarixə «Azəri-Kuban Azərbaycan-Rusiya» MMM-in “xxxxxxxxxxxx” ASC-yə olan borcu 13953,43 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 0,0 manat, faiz borcu 13953,43 manat. «Azəri-Kuban Azərbaycan-Rusiya» MMM tərəfindən «xxxxxxxxxxxx» ASC-yə xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək ümumilikdə 10308 manat məbləğində ödəniş aparılmışdır. Qeyd olunan ödənişlər nəzərə alındıqda «Azəri-Kuban Azərbaycan-Rusiya» MMM-in «xxxxxxxxxxxx» ASC-yə olan borcu 3645,43 (13953,43 - 10308,0) manat məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 0,0 manat, faiz borcu 3645,43 manat. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış və ödəniş qəbzləri, xx xxx 2010-cu il tarixli AK/M/020/2010 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2012-ci il tarixə «Azəri-Kuban Azərbaycan-Rusiya» MMM-nin “xxxxxxxxxxxx” ASCyə olan borcu 6438,21 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 0,0 manat; faiz borcu 6438,21 manat. «Azəri-Kuban Azərbaycan-Rusiya» MMM tərəfindən «xxxxxxxxxxxx» ASC-yə xx.xx.2012-cü il tarixdən xx.xx.2015-cı il tarixədək ümumilikdə 79159,21 manat məbləğində ödəniş aparılmışdır. Qeyd olunan ödənişlər nəzərə alındıqda «Azəri-Kuban Azərbaycan-Rusiya» MMM-in “xxxxxxxxxxxx” ASC-yə xx xxx 2010-cu il tarixli AK/M/020/2010 saylı kredit müqaviləsi üzrə 72721,00 (79159,21-6438,21) manat məbləğində artıq ödənişin aparıldığı müəyyən edildi. Həmçinin rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş ödəniş qəbzləri hesabdan çıxarış məlumatları, xx xxxx 2011-ci il tarixli AK141/2011 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2011-ci il tarixə “Azər-Aqro LTEF şirkətinin “xxxxxxxxxxxx” ASC-yə olan borcu 505083,13 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 500000 manat; faiz borcu 5083,13 manat; Yuxarıda qeyd olunanlardan başqa qeyd olunur ki, məhkəmənin xx xxxxxxx 2016-cı il tarixli məktubu ilə təqdim olunmuş ödəniş qəbzləri məlumatlarından göründüyü kimi «xxxxxxxxxxxxx» şirkəti tərəfindən «xxxxxxxxxxxx» ASC-yə xx.xx.2013-cü il tarixdə 52916,67 manat, xx.xx.2013-cü il tarixdə 13889 manat, xx.xx.2012-ci il tarixdə 500000 manat xx.xx.2015-ci il tarixdə 49583,34 manat, xx.xx.2015ci il tarixdə 13885 manat olmaqla ümumilikdə 630274,0 manat məbləğində ödəniş etmişdir. Qeyd olunan ödənişlər nəzərə alındıqda «Azər -Aqro LTD» şirkətinin “xxxxxxxxxxxx” ASC-yə xx xxx 2010-cu il tarixli AK/M/020/2010 saylı kredit müqaviləsi üzrə 125190,87 (630274-505083,13) manat məbləğində artıq ödənişin aparıldığı müəyyən edildi. Həmin ekspert rəyi məhkəmə kollegiyasının iclasında tədqiq edilərkən, iddiaçı bank tərəfindən ekspert tədqiqatı zamanı ödəniş kimi nəzərə alınan 10 ədəd ödəniş qəbzinin həqiqiliyi mübahisələndirilmişdir. Qeyd olunanlar, habelə cavabdehlər tərəfindən məhkəmə kollegiyasına bank hesablarından çıxarışlar və ödəmə qəbzləri təqdim edilməsi və onlarda olan göstəricilərin tərəflərin qarşılıqlı münasibətlərində mübahisələrin yaranmasına gətirib çıxarması Maliyyə X5ndan mütəxəssis cəlb edilməklə, iş üzrə yenidən məhkəmə ekspertizası keçirilməsini zəruri etmiş və bununla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2-2(103)-251/16 saylı yeni qərardadı ilə (sonradan isə əlavə materialların təqdim edilməsi ilə bağlı xx.xx.2017-ci il tarixli) iş üzrə əlavə-komisyon, kompleks məhkəmə mühasibatlıq və sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli 197/474 saylı və xx xxxx 2017-ci il tarixli 11774 saylı sənədlərin texniki ekspertizası rəylərinə (1-5-ci bəndləri) əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən 10 ədəd (165,49 manat məbləğə dair 437 №-li xx.xx.2011-ci il tarixli, 4166,67 manat məbləğə dair 437 №-li xx.xx.2011-ci il tarixli, 401999,51 manat məbləğə dair 1113 №-li xx.xx.2013-cü il tarixli, 998374,99 manat məbləğə dair 437 №-li xx.xx.2012ci il tarixli, 4000 manat məbləğə dair 437 №-li xx.xx.2011-ci il tarixli, 52916,67 manat məbləğə dair nömrəsiz xx.xx.2013-cü il tarixli, 500000 manat məbləğə dair nömrəsiz xx.xx.2012-ci il tarixli, 13889,00 manat məbləğə dair nömrəsiz xx.xx.2013-cü il tarixli, 49583,34 manat məbləğə dair nömrəsiz xx.xx.2015-ci il tarixli, 13885,00 manat məbləğə dair nömrəsiz xx.xx.2015-ci il tarixli) ödəmə qəbzləri-onların mətni, imzalar və ştamp əksləri çap üsulu vasitəsilə, elektrofotoqrafik aparatlardan istifadə edilməklə və başqa sənəddən köçürülmə yolu ilə, tarix göstəricilərinin rəqəmləri isə kompüter qrafik təminatından istifadə olunmaqla icra olunmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən sonradan təqdim edilən 10 ədəd qəbzin müxtəlif üsul və vasitələrin köməyi ilə yaradılan saxta qəbzlər olması ekspert rəyi ilə təsdiq olunmuşdur. Qeyd olunan hallar nəzərə alınaraq birinci apelyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən xx xxxxxx 2016-cı il tarixli qərardadla əlavə komisyon, kompleks məhkəmə ekspertizası təyin edilmiş və Maliyyə X5 tərəfindən xx xxxx 2017-ci il tarixli rəy məhkəməyə təqdim edilmişdir (cild 7, i/v 121-129). Həmin rəyə əsasən (6-cı sual üzrə) ödənişlər hesablardan çıxarışlarda və kassa kitabında mövcud deyil. (12-ci sual üzrə) iş materiallarına əlavə edilmiş 10 ədəd qəbzlərdəki qeyd olunan ödənişlər cari hesab çıxarışlarında və ya kassa sənədlərində öz əksini tapmamışdır. xx xxxxxx 2009-cu il tarixli AK/M/038/2009 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş cari hesab çıxarışında əks olunan kredit müqaviləsi üzrə borcalanın xx.xx.2015-ci il tarixə olan əsas borcu 423480,27 manat, faiz borcu 34125,82 manat; xx xxx 2010-cu il tarixli AK/M/020/2010 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş cari hesab çıxarışında əks olunan kredit müqaviləsi üzrə borcalanın xx.xx.2015-ci il tarixə olan əsas borcu 985523,71 manat, faiz borcu 97772,67 manat; xx xxxx 2011-ci il tarixli AK141/2011 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş cari hesab çıxarışında əks olunan kredit müqaviləsi üzrə borcalanın xx.xx.2015-ci il tarixə olan əsas borcu 500000 manat, faiz borcu 104408,44 manat təşkil edir. Həmçinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxx 2017-ci il tarixli 198 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəyə əsasən müəyyən edilmişdir ki, (5-ci sual üzrə) iş materiallarına əlavə edilən 10 ədəd qəbzlərdəki pul məbləğlərinin kassa və operator əməliyyatları üzrə qeydiyyat kitabları təqdim edilmədiyindən ödəmə kimi öz əksini tapmasını müəyyən etmək mümkün olmadı. İş materiallarında yalnız bankın həmin qəbzlərdəki ödənişlərə dair bir qism qeydiyyat kitabından çıxarışları (kserosurətlər) mövcuddur. Həmin qeydiyyat kitabından çıxarışlarda mədaxil məbləğlərinin kim tərəfindən mədaxil olması göstərilmir. Bundan əlavə qeydiyyat kitabından çıxarışlarda mədaxil məbləğləri göstərilsə də 10 ədəd qəbzlərdəki pul məbləğlərinin həmin məbləğlərə aid olub-olmamasını müəyyən etmək mümkün deyildir. Lakin iş materiallarında olan hesabdan çıxarışlarda 10 ədəd ödəmə qəbzindəki ödəmələrin əksər hissəsi öz əksini tapmışdır. Həmin ödəmələr ekspertiza qarşısında qoyulan 6-cı sualın tədqiqi hissəsindəki cədvəldə öz əksini tapmışdır. (6-cı sual üzrə) xx xxxxxx 2009-cu il tarixli AK/M/038/2009 saylı kredit müqaviləsi üzrə borcalanın xx.xx.2015-ci il tarixə olan əsas borcu 155796,93 manat, faiz borcu 129,81 manat; xx xxx 2010-cu il tarixli AK/M/020/2010 saylı kredit müqaviləsi üzrə borcalanın xx.xx.2015-ci il tarixə olan əsas borcu 0,0 manat, faiz borcu 0,0 manat; xx xxxx 2011-ci il tarixli AK141/2011 saylı kredit müqaviləsi üzrə borcalanın xx.xx.2015-ci il tarixə olan əsas borcu 500000 manat, faiz borcu 104408,44 manat təşkil edir. İşə yenidən apellyasiya qaydasında baxılarkən, kassasiya instansiyası məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 22(102)-63/18 nömrəli qərarı ilə müəyyən edilmiş göstərişlərin icrası məqsədilə, Məhkəmənin xx xxxxxxxx 2018-ci il tarixli qərardadı ilə iş üzrə təkrar-əlavə komisyon məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Maliyyə X2 mütəxəssisinin iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır. Azərbaycan Respublikası Maliyyə X2 xx xxxx 2019-cu il tarixli rəyi həm məhkəməyə, həm də Məhkəmə Ekspertiza Mərkəzinə təqdim edilmişdir (cild 11, i/v 16- 48). Həmin rəydə göstərilmişdir ki, xx.xx.2009-cu il tarixli AK/M/038/2009 saylı kredit müqaviləsi üzrə yalnız müvafiq qaydaların tələbləri səviyyəsində aşkar olunmuş bank çıxarışlarına əsasən xx.xx.2015-ci il tarixə əsas kredit borcu 401999,51 manat, faiz borcu 48799,59 manat təşkil edir. Bununla belə, iş materiallarında “Azəri-Kuban Azərbaycan- Rusiya” MMM-nin **********0003 saylı cari hesabı üzrə xx.xx.2013-cü il tarixli 401999,51 manat məbləğli imzasız üstündə bankın ştampı olan 1 günlük bank çıxarışının kserosurəti aşkar edilmişdir. Həmin çıxarışda 401999,51 manat məbləğdə vəsait “AK/M/038/2009 əsas borcun silinməsi 401999,51 AZN” təyinatı ilə Debet **********0003 Kredit **********0003 yazılışlı mühasibat müxabirləşməsinin verilməsi qeyd olunmuşdur. Lakin, bu əməliyyat müvafiq qaydaların tələbləri səviyyəsində aşkar olunmuş bank çıxarışlarında öz əksini tapmır. 1 günlük təqdim olunan bu çıxarışda qeyd olunan əməliyyat mübahisələndirilən 1113 saylı xx.xx.2013-cü il tarixli 401999,51 manat məbləğli ödəniş qəbzinin tarixi ilə eynidir. Aşkar olunmuş kserosurətli cari hesabın çıxarışında 401999,51 manat məbləğdə borcalanın hesabından kreditin silinməsi qeyd olunsa da, mübahisələndirilən 401999,51 manat məbləğdə vəsaitin borcalanın hesabına nağd mədaxil olunması görsənmir. xx.xx.2010-cu il tarixli AK/M/020/2010 saylı kredit müqaviləsi üzrə yalnız müvafiq qaydaların tələbləri səviyyəsində aşkar olunmuş bank çıxarışlarına əsasən xx.xx.2015-ci il tarixə əsas kredit borcu 982572,02 manat, faiz borcu 103610,27 manat təşkil edir. Bununla belə, iş materiallarında “Azəri-Kuban Azərbaycan-Rusiya” MMM-nin **********0003 saylı cari hesabı üzrə xx.xx.2012-ci il tarixli 998374,99 manat məbləğli imzasız üstündə bankın ştampı olan 1 günlük bank çıxarışının kserosurəti aşkar edilmişdir. Həmin çıxarışda 998374,99 manat məbləğdə vəsait ‘'AK/M/020/2010 əsas borcun silinməsi 998374.99 AZN” təyinatı ilə Debet **********0003 Kredit **********0003 yazılışlı mühasibat müxabirləşməsinin verilməsi qeyd olunmuşdur. Lakin, bu əməliyyat müvafiq qaydaların tələbləri səviyyəsində aşkar olunmuş bank çıxarışlarında öz əksini tapmır. 1 günlük təqdim olunan bu çıxarışda qeyd olunan əməliyyat mübahisələndirilən 437 saylı xx.xx.2012-ci il tarixli 998374,99 manat məbləğli ödəniş qəbzinin tarixi ilə eynidir. Aşkar olunmuş kserosurətli cari hesabın çıxarışında 998374,99 manat məbləğdə borcalanın hesabından kreditin silinməsi qeyd olunsa da, çıxarışda mübahisələndirilən 998374,99 manat məbləğdə vəsaitin borcalanın hesabına nağd mədaxil olunması görsənmir. xx.xx.2011-ci il tarixli AK/141/2011 saylı kredit müqaviləsi üzrə yalnız müvafiq qaydaların tələbləri səviyyəsində aşkar olunmuş bank çıxarışlarına əsasən xx.xx.2015-ci il tarixə əsas kredit borcu 500000 manat, faiz borcu 106000,93 manat təşkil edir. Daha sonra Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxx 2019-cu il tarixli 29584 saylı ekspert rəyi verilmişdir. Həmin rəydə göstərilmişdir ki, ekspert tədqiqatı birinci instansiya məhkəməsinə olan işin materiallarına əsasən aparıldıqda xx xxxxxx 2009-cu il tarixli AK/M038/2009 saylı müqavilə üzrə hazırki iddianın qaldırıldığı xx xxxxxx 2013-cü il tarixinə əsas və cərimə borcu 0,00 manat, faiz borcu 842,63 manat, kredit müqaviləsinin müddətinin başa çatdığı xx xxxxxx 2014-cü il tarixinə əsas borc 361129,0 manat, faiz borcu 21783,95 manat, cərimə borcu 0,00 manat təşkil edir. İş üzrə birinci dəfə apellyasiya qaydasında baxılanadək işin materiallarında olan sənədlərə əsasən aparıldıqda xx xxx 2010-cu il tarixli AK/M/020/2010 saylı müqavilə üzrə hazırki iddianın qaldırıldığı xx xxxxxx 2013-cü il tarixə əsas borc 484016,74 manat, faiz borcu 16229,93 manat, cərimə borcu 0,00 manat; kredit müqaviləsinin müddətinin başa çatdığı xx xxx 2015-ci il tarixə əsas borc 984012,74 manat, faiz borcu 102659,05 manat, cərimə borcu 0,00 manat; xx xxxx 2011-ci il tarixli AK141/2011 saylı müqavilə üzrə hazırki iddianın qaldırıldığı xx xxxxxx 2013-cü il tarixə artıq ödəniş 175867,50 manat, kredit müqaviləsinin bitdiyi xx xxxx 2016-cı il tarixə əsas borc 254094,61 manat, faiz borcu 39511,71 manat, cərimə borcu üzrə 0,00 manat müəyyən edilmişdir. İddiaçının məhkəməyə ünvanlandığı xx xxxxxxxx 2018-ci il tarixli vəsatətinə əlavə etdiyi bank əməliyyatlarına dair hesabdan çıxarışlar nəzərə alınmaqla tərəflər arasında xx xxxxxx 2009-cu il tarixli kredit müqaviləsi üzrə xx xxxxxx 2013-cü il tarixə 40689,95 manat artıq ödənişi və xx xxxxxx 2014-cü il tarixə 42559,95 manat artıq ödənişi, xx xxx 2010-cu il tarixli AK/M/020/2010 saylı müqavilə üzrə borcalanın xx xxxxxx 2013-cü il və xx xxx 2015-ci il tarixlərə 68560,87 manat artıq ödənişi, xx xxxx 2011-ci il tarixli Ak/141/2011 saylı müqavilə üzrə borcalanın xx xxxxxx 2013-cü il tarixinə 175867,50 manat artıq ödənişi, xx xxxx 2016-cı il tarixə əsas borcu 254094,61 manat, faiz borcu 39511,71 manat müəyyən edilir. Mübahisələndirilən 10 ədəd qəbzlər (4000 manat məbləğə dair 437 №-li xx.xx.2011-ci il tarixli, 165,49 manat məbləğə dair 437 №-li xx.xx.2011-ci il tarixli, 4166,67 manat məbləğə dair 437 №-li xx.xx.2011-ci il tarixli, 401999,51 manat məbləğə dair 1113 №-li xx.xx.2013-cü il tarixli, 998374,99 manat məbləğə dair 437 №-li xx.xx.2012-ci il tarixli, 52916,67 manat məbləğə dair nömrəsiz xx.xx.2013-cü il tarixli, 500000 manat məbləğə dair nömrəsiz xx.xx.2012-ci il tarixli, 13889,00 manat məbləğə dair nömrəsiz xx.xx.2013-cü il tarixli, 49583,34 manat məbləğə dair nömrəsiz xx.xx.2015-ci il tarixli, 13885,00 manat məbləğə dair nömrəsiz xx.xx.2015-ci il tarixli) ödəmə qəbzləri nəzərə alınmaqla (mübahisələndirilən qəbzlərin hər biri təyinatına görə qeyd olunan müqavilə üzrə) tərəflər arasında xx xxxxxx 2009-cu il tarixli kredit müqaviləsi üzrə borcalanın xx xxxxxx 2013-cü il tarixə 40689,95 manat artıq ödənişi və xx xxxxxx 2014-cü il tarixə 42559,95 manat artıq ödənişi, xx xxx 2010-cu il tarixli AK/M/020/2010 saylı müqavilə üzrə xx xxxxxx 2013-cü il və xx xxx 2015-ci il tarixlərə 77014,67 manat artıq ödənişi, xx xxxx 2011-ci il tarixli AK141/2011 saylı müqavilə üzrə xx xxxxxx 2013-cü il tarixə 322416,03 manat məbləğində artıq ödənişi, xx xxxx 2016cı il tarixə isə 385884,37 manat məbləğində artıq ödənişi müəyyən olunur. İş materiallarına əlavə edilən həmin 10 ədəd qəbzdəki pul məbləğlərinin kassa və operator əməliyyatları üzrə qeydiyyat kitabları təqdim edilmədiyindən ödəmə kimi öz əskini tapmasını müəyyən etmək mümkün olmadı. İş materiallarında yalnız bankın həmin qəbzlərdəki ödənişlərə dair bir qism qeydiyyat kitabından çıxarışları (kserosurətlər) mövcuddur. Həmin qeydiyyat kitabından çıxarışlarda mədaxil məbləğlərinin kim tərəfindən mədaxil olması göstərilmir. Bundan əlavə qeydiyyat kitabından çıxarışlarda mədaxil məbləğləri göstərilsə də 10 ədəd qəbzlərdəki pul məbləğlərinin həmin məbləğlərə aid olub-olmamasını müəyyən etmək mümkün deyildir. Lakin iş materiallarında olan, məhkəmə tərəfindən təqdim edilən hesabdan çıxarışlarda 10 ədəd ödəmə qəbzindəki ödəmələrin əksər hissəsi öz əksini tapmışdır. Beləliklə, müəyyən olunur ki, hazırki iş üzrə verilmiş mütəxəssis və ekspert rəyləri arasında ziddiyyət mövcuddur. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020 tarixli 2- 2(102)-15/2020 nömrəli qərarında da göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin əsası kimi istinad etdiyi ekspert rəyində təkrarən (əvvəlki rəydə olduğu kimi) ümumi olaraq saxta qəbzlərdəki ödəmələrin əksər hissəsinin öz əksini tapmasına heç bir aydınlıq gətirilməmiş, “əksər hissə” dedikdə, məhz hansı qəbzlərdəki ödənişlərin hesabdan çıxarışlarda öz əksini tapdığı göstərilməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi əlavə-təkrar komisyon ekspertizanın Azərbaycan Respublikası Maliyyə X2 mütəxəssisinin iştirakı ilə keçirilməli olduğu qərarına gəlmişdirsə, deməli, Palatanın mütəxəssisinin rəyini də yuxarıda qeyd edilən (ekspertiza tədqiqatına və rəyinə dair) normaların tələblərinə uyğun olaraq (digər sübutlarla birgə) tədqiq etməli və qiymətləndirməli idi. Palatanın təqdim etdiyi rəydən aşkar görünür ki, Palatanın mütəxəssisi ilə Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri məhkəmə tərəfindən qoyulmuş suallarla bağlı tədqiqat üzrə fərqli nəticələrə gəlmişlər. Apelyasiya instansiyası məhkəməsi isə borcun tam ödənilməsinin təsdiqi kimi yalnız Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin gəldikləri nəticəyə əsaslanmışdır. Belə olan halda, məhkəmə Palatanın ekspertiza tədqiqatında iştirak edən mütəxəssisinin rəyi (gəldiyi nəticə) ilə razılaşmamasının səbəblərini qətnamədə göstərməli, onları əsaslandırmalı idi. Hazırkı halda bu, baş verməmişdir. Bunun əksinə olaraq, apellyasiya instansiyası məhkəməsi Palatanın rəyində qeyd edilən məlumatlara istinad etməyə zərurət olmadığı nəticəsinə gəlmişdir. Bu zaman, həm də nəzərə alınmalıdır ki, ekspert rəyinə görə, 2019-cu il 27 mart tarixdə məhkəmə tərəfindən ekspertizaya 225 ədəd əlavə ödəniş qəbzləri göndərilmişdir. Həmin ödəniş qəbzlərinin tərəflərin iştirakı ilə məhkəmə iclasında müzakirə olunmadığı və onların X3 X2 2019-cu il 7 mart tarixli rəyindən sonra təqdim edildiyi, buradan, həmin sənədlərin Palatanın mütəxəssisi tərəfindən tədqiq edilmədiyi nəzərə alındıqda, həmin sənədlərə münasibətdə ekspertiza tədqiqatının Palatanın mütəxəssisinin iştirakı olmadan keçirildiyi, ekspertizanın təyin edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qərardadının həmin hissədə icra olunmadığı aşkardır. İşə yenidən apellyasiya qaydasında baxılarkən, kassasiya instansiyası məhkəməsinin 2-2(102)-63/18 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə müəyyən edilmiş göstərişlərin icrası məqsədilə, məhkəmənin xx xxxxxxxx 2018-ci il tarixli qərardadı ilə iş üzrə təkrar-əlavə komisyon məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, ekspert rəyində, eləcə də həmin rəylə Palatanın rəyi arasındakı ziddiyyətlər aradan qaldırılmamışdır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələbləri rəhbər tutularaq, həmin qərarda əks olunan göstərişlərlə bağlı hazırki apelyasiya baxışı zamanı iş üzrə verilmiş mütəxəssis və ekspert rəyləri arasında ziddiyyətlərə aydınlıq gətirilməsi üçün həm Azərbaycan Respublikası Mərkəzi X4 X1 (keçmiş Azərbaycan Respublikası Maliyyə X5) mütəxəssisi Nizami Yusifov, həm də Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Murad Allahverdiyev izahatlarının alınması üçün məhkəmə iclaslarına dəvət olunmuşlar. X12 öz izahatında bildirmişdir ki, iş materiallarına əlavə edilmiş bank əməliyyatlarına dair sənədlərə baxış keçirilərkən məlum olmuşdur ki, bu sənədlər Azərbaycan Respublikası Mərkəzi Bankının “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”nın və “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ının tələblərinə uyğun rekvizitləri özündə tam əks etdirməmişdir. Belə ki, təqdim olunan çıxarışlarda aparılmış gündəlik bank əməliyyatları giriş və çıxış qalıq məbləğləri üzrə çap olunmamış, bir neçə vərəqdə tərtib edilmiş çıxarışların hər bir vərəqi bankın əməliyyatçısının ştampı və imzası ilə təsdiq edilməmişdir. Digər tərəfdən çoxlu sayda gündəlik çap olunmuş bank çıxarışlarının fərqli kserosurətlərinin aşkar edilməsi, mübahisələndirilən ödəniş qəbzlərinin kserosurətlərinin reallığını təsdiq edən sənədlərin mövcud olmaması, balansdankənar hesablar üzrə çıxarışların işin materiallarında aşkar olunmaması və sair digər hallar nəzərə alınmaqla qərardadda cavablandırılması tələb olunan sualların tam və obyektiv araşdırılması məqsədilə yalnız işin materiallarında olan sənədlər əsasında müvafiq rəy bildirilməsi məqsədəuyğun hesab olunmamışdır. Bununla əlaqədar araşdırma prosesində Maliyyə X2 ekspert qismində təyin edilmiş mütəxəssisi Apellyasiya Məhkəməsinin hakiminin razılığı əsasında bankdan mübahisələndirilən ödəniş qəbzi tarixlərinə gündəlik aparılmış kassa əməliyyatlarına, “Azəri-Kuban Azərbaycan - Rusiya” MMM və “Azər - Aqro LTD” şirkətinin bank əməliyyatlarına dair müvafiq qaydaların tələbləri çərçivəsində; gündəlik giriş-çıxış hesab qalıqları əks olunmaqla mədaxil-məxaric əməliyyatları üzrə hər bir səhifənin bankın ştampı və məsul əməkdaşının imzası ilə təsdiq olunmuş bütün bank hesablarında rəsmi çıxarışlar tələb olunmuş və bankın məktubu ilə qeyd olunan sənədlər alınmışdır. Qoyulmuş sualların cavablandırılması zamanı işin materiallarında olan sənədlərlə yanaşı, bankdan rəsmi təqdim olunan həmin bank çıxarışlarından da istifadə olunmuşdur. Digər tərəfdən iş materiallarında olan mübahisələndirilən 10 ədəd kserosurətli ödəmə qəbzləri qüvvədə olan qaydaların tələbləri səviyyəsində təsdiq olunmuş bank çıxarışlarında öz təsdiqini tapmadığı üçün ödəniş kimi əsas götürülməsi məqbul hesab olunmamışdır. X10 isə öz izahatında bildirmişdir ki, o verdiyi xx.xx.2019-cu il tarixli 29584 saylı rəyi təsdiq edir. 998374 manata dair qəbz cild 5, səhifə 318-də olan gündəlik cari hesabdan çıxarışda, xx.xx.2012-ci il tarixli 500000 manata dair nömrəsiz qəbz isə cild 6, səhifə 71- 72-də olan kserosurət hesabdan çıxarışda, 401999 manata dair qəbz cild 5, səhifə 309-da olan gündəlik hesabdan çıxarışda öz əksini tapır. Həmin hesabdan çıxarışların saxta olubolmamasını müəyyən etmək onun səlahiyyətlərinə aid deyil və bu halı o müəyyən edə bilməz. O, rəy verərkən iş materiallarında olan bütün sənədlərə, o cümlədən 10 ədəd qəbzə və cavabdeh tərəfindən təqdim edilmiş bir günlük hesabdan çıxarışlara istinad etmişdir. Göründüyü kimi ekspert rəy verərkən iş materiallarında olan bütün sənədlərə, o cümlədən cavabdeh tərəfindən təqdim edilmiş 10 ədəd qəbzin və bir günlük hesabdan çıxarışların kserosurətlərinə istinad etmişdir. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən təqdim edilmiş həmin qəbz və çıxarışların kserosurətləri ödənişlərin həyata keçirildiyini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, yuxarıda da qeyd olunduğu kimi iddiaçı həmin sübutların həqiqiliyini mübahisələndirmişdir. Cavabdehlər isə həmin sənədlərin əslini təqdim etməmişlər. Halbuki, Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Bu baxımdan kollegiya hesab edir ki, cavabdeh tərəfindən təqdim edilmiş həmin 10 ədəd qəbz və bir günlük çıxarışların kserosurətləri Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinin tələblərinə cavab vermədiyi üçün onlarda göstərilən məbləğlərdə ödənişlərin aparılmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Həmçinin kollegiya qeyd edir ki, hətta həmin qəbzlərin əsli təqdim edilsəydi belə bu mötəbər sübut kimi qəbul edilə bilməzdi. Belə ki, hazırki iş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 197/474 saylı xx xxxxxx 2017-ci il tarixli və 11774 saylı xx xxxx 2017-ci il tarixli sənədlərin texniki ekspertizası rəylərinə (1-5-ci bəndləri) əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən 10 ədəd ödəmə qəbzləri-onların mətni, imzalar və ştamp əksləri çap üsulu vasitəsilə, elektrofotoqrafik aparatlardan istifadə edilməklə və başqa sənəddən köçürülmə yolu ilə, tarix göstəricilərinin rəqəmləri isə kompüter qrafik təminatından istifadə olunmaqla icra olunmuşdur. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2-1(103)- 08/17 nömrəli xüsusi qərardadı ilə iş üzrə aşkar olunmuş faktlar üzrə cinayət prosessual qanunvericiliyin tələblərinə müvafiq araşdırma aparılması üçün işdə olan məlumatlar (sənədlərin surətləri) Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, hazırki iş üzrə cavabdehin təqdim etdiyi həmin qəbzlər və gündəlik çıxarışları də nəzərə alındığı Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2017-ci il tarixli 198 saylı və xx xxxx 2019-cu il tarixli 29584 saylı ekspert rəyləri iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsində də təsbit olunmuşdur ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Eyni zamanda kollegiya hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Maliyyə X5 tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli mütəxəssis rəyi (cild 11, i/v 16-48) iş üzrə mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin mütəxəssis rəyində saxtalaşdırıldığı iş üzrə verilmiş ekspert rəyləri ilə təsdiq olunmuş 10 ədəd qəbzə və cavabdeh tərəfindən təqdim edilmiş və bank qanunvericiliyinin tələblərinə uyğun tərtib olunmamış kserosurət olan hesabdan çıxarışlara deyil, əsilləri iş materiallarında olan və bank qanunvericiliyinə əsasən mötəbərliyi və həqiqiliyi tam təsdiq olunan hesabdan çıxarışlara istinad olunmuş və müəyyən edilmişdir ki, kredit müqavilələri üzrə əsas və faiz borc məbləğləri (cərimə borcu apelyasiya baxışının predmetinə aid deyildir) iddiaçı tərəfindən tutulması tələb olunan əsas və faiz borc məbləğlərindən də artıqdır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq əsas və faiz borcunun tam tutulması nəticəsinə gəlmişdir. Həmçinin kollegiya hesab edir ki, əsas və faiz borc məbləğləri borclularla yanaşı zamin Cavabdeh4 da müştərək qaydada tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinin tələblərinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanılmış zaminlik müqavilələrində qeyd olunan maddi hüquq normalarından fərqli müddəalar müəyyən edilmədiyindən iddiaçı qarşısında zamin olan Cavabdeh4 borclu olan cavabdehlər “Azər Aqro LTD” şirkəti və “Azəri-Kuban” Azərbaycan-Rusiya MMM ilə birgə məsuliyyət daşıyır. Həmçinin kollegiya hesab edir ki, kredit müqavilələrinin ləğv edilməsi hissəsində də iddia əsaslıdır. Belə ki, həmin tələblərin qanuni əsasını Mülki Məcəllənin 421.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Hazırki işdə qeyd olunan əsaslar mövcuddur. Belə ki, yuxarıda qeyd olunanlara əsasən müəyyən olundu ki, cavabdehlər kredit müqavilələri üzrə öz üzərilərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş, yəni ödənişləri vaxtı-vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşlar. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən həmin kredit müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda tərəflər arasında bağlanmış ipoteka müqavilələrinin şərtlərini və Mülki Məcəllənin 269.5, 317-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, cavabdehlər kredit müqavilələrindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilələrdən yaranan borcun ipoteka predmeti olan əmlak kompleksinə yönəldilərək, açıq hərracdan satılmasını tələb etməkdə haqlıdır və məhkəmə bu hissədə də düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Əlavə olaraq cavabdehlərin istinad etdiyi dəlillərə dair kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində cavabdeh tərəf borcun şişirdilməsinə istinad etsə də, borcun tam olaraq ödənildiyini bildirməmiş, əksinə apellyasiya şikayətində kredit müqavilələri üzrə cəmi ******* manat əsas və 22678 manat məbləğində faiz borcunun mövcud olduğunu etiraf etmişdir. Sonradan apellyasiya icraatında cavabdehlərin öz mövqelərini dəyişməsi və yeni faktlara istinad etməsi isə Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə ziddir. Belə ki, həmin maddənin tələblərinə görə əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdehlər həmin maddənin tələblərinə riayət etməmişlər. Cavabdeh tərəfin bununla bağlı gətirdiyi dəlillər, yəni ödəniş sənədlərinin sayının çox olması və borcun tam ödənilməsi barədə sənədlərin sonradan aşkar olunması barədə dəlillər isə inandırıcı və ağlabatan hesab edilə bilməz. Həmçinin cavabdehlərin sonradan təqdim etdiyi qəbzlərin kserosurətlərində göstərilən ödənişlər kifayət qədər böyük məbləğləri əhatə etməklə (998374 manat, 401999 manat və s.) yanaşı həmin ödənişlərin nağdsız qaydada köçürmə yolu ilə deyil, məhz nağd qaydada həyata keçirilməsi də ağlabatan və inandırıcı deyildir. Çünki kredit müqavilələri üzrə hər iki tərəf, yəni həm borcalanlar, həm də borcverən hüquqi şəxslərdir və bununla bağlı istər normativ-hüquqi aktlar, istərsə də işgüzar adətlərə əsasən kredit ödənişləri əksər halda nağdsız qaydada həyata keçirilir. Eyni zamanda həmin ödənişlərin nağd qaydada həyata keçirilməsi də istisna deyil, lakin bu hal pul vəsaitinin nağd qaydada kassadan çıxarılması ilə bağlı sənədlərlə təsdiq olunmalıdır. Bundan başqa kollegiya nəzərə alır ki, borcalanlar hüquqi şəxslərdir və digər hüquqi şəxslər kimi onların da ciddi maliyyə sənədləri vardır və hər il aidiyyatı qurumlar qarşısında maliyyə vəziyyəti haqqında, mənfəət və ya zərər haqqında, kapitalda dəyişikliklər haqqında, pul vəsaitlərinin hərəkəti haqqında maliyyə hesabatları təqdim edir, o cümlədən hər il dövlətə vergi ödəyirlər. Ona görə də, qeyd olunan məbləğlərdə pul vəsaitlərinin heç bir maliyyə sənədlərində əks olunmaması, həmçinin hüquqi şəxsin rəhbərliyi və mühasibat işçilərinin bu halları unutması faktiki cəhətdən qeyri-mümkündür. Müqavilə müddəti bitmədən borcun tam olaraq geri tələb edilməsi ilə bağlı qeyd olunur ki, tərəflər arasında bağlanmış kredit müqavilələrinin 6-cı bəndində kreditin vaxtından əvvəl tələb edilməsi əsasları göstərilmişdir. Həmin əsaslara da ödəniş cədvəli ilə müəyyən edilən müddətlərin kredit alan tərəfindən 2 aydan artıq müddətdə gecikdirilməsi, habelə ardıcıl olaraq 2 dəfə pozulması, həmçinin kredit alanın öz vəzifələrindən bir və ya bir neçəsinin icra edilməməsi və ya lazımınca icra edilməməsi aiddir (6.1.4 və 6.1.5-ci bəndlər). Cavabdeh4 məxsus 550000 manat məbləğində depozitə hesablanan faizlərin kredit borcuna silinməməsi barədə dəlillər də əsasızdır. Çünki iş materiallarında olan hesabdan çıxarışlara əsasən hər ay ödənilməli olan 7791,67 manat əmanət üzrə hesablanmış faizlər AK/M/038/2009 və AK/M/020/2010 saylı müqavilələr üzrə faizlərə silinmiş, xx.xx.2013-cü il tarixdə isə AK/M/038/2009 saylı müqavilə üzrə kredit 559090,29 manat məbləğində əmanət hesabına ödənilmişdir (ekspertizaya təqdim olunmuş sənədlərə aid cild 2, i/v 175- 184). Bankın müxtəlif kodlardan istifadə edilməsi barədə dəlillər də əsaslı hesab edilə bilməz. Çünki iddiaçı tərəf ilk olaraq həmin dəlillərə istinad edərək cavabdehin təqdim etdiyi 10 ədəd qəbzin kserosurətini mübahisələndirsə də, sonradan həmin dəlildən imtina etmişdir. Bundan başqa həmin dəlillər iş üzrə hər hansı əhəmiyyət daşımır. Belə ki, Azərbaycan Respublikası Maliyyə X2 xx xxxx 2019-cu il tarixli rəyində göstərilmişdir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən yeni açılan banklara, onların filiallarına və şöbələrinə identifikasiya məqsədilə 6 rəqəmli bank kodu verilir. Bu kodlar “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydalar”ına və “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ına əsasən aparılan əməliyyatlar zamanı yalnız bankların, onların filiallarının və şöbələrinin eyniləşdirilməsi üçün istifadə olunur. Hər hansı bir mühasibat müxabirləşmələrində iştirak etmir. Müştərinin adı və hesab nömrəsi düz göstərildiyi halda bu kod vasitəsilə pul vəsaitinin hər hansı digər hesaba yönəldilməsi mümkün deyil. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının "Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”nın 6.2. maddəsinin tələblərinə əsasən nağd pulun mədaxili həmin qaydaların əlavə 4-də nəzərdə tutulmuş elan əsasında həyata keçirilir. Həmin elanın rekvizitlərində hesab nömrəsi kimi yalnız müştərinin hesab nömrəsi göstərilmiş, bank kodu hesabının qeyd olunması nəzərdə tutulmamışdır. İddiaçı tərəfindən heç bir əsas olmadan “gecikən ssuda” hesabının açılması və bununla bağlı digər dəlillər də əsassızdır. Belə ki, bu məsələ ilə bağlı ekspertiza qarşısında aşağıdakı sual qoyulmuşdur: - ödəmə qrafiklərinə əsasən əsas borcun ödənilməsinə verilən möhlət müddətinin AK/M/038/2009 saylı müqavilə üzrə əsas borcun ödənilməsinə verilən güzəşt müddətinin tamam olmasına xx.xx.2011-ci il tarixinə 210 gün, AK/M/020/2010 saylı müqavilə üzrə xx.xx.2010 tarixinə əsas borcun güzəşt müddətinin tamam olmasına 510 gün AK/141/2011 saylı müqavilə üzrə xx.xx.2012-ci il tarixində əsas borcun ödənilməsi üçün verilmiş güzəşt müddətinin tamam olmasına 309 gün qalsa da cavabdehə "gecikən ssuda" hesabının açılması "Vaxtı keçmiş kredit hesabına" köçürülür, sonradan isə "Vaxtı keçmiş kredit hesabından qaytarılma" şərhi ilə geri qaytararaq "gecikən ssuda hesabından" isə "ssuda hesabına" "köçürmələr", "silinmələr", "ödəmələr" aparılaraq, mübahisələndirilən müqavilələrin tarixləri, nömrələri, hətta ödəmə qrafiklərindəki günlərə istinadlar edilərək, şərhlər, təyinatlar göstərilməklə "ssuda", "gecikən ssuda", "cari", "cərimə və faizlərin" hesablarında, bank sistemində; 1855, 1954, 3805, 2434, 6371 hesablarında gecikmiş kredit adı ilə "balansa qaytarılmalar", "balansdan silinmələr" həyata keçirilmişdir. Bu cür aparılan bank əməliyyatlarının mübahisələndirilən kreditlərlə tənzimlənən əməliyyatlar adlandırmaqla, borcluya aidiyyəti vardırmı? Bu suala cavab olaraq Azərbaycan Respublikası Maliyyə X2 xx xxxx 2019-cu il tarixli rəyində göstərilmişdir ki, Mərkəzi Bankın “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nın tələblərinə əsasən vaxtı keçmiş kredit - əsas məbləğ, yaxud ona hesablanan faizlər və ya hər hansı birinin ödənilməyən hissəsi üzrə ödənişləri müqavilədə göstərilən tarixdən 30 təqvim günündən artıq gecikdirilmiş kreditlərdir. Müştəri faiz borclarını vaxtlı vaxtında ödəmədiyi və 30 gündən çox gecikdirdiyi halda kreditin məbləği və ya gecikən hissə vaxtı keçmiş kredit kimi tanınır və 19-cu hesabda uçota alınır. Gecikən borc ödənildikdən sonra kredit məbləği vaxtı keçmiş kredit hesabından yenidən ssuda hesabına qaytarılır. AK/M/038/2009, AK/M/020/2010 və AK/141/2011 saylı kredit müqavilələri üzrə əsas borcun qaytarılmasına möhlət müddəti 24 ay müəyyən edilsə də, müqavilələrin ödəniş cədvəllərinə əsasən kreditə hesablanmış faizlərin ödənilməsi cədvəllərdə göstərilmiş tarixlərdə aylıq nəzərdə tutulmuşdur. Faizlərin ödənilməsində müştəri tərəfindən müntəzəm olaraq gecikmələrə yol verildiyini və bununla da kreditlərin ödəniş şərtlərinin pozulması nəzərə alınmaqla bank tərəfindən "Vaxtı keçmiş kredit hesabına" köçürülmə, sonradan "Vaxtı keçmiş kredit hesabından qaytarılma", "gecikən ssuda hesabından" "ssuda hesabına" köçürmələr, silinmələr, ödəmələr və sair təyinatlarla 1855, 1954, 3805, 2434, 6371 balansa hesablarında aparılmış əməliyyatlar Azərbaycan Mərkəzi Bankının “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nın, “Kredit əməliyyatları üzrə faizlərin hesablanmasının dayandırılması haqqında Qaydalar”ının və “Kredit təşkilatları tərəfindən prudensial hesabatın tərtib və təqdim edilməsi haqqında Təlimat”ının tələbləri çərçivəsində bankın balansında uçot xarakterli tənzimləmə müxabirləşmələridir. Belə əməliyyatların borcluya birbaşa aidiyyəti yoxdur. Qeyd olunanlardan əlavə kollegiya qeyd edir ki, cavabdehlər bir neçə dəlillərə istinad etsələr də, üzərilərinə düşən əsas sübutetmə vəzifəsinə, yəni kredit borclarının ödənilməsinə aid mötəbər sübutları təqdim etməmişlər. Onların təqdim etdiyi ödəniş qəbzlərinin və bir günlük hesabdan çıxarışların kserosurətləri və həmin sənədlər əsasında verilmiş ekspert rəyləri isə yuxarıda göstərilənlərə görə mötəbər sübut kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC, “Azər Aqro LTD” şirkəti və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-32/2015 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2015-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərcləri cavabdehlərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Rəşad Həsənov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar