Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-369/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı QSC-nin cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC və Gəncə Şəhəri üzrə İcra İdarəsinə qarşı (X14, X18, X19, X11, X15, X23 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “hərracların etibarsızlığı” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X16 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə və üçüncü şəxs X8 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-352/2023 saylı qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-835/2016 saylı icra vərəqəsinə əsasən cavabdehlər "xxxx" MMC, X14, X18, X19, X11, X15, X17 müştərək qaydada 06R000008288 saylı kredit razılaşması üzrə 19353,78 ABŞ dolları məbləğində kredit borcu, 5157,78 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə, 06R000011084 saylı kredit razılaşması üzrə 54077,31 ABŞ dolları məbləğində kredit borcu, 14045,08 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə, 06R000013491 saylı kredit razılaşması üzrə 103504,05 ABŞ dolları məbləğində kredit borcu, 14692 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə, 06R000013690 saylı kredit razılaşması üzrə 49186,70 ABŞ dolları məbləğində kredit borcu, 9898,82 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə, - 06R000014778 saylı kredit razılaşması üzrə 97368,01 ABŞ dolları məbləğində kredit borcu, 19879,30 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə, 06K000000034 saylı kredit razılaşması üzrə 20000 ABŞ dolları məbləğində kredit borcu, 4641,70 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə, ümumilikdə cəmi 414804,53 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 84 manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməli, tələbin X9 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Qəzənfər Əliyev küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 83.6 kv.m yaşayış, 31.2 kv.m köməkçi sahədən 21 nömrəli fərdi yaşayış evinə, X12 məxsus Gəncə şəhəri, Vəli Xuluflu küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı, 81.9 kv.m yaşayış, 95.7 kv.m köməkçi sahədən 69 nömrəli fərdi yaşayış evinə, X13 məxsus Gəncə şəhəri, Nizami rayonu, Üç-bulaq yaşayış ərazisində, məhəllə B sahə 4-də mülkiyyətində olan 0.052 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 76 kv.m yaşayış, 120.4 kv.m yardımçı, 196.4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə, X5 məxsus Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 1-ci döngədə istifadəsində olan 0,0261 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 88 kv.m yaşayış, 64.4 kv.m köməkçi sahədən ibarət 3B nömrəli fərdi yaşayış evinə, **-CV-*** dövlət qeydiyyat nişanlı «VOLVO» yük markalı nəqliyyat vasitəsinə və **-ZA-*** dövlət qeydiyyat nişanlı «SCHMİTZ» markalı yarım qoşqu furqona, X10 məxsus **-CT-*** i/o dövlət qeydiyyat nişanlı «VOLVO-FH 13440» yük markalı nəqliyyat vasitəsinə və **-ZA-*** dövlət qeydiyyat nişanlı «SCHMİTZ-SKO 2»4 markalı yarım qoşqu furqona, X20 məxsus **-ZA-*** dövlət qeydiyyat nişanlı «KRONE» markalı yarım qoşqu furqona və 20-CT555 i/o dövlət qeydiyyat nişanlı «SCANİA» yük markalı nəqliyyat vasitəsinə yönəldilməli, həmin ipoteka predmetləri açıq hərracdan satılmalı və cəmi 414804,53 ABŞ dolları məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumu və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 84 manat xidmət haqqı tutulmalı; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun "xxxx" MMC-dən, X6, X3, X7, X1, X4, X2 və X17 ümumi qaydada tutulmalıdır.
2. İcra vərəqəsi icra edilməsi üçün xx.xx.2016-cı ildə Gəncə Şəhəri üzrə İcra idarəsinə göndərilmiş və sonuncu tərəfindən icraata başlanılmışdır.
3. Həmin icra idarəsi ipoteka predmeti olan daşınar və daşınmaz əmlakların satışının təşkil edilməsi üçün Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə sifariş vermişdir.
4. Sonuncu tərəfindən xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə keçirilmiş hərraclar baş tutmadıına görə ipoteka predmetləri xx.xx.2022-ci il tarixdə ipoteka qoyana təklif edilmiş, iddiaçı tərəfindən həmin əmlakların əldə edilməsinə razılıq verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı QSC cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC və Gəncə Şəhəri üzrə İcra İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Gəncə şəhəri üzrə İcra və Probasiya Şöbəsinin sifarişi əsasında X9 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Qəzənfər Əliyev küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 83.6 kv.m yaşayış, 31.2 kv.m köməkçi sahədən 21 nömrəli fərdi yaşayış evinin, X12 məxsus Gəncə şəhəri, Vəli Xuluflu küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 81.9 kv.m. yaşayış, 95.7 kv.m köməkçi sahədən 69 nömrəli fərdi yaşayış evinin, X13 məxsus Gəncə şəhəri, Nizami rayonu, Üç-bulaq yaşayış ərazisində, məhəllə B sahə 4-də mülkiyyətində olan 0.052 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 76 kv.m yaşayış, 120.4 kv.m yardımçı, 196.4 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin, X5 məxsus Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 1-ci döngədə istifadəsində olan 0,0261 ha torpaq sahəsində yerləşən 88 kv.m yaşayış, 64.4 kv.m köməkçi sahədən ibarət 3B nömrəli fərdi yaşayış evinin, X5 məxsus **-CV-*** dövlət qeydiyyat nişanlı «VOLVO» yük markalı nəqliyyat vasitəsinin, X5 məxsus **-ZA-*** dövlət qeydiyyat nişanlı «SCHMİTZ» markalı yarım qoşqu furqonunun, X10 məxsus **-CT-*** i/o dövlət qeydiyyat nişanlı «VOLVO-FH 13440» yük markalı nəqliyyat vasitəsinin, X10 məxsus **-ZA-***dövlət qeydiyyat nişanlı «SCHMİTZ-SKO 24» markalı yarım qoşqu furqonunun, X20 məxsus **-ZA-*** dövlət qeydiyyat nişanlı «KRONE» markalı yarım qoşqu furqonunun, X20 məxsus **-CT-*** i/o dövlət qeydiyyat nişanlı «SCANİA» yük markalı nəqliyyat vasitələrinə aid "xxxx" MMC tərəfindən keçirilmiş hərracların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı bildirir ki, "xxxx" MMC və Gəncə şəhəri üzrə İcra və Probasiya Şöbəsi hərracın keçirilmə qaydasını pozmuşdur. Belə ki, hərracın keçirilməsi barədə xx.xx.2018-ci il tarixində sifariş edilmiş, ilkin hərrac xx.xx.2019-cu il tarixində saat 11:00-da keçirilmiş və əmlakları açıq hərracda alan olmadığı/baş tutmadığı üçün təkrar hərrac xx.xx.2019-cu il tarixində saat 11:00-a təyin edilmişdir. Gəncə şəhəri üzrə İcra və Probasiya Şöbəsi hərraca məlumat göndərərkən məktubunda təkrar hərracın xx.xx.2019-cu il tarixində deyil, əsassız olaraq 10 gün təxirə salınması barədə məlumat vermiş və hərrac təşkilatı "xxxx" MMC tərəfindən isə qanunvericiliyin tələbi bilərəkdən və ya bilməyərəkdən pozulmuşdur. Müvəqqəti təxir üçün heç bir məhkəmə qərarı olmamışdır. Eyni işlə əlaqədar olaraq daha bir hərrac isə xx.xx.2019-cu il tarixində saat 11:00-da keçirilməmişdir. Yəni "xxxx" MMC hərracları “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunvericiliyinin və Mülki Məcəllənin tələblərini pozaraq keçirmişdir. "xxxx" MMC tərəfindən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc edilməmiş, Hərrac Mərkəzi tərəfindən təkrar hərraclar, xx.xx.2019-cu il tarixində, xx.xx.2019-cu il tarixində və xx.xx.2019-cu il tarixində saat 11:00-a təyin edilmiş, bununla da, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin bildirişlərdə tələbin Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-835/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə daşınar və daşınmaz əmlaklara yönəldiyi və hərracda satılmalı olduğu qeyd edilmişdir. Əgər birinci hərrac baş tutmamışdırsa, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat Hərrac Mərkəzi tərəfindən dərc etdirilməli olduğu halda dərc etdirilməmişdir. Bununla da, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.1 və 43.2-ci maddələrinin tələbləri pozulmuşdur. xx.xx.2019-ci il tarixdən, yəni təkrar hərracın keçirilmə tarixindən sonra Hərrac Mərkəzi tərəfindən təkrar hərrac baş tutmamış elan edilməmişdir. İpoteka saxlayan - bankın ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətə almaq hüququ, yəni “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.7-ci maddəsinin tələbləri pozulmuşdur.
7. Cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onların nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, əlavə olaraq iddianın təmin edilməsinə etirazlarının olmadığını bildirmişdir.
8. Digər cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6767/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X14, X18, X19, X11, X15, X23 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər.
10. Üçüncü şəxs X18 iddiaya etiraz edir və bildirir ki, hərrac iki dəfə keçirilmiş və hərracların keçirilməsi zamanı hər hansı pozuntuya yol verilməmişdir.
11. Digər üçüncü şəxslər birinci instansiya məhkəməsində iştirak etməmişlər.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-352/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
13. İddiaçı QSC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Üçüncü şəxs X18 apellyasiya şikayətinə qarşı etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının ilk hərrac kimi qeyd etdiyi xx.xx.2016-cı il tarixli hərrac mülki iş üzrə qətnamədən apellyasiya şikayəti verilməsi səbəbindən təxirə salınmışdır. Buna müvafiq olaraq birinci hərrac xx.xx.2019-cu il, ikinci hərrac isə xx.xx.2019-cu il tarıxdə keçirilmişdir. Bundan sonra keçirilmiş hər hansı bir hərrac qanunvericiliyin tələblərindən irəli gəlmir. Bununla yanaşı, apellyasiya şikayətinə iddiaçı tərəfindən əlavə edilmiş sənədlərdən də görünür ki, "xxxx" MMC-nin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixdə keçiriləcək birinci hərrac barədə xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixdə keçiriləcək ikinci hərrac barədə xx.xx.2019-cu il tarixli bildirişləri mövcuddur. "xxxx" MMC həmçinin ikinci hərraca dair bildirişdə həmin hərracın baş tutmadığı təqdirdə 30 təqvim günü ərzində iddiaçi (ipoteka saxlayan) tərəfindən əmlaklar əldə edilməzsə ipotekaya xitam verilməsi əsaslarının yaranmasını ona xüsusilə qeyd etmişdir. Bundan əlavə, iş materiallarında olan cavabdehlər Gəncə şəhəri üzrə icra idarəsi və "xxxx" MMC tərəfindən təqdim edilmiş bildiriş və protokollardan görünür ki, iddiaçı onların qəbul edilməsini ştamp və səlahiyətli şəxsin imzası ilə təsdiq etmişdir. Həmin sənədlərdə media və internetdə hərracların keçirilməsi barədə rəsmi məlumatların verilməsi öz əksinin tapmışdır. Beləliklə mübahisələndirilən hərracların keçirilməsi Mülki Məcəllə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda təsbit edilmiş normalara uyğun baş vermişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, üçüncü şəxs X18 isə apellyasiya şikayətinə etiraz etdi.
17. Cavabdehlərin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Mülki Məcəllənin 415.2-ci maddəsinə görə qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
19. Həmin Məcəllənin 416.1 və 416.2-ci maddələrinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
20. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
21. Həmin Qanunun 43.2-ci maddəsinə görə bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.
22. Həmin Qanunun 43.4-cü maddəsinə görə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
23. Həmin Qanunun 43.5-ci maddəsinə görə təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir.
24. Həmin Qanunun 43.7-ci maddəsinə görə bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
25. Həmin Qanunun 44-cü maddəsinə görə bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
28. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 416.1 və 416.2-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
29. Hazırkı işdə də həmin maddələrin dispozisiya şərtləri müəyyən edilir.
30. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42-43-cü maddələrinin tələblərinə əsasən müəyyən olunur ki, qanunverici yalnız 2 dəfə, yəni ilkin və təkrar hərracın keçirilməsi qaydasını nəzərdə tutmuşdur. Eyni zamanda müəyyən olunmuşdur ki, təkrar hərrac bu və ya digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.
31. Lakin iş materiallarında mübahisəli əmlaklara dair hərracların 4 müxtəlif tarixlərdə, yəni xx.xx.2019-cu il (birinci), xx.xx.2019-cu il (təkrar), xx.xx.2019-cu il (təkrar), xx.xx.2019-cu il (təkrar) tarixlərdə keçirilməsinə dair bildirişlər və məktub mövcuddur.
32. Həmin sənədlərə əsasən qeyd olunan ardıcıllığın hansı səbəblərə görə bu qaydada baş verməsini, hərracların təxirə salınma səbəblərini, həmçinin prosesin bu və ya digər səbəbə görə dayandırılıb-dayandırılmamasını dəqiq müəyyən etmək mümkün olmur.
33. Bundan əlavə keçirilən hərracların vaxtı və yeri barədə bildirişlərin hərrac təşkilatı tərəfindən ipoteka saxlayana və ipoteka qoyana göndərilməsini təsdiq edən hər hansı sənəd, həmçinin hərracın keçirilməsi ilə bağlı mediada və özünün rəsmi internet saytında dərc olunmuş hər hansı elan da mövcud deyildir.
34. Halbuki, Mülki Məcəllənin 415.2-ci maddəsinə görə qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
35. Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
36. Cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC də birinci instansiya məhkəməsində iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmiş, lakin iddianın faktiki halları ilə bağlı məhkəməyə hər hansı məlumat verməmişdir.
37. Qeyd olunan halların, yəni keçirilən hərracların vaxtı və yeri barədə hərrac təşkilatı tərəfindən ipoteka saxlayan və ipoteka qoyana bildirişlərin göndərilibgöndərilməməsi, həmçinin hərracın keçirilməsi ilə bağlı mediada və özünün rəsmi internet saytında elanların dərc olunub-olunmadığının müəyyən edilməsi üçün hazırki apellyasiya baxışı zamanı dəfələrlə cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə sorğu göndərilmiş, lakin həmin sorğuya hər hansı cavab verilməmişdir.
38. Göründüyü kimi işin faktiki hallarına əsasən mübahisəli əmlaklara dair hərraclar qanunvericliyin yuxarıda qeyd olunan tələblərinin pozulması ilə baş tutmuşdur.
39. İddiaçıya hərraclar baş tutmadığına görə ipoteka predmetlərinin əldə olunmasının təklif edilməsi isə iddiaçının hüquqlarının pozulmaması və bu səbəbə görə hazırki iddianın irəli sürməsi üçün subyektiv hüququnun olmaması anlamına gəlmir.
40. Belə ki, bununla bağlı iddiaçının nümayəndəsi bildirdi ki, iddiaçı banka əmlaklar deyil, onların qanunla müəyyən edilmiş qaydada hərracda satılaraq pul vəsaitinin ödənilməsi lazımdır. Hazırda mübahisələndirilən hərraclar isə qanunun tələblərinin pozulması ilə, yəni kütləvi informasiya vasitələrində elanlar verilmədən keçirilmiş və məhz buna görə hərraclarda iştirakçı olmamış və onların realizə edilərək banka pulun ödənilməsi təmin edilməmişdir. Bunun nəticəsində də bankın hüquqları pozulmuş və o, əmlakların əldə edilməsi ilə bağlı digər hərəkətlərin edilməsindən imtina etmişdir.
41. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hərracların qanunla müəyyən edilmiş qaydada keçirilməsi müəyyən edilmədiyinə və bunun nəticəsi olaraq ipoteka predmetlərinin realizə edilərək ipoteka saxlayan banka pulun ödənilməsi təmin edilmədiyinə görə iddiaçının “İpoteka haqqında” Qanunun 47.2.1-ci maddəsində və Mülki Məcəllənin 298.1.3-cü maddəsində təsbit edilmiş ipoteka saxlayanın tələblərinin ödənilməsi ilə bağlı hüquqları pozulmuşdur. Bu baxımdan iddiaçı hazırki iddianı irəli sürmək üçün müvafiq subyektiv hüquqa malikdir.
42. Ona görə də, kollegiya hesab edir ki, iddia tələbləri təmin edilməli və mübahisəli əmlaklara dair "xxxx" MMC tərəfindən keçirilmiş hərraclar etibarsız hesab edilməlidir.
43. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış və hərracın keçirilməsi ilə bağlı sənədlərin içərisində bildirişin ipoteka saxlayan və ipoteka qoyana göndərilməsini təsdiq edən hər hansı sənəd, həmçinin hərracın keçirilməsi ilə bağlı mediada dərc olunmuş hər hansı elan olmamasına baxmayaraq, hərrac təşkilatçısı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda və iş materiallarında olan bildirişdə qeyd olunan məlumatlara əsasən ipoteka saxlayan və ipoteka qoyana ünvanına bildiriş göndərilməsi və hərracın keçirilməsi ilə bağlı mediada elanın dərc olunması faktını təsdiq etmişdir.
44. Halbuki, həmin fakt hər hansı məktubda qeyd olunan məlumatlara əsasən deyil, bildirişin göndərilməsini təsdiq edən sənədin və mediada dərc olunmuş hər hansı elanın özü ilə təsdiq oluna bilər.
45. Göründüyü kimi birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmadan iddianın rədd edilməsi nəticəsinə gəlmişdir.
46. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia təmin edilməlidir.
47. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-352/2023 saylı qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Bakı şəhəri Gəncə şəhəri üzrə İcra və Probasiya Şöbəsinin sifarişi əsasında X9 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Qəzənfər Əliyev küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 83.6 kv.m yaşayış, 31.2 kv.m köməkçi sahədən 21 nömrəli fərdi yaşayış evinin, X12 məxsus Gəncə şəhəri, Vəli Xuluflu küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 81.9 kv.m yaşayış, 95.7 kv.m köməkçi sahədən 69 nömrəli fərdi yaşayış evinin, X13 məxsus Gəncə şəhəri, Nizami rayonu, Üçbulaq yaşayış ərazisində, məhəllə B sahə 4-də mülkiyyətində olan 0.052 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 76 kv.m yaşayış, 120.4 kv.m yardımçı, 196.4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin, X5 məxsus Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 1-ci döngədə istifadəsində olan 0,0261 ha torpaq sahəsində yerləşən 88 kv.m yaşayış, 64.4 kv.m köməkçi sahədən ibarət 3B nömrəli fərdi yaşayış evinin, X5 məxsus **-CV-*** dövlət qeydiyyat nişanlı «VOLVO» yük markalı nəqliyyat vasitəsinin, X5 məxsus **-ZA-*** dövlət qeydiyyat nişanlı «SCHMİTZ» markalı yarım qoşqu furqonunun, X10 məxsus **-CT-*** i/o dövlət qeydiyyat nişanlı «VOLVO-FH 13440» yük markalı nəqliyyat vasitəsinin, X10 məxsus **-ZA-***dövlət qeydiyyat nişanlı «SCHMİTZ-SKO 24» markalı yarım qoşqu furqonunun, X20 məxsus **-ZA-*** dövlət qeydiyyat nişanlı «KRONE» markalı yarım qoşqu furqonunun, X20 məxsus **-CT-*** i/o dövlət qeydiyyat nişanlı «SCANİA» yük markalı nəqliyyat vasitələrinə aid "xxxx" MMC tərəfindən keçirilmiş hərraclar etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn