Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-369/2025 18.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və Cavabdeh3 MMC-yə qarşı pulun tutulması, tutmanın girov predmetlərinə yönəldilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-387/2024 saylı qətnaməsindən İddiaçı ASC və Cavabdeh2 MMC tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC, Cavabdeh3 MMC və Cavabdeh1 birgə qaydada: - K4161 saylı maliyyələşdirmə üçün ərizə üzrə 5,000,000 manat əsas borc, 72,916.11 manat faiz borcu olmaqla, cəmi 5,072,916.11 manat məbləğində borcun; - K3910 saylı maliyyələşdirmə üçün ərizə üzrə 488,750 manat əsas borc, 4,028.94 manat faiz borcu, 318.75 manat cərimə borcu olmaqla, cəmi 493,097.69 manat məbləğində borcun; - K5602 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə 323,049.02 manat əsas borc, 3,538.30 manat faiz borcu, 5,572.60 manat cərimə borcu olmaqla, cəmi 332,159.92 manat məbləğində borcun; - K3488 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə 4,270,833.31 manat əsas borc, 72,337.95 manat faiz borcu, 4,730.90 manat cərimə borcu olmaqla, cəmi 4,347,902.16 manat məbləğində borcun tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi; tutmanın Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 10.600,00 kv.m istixana kompleksinin avadanlıqları və 38,304.00 kv.m istixana kompleksinin avadanlıqları; - Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 25 adda istixana avadanlıqları; Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən girov müqaviləsinə 1 saylı əlavədə (qoşma) qeyd edilən 30 adda istixana kompleksinn avadanlıqları; Cavabdeh2 MMC-nin mülkiyyətində olan xx/xx/2017-ci il tarixdən başlayaraq 15 il müddətinə götürülmüş 55.0 ha torpaq sahəsinin icarəsinə dair Kürdəmir rayon İcra Hakimiyyəti ilə bağlanmış 03 fevral 2017-ci il tarixli 1 nömrəli torpağın icarə müqaviləsi üzrə icarə hüququ; - Cavabdeh1 mülkiyyətində olan "xxxx" MMC-nin təsis payları; - Cavabdeh1 mülkiyyətində olan Cavabdeh2 MMC-nin təsis payları; - Cavabdeh1 mülkiyyətində olan "xxxx" MMC-nin təsis payları; - Cavabdeh1 mülkiyyətində olan “X8” MMC-nin təsis paylarına yönəldilməsi, girov predmetlərinin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitlərin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi; daşınar əmlaklar satıldıqdan sonra 1 ay ərzində mülkiyyətçilərə təhvil verilməsi; girov predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASCyə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun “Geotermal Aqro" MMC-yə, Cavabdeh3 MMC və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi; iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün ödənilmiş 5.514 manat dövlət rüsumunun, mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqının, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün 15.68 manat dövlət rüsumu və 36.80 manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehlər "xxxx" MMC, Cavabdeh3 MMC və Cavabdeh1 birgə qaydada: - K4161 saylı maliyyələşdirmə üçün ərizə üzrə 5,000,000 manat əsas borc, 147.916,09 manat faiz borcu, 5.613,43 manat cərimə borcu olmaqla, cəmi 5.153.529,52 manat məbləğində borcun; - K3910 saylı maliyyələşdirmə üçün ərizə üzrə 488,750 manat əsas borc, 16.492,06 manat faiz borcu, 4.710,41 manat cərimə borcu olmaqla, cəmi 509.952,47 manat məbləğində borcun; - K5602 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə 323,049.02 manat əsas borc, 3.538,30 manat faiz borcu, 31.739,57 manat cərimə borcu olmaqla, cəmi 358.326,89 manat borcun, K3488 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə 4,270,833.31 manat əsas borc, 136.400,45 manat faiz borcu, 30.251,73 manat cərimə borcu olmaqla, cəmi 4.437,485,49 manat məbləğində borcun tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi; tutmanın Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 10.600,00 kv.m istixana kompleksinin avadanlıqları və 38,304.00 kv.m istixana kompleksinin avadanlıqları; - Cavabdeh2 MMCnin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 25 adda istixana avadanlıqları; Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən girov müqaviləsinə 1 saylı əlavədə (qoşma) qeyd edilən 30 adda istixana kompleksin avadanlıqları; - Cavabdeh2 MMC-nin mülkiyyətində olan xx/xx/2017-ci il tarixdən başlayaraq 15 il müddətinə götürülmüş 55.0 ha torpaq sahəsinin icarəsinə dair Kürdəmir rayon İcra Hakimiyyəti ilə bağlanmış 03 fevral 2017-ci il tarixli 1 nömrəli torpağın icarə müqaviləsi üzrə icarə hüququ; - Cavabdeh1 mülkiyyətində olan "xxxx" MMC-nin təsis payları; - Cavabdeh1 mülkiyyətində olan Cavabdeh2 MMC-nin təsis payları; - Cavabdeh1 mülkiyyətində olan "xxxx" MMC-nin təsis payları; - Cavabdeh1 mülkiyyətində olan “X8” MMC-nin təsis paylarına yönəldilməsi, girov predmetlərinin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitlərin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi; 4. Daşınar əmlaklar satıldıqdan sonra 1 ay ərzində mülkiyyətçilərə təhvil verilməsi; 5. Girov predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun “Geotermal Aqro" MMC, Cavabdeh3 MMC və Cavabdeh1 birgə qaydada tutularaq, İddiaçı ASC-nin hesabına ödənilməsi; 6. İddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün ödənilmiş 5.620 manat dövlət rüsumunun, mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqının, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün 15.68 manat dövlət rüsumu və 36.80 manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, e-2-2(113)-387/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 MMC və Cavabdeh1 birgə qaydada: K4161 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən ******* (beş milyon) manat əsas borc, 72221,69 manat (yetmiş iki min iki yüz iyirmi bir manat altmış doqquz qəpik) faiz borcu, 5613,43 (beş min altı yüz on üç manat qırx üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 5077835,12 (beş milyon yetmiş yeddi min səkkiz yüz otuz beş manat on iki qəpik) manat borc; K3910 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 488750 (dörd yüz səksən səkkiz min yeddi yüz əlli) manat əsas borc, 10545,25 manat (on min beş yüz qırx beş manat iyirmi beş qəpik) faiz borcu, 4710,41 (dörd min yeddi yüz on manat qırx bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 504005,66 manat (beş yüz dörd min beş manat altmış altı qəpik) manat borc; K5602 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 323049,02 (üç yüz iyirmi üç min qırx doqquz manat iki qəpik) manat əsas borc, 3407,07 manat (üç min dörd yüz yeddi manat yeddi qəpik) faiz borcu, 16000 (on altı min) manat cərimə borcu olmaqla, cəmi 342456,09 manat (üç yüz qırx iki min dörd yüz əlli altı manat doqquz qəpik) borc; K3488 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4270833,31 manat (dörd milyon iki yüz yetmiş min səkkiz yüz otuz üç manat otuz bir qəpik) əsas borc, 80458,9 manat (səksən min dörd yüz əlli səkkiz manat doxsan qəpik) faiz borcu, 30251,73 (otuz min iki yüz əlli bir manat yetmiş üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 4381543,94 manat (dörd milyon üç yüz otuz səkkiz min beş yüz qırx üç manat doxsan dörd qəpik) manat borc, ümumilikdə 10305840,81 manat (on milyon üç yüz beş min səkkiz yüz qırx manat səksən bir qəpik) məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 10600,00 (on min altı yüz) kv.m istixana kompleksinin avadanlıqları və 38304.00 (otuz səkkiz min üç yüz dörd) kv.m istixana kompleksinin avadanlıqlarına; Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 25 adda istixana avadanlıqlarına; Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən girov müqaviləsinə 1 saylı əlavədə (qoşma) qeyd edilən 30 adda istixana kompleksinin avadanlıqlarına; Cavabdeh2 MMC-nin mülkiyyətində olan xx/xx/2017-ci il tarixdən başlayaraq 15 il müddətinə götürülmüş 55.0 ha torpaq sahəsinin icarəsinə dair Kürdəmir rayon İcra Hakimiyyəti ilə bağlanmış 03 fevral 2017-ci il tarixli 1 nömrəli torpağın icarə müqaviləsi üzrə icarə hüququna; Cavabdeh1 mülkiyyətində olan "xxxx" MMC-nin təsis paylarına; Cavabdeh1 mülkiyyətində olan Cavabdeh2 MMC-nin təsis paylarına; Cavabdeh1 mülkiyyətində olan "xxxx" MMC-nin təsis paylarına; Cavabdeh1 mülkiyyətində olan "xxxx" MMC-nin təsis paylarına yönəldilməsi, yuxarıda qeyd edilən girov predmetlərinin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin müvafiq olaraq Cavabdeh2 MMC və Cavabdeh1 qaytarılması, Cavabdeh2 MMC-nin mülkiyyətində olan Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən istixana avadanlıqlarının ilkin satış qiymətinin ******* manat müəyyən edilməsi, daşınar əmlaklar satıldıqdan sonra 1 ay ərzində mülkiyyətçilərə təhvil verilməsi, ödənilmiş tələblərə mütənasib olaraq ödənilmiş dövlət rüsumu və mediasiya xərcinə görə 5931,7 manat (beş min altı yüz iyirmi) manat, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün 15,68 (on beş manat altmış səkkiz qəpik) manat dövlət rüsumu və 36,80 (otuz altı manat səksən qəpik) manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASCnin xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pulun 98,50 manatının (doxsan səkkiz manat əlli qəpik) cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 MMC və Cavabdeh1 birgə qaydada, 1,40 manat (bir manat qırx qəpik) hissəsinin İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməsi qət edilmişdir. Qeyd edilən qətnamədən Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili tərəfindən “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Cavabdeh3 tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar işin baxışdan çıxarılmasına etiraz etmədi. Kollegiya hesab edir ki, iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixli sorğu ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edilərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli e-2-2(113)-387/2024 saylı qətnaməsindən Cavabdeh3 verdiyi apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı maddələrinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bu baxımdan kollegiya hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-387/2024 saylı qətnaməsindən İddiaçı ASC və Cavabdeh2 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli və iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və Cavabdeh3 MMC-yə qarşı pulun tutulması, tutmanın girov predmetlərinə yönəldilməsi və s. tələbinə dair kommersiya mübahisəsi apellyasiya baxışından çıxarılsın. İş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-369/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-369/2025
18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver