Məhkəmə qərarları › İş №2-2(103)-37/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-37/2020

30.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-37/2020 30.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı2 MTK-nın Cavabdeh «xxxx» ASC-yə qarşı iddiaçı tərəfindən aparılmış ödənişlərin iddiaçının borcundan silinməsi və bununla bağlı təhvil-təslim aktına dəyişiklik edilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası ilə əlaqədar iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1131/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (ünvan 1 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı2 MTK cavabdeh «xxxx» ASC-nə qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibai-İqtisadi Məhkəməsinə müraciət edərək, İddiaçı2 MTK tərəfindən cavabdeh «xxxx» ASC-yə kredit müqaviləsi üzrə aparılmış ödənişlərin müəyyən olunaraq həmin məbləğin İddiaçı2 MTK-nın borcundan azaldılması və bununla bağlı «xxxx» ASC ilə «xxxx» QSC arasında bağlanmış xx xxx 2017-ci il tarixli S-6 saylı təhviltəslim aktında dəyişiklik edilməsinin «xxxx» ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «xxxx» Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar «xxxx» ASC-nin problemli aktivləri üzrə tələb hüququ «xxxx» QSC-yə güzəşt edilmişdir. Sözügedən fərmana uyğun olaraq İddiaçı2 «xxxx « ASC-dən xx xxxx 2008-ci il tarixli 1528 saylı kredit müqaviləsi üzrə götürdüyü kredit borcu üzrə borc qalığı «xxxx» QSC-yə təhvil verilmişdir. Həmin borc hazırda «xxxx» QSC tərəfindən idarə olunur. «xxxx» ASC-dən xx xxx 2017-ci il tarixli təhvil-təslim aktı əsasında İddiaçı2 MTK-nın 3.952.750 ABŞ dolları əsas borcu, 2.380.007,60 ABŞ dolları faiz borcu olmaqla, cəmi 6.332.757,60 ABŞ dolları məbləğində borcu «xxxx» QSC-yə təhvil verilmişdir. «xxxx» ASC-dən İddiaçı2 MTK ilə bağlı «xxxx» QSC-yə ötürülmüş borc qalığı əsil reallığı əks etdirmir və bu məbləğ bank tərəfindən kifayət qədər artırılmışdır. Belə ki, İddiaçı2 MTK tərəfindən «xxxx» ASC-yə təqdim edilmiş tikinti layihəsinə əsasən MTK-ya yaşayış binalarının tikintisi üçün aşağı faizlə 7.000.000 ABŞ dolları kredit vəsaitinin ayrılması razılaşdırılmış və bank tərəfindən bu layihə bəyənilərək həmin vəsaitin MTK-ya verilməsinə dair müqavilə bağlanmışdır. «xxxx» ASC ilə İddiaçı2 MTK arasında bağlanmış xx.xx.2008-ci il tarixli 1528 nömrəli Kredit müqaviləsinə görə bank İddiaçı2 MTK-ya tikinti layihəsinin həyata keçirilməsi məqsədilə 7.000.000 ABŞ dolları məbləğində kredit xəttinin açılmasını öz öhdəsinə götürmüşdür. Lakin bank tərəfindən müqavilə öhdəliyi tam icra edilməyərək İddiaçı2 MTK- ya iki dəfəyə xx.xx.2008-ci il tarixdə 2.000.000 ABŞ dolları və xx.xx.2008-ci il tarixdə 2.000.000 ABŞ dolları olmaqla, cəmi 4.000.000(dörd milyon) ABŞ dolları məbləğində vəsait ayrılmışdır. «X4» ASC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi pozmuşdur. Belə ki, bankın MTK-ya ayırdığı 4000.000 milyon ABŞ dolları məbləğində kredit banka təqdim edilmiş tikinti layihəsinin başa çatdırılmasına kifayət etməmiş, tikinti işləri bu səbəbdən dayanmış, MTK ziyanla işləməyə başlamışdır. MTK-nın sədri tərəfindən Beynəlxalq Banka dəfələrlə həm şifahi, həm də yazılı müraciət edilərək faizlərinin və cərimələrin hesablanmasının dayandırılması, layihədə və müqavilədə nəzərdə tutulmuş kredit vəsaitinin verilməsi xahiş edilmiş, lakin bank iddiaçının müraciətlərinə müsbət cavab verməmişdir. Müqavilədə nəzərdə tutulmuş 3000.000 milyon ABŞ dolları məbləğində vəsait iddiaçıya verilməmişdir. Həmçinin 2009- 2010-cu illərdə dünyada baş verən iqtisadi böhran Respublikanın tikinti sektoruna da təsirsiz ötüşməmiş, tikinti işləri bu səbəbdən 3 ildən çox müddətə dayandırılmışdır. Məlum olduğu kimi 2015-ci ildə dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində Azərbaycan manatı ABŞ dollarına nisbətdə ölkədə kəskin şəkildə ucuzlaşmağa başladı. 2015-ci il fevralın 21-nə qədər 1 manat 0,78 dollar təşkil etsə də, həmin gün Mərkəzi Bankın qərarı ilə 1 manat 1,05 dollara qədər ucuzlaşdırıldı. 2015-ci ilin iyul ayının sonlarından etibarən isə 1 dollar 1,85 manata qədər artmışdı. X9 Heyəti xx xxxxxx 2015-ci il tarixində manatın «üzən məzənnə» rejiminə keçilməsi barədə qərar qəbul etmiş və hal- hazırda 1 dollar=1,69- 1,70 manat məzənnə təşkil edir. «xxxx» ASC ilə kredit müqaviləsi ABŞ dolları ilə bağlanmasına baxmayaraq alınmış kredit vəsaitlərı manata çevrilərək layihə üzrə tikinti işlərinə sərf edilmişdir. Dolların kursu qalxdıqdan sonra dəfələrlə banka müraciət edərək kredit müqaviləsinə yenidən baxılmasını və müqavilə bağlanan dövrə uyğun kursla borcun manatla müəyyənləşdirilməsini və bu barədə müqavilədə dəyişiklik aparılması xahiş edilmişdir. İddiaçı2 MTK tərəfindən xx xxxx 2008- ci il tarixli 1528 nömrəli Kredit müqaviləsi üzrə ötən dövr ərzində kifayət qədər borc qaytarılmışdır ki, bu pullar da bank tərəfindən MTK- nın borcuna düzgün silinməmiş, əsasən cərimələrə silinmiş, bəzi ödənilmiş məbləğlər isə MTK-nın kredit borcunun azaldılmasında ümumiyyətlə nəzərə alınmamışdır. Belə ki, iddiaçıda olan ödəniş sənədlərinə görə İddiaçı2 MTK tərəfindən «xxxx» ASC-yə 4.863.317,92 ABŞ dollarından çox kredit qaytarılmış, həmin ödənilmiş məbləğlər isə faiz borcundan azaldılmamışdır. Əsas borcdan 47.250 ABŞ dolları, faiz borcundan isə 916.682,17 ABŞ dolları azaldılmışdır. Yəni «xxxx»ASC-dən «xxxx» QSC–yə xx xxx 2017-ci il tarixli S-6 saylı təhvil-təslim Aktı əsasında təhvil verilmiş İddiaçı2 MTK üzrə cəmi 6.332.757,60 məbləğində borc qalığı əsil reallığı əks etdirmir və bu borcun qalığı düzgün hesablanmamışdır. İş materiallarından görünürki, işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclasında cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X3 iddia tələbinə «Etiraz» verərək, bildirmişdir ki, iddia tələbi tam əsassızdır. «xxxx» ASC-nin problemli aktivləri üzrə tələb hüququ «xxxx» QSC-yə keçirildikdə, komissiyası yaradılmış və təhvil-təslim komissiya tərəfindən həyata keçirilmişdir. Sistemdə və ya kağızda ziddiyyət olsa idi, «xxxx» ASC tərəfindən təhvil alınmazdı. İddiaçı2 MTK-nın borc vəsaiti dövlət tərəfindən «xxxx» ASC-yə ödənilmişdir. Həmçinin, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-2(103)-478/2019 saylı qətnaməsindən də görünür ki, «xxxx» QSC Bank olmayan Kredit Təşkilatının sözügedən kredit borcu ilə əlaqədar İddiaçı2 MTK-ya qarşı qaldırılmış iddiası qismən təmin edilmişdir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1131/2019 saylı, xx xxxxxxx 2019cu il tarixliqətnaməsi iləİddiaçı2 MTK-nın cavabdeh «xxxx» ASC -nə qarşı «aparılmış ödənişlərin İddiaçı2 MTK-nın borcundan azaldılması və bununla bağlı təhvil-təslim aktına dəyişiklik edilməsinin cavabdehin üzərinə qoyulmasına» dair iqtisadi iş üzrə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 2-2(81)-1131/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti məzmunca iddia ərizəsinə uyğun olmaqla, onunla əsaslandırılmışdır ki, qətnamə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə çıxarılmış, işdəki faktiki hallar araşdırılmamış, tərəflərin bərabərliyi və ədalətli məhkəmə araşdırması prinsipi pozulmuş, sübutlar tam olaraq araşdırılmamış, onlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının son iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiyaşikayətitəminolunmamalı,hazırkı iş üzrə birinci instansiya məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, «xxxx» ASC ilə İddiaçı2 MTK arasında xx xxxx 2008-ci il tarixli 1528 nömrəli kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 2.2-ci və 2.3-cü bəndlərinə əsasən borcverən borcalana 7.000.000 ABŞ dolları məbləğində kredit xəttinin açılmasını, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverərənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.4-cü bədninə əsasən borcalana verilən kredit vəsaitindən istifadə müddəti 12 ay nəzərdə tutulmuşdur. İş materiallarında olan, MXK-28 nömrəli xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışdan görünür ki, İddiaçı2 MTK-nin 3.952.750,00 ABŞ dolları əsas borcu, 2.380.007,60 ABŞ dolları faiz borcu, ümumilikdə 6.332.757,60 ABŞ dolları məbləğində ödənilməmiş borcu vardır, «xxxx» QSC tərəfindən idarəetməyə götürüldükdən sonra borc məbləğindən heç bir ödəniş edilməmişdir. İş materiallarında olan, İddiaçı2 MTK tərəfindən xx xxxxxx 2019-cu il tarixdə «xxxx» ASC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı2 MTK tərəfindən «xxxx» ASC-yə ödənilmiş ödənişlərin nəzərə alınıb həmin məbləğin İddiaçı2 MTK-nın «xxxx» QSC-yə ötürülmüş borcundan azaldılmasını xahiş etmiş və iş materiallarına İddiaçı2 MTK tərəfindən «xxxx» ASC-yə ödənilmiş kredit ödənişlərin qəbzləri əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-2(103)-478/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı «xxxx» QSC Bank olmayan Kredit Təşkilatı cavabdeh İddiaçı2 MTK-ya qarşı iddia qaldırmış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2- 2(82)-24/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı2 MTK-dən 3.952.750,00 ABŞ dolları məbləğində əsas borc, 2.380.007,60 ABŞ dolları məbləğində faiz borcu, cəmi 6.332.757,60 ABŞ dolları məbləğində borc ödəniş günü Azərbaycan manatına məzənnəsinə əsasən manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq «xxxx» QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, İddiaçı2 MTK-dən 145 manat ekspertiza tədqiqatının dəyəri tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab:Az.MEM, VÖEN**********, AZ34CTRE**********00020885501, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********9344 SWİFT Bik CTREAZ22) ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, lakin şikayəti təmin edilməmişdir. Beləliklə, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin araşdırmasısı zamanı müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri mövcud olmuş, həmin müqavilə münasibətləri zəminində «xxxx» ASC hazırkı iş üzrə İddiaçı2 MTK-ya kredit verməyi, İddiaçı2 MTK isə götürülən krediti və kreditə hesablanmış faizləri ödəmək öhdəliklərini öz üzərinə götürmüşdür. İş materiallarına əsasən «xxxx» ASC tərəfindən İddiaçı2 MTK qarşısında müqavilə öhdəliklərini icra edərək İddiaçı2 MT-ya müvafiq krediti vermiş, İddiaçı2 MTK tsə müqavilə öhdəliklərini tam icra etməmiş, kredit məbləğini və faizləri banka ödəməmişdir. Azərbaycan Respublikası Prezidentinin «xxxx» Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında» xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankına on beş gün müddətində «xxxx» ASC-yə məxsus problemli aktivlərin müəyyən edilməsi və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus «xxxx» QSC Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilməsi üçün tədbirlərin görülməsi tapşırılmışdır. Beləliklə, iş materiallarından, ocümlədən iddia ərizəsindən və mddiaçının nümayəndəsinin izahatından müəyyən olunur ki, sözügedən Fərmana uyğun olaraq İddiaçı2 MTK-nın «xxxx « ASC-dən xx xxxx 2008-ci il tarixli 1528 saylı kredit müqaviləsi üzrə götürdüyü kredit borcu üzrə borc qalığı «xxxx» QSC-yə təhvil verilmiş, həmin borc hazırda «xxxx» QSC tərəfindən idarə olunur və «xxxx» ASC-dən xx xxx 2017-ci il tarixli təhvil-təslim aktı əsasında İddiaçı2 MTK-nın 3.952.750 ABŞ dolları əsas borcu, 2.380.007,60 ABŞ dolları faiz borcu olmaqla, cəmi 6.332.757,60 ABŞ dolları məbləğində borcu «xxxx» QSC-yə təhvil verilmişdir. İş materiallarından görünür ki, bundan sonra «xxxx» QSC tərəfindən İddiaçı2 MTKya qarşı mübahisələndirilən kredit müqaviləsi üzrə borc məbləğinin tələbinə dair məhkəmədə iddia qaldırmış, «xxxx» QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən qaldırılmış iddia tələbi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən araşdırılma zamanı iş üzrə ekspertiza rəyi alınmış, digər mövcud sübutlarla birlikdə qiymətləndirilərək, ödənilməmiş mövcud borcun 3.952.750,00 ABŞ dolları məbləğində əsas borc, 2.380.007,60 ABŞ dolları məbləğində faiz borcu, cəmi 6.332.757,60 ABŞ dolları məbləğində borc olduğu müəyyənləşdirilmiş, həmin qətnamədən İddiaçı2 MTK tərəfindən apellyasiya şikayəti verilməmiş, əksinə «xxxx» QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-2(103)-478/2019 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsindən kassasiya şikayəti verilməmiş və beləliklə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019cu il tarixli 2-2(82)-24/2019 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. İşin yuxarıda qeyd olunan hallarından isə müəyyən olunur ki, hazırda baxılan iddia tələbində İddiaçı2 MTK qətnamə ilə artıq müəyyənləşdirilmiş borc məbləğinin artıq hesablandığını və s. tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, işin bu halına qiymət verərək birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırki mübahisədə tərəflərdən biri - cavabdeh «xxxx» QSC Bank Olmayan Kredit Təşkilatı deyil, «xxxx» Açıq Səhmdar Cəmiyyəti çıxış etsə də, eyni kredit müqaviləsi ilə bağlı olmuş kredit borcu ilə əlaqədar olmuş, həmçinin, «xxxx» Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar «xxxx» ASC-nin problemli aktivləri üzrə tələb hüququ «xxxx» QSC-yə güzəşt edilmişdir. Sözügedən Fərmana uyğun olaraq İddiaçı2 MTK-nın «xxxx» ASC-dən xx xxxx 2008-ci il tarixli 1528 saylı kredit müqaviləsi üzrə götürdüyü kredit borcu üzrə borc qalığı «xxxx» QSC-yə təhvil verilmişdir. Belə olan halda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-2(82)-24/2019 saylı qətnaməsi ilə, daha sonra Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-2(103)-478/2019 saylı qətnaməsi ilə müəyyənləşdirilmiş borc məbləği (həmin iş üzrə bu hissə İddiaçı2 MTK tərəfindən mübahisələndirilməmişdir) ilə bağlı məsələ yenidən araşdırılmır. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən halları nəzərə alaraq birinci instansiya məhkəməsinin hazırkı mübahisə ilə əlaqədar gəldiyi nəticəsi ilə razılaşır ki, İddiaçı2 MTK cavabdeh «xxxx» ASC-nə qarşı İddiaçı2 MTK tərəfindən cavabdeh «xxxx» ASC-yə kredit müqaviləsi üzrə aparılmış ödənişlərin müəyyən olunaraq həmin məbləğin İddiaçı2 MTK-nın borcundan azaldılması və bununla bağlı «xxxx» ASC ilə «xxxx» QSC arasında bağlanmış xx xxx 2017-ci il tarixli S-6 saylı təhvil-təslim aktında dəyişiklik edilməsinin «xxxx» ASC-nin üzərinə qoyulması tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, iş materiallarında olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara, iş üzrə müəyyən edilmiş hallara, sadalanan qanunvericilik normalarına və apellyasiya şikayətlərinin dəlillərinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 1-ci instansiya məhkəməsi hazırkiişüzrətərəflərarasında mübahisəyə dair düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnamə qanunun normalarına uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq, qanuni və ədalətli qətnamə qəbul edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı sayaraq hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri həmin qətnamənin ləğvi üçün əsas verə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı2 MTKtərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1131/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən /imza/ Hakimlər /imzalar/ Əsli ilə düzdür. Hakim: Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar