Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-37/2022 27.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Cavabdeh MMC-yə qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Cavabdeh MMC-yə qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021ci il tarixli e-2-2(113)-118/2021 saylı qətnaməsindən iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Bank olmayan kredit təşkilatı "xxxx" MMC ilə “X6 İstehsalat Müəssisəsi” MMC arasında 10 yanvar 2017-ci il tarixli k- 003/2017 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı tərəfindən “X6 İstehsalat Müəssisəsi” MMC-yə illik 7% ödənilməsi şərti ilə 190000 manat məbləğində kredit verilmişdir. Həmçinin Bank olmayan kredit təşkilatı "xxxx" MMC ilə “X7 İstehsalat Müəssisəsi” MMC arasında 10 yanvar 2017-ci il tarixli k-002/2017 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı tərəfindən “X7 İstehsalat Müəssisəsi” MMC-yə illik 7% ödənilməsi şərti ilə 175400 manat məbləğində kredit verilmişdir. Hər iki müqavilə üzrə 30 iyul 2018-ci il tarixli və 30 aprel 2018-ci il tarixli 2 nömrəli Əlavələrlə kreditlərdən istifadə müddətlərinin son vaxtı 01 sentyabr 2019-cu il tarix müəyyən edilmişdir.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 111 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 25 sentyabr 2018-ci il tarixli 414 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan istehsalat müəssisələri, o cümlədən “X9 İstehsalat Müəssisəsi” məhdud məsuliyyətli cəmiyyəti və “X10 İstehsalat Müəssisəsi” məhdud məsuliyyətli cəmiyyəti birləşdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Cavabdeh yaradılmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə “X7 İstehsalat Müəssisəsi” MMC arasında bağlanmış 10 yanvar 2017-ci il tarixli, k-002 saylı kredit müqaviləsinin və ona edilmiş 30 aprel 2018-ci il tarixli 2 nömrəli Əlavənin şərtlərinə əsasən kreditdən istifadə müddətinin başa çatma tarixinədək 30 aprel 2018-ci il tarixindən 01 sentyabr 2019-cu il tarixinə kimi 54429,50 manat əsas borcun, 3810,12 manat faiz borcunun və 13780,98 manat dəbbə pulu borcunun, kreditdən istifadə müddətinin başa çatma tarixindən 01 sentyabr 2019-cu il tarixindən 01 yanvar 2021-ci il tarixinə kimi 54429,50 manat əsas borca hesablanmış 5080,08 manat faiz borcunun və 22352,38 manat dəbbə pulu borcunun, cəmi 99453,06 manat borcun, iddiaçı ilə “X6 İstehsalat Müəssisəsi” MMC arasında bağlanmış 10 yanvar 2017-ci il tarixli, k-003 saylı kredit müqaviləsinin və ona edilmiş 30 iyul 2018-ci il tarixli 2 nömrəli Əlavənin şərtlərinə əsasən kreditdən istifadə müddətinin başa çatma tarixinədək 30 iyul 2018-ci il tarixindən 01 sentyabr 2019-cu il tarixinə kimi 72238,17 manat əsas borcun, 5674,56 manat faiz borcunun, 13002,84 manat dəbbə pulu borcunun, kreditdən istifadə müddətinin başa çatma tarixindən 01 sentyabr 2019-cu il tarixindən 01 yanvar 2021-ci il tarixinə kimi 72238,17 manat əsas borca hesablanmış 6742,22 manat faiz borcunun və 36408,82 manat dəbbə pulu borcunun, cəmi 127324,19 manat borcun, hər iki müqavilə üzrə ümumilikdə 226777,25 manat kredit borcunun, 210 manat vəkilin hüquqi xidmət xərcinin və 30 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı bildirir ki, cavabdeh müqavilələr öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin k-002 saylı kredit müqaviləsinin və ona edilmiş 30 aprel 2018-ci il tarixli 2 nömrəli Əlavənin şərtlərinə əsasən kreditdən istifadə müddətinin başa çatma tarixinədək 30 aprel 2018-ci il tarixindən 01 sentyabr 2019-cu il tarixinə kimi 54429,50 manat əsas borcu, 3810,12 manat faiz borcu və 13780,98 manat dəbbə pulu, kreditdən istifadə müddətinin başa çatma tarixindən 01 sentyabr 2019-cu il tarixindən 01 yanvar 2021-ci il tarixinə kimi 54429,50 manat əsas borca hesablanmış 5080,08 manat faiz borcu və 22352,38 manat dəbbə pulu, cəmi 99453,06 manat borcu; k-003 saylı kredit müqaviləsinin və ona edilmiş 30 iyul 2018-ci il tarixli 2 nömrəli Əlavənin şərtlərinə əsasən kreditdən istifadə müddətinin başa çatma tarixinədək 30 iyul 2018-ci il tarixindən 01 sentyabr 2019-cu il tarixinə kimi 72238,17 manat əsas borcu, 5674,56 manat faiz borcu, 13002,84 manat dəbbə pulu, kreditdən istifadə müddətinin başa çatma tarixindən 01 sentyabr 2019-cu il tarixindən 01 yanvar 2021-ci il tarixinə kimi 72238,17 manat əsas borca hesablanmış 6742,22 manat faiz borcu və 36408,82 manat dəbbə pulu, cəmi 127324,19 manat borcu, hər iki müqavilə üzrə ümumilikdə cəmi 226777,25 manat kredit borcu mövcuddur.
5. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, müəssisələrin kredit müqavilələri üzrə borcları 2019-cu ilin yay aylarında cavabdehə məlum olmuşdur. İddiaçı ilə yazışmalar olmuş, lakin nəticəsi olmamışdır. Kredit xətləri “X7 İstehsalat Müəssisəsi” MMC və “X6 İstehsalat Müəssisəsi” MMC üçün ayrılmış, lakin həmin müəssisələr heç bir iş görməmişlər. Əsas borcu qəbul edir, lakin faiz və dəbbə pulu hissəsində qəbul etmirlər.
6. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1-ci, 442-ci, 448.1-ci, 739.1-ci, 739.2-ci maddələrinə istinad edərək, qeyd etmişdir ki, iddiaçı cavabdehdən k-002 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 54429,50 manat, k-003 saylı kredit müqaviləsinə əsasən isə əsas borc üzrə 72238,17 manat tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2021-ci il tarixli 9/5223 saylı rəyi ilə cavabdehin iddiaçıya ödəməli olduğu əsas borc K-002/2017 saylı kredit müqaviləsi üzrə 49292,91 manat, K003/2017 saylı kredit müqaviləsi üzrə isə 68834,04 manat məbləğində müəyyən olunmuşdur.
7. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab etmişdir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-118/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bank olmayan kredit təşkilatı İddiaçı ilə “X7 İstehsalat Müəssisəsi” MMC arasında bağlanmış 10 yanvar 2017-ci il tarixli, k-002 saylı kredit müqaviləsinin və ona edilmiş 30 aprel 2018-ci il tarixli 2 nömrəli Əlavənin şərtlərinə əsasən 49292,91 manat əsas borc, 3297,15 manat faiz borcu, 4000 manat dəbbə pulu borcu, kreditdən istifadə müddətinin başa çatma 01 sentyabr 2019-cu il tarixindən 01 yanvar 2021-ci il tarixinə kimi əsas borca hesablanmış 4051,47 manat faiz borcu, Bank olmayan kredit təşkilatı İddiaçı ilə “X6 İstehsalat Müəssisəsi” MMC arasında bağlanmış 10 yanvar 2017-ci il tarixli, k-003 saylı kredit müqaviləsinin və ona edilmiş 30 iyul 2018-ci il tarixli 2 nömrəli Əlavənin şərtlərinə əsasən 68834,04 manat əsas borc, 4604,23 manat faiz borcu, 6000 manat dəbbə pulu borcu, kreditdən istifadə müddətinin başa çatma 01 sentyabr 2019-cu il tarixindən 01 yanvar 2021-ci il tarixinə kimi əsas borca hesablanmış 4761,80 manat faiz borcu, vəkilin göstərdiyi yardıma görə 134 manat Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Cavabdehndən tutularaq Bank olmayan kredit təşkilatı İddiaçınə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 19,16 manat məbləğinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Cavabdehndən tutularaq Bank olmayan kredit təşkilatı İddiaçınə ödənilməsi, qalan 10,84 manat məbləğinin isə Bank olmayan kredit təşkilatı İddiaçınə aid edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində ekspertiza xərclərinin 127,74 manat məbləğinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Cavabdehndən, qalan 72,26 manat məbləğinin isə Bank olmayan kredit təşkilatı İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim X3).
9. İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir.
APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi X4 isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
14. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
15. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
16. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
17. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin olunmamış hissəsində yoxlanılır.
APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia qismən əsaslıdır.
20. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1, 741, 462.1 və 445.7-ci maddələri təşkil edir.
21. Həmin maddələrin dispozisiya şərtləri yuxarıda qeyd olunmuşdur (13-17-ci bəndlər).
22. Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqavilələrinin müddətinin bitməsinə baxmayaraq, müqavilə üzrə müəyyən edilmiş əsas və faiz borcları tam ödənilməmiş, həmçinin ödənişlərin aparılması qrafikində gecikmələrə yol verilmişdir.
23. Belə ki, kredit borcun məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 12 aprel 2021-ci il tarixli 9/5223 saylı ekspert rəyi verilmişdir.
24. Eyni zamanda iş materiallarında olan hesablardan çıxarışlardan görünür ki, bank olmayan kredit təşkilatı "xxxx" MMC ilə “X6 İstehsalat Müəssisəsi” MMC arasında bağlanmış 10 yanvar 2017-ci il tarixli k-003 saylı kredit müqaviləsi üzrə 16 avqust 2018-ci il tarixdə 12000 manat ödəniş həyata keçirilmiş, həmin ödənişin 5065,99 manatı əsas borca, 3555,81 manatı faiz borcuna, 3378,2 manatı isə cərimə borcuna silinmişdir (cild 2, i/v 9-11).
25. Həmçinin bank olmayan kredit təşkilatı "xxxx" MMC ilə “X7 İstehsalat Müəssisəsi” MMC arasında bağlanmış 10 yanvar 2017-ci il tarixli, k-002 saylı kredit müqaviləsi üzrə 16 avqust 2018-ci il tarixdə 10000 manat ödəniş həyata keçirilmiş, həmin ödənişin 3347,84 manatı əsas borca, 1520,76 manatı faiz borcuna, 5131,4 manatı isə cərimə borcuna silinmişdir (cild 2, i/v 67-69, 75).
26. Lakin ekspert rəyindən müəyyən olunur ki, ekspert "xxxx" MMC ilə “X6 İstehsalat Müəssisəsi” MMC arasında bağlanmış 10 yanvar 2017-ci il tarixli, k-003 saylı kredit müqaviləsi üzrə 16 avqust 2018-ci il tarixdə həyata keçirilmiş 12000 manat ödənişin 8406,27 manatını əsas borca, 3593,73 manatını isə faiz borcuna silmişdir. Həmçinin ekspert "xxxx" MMC ilə “X7 İstehsalat Müəssisəsi” MMC arasında bağlanmış 10 yanvar 2017-ci il tarixli, k-002 saylı kredit müqaviləsi üzrə 16 avqust 2018-ci il tarixdə həyata keçirilmiş 10000 manat ödənişin 8466,55 manatını əsas borca, 1533,45 manatını isə faiz borcuna silmişdir.
27. Göründüyü kimi ekspert hər iki kredit müqaviləsi üzrə 16 avqust 2018-ci il tarixlərdə edilmiş ödənişlərin böyük həcmini əsas borcdan, qalanını isə faiz borcuna silmiş, ödənişlərin cərimə borcuna silinməsi ilə bağlı hər hansı hesablama aparmamış və bununla bağlı hər hansı əsaslandırma da qeyd etməmişdir.
28. Qeyd olunanlar nəzərə alınaraq Bakı Apellyasiya Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 17 dekabr 2021-ci il tarixli 9/5463 saylı ekspert rəyi verilmişdir.
29. Lakin ekspert yuxarıda qeyd olunanlar üzrə heç bir tədqiqat aparmamış və rəyin tədqiqi hissəsində bununla bağlı aparılmış tədqiqatı təfsir etməmiş, ümumiyyətlə bu məsələyə münasibət bildirməmişdir. Bundan başqa, ekspert tərəfindən qeyd olunmuşdur ki, cərimənin hesablanmasına dair cərimə hesabından çıxarış və cərimənin hansı qaydada silinərək hesablanması ilə bağlı məlumatlar mövcud olmadığından tədqiqat zamanı cərimə hesablanmadı.
30. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar-komisyon məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 02 iyun 2022-ci il tarixli 9/855 saylı ekspert rəyi verilmişdir.
31. Lakin ekspertlər təkrarən yuxarıda qeyd olunanlar üzrə heç bir tədqiqat aparmamış və rəyin tədqiqi hissəsində bununla bağlı aparılmış tədqiqatı təfsir etməmişdir.
32. Qeyd olunanlar nəzərə alınaraq Bakı Apellyasiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 18 avqust 2022-ci il tarixli 9/5447 saylı ekspert rəyi verilmişdir.
33. Həmin rəyə əsasən, "xxxx" MMC ilə “X6 İstehsalat Müəssisəsi” MMC arasında bağlanılmış 10 yanvar 2017-ci il tarixli, K-003/2017 saylı kredit müqaviləsi üzrə “X6 İstehsalat Müəssisəsi” MMC-nin iş materiallarında olan sənədlərə əsasən xx.xx.2019-cu il tarixə (sualda soruşulan tarixə) və xx.xx.2021-ci il tarixə banka olan borcu aşağıdakı kimi müəyyən olunur: 01 sentyabr 2019-cu il tarixə (sualda soruşulan tarixə) əsas borc üzrə 72.232,37 manat, faiz borcu üzrə 4.831,54 manat; 01 yanvar 2021-ci il tarixə (illik 5% dərəcəsi ilə hesablanmaqla: əsas borc üzrə 72.232,37 manat, faiz borcu üzrə 9.647,03 manat. "xxxx" MMC ilə “X7 İstehsalat Müəssisəsi” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli K- 002/2017 saylı kredit müqaviləsi üzrə “X7 istehsalat Müəssisəsi” MMC-nin xx.xx.2019-cu il tarixə (sualda soruşulan tarixə) və xx.xx.2021-ci il tarixə banka olan borcu aşağıdakı kimi müəyyən olunur: 01 sentyabr 2019-cu il tarixə (sualda soruşulan tarixə) əsas borc üzrə 54.442,48 manat, faiz borcu üzrə 3.654,28 manat. 01 yanvar 2021-ci il tarixə (illik 5% dərəcəsi ilə hesablanmaqla: əsas borc üzrə 54.442,48 manat; faiz borcu üzrə 7.283,78 manat.
34. Həmin ekspert rəyindən müəyyən edilir ki, tədqiqat zamanı hər iki kredit müqaviləsi üzrə 16 avqust 2018-ci il tarixlərdə edilmiş ödənişlərin bir hissəsinin cərimə borcuna silinməsi nəzərə alınmışdır. Eyni zamanda, ekspert tərəfindən cərimə borcunun hesablanması ilə bağlı tədqiqat aparılmasa da, əsas və faiz borclarının hesablanması ilə bağlı tam və hərtərəfli tədqiqat aparılmış və tədqiqat prosesi müfəssəl təfsir olunmuşdur.
35. Bu baxımdan kollegiya hesab edir ki, iş üzrə verilmiş 18 avqust 2022-ci il tarixli 9/5447 saylı ekspert rəyi mötəbər sübut kimi qəbul edilməli və hər iki kredit müqaviləsi üzrə əsas və faiz borcları həmin rəyə uyğun müəyyən edilməlidir.
36. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz borcunun, o cümlədən illik 5 % hesablanan faiz borcunun tutulması hissəsində qismən ləğv edilməli və dəyişdirilməlidir.
37. Bununla yanaşı kollegiya hesab edir ki, dəbbə pulunun tutulması hissəsində ekspert rəyi nəzərə alına bilməz və həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Belə ki, dəbbə pulunun hesablanması əsasları və qaydası tərəflər arasında bağlanmış kredit müqavilələrinin 10-cu bəndində aydın şəkildə göstərilmişdir.
39. Eyni zamanda, tərəflər arasında bağlanmış kredit müqavilələrində ödənişlərin tarixləri dəqiq müəyyən edilib və cavabdeh tərəfindən ödənişlərin vaxtında həyata keçirilmədiyi iş materialları ilə tam təsdiq olunur.
40. Belə ki, hesablardan çıxarışlar və ekspert rəylərindən müəyyən edilir ki, xx.xx.2017-ci il tarixli K-002/2017 saylı kredit müqaviləsi üzrə 2017-ci ilin avqust ayında və 2018-ci ilin iyun-iyul aylarında ödənişlər edilməmiş, habelə 2018-ci ilin oktyabr ayından xx.xx.2019-cu il tarixə qədər heç bir ödəniş aparılmamışdır.
41. xx.xx.2017-ci il tarixli K-003/2017 saylı kredit müqaviləsi üzrə də 2018-ci ilin oktyabr ayından xx.xx.2019-cu il tarixə qədər heç bir ödəniş aparılmamışdır.
42. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin tələblərini o, cümlədən işin hallarını, yəni tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdeh tərəfindən götürülən kreditlərin məbləğini, kreditlərin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixlərini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq kredit müqavilələri üzrə 13780,98 manat və 13002,84 manat dəbbə pulunu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilmiş və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğləri azaldılaraq, müvafiq olaraq 4000 manat və 6000 manat məbləğində müəyyənləşdirmişdir.
43. Bununla yanaşı kollegiya hesab edir ki, kreditdən istifadə müddətinin başa çatma tarixindən 01 yanvar 2021-ci il tarixinə kimi hesablanmış dəbbə pulunun tutulması hissəsində iddia təmin edilə bilməz.
44. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinin mənasına görə öhdəliyin icrasının təmin edilməsi üsulu kimi dəbbə pulu yalnız müqavilə müddəti çərçivəsində hesablana bilər.
45. Eyni zamanda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
46. Bu baxımdan kollegiya hesab edir ki, dəbbə pulu yalnız müqavilə müddəti üçün hesablanıla bilər. Müqavilə müddəti bitdikdən sonra isə kreditor mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər ki, hazırki işdə də həmin tələblər qismən təmin edilmişdir.
47. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv və dəyişdirilməli, qalan mübahisələndirilən hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ekspertiza xərci cavabdehə aid edilməlidir.
48. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-118/2021 saylı qətnaməsi qismən, yəni 10 yanvar 2017-ci il tarixli K-002/2017 saylı kredit müqaviləsi üzrə əsas borca aid hissədə ləğv edilsin, həmin kredit müqaviləsi üzrə faiz borcu və 10 yanvar 2017-ci il tarixli K-003/2017 saylı kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və illik 5 %-lə hesablanmış faiz borcuna aid hissədə isə dəyişdirilsin. 10 yanvar 2017-ci il tarixli K-002/2017 saylı kredit müqaviləsi üzrə əsas borc 54429,50 manat, faiz borcu 3654,28 manat, 10 yanvar 2017-ci il tarixli K-003/2017 saylı kredit müqaviləsi üzrə əsas borc 72232,37 manat, faiz borcu 4831,54 manat və illik 5 %-lə hesablanmış faiz borcu 4815,49 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 450 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vidadi Məmmədov
Vüsalə Baxışova