Məhkəmə qərarları › İş №2-2(103)-370/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-370/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-370/2025 06.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, X3 və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, e-2-2(113)-184/2024 nömrəli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdеhlər Cavabdeh2nə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5nə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2 MMC-dən, Cavabdeh3, Cavabdeh4, "xxxx" İstehsal- Kommersiya Müəssisəsindən və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 999R********** saylı krеdit razılaşması üzrə 139.452.59 manat krеdit bоrcu, 9.640.71 manat faiz bоrcu və 3.848.88 manat cərimə olmaqla, ümumilikdə cəmi 152.942 (yüz əlli iki min doqquz yüz qırx iki) manat 18 qəpik məbləğində borcun, mediasiya xərci olaraq ödənilmiş 410 manat, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus Abşeron rayonu Xırdalan şəhəri Z.Əliyeva küçəsi 3 saylı evin 172 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 152.942 (yüz əlli iki min doqquz yüz qırx iki) manat 18 qəpik məbləğində borcun, mediasiya xərci olaraq ödənilmiş 410 manat, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 30 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 MMC, Cavabdeh3, Cavabdeh4,Cavabdeh5ndən və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-184/2024 saylı 23 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, xx.xx.2022-ci il tarixli 999R********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2ndən, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5ndən, Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 139.452 (bir yüz otuz doqquz min dörd yüz əlli iki) manat, 50 (əlli) qəpik, faiz bоrcu üzrə 9.640 (doqquz min altı yüz qırx) manat, 71 (yetmiş bir) qəpik cərimə borcu üzrə 3.848 (üç min səkkiz yüz qırx səkkiz) manat, 88 (səksən səkkiz) qəpik olmaqla, cəmi 152.942 (bir yüz əlli iki min doqquz yüz qırx iki) manat, 09 (doqquz) qəpik məbləğində pulun tutularaq "xxxx" QSC-yə ödənilməsi, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə tutma lkin satış qiyməti 160.000 (bir yüz altmış min) manat müəyyən edilməklə Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Z.Əliyeva küçəsi 3 saylı evin 172 saylı mənzilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunacaq vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33 (otuz üç) manat, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 410 (dörd yüz on) manat olmaqla, cəmi 443 (dörd yüz qırx üç) manat məbləğində pulun, ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat və ödənilmiş xidmət haqqının əvəzi olaraq 30 manat məbləğində pulun, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi xərcinin əvəzi olaraq 200 manat məbləğində pulun Cavabdeh2ndən, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5ndən, Cavabdeh1 müştərək qaydada tutulması qət edilmişdir. Cavabdeh1 xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-184/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti və buraxılmış müddətin bərpasına dair ərizə təqdim edərək müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, e-2-2(113)-184/2024 nömrəli qərardadı ilə ərizə rədd edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 184/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddət Cavabdeh1 münasibətdə buraxılmamış hesab edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, e-2-2(113)-184/2024 nömrəli qərardadından şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e2-2(113)- 184/2024 saylı qərardadının ləğv edilməsi, Cavabdeh1 apellyasiya şikayətinin geri qaytarılması barədə qəradad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət üzrsüz səbəblərdən ötürülmüşdür və müddətin ötürülməmiş hesab edilməsi üçün əsas yoxdur. İş materiallarından da görünür ki, qətnamə xx.xx.2024-cü il tarixdə qəbul edilmiş və cavabdehin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Qeydiyyatda olduğu ünvan üzrə poçt göndərişlərini nəzarətdə saxlamaq cavabdehin vəzifəsidir. Həmçinin qətnamə qanuni qüvvəsini alaraq icra olunması üçün müvafiq icra şöbələrinə göndərilmişdir. Məhkəmə tərəfindən icra işi tələb edilib araşdırılmamışdır. Halbuki icra məmuru tərəfindən iş üzrə icraata başlama barədə qərar, tələbin könüllü icrası barədə bildiriş və digər sənədlər də cavabdehin qeydiyyat ünvanı üzrə göndərilir. Həmin sənədlərin cavabdehə təqdim olunub-olunmaması, həmçinin cavabdehin icra sənədi üzrə icra şöbəsinə dəvət olunaraq izahatının alınıb-alınmaması barədə sənədlər icra şöbəsindən tələb edilib araşdırılmamışdır. Məhkəmə yalnız iş materiallarında olan qətnamənin cavabdehin qeydiyyatda olduğu ünvan üzrə geri qaytarılması barədə qəbzə istinad etmişdir. Lakin mümkündür ki, cavabdeh artıq icra mərhələsində həmin qətnamə barədə məlumatlı idi. Sonradan məhkəməyə müraciət edilərək qətnamənin təkrarən rəsmi qaydada alınması müddətin ötürülməmiş hesab edilməsinə əsas ola bilməz. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə hesab etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-184/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh1 qeydiyyatda olduğu ünvan 1 ünvanına poçt vasitəsi ilə göndərilsə də, zərf “bu ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır. Daha sonra, Cavabdeh1 şifahi müraciəti əsasında Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 184/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixdə Cavabdeh1 məhkəmə qəbzi imza etdirilməklə şəxsən təqdim edilmişdir. Göründüyü kimi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-184/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh1 tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Məhkəmə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-184/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün son müddətin xx.xx.2025-ci il tarixi olduğunu, Cavabdeh1 tərəfindən də apellyasiya şikayətinin xx.xx.2025-ci il tarixdə verildiyini nəzərə alaraq hesab etmişdir ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmədiyindən həmin müddət buraxılmamış hesab olunmalı və iş Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunur ki, iş materiallarına əsasən qətnamə çıxana qədər olan bildirişlər Cavabdeh1 göndərilsə də, geri qayıtmış və onun məhkəmə prosesindən xəbəri olmamışdır. Bundan sonra qətnamə də ünvana çatdırılmamışdır. Bu səbəbdən də şikayətdə qeyd olunan məsələ, yəni cavabdehin maraqlanması absurddur. İşdən xəbəri olmayan şəxsin qətnamənin gəlişini bilməyəbilməyə onu izləməsi və maraqlanması mümkünsüzdür. Odur ki, dəlillər əsasızdır. Məhkəmə kollegiya qeyd edilənləri əsaslı sayaraq hesab edir ki, prosessual müddətin bərpa edilməsi barədə vəsatət haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, e-2-2(113)-184/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar