Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-372/2025 03.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Oqtay oğlunun, Cavabdeh2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-117/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 (bundan sonra Cavabdeh1 MMC) və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli DCS90054752-01 saylı kredit müqaviləsi üzrə 27385,65 manat əsas borc, 1037,26 manat faiz borcu, 6498,98 manat cərimə borcu olmaqla ümumilikdə 34921,88 manat məbləğində pulun və ödənilmiş 194,77 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-117/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli DCS90054752-01 saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 27385,65 manat əsas borc, 1037,26 manat faiz borcu, 1400 manat cərimə olmaqla ümumilikdə 29822,91 manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. İddiaçı ASC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2-2(113)-117/2025 nömrəli qətnaməsinin zaminliyə münasibətdə və cərimə borcunun təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissələrdə tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının e-2-2(113)-117/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəbbə puluna münasibətdə qismən əsassız və qanuna zidd hesab edilməli və dəyişdirilib iddia tələbi həmin hissədə də tam təmin edilməlidir. Belə ki, iş materiallarında olan sübutlardan müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və fazilərin subsidiyalaşdırılması üzrə xx.xx.2020-ci il tarixli DCS90054752-01 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti ondan ibarət olmuşdur ki, kreditor, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun 28 iyul 2020-ci il tarixli ZM-08/2020 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək (müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) və müqavilənin 1.5-ci bəndində müəyyən edilmiş təminatı vermək şərtilə borcluya 150 000 manat məbləğində illik 15% faiz dərəcəsi ilə 24 aymüddətinə kredit verir, borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada kreditora ödəyir. Qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə iddiaçı ilə X8 arasında xx.xx.2020-ci il tarixli DG**********1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zamin iddiaçı və cavabdeh arasında bağlanmış 07 avqust 2020-ci il tarixli DCS90054752- 01 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəlik borcalan tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, kredit müqaviləsi üzrə öhdəliyi tamamilə icra etməyi öz üzərinə götürür. xx.xx.2020-ci il tarixli DCS90054752-01 saylı kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən, borclu ödəniş cədvəli üzrə ödənişləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) vaxtında icra etmədikdə, hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə illik faiz dərəcəsi həcmində dəbbə pulu ödəməlidir. Göründüyü kimi yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə gecikdirilmiş əsas məbləğə hesablanan cərimə faizləri nəzərdə tutulmuşdur. Lakin Borcalan DCS90054752-01 saylı kredit müqaviləsi üzrə öhdəliyi 676 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bu baxımdan əsaslı olaraq DCS90054752-01 saylı kredit müqaviləsinə əsasən 6498,98 manat cərimə borcu hesablanmışdır. Yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun məbləği əsas borca münasibətdə adekvat olmuş və tənasübsüz surətdə yüksək olmamışdır. Bundan əlavə mülki qanunvericiliyin mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı prinsipləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsi müqavilə tərəflərinə müqavilənin məzmununu və şərtlərini azad surətdə müəyyənləşdirməyə imkan verir. Bu baxımdan cavabdeh kredit müqaviləsini imzalamaqla onun tərəfindən öhdəliyin icra edilmədiyi təqdirdə tətbiq ediləcək cərimə faizlərindən xəbərdar olmuş və buna razılıq vermişdir. Lakin məhkəmə tərəfindən cərimə məbləği kəskin surətdə azaldılmış, DCS90054752-01saylı kredit müqaviləsinə əsasən 6498,98 manat müəyyən edilmişdir. Müəyyən edilən bu cərimə məbləğləri əsaslı hesab edilə bilməz. Hesab edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası cərimə borcuna münasibətdə Mülki Məcəllənin 467-ci maddəsini yanlış tətbiq etməklə həmin hissədə mübahisəyə düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini nəzərə almamış və tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həmdə bütün əsaslı mənafelərini nəzərə almamışdır. Eyni zamanda DG**********1 saylı zaminlik müqaviləsi üzrə zaminin vərəsəsi Cavabdeh2 həmin zaminlik müqaviləsi üzrə pulun tutulması hissəsində iddianın təmin edilməməsi qanunsuz və əsassız hesab olunmaqla həmin hissədə də iddia tələbi təmin edilməlidir. Məhkəmə qətnamədə qeyd edir ki, xx.xx.2020-ci il tarixli DG**********1 nömrəli və xx.xx.2020-ciil tarixli DG**********1 nömrəli zaminlik müqavilələri cavabdeh Əliyev AdilƏhməd oğlu tərəfindən imza edilmədiyindən həmin müqavilələrin əqdin subyekt tərkibi ilə bağlı meyara uyğun olaraq etibarlılığından söhbət gedə bilməz. Həmçinin iddiaçı tərəfindən X3 ölümündən əvvəl həmin müqavilələri bəyənməsi ilə bağlı da hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1666 nömrəli 07 noyabr 2024-cü iltarixli məhkəmə-xətşünaslıq ekspertizası üzrə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək ekspertizaya təqdim edilmiş DG**********1 nömrəli 20 iyul 2020-ci il tarixli İddiaçıASC və AdilƏhməd oğlu Əliyevin adlarından olan zaminlik müqaviləsinin 1-cisəhifəsinin aşağı sağ tərəfində olan imza və 2-ci səhifəsinin aşağı hissəsində “8. TƏRƏFLƏRİN HÜQUQİ ÜNVANLARİ” bölməsində “Zamin” qrafasındakı imza, DG**********1 nömrəli 10 avqust 2020-ci il tarixliİddiaçıASC və AdilƏhmədoğlu Əliyevin adlarından olan zaminlik müqaviləsinin 1-3-cü səhifələrinin aşağı hissəsində “X8” yazıları və həmin yazılardan əvvəlki imza, 4-cü səhifənin aşağı hissəsindəki “X8” yazıları və “Zamin” hissəsində “İmza” qrafasındakı imza – X8 tərəfindənyox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmaması qənaətinə gəlmişdir. Bununla bağlı qeyd edilməlidir ki, məhkəmə xəttşünaslıq ekspertizasının nəticələrinə dair rəy mötəbər sübut kimi qəbuledilə bilməz. Belə ki, zaminin rəhmətə getməsi səbəbindən ekspertiza təqdqiqatına təqdim olunmuş imza nümunələrimüxtəlif sənədlər - zamin X6 məxsus pensiya vəsiqəsi, sürücülük vəsiqəsi, pasportun əsli, şəxsiyyət vəsiqəsinin surəti, 13 mart 2020-ci il tarixli tarixli 7E4815 nömrəli etibarnamə olmuş və həmin sənədlər zaman etibarı ilə illər öncə alınan və çəkilən imzalardan ibarət olmuş, imzaların çoxu isə xüsusi texniki vasitələr vasitəsilə icra edilmiş, yəni xüsusən vəsiqələrdə sırf olaraq zaminin əlyazma ilə icra etdiyi imzalar olmamışdır. Bundan əlavə zaminin vərəsəsinin də qeyd etdiyi kimi zaminin çox ağır xəstə olması və bu baxımdan onun zaminlik müqavilələrində icraetdiyi imzaların əvvəlik yazı vərdişinə, sürətinə və ölçülərinə uyğun olmamasının onun ağır xəstəliyi ilə bağlı olması ilə izah olunur. Bu baxımdan hazırki məsələ ilə bağlı ekspert rəyi əsaslı hesab edilə bilməz. Bu baxımdan iddia tələbi zaminin vərəsəsinə münasibətdə də təmin edilməlidir. Məhkəmə iddiaçının X3 ağır xəstəliyi ilə bağlı yazı vərdişlərini itirə biləcəyinə dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının, X3 hansı dövrlərdə ağır xəstəlikdən əziyyət çəkdiyi barədə hər hansı sübut təqdim etməməsi, ümumiyyətlə, məhkəməyə bu barədə məlumatın Cavabdeh2 tərəfindən “atasının 7 il ağır xəstəlikdən əziyyət çəkdiyi və vəfat etdiyi” şəklində bildirilməsi, belə olan halda, əgər cavabdehin izahatı həqiqi qəbul edilərsə, ekspert tədqiqatına təqdim edilən 13 mart 2020-ci il tarixli 7E4815 nömrəli etibarnamə verilərkən artıq X3 ağır xəstəlikdən əziyyət çəkməsi və yazısındakı ehtimal edilən qüsurun həmin etibarnamədə də mövcud olmalı olması və qeyd edilən “qüsur”un əks də mövcud olmalı olması və qeyd edilən “qüsur”un əks olunduğu etibarnamə də ekspert baxışına təqdim edildiyindən iddiaçının qeyd edilən kateqoriyadan olan dəlillərini də əsassız hesab etmişdir. Hesab edilir ki, məhkəmənin bu qənaəti də yanlış olmuş və həmin hissədə iş üçün əhəmiyyətli olan hallar araşdırılmadan, sübutetmə yükü düzgün bölüşdürülmədən qətnamə qəbul edilmişdir. Belə ki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfindən atasının ağır xəstə olduğu və zaminlik müqaviləsini imzalamadığı bildirilir. Bu baxımdan etirazın əsası kimi ağır xəstəlik ilə bağlı sübüt iddiaçı tərəfindən deyil, cavabdeh tərəfindən təqdim edilməlidir. Bundan əlavə həmin xəstəliyin nədən ibarət olması, xəstəliyin ağırlaşmasının hansı dövrə təsadüf etməsi məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. 13 mart 2020-ci il tarixli 7E-4815 nömrəli etibarnamə verilərkən artıq X3 ağır xəstəlikdən əziyyət çəkməsi və yazısındakı ehtimal edilən qüsurun həmin etibarnamədə də mövcud olmalı olması ilə bağlı qeyd edilməlidir ki, zaminlik müqavilələri təqribən 5 ay sonra bağlanmış və bu kifayət qədər uzun zamandır. Xəstəliyin həmin dövrdə ağırlaşması və yazı vərdişlərinin itirilməsinin həmin dövrə təsadüf edə bilməsi ağlabatandır. Lakin qeyd olunan bu hallar məhkəmə tərəfindən araşdırılmamış, cavabdehdən bu xüsusatda hər hansı sübutlar tələb edilməmişdir. Hüquqimüəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Bu baxımdan qeyd olunanları araşdırmadan ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməsi yanlış olmuşdur. Digər tərəfdən İddiaçıASC xx.xx.2023-cü il tarixdə zamin X6 zaminlik müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsi ilə bağlı xəbərdarlıq məktubu təqdim etmişdir. Lakin zamin zaminlik müqaviləsini imzalamaması və ümumiyyətlə belə bir müqavilənin mövcudluğundan xəbərdar olmaması barədə banka hər hansı etiraz bildirməmiş və eyni zamanda zaminlik müqaviləsinin etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırmamışdır. Bu faktın özü də zaminin müqavilədən xəbərdar olduğuna və onu imzaladığına dəlalət edir. Məhkəmə sübutlara düzgün və obyektiv qiymət verməmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması nəticəsində çıxarıldığından apellyasiya şikayətində qeyd olunan hissələrdə qanuni və əsaslı hesab oluna bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
8. Digər cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
10. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
12. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
13. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
14. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
15. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
16. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddianın dəbbə pulu və zaminlik hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə mahiyyəti üzrə düzgündür.
20. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında 07 avqust 2020-ci il tarixli DCS90054752-01 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün, qaytarılmaq, faizlər ödəmək və əsas borcun ödənilməsinə 6 ay möhlət verilməsi şərti ilə cavabdehə 150 000 manat məbləğində illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə kredit verməyi, cavabdeh isə kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (illik faiz dərəcəsindən fond tərəfindən ödəniləcək faiz subsidiyası üzrə 7,5% faiz bəndi çıxıldıqdan ödəniş cədvəlinə uyğun olaraq), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu müqavilədə nəzərdə tutulmuş qaydada iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 MMC kredit məbləğini təşkil edən 150 000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.
21. İddiaçı adıçəkilən 07 avqust 2020-ci il tarixli DCS90054752-01 saylı kredit müqaviləsi üzrə 27385,65 manat əsas borc, 1037,26 manat faiz və 6498,98 manat cərimə borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.
22. Cavabdeh2 iddiaya etiraz edərək zaminlik müqavilələrinə atasının imza etmədiyini, bu səbəbdən də onun zamin kimi məsuliyyət daşımadığını bildirmişdir.
23. Məhkəmə dəbbə pulunu azaldaraq 1400 manat müəyyən etmiş və zaminlik müqaviləsini etibarsız əqd hesab edərək iddianı Cavabdeh2 münasibətdə rədd etmişdir. İddiaçı qətnamənin yalnız bu hissələrini mübahisələndirmişdir.
24. Məhkəmə Cavabdeh2 etirazına əsasən, xx.xx.2020-ci il tarixli DG**********1 nömrəli zaminlik müqaviləsinin 1-ci səhifəsinin aşağı hissəsində sağ tərəfdə və 2-ci səhifəsinin “Zamin” qrafasında yerləşən imza və xətt nümunələrinin, xx.xx.2020-ci il tarixli DG**********1 nömrəli zaminlik müqaviləsinin 1-3-cü səhifələrinin aşağı sol tərəfində olan imza nümunəsi və aşağı tərəfində olan xətt nümunəsi (“X8” yazısı), 4-cü səhifəsində “Zamin” qrafasında olan imza və xətt nümunəsinin X8 tərəfindən icra edilibedilməməsinin müəyyənləşdirilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixli e-2-2(113)- 1727/2024 nömrəli qərardadla iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1666 nömrəli 07 noyabr 2024-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizası üzrə ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş DG**********1 nömrəli 20 iyul 2020-ci il tarixli İddiaçı ASC və X4 adlarından olan zaminlik müqaviləsinin 1-ci səhifəsinin aşağı sağ tərəfində olan imza və 2-ci səhifəsinin aşağı hissəsində “8. TƏRƏFLƏRİN HÜQUQİ ÜNVANLARİ” bölməsində “Zamin” qrafasındakı imza, DG**********1 nömrəli 10 avqust 2020-ci il tarixli İddiaçı ASC və X4 adlarından olan zaminlik müqaviləsinin 1-3-cü səhifələrinin aşağı hissəsində “X8” yazıları və həmin yazılardan əvvəlki imza, 4-cü səhifənin aşağı hissəsindəki “X8” yazıları və “Zamin” hissəsində “İmza” qrafasındakı imza – X8 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur.
25. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.3-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 358.1-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
26. Məhkəmə zaminliyə dair iddiaçının mövqeyi ilə bağlı qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixli DG**********1 nömrəli və xx.xx.2020-ci il tarixli DG**********1 nömrəli zaminlik müqavilələri cavabdeh X8 tərəfindən imza edilmədiyindən həmin müqavilələrin əqdin subyekt tərkibi ilə bağlı meyara uyğun olaraq etibarlılığından söhbət gedə bilməz. Həmçinin iddiaçı tərəfindən X3 ölümündən əvvəl həmin müqavilələri bəyənməsi ilə bağlı da hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən, iddiaçı həmin rəyin mötəbərliyini şübhə altına almaq üçün ekspert tədqiqatına təqdim edilən sənədlərdə (1) X6 məxsus imzaların xüsusi texniki vasitələrlə icra edildiyinə, (2) həmin sənədlərin uzun müddət əvvəl tərtib edildiyinə və (3) X3 ağır xəstəliyi ilə bağlı yazı vərdişlərini itirə biləcəyinə istinad edir.
27. Məhkəmə həmçinin qeyd etmişdir ki, 4/1666 nömrəli 07 noyabr 2024-cü il tarixli məhkəməxətşünaslıq ekspertizasının aparılması üçün iş materialları, X6 məxsus pensiya vəsiqəsi, sürücülük vəsiqəsi, pasportun və 13 mart 2020-ci il tarixli tarixli 7E-4815 nömrəli etibarnamənin əslləri, şəxsiyyət vəsiqəsinin və xx.xx.2008-ci il tarixli etibarnamənin surətləri ekspertizaya təqdim edilmişdir. Həmin sənədlərdən pensiya vəsiqəsinə, 13 mart 2020-ci il tarixli 7E-4815 nömrəli etibarnaməyə X8 heç bir xüsusi texniki vasitə ilə deyil, birbaşa qələmlə imza etmişdir. Digər tərəfdən, təqdim edilən etibarnamə də 13 mart 2020ci il tarixdə verilmiş, başqa sözlə, zaminlik müqavilələrinin bağlanması ilə etibarnamənin tarixləri arasında vaxt dövrü uzun deyildir. Bu səbəbdən X6 məxsus imzaların xüsusi texniki vasitələrlə icra edildiyinə, həmin sənədlərin uzun müddət əvvəl tərtib edildiyinə dair dəlillər əsassızdır.
28. İddiaçının X3 ağır xəstəliyi ilə bağlı yazı vərdişlərini itirə biləcəyinə dair dəlillərinə münasibətdə isə məhkəmə göstərmişdir ki, iddiaçı, X3 hansı dövrlərdə ağır xəstəlikdən əziyyət çəkdiyi barədə hər hansı sübut təqdim etməmişdir. Ümumiyyətlə, məhkəməyə bu barədə məlumatı Cavabdeh2 “atasının 7 il ağır xəstəlikdən əziyyət çəkdiyi və vəfat etdiyi” şəklində bildirmişdir. Belə olan halda, əgər cavabdehin izahatı həqiqi qəbul edilərsə, ekspert tədqiqatına təqdim edilən 13 mart 2020-ci il tarixli 7E-4815 nömrəli etibarnamə verilərkən artıq X8 ağır xəstəlikdən əziyyət çəkirdi və yazısındakı ehtimal edilən qüsur həmin etibarnamədə də mövcud olmalı idi. Qeyd edilən “qüsur”un əks olunduğu etibarnamə də ekspert baxışına təqdim edildiyindən iddiaçının qeyd edilən kateqoriyadan olan dəlilləri də əsassızdır və 4/1666 nömrəli 07 noyabr 2024-cü il tarixli məhkəməxətşünaslıq ekspertizasının nəticələrini şübhə altına ala bilməz. Belə olan halda, iddiaçının xx.xx.2020-ci il tarixli DG**********1 nömrəli və xx.xx.2020-ci il tarixli DG**********1 nömrəli zaminlik müqavilələrinə və həmin müqavilələr üzrə vəzifələrin vərəsəlik qaydasında ötürüldüyünə istinad edərək Cavabdeh2 07 avqust 2020-ci il tarixli DCS90054752-01 saylı kredit müqaviləsi üzrə pul tələb etməsi əsassız olmuşdur.
29. İddiaçı apellyasiya şikayətində xətşünaslıq üzrə ekspert rəyini mötəbər sübut olmadığına, ekspertə təqdim edilən sənədlərin köhnə tarixli olmasına istinad etmişdir. Halbuki qeyd edilən sənədlər rəsmi sənədlər olmaqla mötəbərliyi şübhə altına alınmamışdır. İddiaçı nəyə görə köhnə sənədlərin nəzərə alınmamasının əsasını göstərməmişdir. İddiaçı həmin sənədləri şübhə altına alan sübutlar təqdim etməmişdir.
30. İddiaçı zaminin ağır xəstə olması barədə məsələnin sübut olunması yükünün cavabdehin üzərində olmasını şikayətdə qeyd edir. Lakin kollegiya bu dəlillə razılaşmır. Belə ki, cavabdeh zaminlik müqaviləsinin etibarsızlığına istinad etmiş, bu hal eksper tədqiqatı ilə təsdiqini tapmış, bundan sonra iddiaçı ağır xəstəliklə bağlı imzanın çəkilməsinə istinad etmişdir. Bu halda iddiaçı istinad etdiyi halı sübut etməlidir. Sübutetmə yükü onun üzərinə düşür.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, ... Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
32. İddiaçı şikayətdə zaminin zaminlik müqaviləsinin etibarsızlığı barədə məhkəmə qaydasında iddia qaldırmadığını əsas gətirərək məhkəmənin yanlış qənaətə gəlməsini qeyd etmişdir. Halbuki qeyd edilən Plenum qərarına əsasən müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Göründüyü kimi məhkəmə xidməti vəzifəsinə daxil olan işi görmüş, yəni müqavilənin etibarlılığını yoxlamışdır.
33. Zaminin iddianı qaldırmaması və ya banka bu barədə məlumat verməməsi müqavilənin tanınması və ya bəyənilməsi kimi şərh edilə bilməz. İddia qaldırmaq zaminin hüququdur. Onun hüquqdan istifadə etməməsi onun ziyanına şərh edilə bilməz.
34. İddiaçı 6498,98 manat cərimə məbləğinin də cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
35. Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə 07 avqust 2020-ci il tarixli DCS90054752-01 saylı kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən, borclu ödəniş cədvəli üzrə ödənişləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) vaxtında icra etmədikdə, hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə illik faiz dərəcəsi həcmində dəbbə pulu ödəməlidir.
36. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
37. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
38. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır.
39. Həmçinin məhkəmə nəzərə almışdır ki, cavabdeh pul məbləğini qaytarmadığı, 07 avqust 2020-ci il tarixli DCS90054752-01 saylı kredit müqaviləsi üzrə sonuncu ödənişi xx.xx.2022-ci il tarixdə (ekspert rəyinə əsasən) həyata keçirdiyi halda, iddiaçı da uzun müddət iddia ilə məhkəməyə müraciət etməmiş, dəbbə pulunun artmasına rəvac vermişdir.
40. Məhkəmə kollegiyası dəbbə puluna münasibətdə qeyd edir ki, məhkəmə dəbbə pulunu azaldarkən tənasübsüzlüyü düzgün olaraq müəyyən etmiş, müəyyən etdiyi məbləğ ədalətli, işin hallarına uyğun olmuş və kreditorun əsaslı mənafeləri nəzərə alınmışdır. Odur ki, məhkəmə əsaslı olaraq iddianı bu hissədə qismən təmin etmişdir. Həmçinin zaminliklə bağlı gəlinən nəticə işin hallarına uyğundur və sübutların qiymətləndirilməsində yanlışlığa yol verilməmişdir.
41. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-117/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçının apellyasiya şikayətinə görə ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.