Məhkəmə qərarları › İş №2-2(103)-373/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-373/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-373/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC ("xxxx" MMC) və Qanuni nümayəndə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi Açar söz: kredit, zaminlik müqaviləsi, mediasiya xərci. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elmam qızının katibliyi, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC ("xxxx" MMC) və Qanuni nümayəndə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-118/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı ASC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X7nun xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-05258LE/2019 saylı Razılaşma imzalanmışdır.

2. xx.xx.2021-ci il tarixdə İddiaçı ASC ilə "xxxx" MMC (borclu) arasında bağlanmış DCS00370861-02 saylı kredit müqaviləsinə əsasən sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün borcluya illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 40.000 mnat məbləğində kredit verilmişdir.

3. Bank ilə Borcalan arasında bağlanmış DCS00370861-02 saylı kredit müqaviləsi üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə arasında xx.xx.2021-ci il tarixli DGS**********426 saylı zaminlik müqaviləsi bağlanmışdır.

4. Sonradan tərəflər arasında X7 çərçivəsində xx.xx.2022-ci il tarixdə DC00370861- 03 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 115.963 (yüz on beş min doqquz yüz altmış üç) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədilə birdəfəlik kredit verilmişdir.

5. Bank ilə Borcalan arasında bağlanmış DC00370861-03 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə arasında xx.xx.2022-ci il tarixli DG**********166 saylı zaminlik müqaviləsi bağlanmışdır.

6. İddiaçı ASC ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli DC00370861-05 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 95.000 (doxsan beş min) manat məbləğində əməliyyyat xərclərinin ödənilməsi məqsədilə birdəfəlik kredit verilmişdir.

7. Bank ilə Borcalan arasında bağlanmış DC00370861-05 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə arasında xx.xx.2022-ci il tarixli DG**********720 saylı zaminlik müqaviləsi bağlanmışdır.

8. Sonradan, İddiaçı ASC ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli DC00370861-06 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 6.911 (altı min doqquz yüz on bir) manat məbləğində əməliyyyat xərclərinin ödənilməsi məqsədilə birdəfəlik kredit verilmişdir.

9. Bank ilə Borcalan arasında bağlanmış DC00370861-06 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə arasında xx.xx.2022-ci il tarixli DG**********786 saylı zaminlik müqaviləsi bağlanmışdır.

10. Kredit və zaminlik müqavilələri tərəflərin elektron imzaları ilə təsdiq olunmuşdur.

11. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə DCS00370861-02 saylı kredit müqaviləsinə əsasən 25,497.42 manat əsas borc, 993.28 manat hesablanmış faiz borcu, 464.19 manat cərimə borcu olmaqla, cəmi 26,954.89 manat, DC00370861-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 62,924.59 manat əsas borc, 9,568.02 manat hesablanmış faiz borcu, 3,321.26 manat cərimə borcu olmaqla, cəmi 75,813.87 manat, DC00370861-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 59,268.83 manat əsas borc, 7,866.25 manat hesablanmış faiz borcu, 1,544 manat cərimə borcu olmaqla, cəmi 68,679.08 manat, DC00370861-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4,587.86 manat əsas borc, 708.45 manat hesablanmış faiz borcu, 192.83 manat cərimə borcu olmaqla, cəmi 5,489.14 manat borcu vardır.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/3619 saylı ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixə banka DC00370861-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcu 62.890,09 manat, faiz borcu 9.547,33 manat, DC00370861-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcu 59.262,31 manat, faiz borcu 6.406,34 manat, DC00370861-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcu 4.585,21 manat, faiz borcu 706,26 manat, DCS00370861-02 saylı kredit müqaviləsi üzrə əsas borcu 9.607,29 manat, faiz borcu 588,55 manat təşkil edir.

13. Bundan başqa rəydə qeyd edilir ki, xx.xx.2021-ci il tarixli DCS00370861-02 saylı kredit müqaviləsi üzrə ekspert rəyinin verildiyi tarixədək X2 tərəfindən İddiaçı ASC-yə ödənilmiş faiz subsidiyasının məbləği 15.298,45 manat məbləğində müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

14. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 MMC ("xxxx" MMC) və Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC (əvvəlki adı Cavabdeh1 MMC) və Qanuni nümayəndə oğlundan birgə qaydada; - DCS00370861-02 saylı kredit müqaviləsinə əsasən 25,497.42 (iyirmi beş min dörd yüz doxsan yeddi manat qırx iki qəpik) manat əsas borc, 2,691.02 (iki min altı yüz doxsan bir manat iki qəpik) manat faiz borcu, 603.93(altı yüz üç manat doxsan üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 28,792.37 (iyirmi səkkiz min yeddi yüz doxsan iki manat otuz yeddi qəpik) manat məbləğində borcun; -DC00370861-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 62,924.59 (altmış iki min doqquz yüz iyirmi dörd manat əlli doqquz qəpik) manat əsas borc, 6,656.01 (altı min altı yüz əlli altı manat bir qəpik) manat faiz borcu, 1,515.61 (bir min beş yüz on beş manat altmış bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 71,096.21 (yetmiş bir min doxsan altı manat iyirmi bir qəpik) manat məbləğində borcun; -DC00370861-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 59,268.83 (əlli doqquz min iki yüz altmış səkkiz manat səksən üç qəpik) manat əsas borc, 6,646.71 (altı min altı yüz qırx altı manat yetmiş bir qəpik) manat faiz borcu, 1,344.43 (bir min üç yüz qırx dörd manat qırx üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 67,259.97 (altmış yeddi min iki yüz əlli doqquz manat doxsan yeddi qəpik) manat məbləğində borcun; - DC00370861-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4,587.86 (dörd min beş yüz səksən yeddi manat səksən altı qəpik) manat əsas borc, 496.14 (dörd yüz doxsan altı manat on dörd qəpik) manat faiz borcu, 88.65 (səksən səkkiz manat altmış beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 5,172.65 (beş min bir yüz yetmiş iki manat altmış beş qəpik) manat təşkil edir, gecikmə günü məbləğində borcun; mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 67 (altmış yeddi) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə “ALLTECH CONSTRUCTİON MMC” (əvvəlki adı Cavabdeh1 MMC) (bundan sonra “Borcalan”) arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X7nun xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-05258LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X6 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Qeyd edilən X7 çərçivəsində tərəflər arasında: xx.xx.2022-ci il tarixli DC00370861-03 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 115 963 (yüz on beş min doqquz yüz altmış üç) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədilə birdəfəlik kredit verilmişdir. Bank ilə Borcalan arasında bağlanmış DC00370861-03 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə arasında xx.xx.2022-ci il tarixli DG**********166 saylı zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli DC00370861-05 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 95 000 (doxsan beş min) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədilə birdəfəlik kredit verilmişdir. Bank ilə Borcalan arasında bağlanmış DC00370861-05 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndəarasında xx.xx.2022-ci il tarixli DG**********720 saylı zaminlik müqaviləsi bağlanmışdır. -xx.xx.2022-ci il tarixli DC00370861-06 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 6 911 (altı min doqquz yüz on bir) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədilə birdəfəlik kredit verilmişdir. Bank ilə Borcalan arasında bağlanmış DC00370861-06 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə arasında xx.xx.2022-ci il tarixli DG**********786 saylı zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda tərəflər arasında xx.xx.2021-ci il tarixli DCS00370861-02 saylı kredit müqaviləsi imzalanmış və Kreditor Azərbaycan Respublikası X1 (bundan sonra – Fond) “15” dekabr 2021-ci il tarixli ZM2714/2021 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə Borcluya illik 15% faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 40 000 (qırx min) manat məbləğində kredit verilmişdir. Bundan başqa Bank ilə Borcalan arasında bağlanmış DCS00370861-02 saylı kredit müqaviləsi üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə arasında xx.xx.2021-ci il tarixli DGS**********426 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Borcalan qeyd edilən maliyyələşdirmə üçün ərizələr üzrə öhdəliklərini icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir.

16. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-118/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, DCS00370861-02 saylı müqaviləyə əsasən əsas borc üzrə 9.607 (doqquz min altı yüz yeddi) manat, 29 (iyirmi doqquz) qəpik, faiz borcu üzrə 588 (beş yüz səksən səkkiz) manat, 55 (əlli beş) qəpik, cərimə borcu üzrə 500 (beş yüz) manat olmaqla, cəmi 10.695 (on min altı yüz doxsan beş) manat, 84 (səksən dörd) qəpik məbləğində pulun Qanuni nümayəndə və Cavabdeh1ndən ("xxxx" MMC) müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, DC00370861-03 saylı müqaviləyə əsasən əsas borc üzrə 62.890 (altmış iki min səkkiz yüz doxsan) manat, 09 (sıfır doqquz) qəpik, faiz borcu üzrə 6.656 (altı min altı yüz əlli altı) manat, 01 (sıfır bir) qəpik, cərimə borcu üzrə 1.515 (bir min beş yüz on beş) manat 61 (altmış bir) qəpik olmaqla, cəmi 71.061 (yetmiş bir min altmış bir) manat, 71 (yetmiş bir) qəpik məbləğində pulun Qanuni nümayəndə və Cavabdeh1ndən ("xxxx" MMC) müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, DC00370861-05 saylı müqaviləyə əsasən əsas borc üzrə 59.262 (əlli doqquz min iki yüz altmış iki) manat, 31 (otuz bir) qəpik, faiz borcu üzrə 6.406 (altı min dörd yüz altı) manat, 34 (otuz dörd) qəpik, cərimə borcu üzrə 1.344 (bir min üç yüz qırx dörd) manat, 43 (qırx üç) qəpik olmaqla, cəmi 67.013 (altmış yeddi min on üç) manat 08 (sıfır səkkiz) qəpik məbləğində pulun Qanuni nümayəndə və Cavabdeh1ndən ("xxxx" MMC) müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, DC00370861-06 saylı müqaviləyə əsasən əsas borc üzrə 4.585 (dörd min beş yüz səksən beş) manat, 21 (iyirmi bir) qəpik, faiz borcu üzrə 496 (dörd yüz doxsan altı) manat, 14 (on dörd) qəpik, cərimə borcu üzrə 88 (səksən səkkiz) manat, 65 (altmış beş) qəpik olmaqla, cəmi 5.170 (beş min yüz altmış) manat məbləğində pulun Qanuni nümayəndə və Cavabdeh1ndən ("xxxx" MMC) müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pulun Qanuni nümayəndə və Cavabdeh1ndən ("xxxx" MMC) müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 42 (qırx iki) manat məbləğində pulun Qanuni nümayəndə və Cavabdeh1ndən ("xxxx" MMC) müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Məhkəməmühasibatlıq ekspertizanın keçirilməsi xərcinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pulun Qanuni nümayəndə və Cavabdeh1ndən ("xxxx" MMC) müştərək qaydada tutularaq AZ41NABZ******************** hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

17. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən ********** VÖEN dövlət qeydiyyat nömrəli qurumun hazırki adı "xxxx" MMC, əvvəlki adı isə Cavabdeh1 MMC-dir. Elektron məhkəmə sistemi vergi ödəyiciləri məlumatlarında isə ********** VÖEN dövlət qeydiyyat nömrəli vergi ödəyicisinin adı Cavabdeh1 kimi qeyd olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. X4 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, bankla cavabdeh "xxxx" MMC arasında müqavilə bağlanmış, Bank tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş məbləğində pul "xxxx" MMCnin hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır. Məhkəmə hesab etmişdir ki, iddia əsas və faiz borcunun tələb edilməsi hissəsində qismən əsaslıdır. Belə ki, cavabdehlərdən müştərək qaydada DCS00370861-02 saylı müqaviləyə əsasən əsas borc üzrə 9.607,29 manat, faiz bоrcu üzrə 588,55 manat, DC00370861-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc üzrə 62.890,09 manat, faiz borcu üzrə 6.656,01 manat, DC00370861-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc üzrə 59.262,31 manat, faiz borcu üzrə 6.406,34 manat, DC00370861-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc üzrə 4.585,21 manat, faiz borcu üzrə 496,14 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab etmişdir ki, iddia DCS00370861-02 saylı müqavilə üzrə dəbbə pulunun tələb edilməsi hissəsində qismən, DC00370861-03 saylı, DC00370861-05 saylı və DC00370861-06 saylı maliyyələşdirmə üçün ərizələr üzrə dəbbə pulunun tələb edilməsi hissəsində tam əsaslıdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin DCS00370861-02 saylı müqavilə üzrə əsas borcuna münasibətdə 500 manat daha ağlabatan, DC00370861-03 saylı müqavilə üzrə 1.515,61 manat, DC00370861-05 saylı müqavilə üzrə 1.344,43 manat, DC00370861-06 saylı müqavilə üzrə 88,65 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, iş materaillarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul Bakı 9 saylı Mediasiya təşkilatına ödənmişdir. Ona görə də, mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə 67 manat məbləğində dövlət rüsumunun tutulması ilə bağlı qeyd etmişdir ki, işə əlavə olunmuş ********** nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 67 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir. Lakin məhkəmə hesab etmişdir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 42 manat məbləğində pul cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

18. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 470.1, 472.1, 472.2, 739.1, 741-ci maddələrini, Mediasiya haqqında qanunun 36.5-ci maddəsini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

19. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-118/2025 nömrəli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, AR Mülki Məcəlləsinin 467-ci maddəsi düzgün tətbiq edilməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddənin mənasından belə başa düşmək olar ki, burada cərimə məbləğinin azaldılması imperativ norma kimi qeyd edilməmişdir və qanunu tətbiq edən orqanın öhdəliyinə buraxılmışdır. Eyni zamanda maddədə “tənasübsüz” (uyğunluğu olmayan; əndazəsiz, uyğunsuz) deyilərkən bu anlayışın hansı meyarlar əsasında müəyyən edilməsi qeyd edilməsə də amma hüquqi düşüncəsinə və mülki qanunvericilkdə ağlabatanlıq anlayışına əsasən bu norma tətbiq edilərkən əsas borcun cəriməyə olan nisbətinin ağlabatanlığının nəzərə alınması maddənin ruhundan duyulur. Məhkəmənin qeyd etdiyi əsaslandırıc ıməqam üzrə qeyd edilməlidir ki, burada məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamışdır və bununla da qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Həmçinin Borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarında biri kimi Dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərələrin qarşısını almaq, məqsədi güdmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432 və 448.1-ci maddələri düzgün tətbiq edilməmişdir. 432.4-cü maddəyə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 448.1-ci maddəyə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, öz qətnaməsində bu normaya istinad etməmiş, ümumiyyətlə cavabdehin risk dairəsinə aid olan öhdəlikləri düzgün müəyyən etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Mülki Prosessual Məcəllənin 220.1 və 220.4-cü maddəsinə əsasən qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalı və qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktlarırədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Qətnamədən də göründüyü kimi məhkəmə qanunvericiliyin bu normalarını nəzərə almamışdır və qanunun müəyyən etdiyi imperativ tələblərə riayət edilmədən tərtib edilmiş məhkəmə qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə iş məhkəmənin icraatında olduğu dövrdə iki dəfə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyləri məhkəməyə təqdim edilmişdir. İlkin rəy tərəfimizdən məqbul hesab edilmədiyindən təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair iddiaçı vəsatət verilmişdir. Müvafiq vəsatətə uyğun olaraq məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və yeni rəy təqdim edilmişdir. Ekspert tərəfindən ödənişlərin silinməsi doğru yerinə yetirilməmişdir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 18 oktyabr 2024-cü il tarixli, 9/3619 saylı ekspert rəyində ekspert qarşısında qoyulmuş suallara cavab olaraq, qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixə banka DC00370861-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcu 62.890,09 manat, faiz borcu 9.547,33 manat, DC00370861-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcu 59.262,31 manat, faiz borcu 6.406,34 manat, DC00370861-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcu 4.585,21 manat, faiz borcu 706,26 manat, DCS00370861-02 saylı kredit müqaviləsi üzrə əsas borcu 9.607,29 manat, faiz borcu 588,55 manat hesablanmışdır. Təqdim edilən hesabdan çıxarışla uyğun olaraq ekspertin rəyindəki cədvəl nəzərdən keçirildikdə məlum olur ki, ekspert müştərinin ödənişlərini düzgün ardıcıllıqla silməmiş və fərqlər yaranmışdır. Əlavə olaraq hesabdan çıxarışla birgə ekspertin rəyində əlavə etdiyi cədvəli uyğunlaşdırdıqda faizə və cəriməyə silinmiş məbləğlərin müəyyən hissəsini əsas borca yönləndirilmişdir. DC00370861-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə ümumilikdə 106.37 AZN cərimə borcuna, ümumilikdə 15792.75 AZN faiz borcuna, ümumilikdə 53038.41 AZN əsas borca, DC00370861-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3225.33 AZN cərimə borcuna, ümumilikdə 11267.32 AZN faiz borcuna, ümumilikdə 35731.17 AZN isə əsas borca, DC00370861- 06 saylı müqavilə üzrə hesabdan çıxarışda ümumilikdə 9.52 AZN cərimə borcuna, ümumilikdə 753.24 AZN məbləğin faiz borcuna, ümumilikdə 2323.14 AZN vəsaitin isə əsas borca, DCS00370861-02 saylı müqavilə üzrə hesabdan çıxarışda ümumilikdə 1985.95 AZN məbləğin cəriməyə, ümumilikdə 7319.25 AZN məbləğin isə faiz borcuna, ümumilikdə 29801.03 AZN vəsaitin isə əsas borca silinmişdir. DCS00370861-02 saylı müqavilə üzrə ekspert tərəfindən müştərinin borcu kimi silinmiş 15298.45 manat vəsait müştəri tərəfindən deyil X2 tərəfindən Banka ödənilmiş məbləğdir. Belə ki, Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydasının 4-cü maddəsinə əsasən bir kredit üzrə zəmanətin kreditə nisbəti 60 faiz təşkil edir. Yəni cavabdehin 25497.42 manat borcunun 60 faizi isə 15298.45 manat təşkil edir ki, bu da cavabdeh tərəfindən edilmiş ödəniş kimi nəzərə alınmamalıdır. Lakin bütün bunlara baxmayaraq ekspert bunu nəzərə almamış və silinmələrin təyinatını dəyişmiş, mülki məcəllənin tələbini pozmaqla rəy vermişdir. Ekspert maliyyələşdirmə üçün ərizələrdə də ödənişlərin silinmə ardıcıllığını Bankla müştəri arasında bağlanmış razılaşmaya uyğun olmayan qaydada aparmışdır. Bununla belə nəinki ekspert, hətta hakim də bunu nəzərə almamış və düzgün olmayan qərar qəbul etmişdir. Bu isə özlüyündə qanunvericiliyin tələbinə ziddir. Məhkəmə müqavilə şərtlərinə uyğun olmayan düzgün hesablanmayan ekspert rəyini iş üzrə sübut kimi qiymətləndirmiş ekspert rəyinə əaslanaraq qətnamə qəbul etmişdir. Halbuki İddiaçı ASC-nin nümayəndəsi ekspert rəyi ilə razılaşmamış, Bu səbəbdən ekspertin fərqin yaranma səbəblərinə dair ətraflı məlumat verməsi üçün hazırlıq iclasına ekspertin dəvət edilməsini xahiş etmişdir, lakin məlum olmayan səbəblərdən ekspert iş üzrə məhkəmə iclasında iştirak etməmişdir. Ekspert özü təqdim etdiyi rəyi müdafiə etmədiyi halda məhkəmə ekspert rəyini əsas sübut kimi qiymətləndirmişdir. Qeyd edilənlərə əsasən Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-118/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin DCS00370861-02, DC00370861-03, DC00370861-05 və DC00370861-06 saylı maliyyələşdirmə üçün ərizələr üzrə əsas, faiz və cərimə borcunun tutulması hissəsində əsassızdır. Hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış əsas, faiz və cərimə borcu məbləğinin müəyyən edilməsi zamanı işin halları ətraflı araşdırılmamışdır. Əlavə olaraq məhkəmə tərəfindən işin faktiki halları (müqavilənin şərtləri) araşdırılmadan əsas, faiz və cərimə məbləği əsassız surətdə düzgün göstərilməmişdir. Nəzərə alınmalıdır ki, iş üzrə təyin edilmiş ekspert rəyi iddiaçı tərəfindən məqbul hesab edilməmişdir. Belə ki, ekspert tərəfindən Mülki Məcəllənin və tərəflər arasında əldə edilmiş razılığın şərtləri pozulmaqla rəy verilmişdir. Verilmiş rəyə dair məhkəmədə tərəfimizdən izahat verilmiş və ekspert rəyi ilə hesabdan çıxarışda öz əksini tapan ödənişlər arasındakı fərqlər müəyyən edilmişdir. Bununla belə məhkəmə tərəfindən ekspertin müvafiq rəyi məqbul hesab edilmişdir. Bundan başqa, hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış əsas, faiz və cərimə borcu məbləğinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan ekspertin rəyi mötəbər hesab edilmiş və əsas və faiz borcu məbləğləri əsassız surətdə azaldılmışdır. Ekspert tərəfindən DCS00370861-02 saylı müqavilə üzrə əsas borcə silinmiş 15298.45 manat SİF tərəfindən ödənildiyi məhkəmə tərəfindən nəzərə alınmamış,eyni zamanda məhkəmə faiz məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsimüddətlərini nəzərə almamışdır. Belə ki, xx.xx.2023-cü il tarixə cavabdeh tərəfindən krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı DCS00370861-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 241 gün, DC00370861-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 296 gün, DC00370861-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 311 gün, DC00370861-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə 297 gün olmuşdur. Müvafiq olaraq gecikmə günləri ilə əsas və faiz borcu məbləğinin təmin edilən hissəsinin uyğun olaraq, qət edilən əsas və faiz məbləğinin həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən əsas və faiz məbləği əsaslı hesab edilə bilməz. Əlavə olaraq tərəfimizdən məqbul hesab edilməyən ekspert rəyinə uyğun olaraq məhkəmə tərəfindən cavabdehin əsas və faiz borcu müəyyən edilmişdir. Belə ki, ekspert cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərin silinmə ardıcıllığını tərəflər arasında əldə edilmiş razılığa uyğun olmadan aparmışdır. Ekspert rəyi məhkəmə üçün məcburi olmadığı üçün,əsas və faiz borcu hissəsində də tam təmin etməlidir. Yəni Bankın məhkəməyə təqdim etdiyi maliyyə arayışına əsasən borc rəqəmləri tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən yaranmış və hesablanmışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

22. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin işirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

24. Azərbaycan Respublikası Mediasiya haqqında qanununun:

36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydaları: 1.1-ci maddə Bu Qayda “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamına əsasən və “Azərbaycan Respublikası X1 vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın təsdiq edilməsi və “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarından manatla alacaqları kreditlərə dövlət zəmanəti və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verilməsinə dair tələbləri, müraciət qaydasını, zəmanət və faiz subsidiyası üzrə ödəniş şərtlərini və digər məsələləri müəyyən edir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə İddiaçı ASC tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

30. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2-2(113)-118/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X7nun xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC- 05258LE/2019 saylı Razılaşma imzalanmışdır. xx.xx.2021-ci il tarixdə İddiaçı ASC ilə "xxxx" MMC (borclu) arasında bağlanmış DCS00370861-02 saylı kredit müqaviləsinə əsasən sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün borcluya illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 40.000 mnat məbləğində kredit verilmişdir. Bank ilə Borcalan arasında bağlanmış DCS00370861-02 saylı kredit müqaviləsi üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə arasında xx.xx.2021-ci il tarixli DGS**********426 saylı zaminlik müqaviləsi bağlanmışdır. Sonradan tərəflər arasında X7 çərçivəsində xx.xx.2022-ci il tarixdə DC00370861-03 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 115.963 (yüz on beş min doqquz yüz altmış üç) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədilə birdəfəlik kredit verilmişdir. Bank ilə Borcalan arasında bağlanmış DC00370861-03 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə arasında xx.xx.2022-ci il tarixli DG**********166 saylı zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı ASC ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli DC00370861-05 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 95.000 (doxsan beş min) manat məbləğində əməliyyyat xərclərinin ödənilməsi məqsədilə birdəfəlik kredit verilmişdir. Bank ilə Borcalan arasında bağlanmış DC00370861-05 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə arasında xx.xx.2022-ci il tarixli DG**********720 saylı zaminlik müqaviləsi bağlanmışdır. Sonradan, İddiaçı ASC ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli DC00370861-06 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 6.911 (altı min doqquz yüz on bir) manat məbləğində əməliyyyat xərclərinin ödənilməsi məqsədilə birdəfəlik kredit verilmişdir. Bank ilə Borcalan arasında bağlanmış DC00370861-06 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə arasında xx.xx.2022-ci il tarixli DG**********786 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit və zaminlik müqavilələri tərəflərin elektron imzaları ilə təsdiq olunmuşdur.

32. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi “DCS00370861-02 saylı müqavilə üzrə ekspert tərəfindən müştərinin borcu kimi silinmiş 15298.45 manat vəsit müştəri tərəfindən deyil X2 tərəfindən Banka ödənilmiş məbləğdir. Belə ki, Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydasının 4-cü maddəsinə əsasən bir kredit üzrə zəmanətin kreditə nisbəti 60 faiz təşkil edir. Yəni cavabdehin 25497.42 manat borcunun 60 faizi isə 15298.45 manat təşkil edir ki, bu da cavabdeh tərəfindən edilmiş ödəniş kimi nəzərə alınmamalıdır.” dəlillər tamamilə əsassızdır. Belə ki, zəmanət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydalarına əsasən sahibkarlıq subyekti kredit üzrə əsas borc öhdəliyini yerinə yetirmədikdə, onun əsas borcunun 60 faizədək hissəsinin ödənilməsinə dair Fondun müvəkkil kredit təşkilatı qarşısında öhdəliyidir. Ona görə də sahibkarlıq subyektinin krediti üzrə X2 tərəfindən ödənilən vəsaitin məbləği sahibkarlıq subyektinin əsas borcundan çıxılmalıdır. Ona görə də ekspert rəyində 15298.45 manat məbləğin DCS00370861-02 saylı müqavilə üzrə borcdan çıxılması qanunauyğundur.

33. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd edilən əsas borc, faiz borcu və dəbbə pulunun düzgün hesablanmaması formal mülahizələrdir. Belə ki, qeyd edilənlərlə bağlı, ekspert rəyinin mötəbərliyini şübhə altına alan həmçinin heç bir əsaslı sübut müəyyən edilməmişdir.

34. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin dəbbə pulunun tutulması hissəsində maddi hüquq normalarını düzgün tətbiq etmiş, dəbbə pulunun məbləği ilə bağlı ədalətli və qanuni nəticəyə gəlmişdir. AR MM-nin 467-ci maddəsinin tələbinə əsasən məhkəmənin yüksək məbləğdə dəbbə pulunu azaltmaq səlahiyyəti borclunun əmlak mənafeyini, əsas borca mütənasibliyini nəzərə alaraq və ədalət, insaf, humanizm prinsiplərinə dayanaraq həyata keçirilir. Ona görə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində qət edilən dəbbə pulu dəyişdirilməməlidir.

35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

36. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-118/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar