Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-374/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Ağayev Valeh Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “xxxxxxxxxxxxxxx” X1rşı ödənilməmiş borcun ödənilməsinin təmin edilməsi məqsədilə cavabdehin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-110/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından (hakim Zeynəb Axundova) iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh “xxxxxxxxxxxxxxx” X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin dövlət büdcəsinə olan 14055,56 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 55000 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan “xxxxxxxxxxxxxxx” ASC Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2019-cu il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2019-cu il tarixə yaranan 49006,56 manat borcuna görə 55000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2019-cu il tarixli **********3 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İddiaçı xx.xx.2019cu il tarixli iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmiş və “xxxxxxxxxxxxxxx” ASC-nin dövlət büdcəsinə olan 14055,56 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 55000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi alınanadək işin icraatı dayandırılmışdır. xx xxxxxx 2020-cu il tarixdə məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumat işlə birlikdə məhkəməyə daxil olmuşdur. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə ekspertizasının aparılması üçün əhəmiyyət kəsb edən sənədləri məhkəməyə təqdim edərək hazırkı iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi üçün işin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-110/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “xxxxxxxxxxxxxxx” X1rşı ödənilməmiş borcun ödənilməsinin təmin edilməsi məqsədilə cavabdehin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iş üzrə ekspertin rəyinin məhkəməyə təqdim edilənədək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi qeyd edilən qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-110/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə icraatın dayandırılması barədə qərardadı tamamilə əsassızdır. İlk növbədə ona görə ki, hazırki iş üzrə məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi və işin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi ilə əlaqədar olaraq dayandırılması mübahisənin predmeti ilə bir araya sığmır. Çünki iş üzrə icraat vergi ödəyicisinə hesablanmış vergi borcunun məbləği deyil, həmin borcun ödənilməsini təmin etmək məqsədilə cavabdehin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədəsindədir. Vergi ödəyicisi tərəfindən bu iqtisadi mübahisə gedişində vergi borcunun mübahisələndirilməsi və məhkəmə tərəfindən borcun tərkibinin və məbləğinin ekspertiza təyin edilməklə və ya hər hansı digər üsulla araşdırılması mübahisənin predmetindən tamamilə kənara çıxır. Buna görə də hazırki iş üzrə icraat dayandırılmamalı, məhkəmə tərəfindən mübahisə predmetinə mahiyyəti üzrə baxılaraq müvafiq qətnamə qəbul edilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-110/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, sonradan xx.xx.2020-ci il tarixə təxirə salınmışdır. Tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-110/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə iştirak edən şəxsin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Həmin Məcəllənin 256.0.2-ci maddəsinə əsasən ekspertin rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılır. Göründüyü kimi məhkəmə tərəfindən ekspertiza təyin olunduqda iş üzrə icraatın dayandırılması prosessual normaların tələblərinə uyğundur və birinci instansiya məhkəməsi MPM-nin 255.0.5-ci maddəsinə istinad edərək iş üzrə icraatı dayandırmaqla hər hansı pozuntuya yol verməmişdir. Şikayət ərizəsinin məzmunundan görünür ki, iddiaçı məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin edilməsinə etiraz edir. Bu dəlillərə münasibət bildirərək məhkəmə qeyd edir ki, prosessual qanunvericilikdə iş üzrə məhkəmə ekspertizası təyin edilməsi barədə qərardadın mübahisələndirilməsi nəzərdə tutulmamışdır. MPM-nin 395.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər şikayət verilə bilməyən qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-110/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 158, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-110/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-374/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-374/2020
29.07.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver