Məhkəmə qərarları › İş №2-2(103)-375/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-375/2020

26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-375/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, ilkin iddia üzrə İddiaçı X4 nümayəndəsi və vəkili X9, ilkin iddia üzrə Cavabdeh qanuni təmsilçisi (direktoru) X10 iştirakları ilə, İddiaçı X4 Cavabdehnə qarşı «əsas borcun və dəbbə borcun tutulması» barədə iddia tələbi, Cavabdeh İddiaçı X2rşı «qabaqcadan ödənilmiş vəsaitin qaytarılması» barədə qarşılıqlı iddia tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)-394/2019 saylı qətnaməsindən (hakim Rüstəm Kərimli) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti əsasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı «əsas borcun və dəbbə borcun tutulması» barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış müqavilə üzrə 42.140 manat alqı-satqı müqaviləsi üzrə əsas borcun, 2.107 manat dəbbə pulunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx xxxxxx 2014-cü il tarixdə Cavabdeh MMC ilə xxx1808/1 saylı müqavilə bağlamışdır. Müqavilə əsasında cavabdehə xx xxxxxx 2017-ci il tarixdə 42.140 manat məbləğində “epocon SP 980 Y” adlı mal göndərilmişdir. Müqavilənin şərtlərində alıcıya mal göndərildikdən sonra 5 iş günü ərzində malın dəyəri bank köçürmə yolu ilə və ya nəğd qaydada iddiaçıya ödənilməsi nəzərdə tutulsa da, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci, 425- ci, 442-ci, 443-cü, 445.7-ci, 448.1-ci maddələrinə istinad edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC İddiaçı MMC-yə qarşı «qabaqcadan ödənilmiş vəsaiti qaytarılması» barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-dən müqavilə üzrə gətirilməmiş 85.938 kq məhsula dair qabaqcadan ödənilmiş 85.938 manat pul vəsaitinin alınaraq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx xxxxxx 2014-ci il tarixdə xxxİ808/1 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC “Cavabdeh“ MMC-yə 1 kq ƏDV-siz 1 AZN dəyərində EPOCON SP 980 Y markalı beton qatqısı ilə təmin etməyi öhdəsinə götürür. “Cavabdeh“ MMC hər kq 1 manat olmaqla alınmış malın dəyərini ödəməyi üzərinə götürür. Malın dəyəri satıcının bank hesabına köçürülmə yolu ilə ödənilir. İddiaçı MMC tərəfindən gətirilmiş beton qatqısının dəyəri tam ödənilmişdir. Bundan başqa İddiaçı MMC şirkəti müqavilə üzrə gətirməli olduqları beton qatqısı 85.938 kq gətirilməmişdir. Lakin “Cavabdeh“ MMC həmin malın dəyərini qabaqcadan ödəmişdir. Cavabdeh MMC tərəfindən müqavilə öhdəliyinin yerinə yetirməsini xahiş etsə də, hal-hazırkı vaxta qədər müqavilə üzrə gətirilməli olan beton qatqısını və ya ödənilmiş olan artıq məbləğ geri qaytarmamışdır. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2014-cü ildən, yəni müqavilə bağlandığı vaxtdan hal-hazırkı vaxtadək gətirilmiş 584.900 kq məhsulun dəyəri 1 manatdan 584.900 manat, ödənilmiş məbləğ isə 670.837,80 manat təşkil edir. İddiaçı MMC-dən gətirilməmiş məhsul 85.938 kq təşkil edir. Gətirilməmiş məhsula dair qabaqcadan ödənilmiş pul şirkətdən geri istənilsə də, hal-hazırkı vaxtadək ödənilməmiş qalmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 25-ci, 71-ci, 127-ci maddələrinə, MPM-in 9-cu, 14-cü, 77-ci, 88-ci, 149cu, 150-ci, 217-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci, 386cı, 389-cu, 425-ci, 443-cü maddələrinə əsaslanaraq, “xxx” MMC-dən müqavilə üzrə gətirilməmiş 85.938 kq məhsula dair qabaqcadan ödənilmiş 85.938 manat pul vəsaitinin alınaraq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)- 394/2019 saylı qətnaməsi ilə ilk iddia üzrə Cavabdeh MMC-dən tərəflər arasında balanmış müqavilə üzrə malın dəyəri kimi 42.140 manat, dəbbə pulu qismində 2.107 manat tutulması, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallara hüquqi qiymət verilməmiş, mülki və mülki prosessual qanunvericiliyin bir sıra imperativ tələblərini kobud şəkildə pozmaqla qətnamə qəbul etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)-556/2019 saylı qətnaməsi ilə Cavabdeh MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2 (102)-56/20 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2- 2(103)-556/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmənin iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh nümayəndəsi (direktoru) X12 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, o, 2018-ci ilin yanvar ayında müəssisəyə direktor təyin olunub. Bu proseslər 2014-cü ilin sonlarından 2017-ci ilin dekabr aylarında baş verib. Vergilər Nazirliyi tərəfindən keçirilən yoxlamalardan sonra həmin hallar aşkar olunmuşdur. Tərəflər arasında üzləşmə aktı olmayıb, müqaviləyə dəyişiklik olmadan qiymət artımı olmuşdur. Məhkəmənin iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı X4 nümayəndəsi və vəkili X11 apellyaisya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, qarşı tərəf malı aldığını qəbul edir, elektron qaimələr göndərilib, sonuncu qaimə üzrə ödənişi etməyib. Əgər qiymət artımı ilə razı deyildilərsə malı qəbul etməzdilər. Cavabdehnə yeni direktor təyin olunandan sonra malın dəyəri ödənilməmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)-394/2019 saylı qətnaməsi dəbbə pulu qismində 2.107 manat tutulması hissəsində dəyişdirilməli, ilkin iddia üzrə Cavabdeh MMC-dən ilkin iddia üzrə İddiaçı X4 xeyrinə əldən çıxmış faydaya görə 1930,5 manat faiz tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışdan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin adı dəyişdirilərək, İddiaçı MMC adlandırılmışdır. İş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, xxx1808/1 nömrəli müqavilə əsasında cavabdeh iddiaçıdan Epocon SP 980 Y beton əlavələri almışdır. (Müqavilənin əsli iş mat. 156-157-ci vərəqlər) İddiaçı X8 xx.xx.2017-ci il tarixli 940472 saylı elektron qaimə üzrə Cavabdehnə təqdim edilmiş 28120 kq. malın dəyəri ödənilmədiyindən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində həmin malı iddiaçıdan aldığını qəbul etmiş, lakin iddiaçıya aldığı cəmi 584900 kq malların dəyərinin müqavilə ilə razılaşdırılmış qiymətlə tam ödənildiyini, iddiaçıya ümumilikdə 670837,80 manat ödəniş edildiyini, müqavilə hətta artıq ödəməsi olduğunu qeyd edərək artıq ödənilmiş 85938 manat məbləğin geri ödənilməsini tələb edir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, alqı-satqı müqaviləsi üzrə 42.140 manat borcun Cavabdehndən tutulması barədə ilkin iddia tələbi əsaslı, qarşılıqlı iddianın dəlilləri isə əsassızdır. İş materiallarındakı xx xxxxxx 2014-cü il tarixli müqavilənin 6.1-ci və 6.2-ci bəndlərinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minmiş və qüvvədə olma müddəti xx.xx.2014-cü il tarixədək nəzərdə tutulmuşdur. Müqavilənin şərtlərinə əsasən müddətin başa çatmasına ən azı 30 gün qalanadək tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsi barədə digər tərəfi xəbərdar etməzsə, müqavilə tərəflər arasında eyni müddətə uzadılmış hesab edilir. İşin hallarından görünür ki, xx xxxxxx 2014-cü il tarixli müqavilənin nəzərdə tutulmuş qaydada ləğv edilməsinə dair tərəflərin iradə ifadəsi olmamış və müqavilə eyni müddət üçün uzadılmışdır. Müqavilənin 5.2-ci bəndində qeyd edilmişdir ki, 1 kq Epocon SP 980 Y-nin qiyməti ƏDV-siz 1,00 manat (ƏDV daxil 1,18 manat) müəyyən edilir. Eyni zamanda müqavilənin 5.1-ci bəndində nəzərdə tutulmuşdur ki, bu müqavilənin qiyməti təhvil verilmiş mallara uyğun tərtib edilən qaimə-fakturalar əsasında müəyyənləşəcək. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Müqavilənin şərtlərindən və tərəflərin müqavilə bağlandıqdan sonra qarşılıqlı münasibətlərində yaranmış praktikadan aydın olur ki, Epocon SP 980 Y məhsulunun müqavilənin 5.2-ci bəndində nəzərdə tutulmuş qiyməti ƏDV daxil 1,18 manat müəyyən edilsə də, müqavilənin qiymətinin yalnız təhvil verilmiş mallara uyğun tərtib edilən qaiməfakturalar əsasında müəyyənləşdiriləcəyi nəzərdə tutulmuşdur. İşin faktiki hallarından görünür ki, xx.xx.2017-ci il tarixli 940472 saylı sonuncu elektron qaimə üzrə göndərilmiş mallar istisna olmaqla Cavabdeh aldığı malların dəyərini müqavilənin 5.1-ci bəndinə müvafiq olaraq qaimə-fakturalardakı qiymətlərlə ödəmiş, qaimələrdəki qiymətlərin müqavilə şərtlərinə uyğun olmadığına dair qarşı tərəfə hər hansı etiraz bildirməmişdir. Məhkəmə kollegiyası Cavabdeh” X4 iddiaçıya borcunun olmadığı və artıq ödəniş edildiyinə dair qarşılıqlı iddianın və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, Cavabdeh İddiaçı MMC-dən aldığı 584900 kq. malın dəyəri alqı-satqı müqaviləsinin 5.2-ci bəndində nəzərdə tutulmuş qiymətlə, yəni 1 kq üçün ƏDV daxil 1,18 manatdan hesablanarsa ödənilməli olan məbləğ 690182 manat edir. Faktiki ödənilmiş məbləğ qarşılıqlı iddia ərizəsinə əsasən ümumilikdə 670837,80 manat təşkil etdiyindən bu halda belə, Cavabdeh İddiaçı MMC-yə 19344,2 manat borcu qalmış olur. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndində müqavilənin qiymətinin təhvil verilmiş mallara uyğun tərtib edilən qaimə-fakturalar əsasında müəyyənləşdirilməsi nəzərdə tutulduğundan Cavabdeh tərəfindən alınmış malların dəyərini təqdim edilmiş qaimə-fakturalarda nəzərdə tutulmuş qiymətlərlə ödənilməsi müqavilə şərtlərinə uyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən qətnamə ilkin iddianın əsas borc hissəsində təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı iddia ərizəsində Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək borcun gecikdirilməsinə görə illik 5%-lə əldən çıxmış fayda qismində 2107 manat pulun tutulmasını xahiş etsə də, yanlışlığa yol verərək iddia ərizəsinin tələb hissəsində həmin məbləği dəbbə pulu olaraq göstərmiş, birinci instansiya məhkəməsi iddianın qeyd edilən hissədə təmin edilməsi barədə iş üzrə gəldiyi nəticəni MM-nin 462, 463-cü maddələrinə istinad etməklə əsaslandırmış, tələbin hüquqi əsası MM-nin 445.7-ci maddəsinə istinad edildiyini, tərəflər arasında bağlanmış müqavilədə ödənişin gecikdirilməsinə görə dəbbə pulu müəyyən edilmədiyini nəzərə almamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının tələbini MM-nin 445.7-ci maddəsinə əsasən cavabdehdən öhdəliyin icrasının gecikdirilməsinə görə illik 5 %-lə faiz tutulması hissəsində qismən əsaslı hesab etsə də, bu hissədə iş üzrə qəbul edilmiş qətnamənin əsaslandırıcı hissəsi ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü bəndində nəzərdə tutulmuşdur ki, göndərilən malın qiymətinin ödənilməsi mal təhvil alındıqdan sonra bank köçürmə yolu ilə və ya nağd qaydada 5 (beş) bank günü ərzində aparılır. Müqavilənin qeyd edilən şərtinə əsasən İddiaçı X8 tərəfindən xx.xx.2017-ci il tarixli 940472 saylı elektron qaimə üzrə Cavabdehnə təqdim edilmiş 28120 kq. malın dəyəri 2018-ci il yanvar ayının əvvəlində ödənilməli idi. İddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2018-ci il tarixdə müraciət etdiyi nəzərə alınarsa həmin tarixədək ödənişin gecikdirildiyi müddət bir il deyil, 11 ay təşkil edir. Tələb olunan 42140 manat əsas borc məbləğinə MM-nin 445.7-ci maddəsində nəzərdə tutulmuş qaydada illik 5% faiz hesabı ilə 11 ay üçün faiz hesablandıqda müəyyən olunur ki, iddia qaldırılan tarixədək öhdəliyin icrasının gecikdirilməsinə görə Cavabdehndən iddiaçının xeyrinə 1930,5 manat (42140x5%=2107:12ay=175,5x11 ay=1930,5) faiz tutulmalıdır. Məhkəmə hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən Cavabdeh tərəfindən təqdim edilmiş “xxxx” KMİ MMC-nin xx.xx.2019-cu il tarixli beton qatqılarının 2015-2017-ci illərdə topdan satış qiymələrinə dair arayış birinci instansiya mərhələsində təqdim edilmədiyindən sübut kimi qəbul edilməsi MPM-nin 372.2-ci maddəsinin tələbinə ziddir. Həmin normaya əsasən, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin sübut hətta birinci instansiya məhkəməsinə təqdim edilmiş olsaydı belə, tərəflər arasında bağlanmış müqavilədə satılan malın dəyərinin qaiməfakturalar əsasında müəyyənləşdirilməli olduğu nəzərdə tutulduğundan həmin malın topdansatış qiyməti və ya digər şirkətlər tərəfindən təklif edilən qiyməti hazırkı mübahisənin həlli üçün əhəmiyyətli deyil. Eyni zamanda “xxxx” KMİ MMC-nin xx.xx.2019-cu il tarixli arayışındakı qiymətlərin məhz “ Epocon SP 980 Y”-nin məhsulunun qiyməti olduğu qeyd edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri araşdırılaraq birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsinə əsas olan hər hansı prosessual pozuntuya yol verildiyi müəyyən olunmamışdır. Tərəflər arasında xx xxxxxx 2018-ci il tarixdə yazılı alqı-satqı müqaviləsinin bağlanması, cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərin məbləği, xx.xx.2017-ci il tarixli 940472 saylı sonuncu elektron qaimə üzrə cavabdehə malın təqdim edilməsi mübahisələndirilmədiyindən məhkəmə kserosurətləri təqdim edilmiş sənədlərin əsillərinin tələb edilərək işə əlavə edilməsini zəruri hesab etməmişdir. Ali Məhkəmənin iş üzrə qəbul edilmiş qərarında iddia ərizəsinə əlavə edilmiş “Zaman Ekspress” sürətli poçt xidmətinin qəbzinə əsasən İddiaçı X8 tərəfindən Cavabdeh MMC-nə xx.xx.2018-ci il tarixdə göndərilmiş sənədin iddia ərizəsi olub-olmamasının araşdırılması barədə göstəriş verilmiş, iddiaçının nümayəndəsi və vəkili xx.xx.2020-ci il tarixli məhkəmə iclasında qeyd edilən tarixdə cavabdehə göndərilmiş sənədin iddia ərizəsi olduğunu, cavabdehin iddia ərizəsinin göndərilməməsi ilə bağlı işə birinci instansiya qaydasında baxılarkən hər hansı irad və ya etirazının olmadığını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin apelyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)-394/2019 saylı qətnaməsi Cavabdeh MMC-dən dəbbə pulu qismində 2.107 manat tutulması hissəsində dəyişdirilməli, ilkin iddia üzrə Cavabdeh MMCdən ilkin iddia üzrə İddiaçı X4 xeyrinə pul öhdəliyinin icrasının gecikdirilməsinə görə 1930,5 manat faiz tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)- 394/2019 saylı qətnaməsi dəbbə pulu qismində Cavabdeh MMC-dən 2.107 manat tutulması hissəsində dəyişdirilsin. İlkin iddia üzrə Cavabdeh MMC-dən ilkin iddia üzrə İddiaçı X4 xeyrinə pul öhdəliyinin icrasının gecikdirilməsinə görə 1930,5 manat faiz tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar